Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-318/2021 31.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitəəldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 07 may 2021-ci il tarixdə saat 09:25-də Qaradağ RPİnin NMB-nin və CAŞ-nin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilərək dəvət edilmiş müdafiçinin iştirakı ilə həmin gün saat 10:55 radələrində üzərinə video çəklişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən, şəxsi istifadəsi üçün saxladığı 01 ədəd siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0.220 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay olar ki, narkotik vasitə heroin qəbul etməyə başlamışdır. O, narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, 06.05.2021-ci il tarixdə saat 16:00 radələrində şəxsi işi ilə bağlı Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən əraziyə getmişdir. Həmin vaxt tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitə olan heroin satdığını, ona narkotik vasitəni almağı təklif etmişdir. O, da narkotik maddə heroin qəbul etdiyi üçün tanımadığı şəxsin təklifi ilə razılaşıb, 10 manat müaqbilində həmin şəxsdən 01 ədəd üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmış halda narkotik vasitə olan heroini almış, üzərində saxlamış, lakin qəbul etməmişdir. 07.05.2021-ci il tarixdə saat 09:15 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 3 nömrəli binanın qarşısına çıxmışdır. Təxminən 5-10 dəqiqə sonra mülki geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirmiş, ondan adını və soyadını soruşmuşlar. O, da polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Bundan sonra polis əməkdaşları ona narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş onu Qaradağ RPİ-nə gətirmişlər. Qaradağ RPİ-nin inzibati binasında otaqların birində onun hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, hüquq və vəzifələrim izah olunmuş, bundan sonra vəklin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl onu təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki qara rəngli cins şalvarımın sağ yan cibindən üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmış 01 ədəd bükümü masının üzərinə qoyaraq bükümün içərsində “kakos”, yəni narkotik maddə olan heroin olmasını, həmin heroinin ona məxsus olmasını, həmin narkotik maddəni 06.05.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Kubinka deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümün içərisindən tünd qəhvəyi rəngli, iysiz narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. Onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, həmin zərifn üzərinə və protokola imzalar etmişlər. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını və ailəli olmaqla cavan olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 07 may 2021ci il tarixdə Qaradağ RPİ-nin NMB-də işdə olan zaman ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində narkotik vasitələrin saxlanması və daşıması barədə əməliyyat məlumat daxil olmuşdur. Dərhal tərəfindən daxil olmuş məlumat PB-nin rəhbərliyinə məruzə edilmiş və əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul edilmişdir. Qaradağ RPİ-nin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru polis nəfəri, polis serjantı Şahid2 əməliyyat qrupuna daxil edilmişdir. 07.05.2021-ci il tarixdə saat 09:00-da Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi Ş.Əsgərov küçəsi ev 3 ünvanın qarşısında bir nəfər şəxsin xarici əlamətlərdən Təqsirləndirilən şəxs oxşadığını görmüşlər. Onlar həmin şəxsi bir neçə dəqiqə izlədikdən sonra ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsi RPİ-nə dəvət etmişlər. RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, siyahıda olan vəkillərdən birini seçsin. O da adı siyahıda olan vəkil X1 və həmin vəkil RPİ-nə dəvət edilmişdir. RPİ-nə dəvət olunmuş vəkil və videoçəkiliş vasitəsi ilə həmin şəxsin üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələri izah olunmuş və təklif olunmuşdur ki, üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoyaraq təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmış 01 ədəd bükümü masının üzərinə qoyaraq bükümün içərsində “kakos”, yəni narkotik maddə olan heroin olmasını, həmin heroinin ona məxsus olmasını, həmin narkotik maddəni 06.05.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Kubinka deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmış 01 ədəd büküm açılmış, bükümdə tünd qəhvəyi rəngli, iysiz narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmış 01 ədəd bükümə yığılmış narkotik maddəyə oxşar kütlə 01 ədəd kağız zərfdə qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 46 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Onlar və Təqsirləndirilən şəxs həmin zərfi imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 07 may 2021-ci il tarixdə Qaradağ RPİ-də işdə olmuşdur. Həmin vaxt ona RPİ-nin rəhbərliyi tərəfindən bildirilmişdir ki, RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxsn üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Ona bildirilmişdir ki, həmin şəxsi axtarış və götürməni telefonu ilə videoya çəksin. RPİ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirilmişdir ki, siyahıda olan vəkillərdən birini seçsin. O da adı siyahıda olan vəkil X1 və həmin vəkil RPİ-nə dəvət edilmişdir. RPİ-nə dəvət olunmuş vəkil və videoçəkiliş vasitəsi ilə həmin şəxsin üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələri izah olunmuş və təklif olunmuşdur ki, üzərində olan bütün əşyaları çıxarıb masanın üzərinə qoyaraq təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmış 01 ədəd bükümü masının üzərinə qoyaraq bükümün içərsində “kakos”, yəni narkotik maddə olan heroin olmasını, həmin heroinin ona məxsus olmasını, həmin narkotik maddəni 06.05.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Kubinka deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmış 01 ədəd büküm açılmış, bükümdə tünd qəhvəyi rəngli, iysiz narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmış 01 ədəd bükümə yığılmış narkotik maddəyə oxşar kütlə 01 ədəd kağız zərfdə qablaşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 46 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Onlar və Təqsirləndirilən şəxs həmin zərfi imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru Şahid2 Abizər oğlu məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Qaradağ RPİ-nin Cinayət-Axtarış Şöbəsinin kiçik inspektoru Şahid2 Abizər oğlunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 Abizər oğlunun məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 8, 16); Şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoyaraq bükümün içərisində “kakos”, yəni narkotik maddə olan heroin olmasını, həmin heroinin ona məxsus olmasını, həmin narkotik maddəni 06.05.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Kubinka deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmüş 01 ədəd büküm açılmış, bükümdə tünd qəhvəyi rəngli, iysiz narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmüş 01 ədəd bükümə yığılmış narkotik maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfə qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 25-26) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2021-ci il tarixli 6/1862 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 193” möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs... ” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.220 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin təmiz çəkisi – 0,220 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 0,170 qram.,(i.v 33-36) Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 5(002)-138/2021 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən qəbul edilmiş və Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin rəisi polis polkovniki İsfəndiyar Mehbalıyev tərəfindən təsdiq edilmiş 07 may 2021-ci il tarixli qərar qanuni hesab edilmişdir. (i.v 41-43) DVD diskə baxış keçirilməsi haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 07 may 2021-ci il tarixli şəxsi axtarış və götürülmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Diskdən görünür ki, iş üzrə şübhəli şəxs Əliyev X8 RPİ-nin NMB-nin və CAŞnin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 3 nömrəli binanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif edilmiş və sonuncu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmüş 01 ədəd bükümü masanın üzərinə qoyaraq bükümün içərisində “kakos”, yəni narkotik maddə olan heroin olmasını, həmin heroinin ona məxsus olmasını, həmin narkotik maddəni 06.05.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Kubinka deyilən ərazidən tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Davudov” sözləri yazılmış siqaretin kağızına bükülmüş 01 ədəd büküm açılmış, bükümdə tünd qəhvəyi rəngli, iysiz narkotik maddə heroinə bənzər kütlə aşkar olunmuşdur. Video görüntü 08 dəqiqə 42 saniyə davam edir. (i.v 44) 08 may 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cm-nin 234.1-ci maddəsi ilə təqsirlənidirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 49-50) 08 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 08.05.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilmişdir. (i.v. 66-67) Qətimkan tədbiri seçmə barədə 08 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 68-69) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 Ekspert Komissiyasının 16 iyul 2021-ci il tarixli, 2363 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.87-88) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 31 iyul 2021-ci il tarixli cavabından görünür ki, Əliyev X7 Hərbi Məhkəməsinn 13 oktyabr 2008-ci il tarixli hökmünə əsasən CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq edilməklə 200 manat miqdarənda cərimə cəzasına məhkum edilmiş, 03 noyabr 2008-ci ildə cəriməni tam ödəmişdir. (i.v. 90) Sübutların qiymətləndirilməsi haqqında 20 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində 08 may 2021-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə nəzərə alınmış, təqsirləndirilən Təqsirləndirilən şəxs barədə iş üzrə Azərbaycan Respublikası CMnin 234.2 maddə ilə cinayət təqibinin başlanması rədd rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.220 qram çəkidə heroin maddi sübut kimi tanınmalı tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində heroinin 0.170 qram qalığı və Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadələri, təqsirləndirilən şəxsin üzərinə “şəxsi axtarış keçirilməsi və götürülmə barədə” protokol və həmin protokola əlavə edilmiş 1 ədəd CD formatında disk, məhkəmə-kimyəvi ekspertizasının 6/1862 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi sübut növü kimi qiymətləndirilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs oğlunda aşkar edilmiş narkotik vasitə olan heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsi üçün material ayrılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə göndərilməsi qərara alınmışdır. (i.v. 91-98) Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində bir 25.03.2014-cü il təvəllüdlü Nilay adlı azyaşlı və bir 30.09.2011-ci il təvəllüdlü Murad adlı azyaşlı olmaqla iki övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasının yüngülləşdirən halların mövcud olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 07 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 01 gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanı gün ərzində saat 23:00-dan 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası daimi yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi büdcəsinə keçirilməli (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 72 (yetmiş iki) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 72 (yetmiş iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 432 (dörd yüz otuz iki) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan heroinin qalığı – 0,170 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109.90 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 72 (yetmiş iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 432 (dörd yüz otuz iki) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-318/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-318/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver