Məhkəmə qərarları › İş №1(002)-32/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-32/2022

12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-32/2022 12.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 24 avqust 1990-cı ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən saat 17:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan- Qobu yolunun Qobu Park 1 yaşayış kompleksi yaxınlığında saxlanılaraq Qaradağ RPİ 10cu PB-yə gətirilmiş və burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın, qabaq yan sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0.278 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, yuxarıda qeyd olunan ünvanda ailə üzvləri ilə birlidə yaşayır. Belə ki, 08.09.2021-ci il tarixdə evdə olan zaman saat təxminən 10:30 radələrində anası Şahid1 məxsus «Samsung Galaxy A22» markalı mobil telefonu qonaq otağında olduğunu görmüşdür. Mobil telefonu götürüb satmaq qərarına gəlmişdir. Telefonu götürdükdən sonra həmin gün, saat 11:30 radələrində Nəsimi rayonu ərazisində mobil telefon satış mağazasına 170 manata satmışdır. Mobil telefonu həm narkotik vasitə almağa, həm də borcunun olması səbəbilə satmışdır. Telefonu satdıqdan sonra Bakı şəhəri Nəsimi rayon ərazisində 20 yanvar dairəsindən tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün bir büküm heroin almış, qalan pulları isə şəxsi istifadəsi və borcuna xərcləmişdir. O, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etmişdir və hal-hazırda narkomoniya xəstəliyindən əziyyət çəkmir. 13.09.2021-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksinə getmişdir. Yolun kənarında piyada hərəkətdə olan zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə ondan adını və soyadını soruşmuşlar. O, polis əməkdaşlarına adını və soyadını bildirdikdən sonra polis əməkdaşları onun tərəfindən oğurluq edilməsi, həmçinin narkotik vasitə aludəçisi olmağı, eləcə də üzərində narkotik və ya psixotrop maddə olması barədə soruşmuşlar. O, polis əməkdaşlarına anasının mobil telefonunu oğurlamasını, həmçinin narkotik aludəçisi olduğunu və həmin vaxt üzərində heroin olduğunu bildirmişdir. Polis əməkdaşları onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə aparmışlar. Orada polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulması barədə qərar çıxarılmış və sonra dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra ona müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları ona bildirmişlər ki, video çəkilişdən istifadə edilməklə üzərində axtarış aparılacaqdır. Axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni nə varsa könüllü olaraq təqdim etsin. O, könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə olan «kokos», yəni heroin vardır və həmin heroini o, özü istifadə etmək üçün 12 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Saray qəsəbəsində mobil telefon nömrəsini və anket məlumatlarını bilmədiyi, özünü ona «Elşad» kimi təqdim etmiş tanımadığı şəxsdən 10 manata almışdır. Polis əməkdaşları həmin bükümün içərisinə baxış keçirən zaman orada qəhvəyi rəngli, iysiz, toz şəklində ona məxsus narkotik vasitə olan heroini aşkar etmişlər. Polis əməkdaşları tərəfindən onun üzərində əlavə axtarış aparılmış və axtarış zamanı iki qutu «Rotmans» siqaretləri aşkar olunmuşdur. Həmin qutulardan biri istifadə olunmuş, digəri isə istifadə olunmamış və açılmamış olmuşdur. İstifadə olunmuş qutunun içərisində qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bundan başqa onun üzərində bir ədəd açıq şəkildə içərisində heç bir maddə olmayan gümüşü rəngli siqaret kağızı aşkar edilmişdir. Bundan başqa onun üzərində heç bir şey aşkar edilməmişdir. Siqaret qutuları və gümüşü siqaret kağızı onun özünə qaytarılmışdır. Onun üzərində aşkar edilmiş büküm içərisində olan maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Axtarış keçirilməsi barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuşdur və düz yazıldığına görə iştirakçılar və onun tərəfindən imzalanmışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, anasına məxsus mobil telefonu oğurladıqdan sonra həmin vaxt bədənində ağrılar olduğundan mağazanın yerinə dəqiq fikir vermədiyi üçün “20 yanvar” dairəsində satdığı mağazanın yerini göstərə bilməz. Onun üzərində aşkar edilmiş narkotik vasitəni o, özü istifadə etmək üçün əldə edib saxlamaqla üzərində daşımış, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmamışdır. Öz istifadəsi üçün narkotik vasitələri o, bir qayda olaraq Bakı şəhərinin müxtəlif yerlərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. O, saxlandığı yerdən Polis Bölməsinə aparılan zaman, Polis Bölməsində olduğu, həmçinin Qaradağ RPİ MSY-də saxlandığı zaman ona qarşı polis əməkdaşları tərəfindən işgəncə və zorakılıq hallarına yol verilməmiş, əksinə onun qayğısına qalaraq onunla nəzakətli davranılmışdır. Qaradağ RPİ 10-cu PB-də izahat verdiyi zaman narkotik vasitənin təsiri altında olması səbəbindən özündə olmadığı üçün səhvən əldə etdiyi narkotik vasitə olan heroini Abşeron rayonu, Saray qəsəbəsində mobil telefon nömrəsini xatırlamadığı və anket məlumatlarını bilmədiyi “Elşad” adlı şəxsdən almasını bildirdiyini, əslində isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “20 yanvar” dairəsindən 20 manat müqabilində aldığını bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, iki övladına görə aliment ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 10-cu PB-də cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 sentyabr 2021-ci il tarixdə onun icraatına Təqsirləndirilən şəxs oğurluq hadisəsi törətməsinə dair «HK-1-2212» nömrəli material üzrə və onun yerinin müəyyən edilməsi, izahat verməsi üçün bölməyə dəvət olunması barədə raport daxil olmuşdur. 13 sentyabr 2021-ci il tarixdə, saat təxminən 17:00 radələrində onun və Qaradağ RPİ 10-cu PB-nin digər cinayət axtarışı üzrə əməliyyat müvəkkili X7 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunun Qobu Park 1 yaşayış kompleksi yaxınlığındadır. Onlar həmin yerə getmişlər və zahiri görünüşdə Təqsirləndirilən şəxs bənzər şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxs özünü təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməkdə və narkotik vasitələrin istifadəsində şübhələndiklərini bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, həqiqətən 08 sentyabr 2021-ci il tarixdə anası Şahid1 mobil telefonunu evdən oğurlamış və narkotik aludəçisi olduğu üçün üzərində narkotik vasitə olan heroin vardır. Təqsirləndirilən şəxs onlar tərəflərindən 10-cu PB-yə gətirilmiş və raportla bölmənin təhqiqatçısı Orxan Ocaqova təhvil verilmişdir. Bundan sonra təhqiqatçı Orxan Ocaqov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət olunmuşdur. Sonra onun, İ.Dadaşovun və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs onun hüquq və vəzifələri təhqiqatçı Orxan Ocaqov tərəfindən izah olunmuş və təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə olan «kokos», yəni heroin vardır və həmin heroini o, özü istifadə etmək üçün 12 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsində mobil telefon nömrəsini və anket məlumatlarını bilmədiyi, özünü ona «Elşad» kimi təqdim etmiş tanımadığı şəxsdən 10 manata almışdır. Həmin bükümün içərisinə baxış keçirən zaman orada qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış aparılmış və axtarış zamanı iki qutu «Rothmans» siqaretləri aşkar olunmuşdur. Həmin qutulardan biri istifadə olunmuş, digəri isə istifadə olunmamış və açılmamış olmuşdur. İstifadə olunmuş qutunun içərisində qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində bir ədəd açıq şəkildə, içərisində heç bir maddə olmayan gümüşü rəngli siqaret kağızı aşkar edilmişdir. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərində heç bir əşya aşkar edilməmişdir. Siqaret qutuları və gümüşü siqaret kağızı Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Onun üzərində aşkar edilmiş büküm içərisində olan maddə ilə birlikdə zərfə qoyularaq möhürlənmiş və imzalanmışdır. Axtarış keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 1 yaşayış kompleksi ərazisində saxlanılarkan bildirmişdir ki, onun üzərində aşkar edilmiş narkotik vasitə olan heroini 13 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında «Elşad» adlı şəxsdən almış, lakin onun üzərində axtarış aparılarkən isə bildirmişdir ki, ona məxsus narkotik vasitəni 12 sentyabr 2021-ci il tarixdə axşam saatlarında öz istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdən Polis Bölməsinə aparılan zaman və Polis Bölməsində olduğu vaxt ona qarşı heç bir fiziki və mənəvi təsir göstərilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli 6/4046 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №222» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən…» və s. yazılar, imzalar olan zərfdəki təmiz çəkisi 0,278 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,278 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,228 qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 25 sentyabr 2021-ci il tarixli 3619 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,278 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün həmin narkotik vasitə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra onun 0,228 qram qalığı məhkəmə hökmünə kimi saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ 10-cu PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə axtarış keçirilir, o, könüllü olaraq əynində olan mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan «kokos», yəni heroin vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə edilmiş AA seriyalı 333240 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1992-ci il tarixdə Xocavənd rayonundan məcburi köçkün sayılır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 01.01.2013-cü il tarixdə doğulmuş X3 və 07.12.2016-cı il tarixdə doğulmuş X5 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş qəbzlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda uşaqlarına görə aliment ödəyir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, narkotik maddənin növünü, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 13 sentyabr 2021-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və Qaradağ rayon Məhkəməsinin 15 avqust 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,228 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 34 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 204 (iki yüz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 13 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,228 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 204 (iki yüz dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X10 oğlunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar