Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-316/2023 15.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını zərərçəkmiş şəxsin çantasında çıxarılmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 fevral 2023-cü il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin şirniyyat bazarının 12-ci sırasında yerləşən 41 saylı mağazanın qarşısında Zərərçəkmiş şəxs3 əl çantasından 1200 manat pulunu gizli talayaraq Zərərçəkmiş şəxs3 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını gizli talamaq məqsədi ilə 10 iyun 2023-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzinin 2-ci sırasında Zərərçəkmiş şəxs1 əl çantasından 15 manat dəyərində pul kisəsini, içərisində 140 manat məbləğində pulu, içərisində 96 qəpik olan Birkart bank kartını, içərisində 50 qəpik olan 2 manat dəyərində metro kartını gizli talayaraq Zərərçəkmiş şəxs1 cəmi 158 manat 46 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrar özgənin əmlakını gizli talamaq məqsədi ilə 15 iyun 2023-cü il tarixdə saat 14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin 3-cü korpus, 3-cü sırasında yerləşən 74 saylı mağazada Zərərçəkmiş şəxs2 bel çantasından 500 manat dəyərində “Redmi Note 11” modelli mobil telefonu, daxilində 5 manat dəyəri olan GSM danışıq kartı və telefonun qoruyucusunda saxladığı 300 manat pulu çıxarmaqla zərərçəkmiş şəxsə cəmi 805 manat ziyan vurmaqla gizli talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 məxsus 1200 manat pulunu, Zərərçəkmiş şəxs1 məxsus 158 manat 46 qəpik pulunu, Zərərçəkmiş şəxs2 məxsus 805 manat pulunu gizli talayaraq zərərçəkmiş şəxslərə ziyan vurmuş, oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, telefonu isə 150 manata satmışdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməməmiş, maddi vəziyyəti aşağı olduğu üçün zərəri ödəməsi imkan xaricindədir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, iş materiallarında olan DVD diskdəki görüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə saat 09:50 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzinə gələrək alışveriş etmişdir. Saat 12:00 radələrində aldığı geyim əşyalarının ödənişini etmək üçün pul kisəsini çıxarmaq istəyərkən çantasında olmadığını müəyyən etmişdir. Həmin gün evə qayıtdıqdan sonra bu barədə polisə məlumat vermişdir. Pul kisəsində 140 manat pul, içərisində 96 qəpik olan birbank kartı, içərisində 50 qəpik balans olan 2 manat dəyərində metro kartı 15 manat dəyərində pul kisəsi olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 05 fevral 2023-cü il tarixdə səhər saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək ticarət mərkəzinə gələrək alış-veriş etmişdir. Ticarət mərkəzinin şirniyyat şöbəsinin 12-ci sırasında alış-veriş edərkən çantasının açıq olduğunu və içərisindən 1200 manat pulun olmadığını görmüşdür. Dərhal bu barədə “102” xidməti zəng mərkəzinə məlumat vermiş, bir qədər sonra Qaradağ RPİnin əməkdaşları gələrək hadisəni qeydiyyata almışlar. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 Məhərrəm qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsən şikayətçi olduğunu və vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 Məhərrəm qızı göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə saat 14:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» ticarət mərkəzinin 3-cü korpus, 3-cü sıra, 74cü mağazasında olduğu zaman ona məxsus “Redmi note” 11-**********83586 **********83564 imei kodu olan 500 manat dəyərində, içərisində 5 manat dəyərində ***-***- **-** saylı mobil nömrə olan GSM danışıq kartı mobil telefon bel çantasından oğurlanmışdır. Mobil telefonun qoruyucusunun arxasında ona məxsus 300 manat pul da olmuşdur. Bu barədə dərhal ***-***-**-** nömrəli mobil telofonla “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Mobil telefonun qoruyucusu ağlı-qaralı rəngdə olmuşdur. Bu əmlakdan savayı çantadan digər əmlak oğurlanmamış, çantasından oğurluq edən şəxsi isə görməmişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 47-48-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:30-dan şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 56-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə birləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 59-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 79-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.5-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 81-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.5-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 85-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.5-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 87-88-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (saat 09:50) Cinayət işinin 1-ci cildinin 97-98-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (saat 12:30) Cinayət işinin 1-ci cildinin 113-115-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 117-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən, cinayət işinin 1-ci cildinin 125-129-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Daha sonra Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 29, 177.2.1, 29,177.2.5, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 7(011)-520/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin 1(011)-149/2018 saylı, 01 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 16 (on altı) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 7(103)-714/2020 saylı qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində olan 12 oktyabr 2020ciil tarixli qərarı ləğv edilmiş, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmləri ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2 və 66.5-ci maddələrinə əsasən, təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının qalan çəkilməmiş 08 (səkkiz) ay 16 (on altı) gün hissəsini çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07 saylı cəzaçəkmə müəssisəsinə etap edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmiş və Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsinin əvvəli 24 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 05 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 1-ci cildinin 137-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.5-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Cinayət işinin 1-ci cildinin 140-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 156-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 167-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.5-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cildinin 181-182-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (saat 12:00) Cinayət işinin 1-ci cildinin 212-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.5-ci maddəsi ilə istintaq aparılmış ********* nömrəli cinayət işi ********* nömrə ilə birləşdirilərək sonuncu nömrə ilə istintaq davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 216-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 231-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 1-ci cildinin 236-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cildinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 2-ci cildinin 27-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 2-ci cildinin 31-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cildinin 42-43-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.2.5ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (saat 12:00) Cinayət işinin 2-ci cildinin 56-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.5-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 2-ci cildinin 76-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işinin 2-ci cildinin 79-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir. Cinayət işinin 2-ci cildinin 92-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.5-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin CM-nin 177.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 2-ci cildinin 100-101-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (saat 10:00) Cinayət işinin 2-ci cildinin 117-118-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işləri birləşdirilərək, istintaqın ********* nömrə ilə davam etdirilməsi və həmin cinayət işinin Qaradağ RPİ-də istintaq aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Qaradağ RPİ-nə göndərilməsi qərara alınmışdır. Cinayət işinin 2-ci cildinin 149-155-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4, 180.2.1 və 180.2.2-ci maddələrinin tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə “hadisə yerində baxış keçirilməsi haqqında" protokollar, şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə protokolları, həmçinin iş materiallarında sübut əhəmiyyəti kəsb edən digər sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmiş, zərərçəkmiş şəxslərə məxsus gizli talanmış əmlakın müəyyən edilməsinin mümkün olmadığından maddi ziyanın onların ifadələrində göstərildiyi məbləğlərdə elan olunmuş ittihamda dəyişdirilmədən saxlanılması nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilan şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 çantasından 1200 manat pulun gizli talanması faktının görüntüləri olan bir ədəd DVD diski maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuş, Bakı şəhər Sabunçu RPİ-nin istintaq şöbəsində istintaqı aparılan 220051760, ********* və ********* nömrəli cinayət işləri üzrə təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi üçün kifayət qədər əsaslar olmadığından həmin cinayət işlərinin ayrılaraq ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdikləri ifadələri, iş materiallarında olan DVD diskdəki görüntülər və digər iş materialları ilə onun təkrarən və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxararaq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrnin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq təkrarən və zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən olunmadı. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 7(011)-520/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 07 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Bakışəhəri Qaradağ Rayon Məhkəməsinin 1(011)-149/2018 saylı, 01 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 16 (on altı) günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli, 7(103)-714/2020 saylı qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsində olan 12 oktyabr 2020ciil tarixli qərarı ləğv edilmiş, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli hökmləri ilə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.2 və 66.5-ci maddələrinə əsasən, təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının qalan çəkilməmiş 08 (səkkiz) ay 16 (on altı) gün hissəsini çəkməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 07 saylı cəzaçəkmə müəssisəsinə etap edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmiş və Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsinin əvvəli 24 dekabr 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 02 ay 05 gün müddətə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 16 iyun 2023-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əİibaxış oğlu işə qoşularaq məhkəmə istintaq dövründə 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 240 (iki yüz qırx) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyun 2023-cü il tarixdən hesablansın. Maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 240 (iki yüz qırx) manat məbləğində və məhkəmə istintaq dövründə göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-316/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-316/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver