Məhkəmə qərarları › İş №1(002)-316/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-316/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-316/2020 26.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs qız və onun qanuni nümayəndəsi Şahid2 Şamil qızının, müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il Gürcüstan Respublikasında anadan olub, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 3-cü küçə, ev 37 ünvanında qızı Zərərçəkmiş şəxs şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə və kəmərlə baş, qol və bel nahiyələrindən vuraraq sonuncuya baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol ənsə nahiyəsinin qançırları, sağ saidin sol əlarxası hissələrinin sıyrıqları ilə nəticələnən dərəcələrinə görə səhhətin qısa pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Aynurə ilə mübahisəli olduğuna görə oğlu Bəşirlə anket məlumatlarında göstərilən yaşayır. Hal-hazırda fərdi taksi fəaliyyəti ilə məşğul olur. Bir neçə müddətdir ki, arvadı Aynurə ilə aralarında söz-söhbətlər yarandığından Aynurə qızı Humay və digər oğlu İsmayıl ilə birlikdə anası Səmayənin evində yaşayır. O. Aynurə ilə 2001-ci ildə ailə həyatı qurmuşlar və həmin vaxtdan da mütəmadi olaraq aralarında mübahisələr olmuşdur. Aynurə ilə bir neçə dəfə ayrılmaq istəsə də, uşaqları nəzərə alıb yenidən onunla barışmışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 17:18 radələrində evdə olarkən qızı Humay və oğlu Bəşirin telefonla oynamaq üstündə mübahisə etmişlər, o da onlara bir neçə dəfə sakit olmağı tapşırsa da, uşaqları onun sözünə məhəl qoymayıb mübahisəni davam etdirərək bir-biriləri ilə dalaşmağa başlamışlar. Buna görə də o əsəbləşib onlar olan otağa keçərək bir daha sakit olmalarını demişdir. Həmin vaxt oğlu Bəşir evdən çölə çıxmış, qızı Humay isə onunla mübahisə etməyə başlamışdır. O da həmin zaman əsəblərini cilovlaya bilməyib qızı Humaya bir sillə vurmuş və sonrada stolun üstündə olan kəməri götürüb bir dəfə qoluna, bir dəfə isə bel nahiyəsinə vurmuşdur. Bundan sonra sakitləşib öz otağına keçmişdir. Səhərisi günü onu polis bölməsinə dəvət olunduğunda bilmişdir ki, arvadı Aynurə 102 xidmətinə zəng edib bu barədə polisə məlumat vermişdir. Son olaraq əməlindən səmimi peşman olduğunu, qızı Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi arvadı Şahid2 ilə ilə barışdığını, sonuncuların ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qız ifadəsində göstərmişdir ki, o, əvvəllər ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşasada, hal-hazırda bir neçə müddətdir ki, atası Elxanla anası Aynurənin arasında söz-söhbətlər yarandığından o, anası Aynurə və digər qardaşı İsmayıl ilə birlikdə nənəsi Səmayənin evində yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 17:18 radələrində əvvəl atası ilə birlikdə yaşadığı ünvan 1 ünvanında qardaşı Bəşirlə mobil telefon üstündə mübahisə etmişlər, bu zaman atası Elxan qışqıraraq onlara sakit olmalarını demişdir. O, daha sonra yenə qardaşı ilə mübahisəni davam etdirdiyindən atası Elxan onlar olan otağa gəlmiş, bu zaman qardaşı Bəşir evdən qaçaraq çölə çıxmış və atası Elxan onu kəmərlə qolundan, belindən və başından vuraraq döydüymüşdür. Bundan sonra o da evdən qaçaraq qonşuya getmiş və anası Aynurə işdən gəldikdən sonra atasının onu döyməsi barədə ona bildirmişdir. Zərərçəkmiş şəxs sonda qanuni nümayəndəsinin iştirakı ilə birgə tərtib etdiyi ərizəni məhkəməyə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, , ona qarşı heç bir şikayət, tələbinin və iddiasının olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, o, anası Aynurə ilə atası Elxan rasında mübahisə olduğuna görə atası ilə birlikdə ünvan 1 ünvanda yaşayır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 17:18 radələrində anası işdə olan vaxt bacısı ilə növbəli şəkildə telefonla oyun oynamışlar,sonra növbə üstündə bacısı Humay ilə aralarında mübahisələri yaranmış və bir-birilərinə qışqırmağa başlamışlar. Həmin vaxt atası Elxan digər otaqdan onlara sakit olmaqlarını demiş, lakin o bacısı ilə mübahisələrini davam etdirdiklərindən atası yenədə onlara sakit olmalarını bildirmişdir. Buna baxmayaraq o, bacısı Humayla yenə mübahisə edib bir-birilərinə qışqırdıqlarından atası Elxan özü onlar olan otağa gəlmiş və atasının gəldiyini görüb dərhal otaqdan çıxaraq çölə qaçmışdır. Həmçinin Şahid1 ifadəsində bildirmişdir ki, atası Elxanın bacısı Humayı döydüyünü görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli baxış və götürülmə keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş foto şəkillərdən görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağıdır. Fərdi yaşayış evi üç otaqlıdır. Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs tərəfindən qonaq otağında giriş qapısından sol tərəfdə yerləşən iki ədəd yan-yana yer qoyulmuş kresloların, həmçinin televizor və süni bitkinin yanında kəmərlə döyüldüyünü bildirmiş. Baxış zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi yarasız halda olan qara rəngli kəmər götürülmüş. Baxış gündüz vaxtı, süni işıq şəraitində keçirildi, baxış zamanı fotoşəkillər çəkilmişi və çap edildiyi halda protokola əlavə olunmuşdur.(i.v. 18-21) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v.22) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin, canlı şəxsin ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 497 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol ənsə nahiyəsinin qançırı - zəif şişkinliyi, sol bazunun, sol saidin və sol kürək nahiyəsinin qançırları, sağ saidin, sol əlarxası nahiyələrin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. (i.v 24-26); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v. 43) Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin tanınması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şahid2 Zərərçəkmiş şəxs qanuni nümayəndəsi kimi tanınmışdır. (i.v. 47) Qanuni nümayəndə qismində tanınma haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 qanuni nümayəndəsi kimi tanınmışdır. (i.v. 62) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, üş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilmiş və onun əməlində residivin olmaması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 17:18 radələrində Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yerin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1-ci massiv, 3-cü küçə, ev 37 ünvanı olması nəzərə alınmış, iş üzrə Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsi, baxış protokolları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X4 X6 xx xxxxxx 2020-ci il tarixli, 497 nömrəli rəyi və cinayət işinin digər istintaq materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 72) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (i.v 85) Qətimkan tədbiri seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 98-99) Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs qızı ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığından və barışdıqlarından barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qızının məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi onun təqsirini boynuna alması ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma- min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır; Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlu ilə barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.2 və 40.2.2-ci maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmişlə barışdıqda onun cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallar mövcud olduqda işin icraatına xitam verilə bilər; 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə təqdim etdiyi ərizəsini, Zərərçəkmiş şəxs təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edən məhkəməyə təqdim etdiyi ərizəsini və prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilməl və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 xx xxxxxxx 2020-ci il tarixli № 2009 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 20 (iyirmi) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə xx xxxxxx 2020-ci il tarixli № 2131 saylı order əsasında işə qoşularaq məhkəmədə 6 (altı) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 6 altı) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 6 altı) iş saatı hüquqi xidmətə görə isə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar