Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-318/2022 22.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1979-cu ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməklə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli 08 may 2018-ci il tarixdən hesablanmaqla cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) ay müddətinə azadlıqdan məhrum edilməklə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 5 (beş) il 8 (səkkiz) ay 5 (beş) gün hissəsi verilən cəza ilə birləşdirilərək 5 (beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmış, məhkum olunana kimi ünvan 1 ünvanda yaşamış, xx.xx.2016-cı il tarixdən Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya – daxilində ***-***-**-** nömrəli “Sim” danışıq kartı olan bir ədəd “Nokıa” markalı, “Mini Phone” modelli, “358688000-000158-**********00158” imei kodlu, həmçinin daxilində ***-***-**-** nömrəli “Sim” danışıq kartı olan bir ədəd “Ulefone” markalı, “S7” modelli, “353-**********55- 353**********63” imei kodlu mobil telefon aparatlarını və bir ədəd elektrik qidalandırıcısını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və həmin mobil telefonlar vasitəsi ilə tanışları Şahid5 istifadəsində olan ***-***-**-** saylı və Şahid6 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 25 noyabr 2021-ci il tarixdə saat 09:15 radələrində müəssisənin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman yataq yerindəki döşəyin altından qeyd edilən həmin daxilində danışıq kartları olan mobil telefon aparatları və bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qeydiyyatda olduğu kameradan aşkar edilərək götürülmüş daxillərində danışıq kartları olan iki ədəd mobil telefon aparatları və bir ədəd elektrik qidalandırıcısı özünə məxsusdur. O, həmin mobil telefon aparatlarını daxillərində danışıq kartları və elektrik qidalandırıcısı ilə birlikdə aşkar olunmamışdan təxminən bir neçə ay əvvəl 2021-ci ilin oktyabr ayının əvvəllərində cəza çəkdiyi kamerada təmir işləri aparılarkən döşəmənin altından tapdığını, həmin mobil telefon aparatlarından daxillərində olan danışıq kartları vasitəsilə bir neçə dəfə istifadə edərək tanışları Şahid5 istifadəsində olan ***-***-**-** saylı, Şahid6 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini yığaraq əlaqə saxlayıb danışdığını, həmin mobil telefon aparatları və danışıq kartları onda olan zaman onlardan başqa heç kimin istifadə etmədiyini və 25 noyabr 2021-ci il tarixdə təxminən saat 09:15 radələrində cəza çəkdiyi müəssisənin əməkdaşları tərəfindən qeydiyyatda olduğu 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman yataq yerindəki döşəyin altından daxilində ***-***-**-** nömrəli “Sim” danışıq kartı olan bir ədəd “Nokıa” markalı “Mini Phone” modelli, eyni zamanda daxilində ***-***-**-** nömrəli “Sim” danışıq kartı olan bir ədəd “Ulefone” markalı “S7” modelli mobil telefon aparatları və bir ədəd elektrik qidalandırıcısının aşkar olunaraq götürüldüyünü göstərmişdir. O, son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat Bölməsinin böyük inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkən şəxs kimi tanıyır. Daxil olmuş əməliyyat məlumatına əsasən 25 noyabr 2021-ci il tarixdə saat 09:15 radələrində hal şahidlərinin iştirakı ilə birlikdə müəssisənin 1-ci rejim korpusunun 14 saylı kamerasında qəfləti axtarışbaxış tədbirləri keçirilən zaman həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs yataq yerindəki döşəyin altından gizlədilmiş vəziyyətdə “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş əşya – daxilində ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Nokıa Mini” markalı və ***-***-**-** saylı "xxxx" danışıq kartı olan bir ədəd “Ulefone S7” markalı mobil tele- fon aparatlarının və bir ədəd elektrik qidalandırıcısının aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş əşyaların aşkar olunması faktı ilə əlaqədar hal şahidləri və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartları olan mobil telefon aparatları qablaşdırılaraq protokola əlavə olunmuş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəsinin növbətçi köməkçisi Şahid2, rejim-nəzarət şöbəsinin böyük nəzarətçiləri Şahid3 və Şahid4 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiqləmişlər. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmədiyini və ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid6: Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsilə yığaraq əlaqə saxlayaraq danışdığını göstərmişdir. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid5: Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən tanışı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə vasitəsi ilə yığaraq əlaqə saxlayaraq danışdığını göstərmişdir İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 dekabr 2021-ci il tarixli, “5/1391” nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Ulefone” markalı, “S7” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan ekran kilidi mobil cihazın yaddaşında olan məlumatları silmədən ləğv olundu. Təqdim edilmiş bir ədəd sensor ekran və “Android 7.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Ulefone” markalı, “S7” modelli “353**********55-353**********63” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Təqdim edilmiş arxa məlumat lövhəsinə görə “Nokia” markalı “Mini Phone” modelli mobil telefonun proqram təminatında olan imei kodla arxa tərəfində məlumat lövhəsinə olan imei kodlar fərqlidir. Təqdim edilmiş “Ulefone” markalı, “S7” modelli mobil smartfonda foto və videoçəkiliş xidmətləri mövcuddur. Təqdim edilmiş “Nokia” markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli mobil telefonda foto və videoçəkiliş xidmətləri mövcud deyildir. Təqdim edilmiş “Ulefone” markalı, “S7” modelli mobil smartfonun yaddaşında toplanmış hal-hazırda mövcud olan məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report-Hesabat) hesabat “Ekspertiza 5-1391” adlı çantasında bir ədəd üzərində “Verbatim” yazısı olan DVD-R tipli diskə köçürülərək ekspertiza rəyinə əlavə olundu. Tədqiq olunan “Nokia” markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli mobil telefonun “UFED TOUCH 2” markalı qurğunun proqram təminatında modelinin olmaması müəyyən olundu. Rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan mobil telefonun yaddaşında hər hansı bir məlumatların olub-olmamasının müəyyən edilməsi üzrə tədqiqat işinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Nokia” markalı arxa məlumat lövhəsinə görə “Mini Phone” modelli mobil telefonun yaddaşında olan “Тел.книга” bölməsində qırx yeddi ədəd kontakt, “сообшение” doqquz ədəd daxil olan sms mesaj, “Центр вызовов” bölməsində üç ədəd buraxılmış zəng, üç ədəd çıxan zəng qeydi və bir ədəd daxil olan zəng qeydi müəyyən edilsə də rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə köçürüb istintaq orqanın təqdim etmək mümkün olmadı. Ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-dən alınmış 28 yanvar 2022-ci il tarixli, “1650” nömrəli məktubdan və iş üzrə çıxarış olan diskdən görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə istifadə etdiyi “Ulefone” markalı, “S7” modelli, “353**********55-353**********63” imei kodlu və “Nokia” markalı, “Mini Phone” modelli, “**********00158-**********00158” imei kodlu mobil telefon aparatlarından ***-***-**-** və ***- ***-**-** saylı GSM danışıq kartları vasitəsilə istifadə edərək ***-***-**-**; ***-***-**-** və ***- ***-**-** saylı mobil telefon nömrələri ilə mütəmadi danışıqlar aparmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X2”na 11-ci əlavədən görünür ki, mobil telefon aparatının məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinməklə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli 08 may 2018-ci il tarixdən hesablanmaqla cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) ay müddətinə azadlıqdan məhrum edilməklə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 5 (beş) il 8 (səkkiz) ay 5 (beş) gün hissəsi verilən cəza ilə birləşdirilərək 5 (beş) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış - daxilində ***-***-**-** nömrəli “Sim” danışıq kartı olan bir ədəd “Nokıa” markalı “Mini Phone” modelli, “**********00158-**********00158” imei kodlu, eyni zamanda daxilində ***-***-**-** nömrəli “Sim” danışıq kartı olan bir ədəd “Ulefone” markalı “S7” modelli, “353**********55-353**********63” imei kodlu mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, ***-***- **-** nömrəli “Sim” danışıq kartı və ***-***-**-** nömrəli “Sim” danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 53,65 (əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş və cəzanın çəkilməmiş qalmış 02 (iki) il 07 (yeddi) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisində çəksin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" Telekom MMC-dən alınmış 26 yanvar 2022ci il tarixli, “1457” saylı məktub və iş üzrə çıxarış olan disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - daxilində ***-***-**-** nömrəli “Sim” danışıq kartı olan bir ədəd “Nokıa” markalı “Mini Phone” modelli, “**********00158-**********00158” imei kodlu, eyni zamanda daxilində ***-***-**-** nömrəli “Sim” danışıq kartı olan bir ədəd “Ulefone” markalı “S7” modelli, “353**********55-353**********63” imei kodlu mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin, ***-***-**- ** nömrəli “Sim” danışıq kartı və ***-***-**-** nömrəli “Sim” danışıq kartı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 53,65 (əlli üç manat altmış beş qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-318/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-318/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver