Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-32/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan rayonu, Kürsəngi kəndində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Salyan rayonu, Kürsəngi kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlı hərəkətləri etmişdir. Belə ki, o, xx xxx 2020-ci ildə saat 09 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F.Axundov küçəsində fəaliyyət göstərən “Çərəz aləmi” dükanının qarşısındakı yolda heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, yaranmış münaqişə zamanı ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə ünvanına nalayiq söyüşlər söyüb yumruqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs ağız nahiyyəsinə vurmuş, sonra Zərərçəkmiş şəxs sol əlini buraraq “Çərəz aləmi” dükanının qapısına tərəf itələmiş, nəticədə Zərərçəkmiş şəxs sol əlin İ barmağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, cüzi hərəkət məhdudluğu, üst dodağın qansızması, sağ saidin sıyrığı ilə nəticələnən ümumilikdə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Salyan rayonunda qeydiyyatda olsa da, faktiki olaraq ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs qonşuları kimi tanımış və əvvəllər münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin mart ayında onun idarə etdiyi avtomobil xarab olduğundan, pula ehtiyacı olmuşdur. Buna görə Zərərçəkmiş şəxs 1000 manat və 1700 manat olmaqla ümumilikdə 2700 manat borc pul almışdır. 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs aldığı pulun 2200 manatını geri qaytarmışdır. Lakin sonradan Zərərçəkmiş şəxs ona ümumiyyətli pul qaytarmadığını iddia etmişdir. Zərərçəkmiş şəxs özü və arvadı bundan sonra dəfələrlə onun qapısına gələrək, evinin qapısını döyüb ailəsini narahat etməyə başlamışlar. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsində Məscid deyilən yerin yaxınlığında olan zaman Bəylər onun yanına gəlmiş və ondan pulunu tələb etmişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Bəylər onun yaxasından tutaraq, hirsli şəkildə ondan pulunu geri tələb etmişdir. O, Bəylərin qolundan tutub itələmiş və aralarında münaqişə yaranmışdır. Nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Zərərçəkmiş şəxs bədənində sol əlin İ barmağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, cüzi hərəkət məhdudluğu xəsarətini hadisə zamanı onun yaxasından tutan zaman Bəyləri əli ilə itələyən zaman almışdır. Həmçinin Bəylər üst dodağın qansızması xəsarətini isə hadisə zamanı onun yaxasından tutan zaman əli ilə onun başını itələyən zaman almışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs onun yaxasından tutaraq oradakı dükanın qarşısına tərəf aparmış, o, Bəylərə qarşı müqavimət göstərən zaman Bəylərin qolu dükanın qapısına dəymiş və nəticədə sağ saidin sıyrığı xəsarətini almışdır. Mübahisə zamanı onlar bir neçə dəqiqə dartışmışlar. Sonra orada olan adamlar onları aralamışlar. Bundan sonra o, Bəylərin oğluna bu barədə məlumat vermiş, sonrada DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmiş və hadisə nəticəsində həmin yerə çox sayda adam toplaşmışdır. Həmin şəxslər hadisənin şahidləri olmuşlar.Təqsirləndirilən şəxs sonda törətdi cinayət əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və onun qardaşı Söydəni qonşuları kimi tanıyır, onlarla əvvəllər münasibəti yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2020-ci ilin mart ayında, qonşusu Elvin ona yaxınlaşaraq, avtomobilinin xarab olduğunu, təcili pula ehtiyacının olduğunu bildirmişdir. O da Elvinin ailə vəziyyətini bildiyi üçün ona köməklik etmək istəmiş və sonuncuya 2700 manat borc pul vermişdir. Bundan sonra Elvin faizlə borcları olduğunu, buna görə də ona 1000 manat əlavə borc verməsini istəmiş və o, həmin məbləğdə pulu Elvinin evində atasına vermişdir. Bundan sonra Elvin sürücülük vəsiqəsi alması üçün tanışının olduğunu bildirərək, ondan buna görə 1000 manat pul istəmiş və o, həmin məbləğdə pulu göstərilən məqsəd üçün Elvinə vermişdir. Daha sonra mart ayının sonlarına yaxın Söydə və atası Səfər ona yaxınlaşaraq, meyvə alqı-satqısı ilə məşğul olmaq istədiklərini bildirərək, ona şərik olmasını təklif etmişlər və o da razılaşmışdır. Bu məqsədlə o, onların hər birinə 500 manat pul vermişdir. Lakin sonradan alver olmadığını bəhanə gətirmişlər. Elvinin ailəsi ilə ona ümumilikdə 5700 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixdə o, borcunu geri tələb etmək üçün Səfərin evinə getmiş və qapını döymüşdür. Lakin Səfər qapını açmamış, sonradan oğlu Söydə onun üzərinə hücum çəkərək, onu hədələmişdir. Həmin vaxt Söydənin anası evdən çıxmış və Söydəni tutmuşdur. Bundan sonra o, Söydədən qorxmuş və bazarın qarşısına getmişdir. Həmin vaxt Elvinin küçədə meyvə satdığını görmüş və ondan pulunu tələb etmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elvin onun üzərinə hücum çəkərək onu bədəninin müxtəlif yerlərinə dodağından əl zərbələri vurmuşdur. O, qolundan və bədəninin müxtəlif nahiyyələrindən xəsarət almışdır. Hadisə zamanı əynindəki köynəyi Təqsirləndirilən şəxs əli ilə dartaraq cırmışdır və o, həmin köynəyi hadisədən sonra zibil qutusuna atmışdır. Orada olan şəxslər onları ayrılmışdır. Bundan sonra hadisə yerinə Elvinin qardaşı Söydə də gəlmişdir. Həmin vaxt Söydə ona xəsarət yetirməmiş, həmçinin də o, Elvin və Söydəyə hər hansı xəsarət yetirməmişdir. Elvin özünü sığortalamaq və onun pulunu geri qaytarmamaq üçün DİN-in 102 xidmətinə zəng vuraraq, onu döyməsi haqda yalan məlumat vermişdir. Elvinlə aralarında baş vermiş münaqişə təxminən 25 dəqiqə davam etmişdir. Hadisə xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi, M.F,Axundov küçəsində fəaliyyət göstərən meyvə-tərəvəz bazarında “Çərəz aləmi” dükanının qarşısında baş vermişdir. Onun aldığı xəsarətlər, sol əlin İ barmağının yumşaq toxumalarının şüşkinliyi halında əzilməsi cüzi hərəkət məhdudluğu xəsarətini hadisə zamanı Elvin onun sol əlindən tutub yıxmaq istəyərkən almışdır. Üst dodağın qansızması xəsarətini isə hadisə zamanı Elvin yumruqla bir dəfə ağız nahiyəsinə vurması nəticəsində almışdır, həmçinin sağ saidin sıyrığı xəsarətini isə hadisə zamanı Elvin onun yaxasından tutub oradakı “Çərəz aləmi” dükanının qapısına itələməsi zamanı qolunun dəmir qapıya dəyməsi nəticəsində almışdır. Hadisə nəticəsində həmin yerə çox sayda adam toplaşmışdır. Həmin vaxt orada olan çox sayda adam hadisənin şahidləri olmuşlar. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın ödənilmədiyini, həmçinin aldığı borc pul məbləğinin geri qaytarılmadığını, buna görə də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Axundov küçəsində fəaliyyət göstərən “Çərəz aləmi” dükanının sahibidir. Hadisə baş verən vaxt karantin rejimi ilə əlaqədar olaraq dükan fəaliyyət göstərmirdi. Buna görə həmin dükanın yaxınlığında fəaliyyət göstərən “Ələt” adlı marketi işlətmişdir. O, həmin marketin sahibi olsa da, lakin orada satıcı kimi də işləyirdi. Elvin və Söydəni hadisədən əvvəl tanıyır. Belə ki, hər iki qardaş hadisədən təxminən 15 gün əvvəl “Çərəz aləmi” dükanının qarşısında meyvə-tərəvəz satmağa başlamışlar. Zərərçəkmiş şəxs isə uzun müddətdir ki, qəsəbə sakini kimi tanımışdır. Həmin şəxslərlə əvvəllər arasında heç bir mübahisə və ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində işdə olan zaman marketdə müştəri olmadığı üçün küçəyə çıxmışdır. Bu zaman “Çərəz aləmi” dükanının qarşısında çox sayda adam və polis əməkdaşlarının toplaşdığını görmüşdür. Daha sonra orada Zərərçəkmiş şəxs görmüş və həmin vaxt Zərərçəkmiş şəxs əynindəki köynək cırılımış halda idi və dodağından qan axırdı, həmçinin qolunda sıyrıq izləri vardı. Eləcə də “Çərəz aləmi” dükanının qarşısında meyvə satan Elvin adlı şəxsin də orada olduğunu görmüşdür. Həmin vaxt Elvin və Bəylərin bir-biri ilə sözlə mübahisə etməsinin şahidi olmuşdur. Sonradan oraya toplaşmış şəxslərdən öyrənmişdir ki, Elvinlə Bəylər dava etmişlər və Elvin Bəyləri döymüşdür. O, Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət almasını birbaşa görməmişdir. Lakin oraya toplaşmış adamlardan öyrənmişdir ki, Elvin Zərərçəkmiş şəxs döyərək həmin xəsarətləri yetirmişdir. Bir neçə dəqiqədən sonra isə həmin yerə Elvinin qardaşı Söydə və atası Səfərağa gəlmişdir. Onlar oraya gələn zaman artıq polis əməkdaşları orada idi və mübahisə sakitləşmişdi. Polis əməkdaşları Elvini, Söydəni, Səfərağanı və Zərərçəkmiş şəxs polis bölməsinə aparmışlar. Sonra o, marketə daxil olmuş və işinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “SOCAR”da təmirçi-çilingər vəzifəsində işləyir. İş rejimi ilə əlaqədar olaraq iki gün işlədikdən sonra iki gün istirahət edir. Boş vaxtında isə Ələt qəsəbəsində fəaliyyət göstərən “2” nömrəli marşrut xəttində avtobus sürücüsü işləyir. Elvin və Söydəni hadisədən əvvəl də tanımışdır. Sonuncular ilə arasında heç bir mübahisə və ədavət olmamışdır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır və aralarında heç bir münasibət olmamışdır. xx.xx.2020-ci il tarixdə “2” nömrəli marşrut xəttində sürücü işləyən zaman saat 09 radələrində avtobus ilə Ələt qəsəbəsi, Axundov küçəsindəki marşrut dayanacağına gəlmişdir. Dayancaqda saxladıqda orada “Çərəz aləmi” dükanının qarşısında çox sayda adamın və polis əməkdaşlarının toplaşdığını görmüşdür. O, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin əynindəki köynəyin cırıldığının, dodağından qan axdığınının və qolunda sıyrıq izləri olduğunun şahidi olmuşdur. Həmçinin Elvin də orada olmuşdur. O, nə baş verdiyi ilə maraqlanmış və öyrənmişdir ki, Zərərçəkmiş şəxs həmin yerə gələrək Elvindən pulunu tələb etmişdir. Buna görə Elvinlə Bəylərin aralarında mübahisə yaranmış və münaqişə baş vermişdir. Mübahisə zamanı Elvin Zərərçəkmiş şəxs döymüşdür. Bir neçə dəqiqədən sonra isə həmin yerə Elvinin qardaşı Söydə və atası Səfərağa gəlmişdir. Həmin vaxt dava artıq yekunlaşmışdı. Polis əməkdaşları Elvini, Söydəni, Səfərağanı və Zərərçəkmiş şəxs polis bölməsinə aparmışlar. O, Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarət almasını birbaşa görməmişdir. Lakin onların sözlə mübahisə etməsinin şahidi olmuşdur. Hadisənin nə qədər davam etdiyini dəqiq bilmir. Lakin hadisə yerinə çox sayda adam toplaşdığının, oraya polis işçilərinin gəlməsinin şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş ifadəsi alınmış Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləsə də, hazırda təqaüdçüdür. Qaradağ rayonu, Ələt Təqsirləndirilən şəxs və Şahid3 Ələt qəsəbəsi, Axundov küçəsində yerləşən bazarda “Çərəz aləmi” dükanının qarşısında meyvə-tərəvəz satan şəxslər kimi tanıyır. Zərərçəkmiş şəxs isə qəsəbə sakini kimi tanımışdır. Həmin şəxslərlə arasında heç bir mübahisə və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində Ələt qəsəbəsində sabiq polis əməkdaşı, Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri polis serjantı X2 ilə xidmət aparan zaman “Çərəz aləmi” dükanının qarşısında çox sayda adam toplaşdığını görmüşdür. Oraya yaxınlaşdıqda Zərərçəkmiş şəxs əynindəki köynəyin cırılmış halda olduğunu və dodağından qan axdığını, qolunda sıyrıq izləri olduğunu görmüşdür. Eləcə də “Çərəz aləmi” dükanının qarşısında meyvə satan Elvin adlı şəxsin də orada olduğunu və Bəylərlə sözlə mübahisə etdiyini görmüşdür. Oraya toplaşmış adamlardan öyrənmişdir ki, Elvin ilə Zərərçəkmiş şəxs dava etmişlər və Elvin Zərərçəkmiş şəxs döymüşdür. Onlar orada olarkən Söydə və atası Səfərağa bir neçə dəqiqədən sonra həmin yerə gəlmişlər. Hadisə yerində əvvəlcə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olmuş, Söydə və atası hadisə yerinə gələrkən artıq mübahisə bitmişdi. O, sonradan gəldiyindən, hadisənin nə qədər davam etdiyini bilməmişdir. O və Faiq həmin şəxslərin dava etdiklərini bildikdən sonra Qaradağ RPİ-nin 11-ci PB-nə məlumat vermişlər. Bir neçə dəqiqədən sonra hadisə yerinə 11-ci PB-nin əməkdaşları gəlmişlər və Təqsirləndirilən şəxs, Şahid3, Şahid4 və Zərərçəkmiş şəxs 11-ci PB-nə aparmışlar. Sonra oraya toplaşan adamlar dağılışmış və onlar xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri X2 oğlu digər şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “Meyvəli” ticarət mərkəzində arabaçı işləyir. Onun işi gələn müştərilərin yüklərini daşımaqdan ibarətdir. Təqsirləndirilən şəxs və Şahid3 onun doğma oğlanlarıdır. Söydəni bütün tanışları “Ömər” kimi tanıyırlar. Zərərçəkmiş şəxs onun qonşusudur və Bəylərlə münasibətləri normaldır. Onun oğlu Elvin 2020-ci ilin yanvar-fevral aylarında Bəylərdən 2700 manat pul borc almışdır. Onun bildiyinə görə Elvin Bəylərin pulunun 2200 manat hissəsini qaytarmış, qalan pulu isə qaytaracağına söz vermişdir. Bundan əlavə oğlanları Söydə ilə Elvin Bəylər ilə şərikli meyvə ticarəti etmişlər və Bəylər onlara 400 manat pul vermişdir. xx.xx.2020-ci il tarixdə saat 08:45 radələrində evdə olan zaman qapı döyülmüş o, qapını açmış və qonşuları Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs axtarmışdır. Bəylər onunla bir qədər pula görə mübahisə etdikdən sonra əsəbi halda aşağı mərtəbəyə düşmüşdür. O, oğlu Söydə ilə birlikdə Bəylərin arxasınca getmişlər. Oğlu Elvin həmin vaxt Ələt qəsəbəsi Axundov küçəsində fəaliyyət göstərən bazarda meyvə satışıilə məşğul olmuşdur. O, saat təximinən 09 radələrində oğlu Söydə ilə Elvinin meyvə satdığı yerə çatanda görmüşdür ki, oğlu Elvin ilə Bəylər dava etmişlər və polis əməkdaşları onları ayırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs əynindəki köynək cırılmış vəziyyətdə idi. Sonra polis əməkdaşları oğlanları Elvini, Söydəni və Zərərçəkmiş şəxs 11-ci PB-nə aparmışlar və orda izahatlarını almışlar. Hadisə nəticəsində həmin yerə çox sayda adam toplaşmışlar və onlar hadisənin birbaşa şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onun adı Şahid3 olsa da, bütün tanışları onu “Ömər” kimi tanıyırlar. O, “Meyvəli” ticarət mərkəsində fəhlə işləyir. Onun işi gələn yükləri anbarlara boşaltmaqdan ibarətdir. O, bu işi ilə ailəsinin maddi vəziyyətinə köməklik edir. xx.xx.2020-ci il tarixdə saat 08:45 radələrində evdə olan zaman qapı döyüldüyünü və atası Səfərağanın qapını açdığını və kiminləsə mübahisə etdiyni eşitmişdir. O, qapıya yaxınlaşanda atası ilə mübahisə edən şəxsin qonşusu Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs axtarmışdır. Bir neçə dəqiqədən sonra Bəylər əsəbi halda aşağı mərtəbəyə düşmüşdür. O da paltarını geyinərək atası Səfərağa ilə birlikdə Bəylərin arxasınca getmişdir. Qardaşı həmin vaxt Ələt qəsəbəsi, Axundov küçəsində fəaliyyət göstərən bazarda meyvə satırdı. O, həmin gün saat 09 radələrində qardaşının meyvə satdığı yerə çatanda görmüşdür ki, qardaşı Elvin ilə Bəylər dava etmişlər və polis əməkdaşları onları ayırmışdır. Oraya çoxsaylı insanların toplandığını görmüşdür. Hadisə yerinə çatan zaman artıq mübahisə bitmişdi. Onun tərəfindən Zərərçəkmiş şəxs heç bir xəsarət yetirilməmişdir. O, atası ilə hadisə yerinə çatan zaman polis əməkdaşları da orada olmuşlar. Cinayət iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyi” X6 382 saylı, xx xxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol əli İ barmağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, cüzi hərəkət məhdudluğu, üst dodağın qansızması, sağ saidin sıyrığı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v. 23-25) Şübhəli şəxsin tutulması haqqında 154045 saylı, xx xxxx 2020-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 57, 65) Qətimkan tədbirinin seçilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 84-85) Tutulmuş şəxsin azad edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. (i.v.87) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx xxxx 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 91) Şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarışelan edilmiş və tutularaq Bakı şəhəri Qaradağ RPİ-nin MSY-nə təhvil verilməsi qərar alınmışdır. (i.v. 92-93) Axtarışda olan şəxsin tutulması barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Ələt qəsəbəsində yeri müəyyən olunaraq RPİ-nə təqdim olunmuşdur. (i.v. 145) Vəsatətin rədd edilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Azər Həsənov tərəfindən təqdim olunmuş vəsatət rədd edilmiş və iş üzrə Təqsirləndirilən şəxs dərhal Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 174-175) Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 221 və 228-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə üzrə barələrində cinayət təqibi rədd edilmişdir. Məhkəməyə təqdim olunmuş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdü Sadıq, xx.xx.2014-cü il təvəllüdlü Yusif və xx.xx.2016-cı il təvəllüdlü Zəhra adlı 3 azyaşlı uşağı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət məsuliyyətinə cəlb edilməsini (CM 59.2), himayəsində üç azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edirki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs barəsində onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 04 (dörd) gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə onun üzərinə; yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı və məhkəmədə isə 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş ümumilikdə 90 (doxsan) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 540 (beş yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanı hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə göstərilmiş ümumilikdə 90 (doxsan) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 540 (beş yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-32/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-32/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver