Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-319/2021 14.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, məhkumluğu olmayan, orta təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımış və özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, 22.05.2021-ci il tarixdə saat 19:30 radələrində Qaradağ RPİ-nin NMB-nin əməkdaşları inzibati ərazidə xidmətdə olan zaman daxil olmuş əməliyyat məlumat əsasında tərəflərindən üzərində narkotik vasitənin gəzdirməsində şübhəli bilinərək ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati binasına gətirilməklə dəvət edilmiş müdafiəçinin iştirakı ilə 22.05.2021-ci il tarixdə saat 21:20 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəxsi istifadə üçün saxladığı 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,190 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Bundan başqa o, 02.06.2021-ci il tarixdə saat 09:00 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 4 ünvanın yaxınlığında yerləşən nömrəsiz fərdi tikili bağ evində olarkən bağ evinin qapısından asılmış tünd göy rəngli gödəkçənin sol döş cibindən Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 700 manat dəyərində «Huavvei Nova 3i» markalı mobil telefonunu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, 07.06.2021-ci il tarixdə saat 16:15 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı-Ələt yolunun 27-ci km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya Qaradağ ünvanında yerləşən «NUR» marketin yaxınlığında magistral yolda Zərərçəkmiş şəxs2 məxsus “MAZ 64229” yük markalı **-CN- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 550 manat dəyərində «X9 8» markalı mobil telefonunu gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, 12.06.2021-ci il tarixdə saat 16:48 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 6 ünvanda yerləşən «Xırdavat» təsərüfat mağazasında piştaxta üzərində olan YYÇ Şahid1 istifadəsində olan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 350 manat dəyərində «Samsung Galaxy A-12» markalı mobil telefonunu gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik maddələrin alüdəçisi olduğu üçün tanımadığı şəxslərdən narkotik vasitə əldə edib qəbul etmişdir. 21.05.2021-ci il tarixdə şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan əraziyə getmişdir. Orada olarkən bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə istədiyini bildikdən sonra bir çet narkotik vasitə olan heroini (kakos) və ya psixotrop maddə olan metafetamini 10 manata satmasını bildirmişdir. O, həmin şəxslə razılaşıb 10 manat pul verib həmin oğlandan həmin 1 çet kakos, yəni narkotik vasitə olan heroin sarı kağız bükümdə alaraq, sonrada istifadə etməsi üçün əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoymuşdur. Səhəri gün 22.05.2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, 43 saylı evin yaxınlığında olarkən mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və onun narkotik sərxoşluğundan şübhələndikləri üçün onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 38-ci polis bölməsinə gəlmiş və xidməti otaqların birinə daxil olmuşdur. Orada polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirmişlər. Bundan sonra ona üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etməsi təklif edilmişdir. O da şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən sarı kağız bükümdə aldığı 01 ədəd bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz şəklində (kakos) yəni narkotik vasitə olan heroin aşkar olunmuşdur. Öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sorğu zamanı polis əməkdaşlarına da ifadəsində göstərdiyi kimi haradan necə aldığını bildirmişdir. Ondan aşkar edilmiş həmin büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Heroinə digər sözlə «kakos» deyildiyinə görə video çəkliş zamanı da heroini «kakos» adlandırmışdır. Polis əməkdaşları tərəfindən ona heç bir psixoloji və fiziki təsir göstərilməyib. Narkotik vasitə əldə edib saxlayaraq daşıdığına görə şübhəli şəxs kimi Qaradağ RPİ-nin MSY-də 48 saat saxlandıqdan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, MSY-dən azad olunmuşdur. Bundan sonra o, maddi durumu pis, olduğundan mobil telefonlar oğurlayıb satıb qazanc əldə etmək qərarına gəlmişdir. 02.06.2021-ci il tarixdə saat 09:00 radələrində ünvan 4 ünvanın yaxınlığında yerləşən tanışı Zərərçəkmiş şəxs1 yanına qaraja oxşar bağ evinə getmişdir. Orada Rövşən özünə məxsus göyərçin quşlarını buraxıb yemləyirdi. Rövşən həmin zaman əynində olan tünd göy rəngli gödəkçəni bağ evinin quşları saxladığı otağın qapısından asmışdır. Həmin zaman Rövşənin başı göyərçinlərə qarışıq olmasından istifadə edərək qapıdan asılmış tünd göy rəngli gödəkçənin sol doş cibindən Rövşənə məxsus “Huavvei Nova 3i” markalı mobil telefonunu gizli olaraq oğurlayıb əynində olan öz gödəkçəsinin cibinə qoymuşdur. Sonra oradan uzaqlaşmış və həmin gün oğurladığı mobil telefonu 20 yanvarda “Velotrek” yarmarkasının qarşısında mobil telefonların alışı-satışı mağazasında özünə məxsus adı ilə şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə orada işləyən Sənan adlı şəxsə təxminən 100 ya 120 manata satmışdır. Əldə etdiyi pula isə siqaret, narkotik alıb qəbul etmişdir. Səhəri gün Rövşənlə görüşərkən sonuncu ondan mobil telefonunu soruşmuş, Rövşənə pul lazım olduğu üçün telefonunu oğurlamasını etiraf etmişdir. Rövşəndə ona 11 manat pul vermişdir ki, mobil telefonunu geri gətirsin. Həmin zaman o, əməlindən peşman olaraq Rövşənə məxsus mobil telefonu qaytarmaq istəsədə telefonunu artıq əldə edə bilməmişdir. Bundan sonra o, 07.06.2021-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəlik tərəfdə yol kənarında olarkən bir nəfər tanımadığı, sonradan adının Çingiz olduğunu bildiyi şəxsə məxsus “MAZ” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərini təmir etməsini görmüşdür. Ona yaxınlaşıb kömək etməklə tanış olmuşlar. Həmin Çingiz adlı sürücüyə Sahil qəsəbəsində yol kənarında ucuz təkər satılmasını bildirmişdir. Onlar birlikdə Bakı-Ələt yolunun 25-ci km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya Qaradağ ünvanında yerləşən «Qaradağ» marketin qarşısına gəlmişlər. Onlar birlikdə marketə daxil olmaq istəsələrdə Çingizin qoruyucu maskası olmadığı üçün o, özünə məxsus tibbi maskanı Çingizə vermiş özü isə marketin girişində onu gözləmişdir. Bir müddətdən sonra Çingiz marketdən su, siqaret alaraq gəlmiş və onlar birlikdə Çingizin idarə etdiyi yük avtomobilinə əyləşərək yola düşmüşlər. Avtomobilin təkəri nasaz olduğundan təxminən 2 km irəlidə Bakı-Ələt yolunun 27-ci km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya Qaradağ ünvanında yerləşən «NUR» marketi keçdikdən sonra yaxınlıqda Çingiz avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt saat 16 radələri olmuşdur. Avtomobilin təkəri nasaz olduğu üçün o, təkərin vintlərini açmışdır. Həmin zaman sürücü Çingizin başı təkərə qarışıq olmasından istifadə edərək avtomobilin salonuna minib salonda sürücü Çingizə məxsus “X9 8” markalı mobil telefonunu gizli olaraq oğurlamışdır. Avtomobilin salonundan düşmüş, sürücü Çingizin başının təkərə qarışıq olmasından istifadə edərək gizlicə oradan uzaqlaşmışdır. Sonra isə həmin gün oğurladığı mobil telefonu 20 yanvarda “Velotrek” yarmarkasının qarşısında mobil telefonların alışı-satışı mağazasında özünə məxsus adı ilə şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə orada işləyən Sənan adlı şəxsə 170 manata satmışdır. Əldə etdiyi pula isə siqaret, narkotik yemək içmək alıb qəbul etmişdir. Bundan sonra 12.06.2021-ci il tarixdə saat 16:45 radələrində ünvan 6 ünvanda yerləşən «Xırdavat» təsərüfat mağazasında olarkən qismən sağ tərəfdə piştaxta üzərində mobil telefon görmüşdür. Satıcının başını qarışdırmaq üçün əlini onun arxasında olan yerə uzadaraq kley soruşmuş, satıcı başını çevirən kimi həmin piştaxta üzərində olan “Samsung Galaxy A-12” markalı mobil telefonunu gizli olaraq oğurlayıb cibinə qoyub sakitcə mağazadan çıxmışdır. Sonra isə həmin günü oğurladığı mobil telefonu 20 yanvarda “Velotrek” yarmarkasının qarşısında mobil telefonların alışı-satışı mağazasında özünə məxsus adı ilə şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə orada işləyən Sənan adlı şəxsə 130 manata satmışdır. Əldə etdiyi pula isə siqaret, narkotik, qida məhsulları alıb qəbul etmişdir. Oğurluqları tək başına etmiş və heç kəsə oğurluq etməsi barədə deməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ona qarşı hər hansı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 02.06.2021-ci il tarixdə saat 09:00 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığında yerləşən qaraja oxşar bağ evində saxladığı göyərçinlərini yemləyərkən həmişə olduğu kimi qəsəbə sakini olan tanışlıq münasibətlərində olduğu Təqsirləndirilən şəxs onun yanına gəlmişdir. Həmin vaxt o, orada özünə məxsus göyərçin quşlarını buraxıb yemləyirdi. Həmin gün hava isti olduğundan əynində olan tünd göy rəngli gödəkçəni bağ evinin quşları saxladığı otağın qapısından asmışdır. Həmin zaman başı göyərçinlərə qarışıq olmuşdur. Zahid isə quşları saxladığı otağa daxil olmuşdur. Onun orada quşlara baxmasını zənn etmişdir. Bir müddətdən sonra Zahid quşxanadan çıxaraq gələcəyini bildirib çıxıb getmişdir. Bir müddətdən sonra o, qapıdan asdığı tünd göy rəngli gödəkçəsinin sol döş cibinə baxdıqda özünə məxsus təxminən bir il öncə rəsmi mağazadan təzə vəziyyətdə 700 manata aldığı, daxilində bir Azercell şəbəkəsində işləyən 050 887 88 34 SİM nömrə olan 869 462 032 602 692 və 869 462 032 612 709 İMEİ nömrəli “Huavvei Nova 3i” markalı mobil telefonunun gizli olaraq oğurlamasını aşkar etmişdir. Bundan sonra başa düşmüşdür ki, mobil telefonunu Zahid oğurlamışdır. Həmin vaxt Zahidlə münasibətləri olduğu üçün şikayət etməmiş, düşünmüşdür ki, onun özünə deyər və telefonunu geri alar. Səhəri gün Zahid ilə görüşərkən mobil telefonunu soruşmuş, cavabında Zahid pula ehtiyacı olduğu üçün telefonunu oğurlamasını etiraf etmişdir. Zahidə yazığı gəldiyindən könüllü olaraq üzərində olan 11 manat pulu ona vermişdir ki, mobil telefonunu geri gətirsin. Lakin Zahid nə pulunu nə də ki, mobil telefonu qaytarmışdır. Bundan sonra 38-ci PB-nə şikayət ərizəsi yazmışdır. Polis ilə birlikdə gəlib hadisə yerinə baxış keçirilmişdir. Oğurlanmış mobil telefonunun daxilində olan bir ədəd SİM nömrənin mahiyyəti olmadığından onu maddi ziyan kimi hesab etmir, sim nömrə ilə bağlı ona ziyan dəyməmişdir. Mobil telefonunu 1 ildir ki, istifadə etməyinə baxmayaraq saz vəziyyətdə olmuş, onun qiymətini aldığı kimi dəyərləndirir. Belə ki, mobil telefonunun oğurlanması nəticəsində ona 700 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənildiyini, buna görə də təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Əvvəl ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 07.06.2021-ci il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəlik bazarı tərəfdə yol kənarında özünə məxsus “MAZ” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təkərini təmir edərkən bir nəfər tanımadığı, sonradan adını Zahid kimi deyən şəxs ona yaxınlaşaraq təkirin təmirində kömək göstərmiş və onunla tanış olmuşlar. Həmin Zahid adlı şəxs ona Sahil qəsəbəsində yol kənarında ucuz təkər satılmasını bildirmişdir. Onlar birlikdə Bakı- Ələt yolunun 25-ci km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya Qaradağ ünvanında yerləşən «Qaradağ» marketin qarşısına gəlmişlər. Onlar birlikdə marketə daxil olmaq istəmişlər. Qoruyucu maskası olmadığı üçün Zahid özünə məxsus maskanı ona vermiş, Zahid özü isə marketin girişində onu gözləmişdir. Bir müddətdən sonra o, marketdən su, siqaret alaraq gəlmiş və onlar birlikdə onun idarə etdiyi yük avtomobilinə əyləşərək yola düşmüşlər. Avtomobilin təkəri nasaz olduğundan təxminən 2 km irəlidə Bakı-Ələt yolunun 27-ci km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya Qaradağ ünvanında yerləşən «NUR» marketi keçdikdən sonra yaxınlıqda avtomobili yolun kənarında saxlamışdır. Həmin vaxt artıq saat 16 radələri olardı. Avtomobilin təkəri nasaz olduğu üçün Zahid təkərin vintlərini açmışdır. Həmin zaman Zahid onun başının təkərə qarışıq olmasından istifadə edərək avtomobilin salonuna minmişdir. Zahidin salondan su götürməsini zənn etmişdir. Bir müddət sonra Zahidin qayıtmamasını görüb ətrafa baxmış, lakin onu görməmişdir. Avtomobilinin salonuna baxdıqda salonda oturacaqların arasında olan xalçanın üzərinə qoyduğu özünə məxsus bir il öncə rəsmi mağazadan 550 manata aldığı, daxilində bir Azercell şəbəkəsində işləyən 051 795 05 25 SİM nömrə olan 869 241 046 531 729 və 869 241 048 631 725 İMEİ nömrəli “X9 8” markalı mobil telefonunun gizli olaraq oğurlamasını aşkar etmişdir. Bundan sonra başa düşmüşdür ki, mobil telefonunu Zahid adlı şəxs oğurlamışdır. Bundan sonra 38-ci PB-nə şikayət ərizəsi yazmışdır. Polis ilə birlikdə gəlib hadisədən öncə «Qaradağ» marketin girişini göstərən video görüntüyə baxarkən polislər Zahidi tanıyıb həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Oğurlanmış mobil telefonunun daxilində olan bir ədəd SİM nömrənin mahiyyəti olmadığından onu maddi ziyan kimi hesab etmir, sim nömrə ilə bağlı ona ziyan dəyməmişdir. Mobil telefonunu 1 ildir istifadə etməsinə baxmayaraq saz vəziyyətdə olmuş, onun qiymətini aldığı kimi dəyərləndirir. Belə ki, mobil teefonunun oğurlanması nəticəsində ona 550 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan bu günədək ödənilməmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və vurulmuş maddi ziyanı tələb edir. Əvvəl ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 12.06.2021-ci il tarixdə saat 16:45 radələrində oğlu Şahid1 ünvan 6 ünvanda yerləşən «Xırdavat» təsərüfat mağazasında olarkən özünə məxsus oğlu Şahid1 istifadəsində olan 2021-ci ili aprel ayında rəsmi mağazadan 350 manata işlənmiş aldığı, daxilində bir Bakcell şəbəkəsində işləyən adına 055 700 26 75 SİM nömrə olan 350 153 272 816 052 İMEİ nömrəli «Samsung Galaxy A-12» markalı mobil telefonu gizli olaraq oğurlanmışdır. Həmin günü şikayət ərizəsi yazmağa imkanı olmamış, telefonunu axtarsalarda tapa bilməmişlər. Mağazada olan görüntünü əks etdirən video kameraya baxış keçirərkən müəyyən olunmuşdur ki, mobil telefonu qəsəbədə sakini Zahid adlı şəxs oğurlamışdır. Bundan sonra 38-ci PB-nə şikayət ərizəsi yazmışdır. Polis gəlib hadisə yerinə baxış keçirmişdir. Oğurlanmış mobil telefonunun daxilində olan bir ədəd SİM nömrənin maddi mahiyyəti olmadığından onu maddi ziyan kimi hesab etmir, sim nömrə ilə bağlı ona ziyan dəyməmişdir. Mobil telefonunu bir neçə aydır ki, istifadə etməyinə baxmayaraq saz vəziyyətdə olmuş, onun qiymətini aldığı kimi dəyərləndirir. Belə ki, mobil telefonunun oğurlanması nəticəsində ona 350 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan bu günədək ödənilməmişdir. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və vurulmuş maddi ziyanı tələb edir. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərmişdir ki, 12.06.2021-ci il tarixdə saat 15 radələrində lambir almaq üçün evdən çıxaraq Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinə yola düşmüşdür. Bir müddət sonra təxminən saat 16:30 radələrində ünvan 6 ünvanda yerləşən «Xırdavat» təsərüfat mağazasına gəlmişdir. Mağazada tanımadığı satıcı ilə razılaşaraq onunla birlikdə təxminən 50 metr kənarda yerləşən anbara lambirin götürmək üçün getmişlər. Lakin anası İlhaməyə məxsus istifadəsində olan daxilində anası İlhamənin adına 055 700 26 75 SİM nömrə olan 350 153 272 816 052 İMEİ nömrəli «Samsung Galaxy A-12» markalı mobil telefonu mağazada şüşəli piştaxtanın üzərində unutmuşdur. Saat 16:50 radələrində mağazaya qayıtdıqda şüşəli piştaxtanın üzərinə qoyduğu həmin mobil telefonunun orada olmamasını görmüşdür. Mağazada soraqlaşsada mobil telefon tapılmamışdır. Mağazada olan görüntünü əks etdirən video kameraya baxış keçirərkən müəyyən olunmuşdur ki, mobil telefonu qəsəbədə narkoman oğru kimi tanınmış Zahid adlı şəxs oğurlamışdır. Bundan sonra anası İlhamə 38-ci PB-nə şikayət ərizəsi yazmışdır. Polis gəlib hadisə yerinə baxış keçirmişdir. Həmin mobil telefonunu anası İlhamə 2021-ci ili mart ayında rəsmi mağazadan almışdır. Mobil telefonunu bir neçə aydır ki, istifadə etməsinə baxmayaraq saz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 12.06.2021-ci il tarixdə saat 16:30 radələrində tanıdığı müştəri olan Ramin lambir almaq üçün ticarətlə məşğul olduğu ünvan 6 ünvanda yerləşən «Xırdavat» təsərüfat mağazasına gəlmişdir. Ramin işçisi ilə lambirin çeşidlərinə baxmaq üçün mağazadan çıxaraq yaxınlıqda olan anbara getmişlər. Həmin zaman o, satıcını əvəz etmişdir. Saat 16:48 radələrində bir nəfər kişi cinsli şəxs mağazaya daxil olub əlini arxa tərəfində olan vitrinə uzadaraq ondan kley soruşdur. O, başını geriyə çevirib vitrində olan kleyləri ona təqdim etsə də guya ona lazım olan kleyin olmamasını bildirərək mağazadan çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra Ramin satıcı ilə mağazaya qayıtmış və istifadəsində olan «Samsung Galaxy A-12» markalı mobil telefonunu mağazada şüşəli vitrin üzərində unutduğunu bildirmişdir. O, isə burada heç bir mobil telefonu görmədiyini bildirmişdir. Mağazada soraqlaşsalarda mobil telefon tapılmamışdır. Mağazada olan görüntünü əks etdirən video kameraya baxış keçirərkən müəyyən olunmuş ki, az öncə mağazaya gəlib kley soruşan şəxs başının qarışıq olmasından istifadə edərək mağazada şüşəli vitrin üzərində olan «Samsung Galaxy A-12» markalı mobil telefonu gizli olaraq oğurlayıb cibinə qoyaraq mağazanı tərk edir. Bundan sonra 38-ci PB-dən əməkdaşlar gələrək mağazaya və video kameraya baxış keçirmişlər. Mağazada olan görüntünü əks etdirən video kameraya baxış keçirərkən müəyyən olunmuşdur ki, mobil telefonu qəsəbədə narkoman oğru kimi tanınmış Zahid adlı şəxs tərəfindən oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 22.05.2021-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid4 və Şahid5 ilə xidmətdə olduqları zaman daxil olmuş əməliyyat məlumatı əsasında saat 19:30 radələrində ünvan 2 ünvanın yaxınlığında qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Zahid adlı şəxs saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə dəvət olunmuşdur. Qaradağ RPİ-nin 38-ci PB-də məlum oldu ki, həmin şəxs Qaradağ rayon Sahil qəsəbəsi sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən kağızı kəsiyində bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisində «kakos» yəni heroin olmasını və öz isfadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş büküm açılaraq içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddə müəyyən edilmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin maddəni bir gün əvvəl özü qəbul etmək üçün Bakı şəhərində «Papanin» adlanan yerdə tanımadığı, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Ondan aşkar edilmiş həmin büküm, iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və özləri həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyibdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşqul olması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid5 digər Şahid3 ifadəsində göstərdiyini xüsusatlatrı təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid4 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə Şahid4 ibtidai istintaq dövründə vermiş olduğu digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirak etməməsin nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası ətrafında yerləşən «Park 20 shopping velotrek» ticarət mərkəzinin sırasında olan üzərində qara tabloda «X8» yazıları olan mobil telefonların alışı-satışı mağazasında işləyir. 02.06.2021-ci il, 07.06.2021-ci il və 12.06.2021-ci il tarixlərdə əvvəllər tanımadığı şəxsiyyət vəsiqəsinin surətini təqdim edərəkən şəxsiyyəti ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxs işlədiyi obyektə gələrək şəxsiyyət vəsiqəsinin surətini təqdim edib özünə məxsus adı ilə cəmi 3 ədəd işlənmiş mobil telefonları razılaşma yolu ilə ona satmışdır. Belə ki, 02.06.2021-ci il tarixdə günorta saatlarında əvvəllər tanımadığı şəxsiyyəti ona Təqsirləndirilən şəxs kimi məlum olan şəxs işlədiyi obyektə daxil olaraq 869 462 032 602 692 İMEİ kodlu «Huavvei Nova 3i» markalı mobil telefonu özünə məxsus adı ilə 120 manata, həmçinin 07.06.2021-ci il tarixdə 869 241 046 531 729 İMEİ kodlu «X9 8» markalı mobil telefonu özünə məxsus adı ilə 170 manata, həmçinin 12.06.2021-ci il tarixdə 350 153 272 816 052 İMEİ kodlu «Samsung Galaxy A-12» markalı mobil telefonunu özünə məxsus adı ilə 130 manata satmışdır. Şəxsiyyət vəsiqəsinin surətində satdığı mobil telefonların markaları, İMEİ kodlardan biri, satıldığı tarixləri qeyd olunmuş və bunu Təqsirləndirilən şəxs təstiq etmişdir. Təqsirləndirilən şəxs satdığı həmin mobil telefonlar tanımadığı müştərilərə satılmışdır. Bu səbəbdəndə həmin mobil telefonları təqdim edə bilmir. Təqsirləndirilən şəxs dəfələrlə həmin mobil telefonların oğurluq olub-olmamasını soruşsada o, oğurluq olmamasını bildirmişdir. Mobil telefonlar işlənmiş vəziyyətdə olduğu üçün satış qiymətindən qismən ucuz qiymətə almışdır. O, həmin mobil telefonların oğurluq olmasını bilsəydi heç vaxt almazdı. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v.11, 20-21) Şəxsi axtarış və götürmə aparılması haqqında 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış keçirilərkən ona üzərində olan qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibindən sarı kağızdakı 1 ədəd bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi bükün içərisinə baxdıqda orada qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən kakos olduğunu, bir gün əvvəl Nəsimi rayonu Papanin adlanan ərazidən tanımadığı, adını bilmədiyi şəxsdən 10 manat öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində başqa əşya aşkar edilmədi, onun təqdim etdiyi, içərisində qəhvəyi rəngli toz şəklində, iysiz maddə olan sarı rəngli kağızdakı büküm zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmiş və məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. (İ cild, i.v. 31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23.05.2021-ci il tarixli 6/2039 saylı məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 47 dairəvi möhür əksi, adlar, soyadlar və imzalar olan zərfdə 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,190 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,190 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,140 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır. (İ cild, i.v.38-41) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 24 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qraadağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Elnur Abdullayevin 24.05.2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. (İ cild, i.v.71-72) Qətimkan tədbirinin seçilməsi haqqında 24.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v.73-74) DVD diskə baxış keçirmə haqqında 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Elnu Abdullayev Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə Zərərçəkmiş şəxs2 ərizəsi əsasında 38-ci PB-də toplanmış və cinayət işinə birləşdirilmiş materiala əlavə olunmuş 01 ədəd DVD diskə baxış keçirmiş və müəyyən olunmuşdur ki, 07.06.2021-ci il tarixdəsaat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya Qaradağ ünvanında yerləşən “Qaradağ” marketin girişində Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs marketə daxil olmaq istəyirlər, Zərərçəkmiş şəxs2 qoruyucu maskası olmadığı üçün Zahid özünə məxsus maskanı ona verdi, özü isə marketin girişində gözləyir. Görüntü 01:12 dəqiqə davam edir. Bundan başqa Zərərçəkmiş şəxs3 ərizəsi əsasında 38-ci PB-də toplanmış və cinayət işinə birləşdirilmiş HK-1-527 saylı materiala əlavə olunmuş 01 ədəd DVD-yə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdəsaat 16:48 radələrində ünvan 6 ünvanda yerləşən “Xırdavat” təsərrüfat mağazasında piştaxta üzəində olan “Samsung Galaxy A-12” markalı mobil telefonu gizli olaraq talamaqla oğurlayaraq mağazanı tərk edir. Görüntü 34 saniyə davam edir. Protokolun doğruluğu təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imzaları ilə təsdiq edilmişdir. (İ cild, i.v. 155) Təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması haqqında 15 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğu üçün 15 iyun 2021-ci il tarixdə tutulmuşdur. (İ cild, i.v. 159) Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətlərinin götürülməsi barədə protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Elnur Abdullayev cinayət işinin istintaqı ilə əlaqədar olaraq Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar metrostansiyası ətrafında yerləşən “Park 20 shopping velotrek” ticarət mərkəzinin sırasında olan üzərində qara tabloda “X8” yazıları olan mobil telefonların alışısatışımağazasında satıcı işləyən Şahid2 könüllü təqdim etdiyi üzərində 02.06.2021-ciil tarix 869 462 032 602 692 İMEİ kod, “Huavvei Nova 3i” markalı mobil telefon, 07.06.2021ci il tarix, 869 241 046 531 729 İMEİ kod, “X9 8” markalı mobil telefon və 12.06.2021-ci il tarix, 350 153 272 816 052 İMEİ kod, “Samsung Galaxy A-12” markalı mobil telefonu sözləri və imza olan ayrı-ayrılıqda 03 vərəqədən ibarət Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqələrinin surətlərini götürmüşdür. (İ cild, i.v. 168) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-114/2021 saylı, 17 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xasa oğlu barəsində əvvəli 15 iyun 2021-ci il tarixdən hesablanmaqla 24 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 1-4) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə 03 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ödənilməmiş məhkumluğu yoxdur. (İİ cild, i.v. 5-6) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X5-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 16 iyun 2021-ci il tarixli 1921 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v.69-70) Sübutların qiymətləndirilməsi barədə 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3, 178.1, 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından barəsində həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. X1 məxsus “Samsung Galaxy A 21 s” markalı mobil telefonun oğurlanması faktı üzrə Təqsirləndirilən şəxs aidiyyəti olmadığından barəsində həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxslərə məxsus oğurlanmış mobil telefonlarında olan SİM nömrələrin maddi dəyəri olmadığından həmin hissədə cinayət təqibinin başlanması rədd edilmişdir. Mobil telefonları alan Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdə 38-ci PB-də xəsarət yetirməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından həmin fakt üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxslərə məxsus oğurlanmış mobil telefonları müəyyən olunmadığından, məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi mümkün olmadığından onların dəyəri zərərçəkmiş şəxslərin göstərdiyi qiymətlərlə elan olunmuş ittihamda saxlanılmışdır. İş üzrə zərərçəkmiş şəxslərin, şahid ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və götürmə aparılması barədə protokol və ona əlavə edilmiş 01 ədəd DVD məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri, oğurluq cinayətlərinə dair görüntünü əks etdirən 02 ədəd DVD disk, təqsirləndirilən Təqsirləndirilən şəxs oğurladığı mobil telefonları haqqında məlumatları yazdığı 03 ədəd şəxsiyyət vəsiqələrinin surətləri və işdə olan digər protokollar sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.190 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,140 qram heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. (İİ cild, i.v.101-117) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində 04.11.2009-cu il təvəllüdlü Ayan adlı bir yetkinlik yaşına çatmayan övladı vardır. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı iddiası vı tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar, 2 qram heroin isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama əməlləri 177.2.2. təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29cumaddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını (CM- 59.2), zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar ona təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalar qismən toplanmaqla, ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzalar təyin edilməli, təyin edilmiş cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməli (CM 66.2), onun ibtidai istintaq dövründə 22 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək, habelə onun 15 iyun 2021-ci il tarixdən hal-hazırki vaxtadək tutma altında və həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3, CPM-158.2), cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2021-ci il tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli, (CPM-132), iş üzrə ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (CM- 93.1.2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 işə qoşularaq ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs 68 (altmış səkkiz) iş saatı dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, vəkili Müdafiəçi işə qoşularaq məhkəmə bvaxışı dövründə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 68 (altmış səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 408 (dörd yüz səkkiz) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 22 may 2021-ci il tarixdən 24 may 2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 gün müddət nəzərə alınaraq ona təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri – 65 (altmış beş manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitələrin qalığı – 0,140 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 68 (altmış səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 408 (dörd yüz səkkiz) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-319/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-319/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver