Məhkəmə qərarları › İş №1(002)-32/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-32/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-32/2024 29.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrar oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Meyvəli» ticarət mərkəzi bazarında 4 nömrəli örtüyün altında ticarət ilə məşğul olan Zərərçəkmiş şəxs1 məxsus Qazel markalı **-NV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin salonunda olan İphone 13 Pro korpusuna yığılmış İphone XR markalı mobil telefonunu, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Meyvəli» ticarət mərkəzi bazarı, sıra 7 A-da fəhləlik ilə məşğul olan Zərərçəkmiş şəxs2 məxsus oturacağın üzərində olan 01 ədəd 64 GB daxili yaddaşlı, «V2036» modelli, «**********00A2T» seriyalı, **********57891 və **********57883 İMEİ şifrəli «VİVO Y31» markalı mobil telefonunu, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 200 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ittihamda göstərilən cinayətləri törətməmiş, oğurluqda iştirak etməmişdir. Onu “Meyvəli” TM-də polis əməkdaşları tutub, polis şöbəsinə gətirmiş, 3 gün 10-cu PŞ-də saxlamışlar. Polis əməkdaşları ona təzyiq göstərmiş və döymüşlər. Onun qarşısına ilk öncə 6 kiloqram narkotik vasitə qoyulmuş, ona məxsus olduğunu könüllü etiraf etməsini tələb etmişlər, lakin o, qəbul etmədikdə 8 epizoddan ibarət cinayət əməlləri etiraf etməsinə razılaşmışdır. Bakı İstintaq Təcridxanasına keçirilərkən müayinə olunmuş, üzərində müəyyən edilmiş xəsarətlər barədə təcridxana tərəfindən Qaradağ rayon prokurorluğuna məlumat verilmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış, polis əməkdaşları tərəfindən döyülməsi barədə izahat vermişdir. Bundan sonra ondan etiraf etməsi tələb olunan 8 epizoddan ibarət cinayət işindən 6 epizod xaric edilmiş, 2 epizoddan ibarət oğurluq hadisəsi barədə cinayət əməlləri saxlanmışdır. O, latın əlifbası ilə yazmağı və oxumağı bilmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə tanış olmamışdır. O, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 qeyd etdiyi hallarla razı olmadığını, zərərçəkmiş şəxsi ilk dəfə məhkəmə iclasında gördüyünü, ona böhtan atıldığını, oğurluq anının qeydə alınmış görüntüsünü təqdim edilməsini tələb etdiyini bildirmişdir. O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirilərkən də ona elan olunmuş ittihamla razılaşmadığını bildirmişdir. Bundan əlavə 16 iyul 2023-cü il tarixdə tutulmasına baxmayaraq, tutma haqqında protokoldan onun xx.xx.2023-cü il tarixdə tutulduğu qeyd olunmuşdur. Suallara cavab olaraq bildirmişdir ki, ittihamda oğurluq nəticəsində əldə etməsi kimi qeyd olunmuş mobil telefonlar ona məxsusdurlar. O, həmin telefonları ehtiyat hissə kimi satmaq məqsədilə iş üzrə şahid kimi tanınmış şəxslərin mağazalarına apardığını, həmin mağazaların hər birinə cəmi bir dəfə getdiyini bildirmişdir. O, öz ifadəsində son olaraq oğurluq etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi və iş materiallarında olan digər hallar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində göstərmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Meyvəli» ticarət mərkəzi bazarında fəhləlik edərkən xx.xx.2023-cü il tarixdə saat 03 radələrində bazarın 7 A sırasında özünə məxsus Vivo Y31 markalı mobil telefonunu oturduğu oturacağın kənarına qoyub dincəlirmiş. Bir qədər dincəldikdən sonra ayağa qalxanda mobil telefonunun qoyduğu yerdə olmadığını aşkar etmişdir. Ətrafı nəzərdən keçirdikdən sonra mobil telefonunu tapmamış və oğurlandığını başa düşmüşdür. Bu səbəbdən də “102” xidməti zəng mərkəzinə telefonunun oğurlanması barədə məlumat vermişdir. Oğurlanmış mobil telefonunun dəyərinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5769 saylı rəyində göstərildiyi kimi 200 manat olduğunu bildirmişdir. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, Meyvəli TM-nin müşahidə kamerası vasitəsilə qeydə alınmış görüntüyə baxmış, ağ köynəkli şəxsin onun telefonunu götürdüyünü, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüş və görüntünü polis əməkdaşlarına təqdim etmişdir. O, video görüntüdə Meyvəli TM-nin videomüşahidə kameraları vasitəsilə qeydə alınmış şəxsin polis əməkdaşları tərəfindən tutulduğunu öytənmişdir. O, həmçinin qeyd etmişdir ki, ona məxsus telefon Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Belə ki, oğurluq zamanı kameralar vasitəsilə qeydə alınmış şəxsin üz nahiyəsi, bədən quruluşu vizual olaraq S.M.İsgəndərun üz və bədən quruluşu ilə eynilik təşkil edir. Bundan əlavə zərərçəkmiş şəxs telefon ona qaytarılsa da təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, kənd təsərüfatı ilə məşğul olduğu üçün mütəmadi olaraq Meyvəli ticarət mərkəzində ərzaq sataraq çörək pulu qazanır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində özünə məxsus Qazel markalı **-NV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilində Meyvəli TM bazarına pomidor tərəvəzi gətirməklə 4 nömrəli örtüyün altında saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində maşının salonuna əyləşib hər iki qapıların şüşələrini aşağı endirib oturacaqların üzərində uzanmışdır. İstifadəsində olan, daxilində öz adına olmayan 050 *** ** ** və 051 *** ** ** SİM nömrələr olan özünə məxsus hazırda ımeı şifrəsini unutduğu 500 manat dəyərində İphone 13 Pro korpusuna yığılmış İphone XR markalı mobil telefonunu isə oturacağın üzərinə qoyub yorğun olduğu üçün yatmışdır. Təxminən iki saatdan sonra yuxudan oyandıqda həmin mobil telefonunun yerində olmadığını görmüşdür. Əvvəlcə telefonun oturacağın altına düşməsini zənn edərək axtarmağa başlamışdır. Lakin, telefonunu tapa bilmədikdə naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüşdür. “102” xidməti zəng mərkəzinə oğurluq hadisəsi barədə məlumat vermiş, həmçinin 10-cu polis şöbəsinə şikayət edib izahat yazmışdır. Həmin mobil telefonunu oğurlnması nəticəsində ona 500 manat ziyan dəymişdir. O, öz ifadəsində təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında Rövşən Cəfərov küçəsində mobil telefon və telefon aksesuarlarının alışı və satışı mağazasında qardaşı Şahid1 ilə bərabər işləyirlər. xx.xx.2023-cü il tarixdə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs işlədiyi mağazaya gələrək İphone 13 Pro korpusuna yığılmış İphone XR markalı icloud proqramı bağlı olan mobil telefonun özünə məxsus olmasını bildirib girov qoyaraq xx.xx.2023-cü il tarixədək ondan 150 manat pul götürmüşdür. Geri dönmədiyi halda satılmasına etirazının olmadığını bildirmişdir, onu 10 gün gözləsə də gəlmədiyi üçün həmin mobil telefonu ehtiyat hissəsi kimi tanımadığı müştərilərə satmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə 10-cu PŞ-nin əməkdaşları onun mağazasının yan tərəfində işləyən qardaşı Samirin işlədiyi mağazaya yaxınlaşaraq Təqsirləndirilən şəxs mobil telefon oğurluğuna görə tutulmasını və onun satdığı mobil telefonların təqdim edilməsini bildirmiş, qardaşı da Təqsirləndirilən şəxs aldığı mobil telefonlarını və şəxsiyyət vəsiqəsinin surətlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs onlara satdığı mobil telefonların oğurluq olmasını bilməmişlər. Həmin mobil telefon işlək və saz vəziyyətdə olmuşdur. Telefonun şifrəsini açmaq mümkün olmadığından həmin mobil telefonu ehtiyat hissəsi kimi satmışdır. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, onu polis idarəsinə çağıranda hadisə təzə olduğundan həmin adam olduğunu bilmiş, ona təqdim edilmiş telefon İphone 13 Pro korpusuna yığılmış olsada əslində İphone XR olmuşdur. O, həmin telefonu 150 manata təqsirləndirilən şəxsdən almış, 180-200 manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs telefonu satarkən tək olmuş və vəsiqəsi əsasında qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında Rövşən Cəfərov küçəsində mobil telefon və telefon aksesuarlarının alışı və satışı mağazasında işləyir. Təqsirləndirilən şəxs işlədiyi mağazada ona yaxınlaşmış Samsung Galaxy J2 Prime markalı mobil telefonunu satmaq istədiyini bildirmişdir. Telefon yeni olmadığı və ekranı sınmış, nasaz vəziyyətdə olduğu üçün onu 10 manata ehtiyat hissəsi kimi alması barədə razılaşmışlar. Telefonları ona təqdim edərkən o, həmin şəxsdən üzərinə imza etdirməklə şəxsiyyət vəsiqəsinin surətini də almışdır. Həmin telefonu ehtiyat hissəsi kimi satmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs növbəti dəfə onun işlədiyi mağazaya yaxınlaşaraq Xiaomi Redmi 6, Xiaomi Redmi 7 və 01 ədəd 64 GB daxili yaddaşlı, «V2036» modelli, «**********00A2T» seriyalı, **********57891 və **********57883 İMEİ şifrəli «VİVO Y31» markalı mobil telefonlarını özünə məxsus olmaqla satmasını bildirmişdir. O, mobil telefonlarını nəzərdən keçirdikdə Xiaomi Redmi 7 nasaz olduğu üçün ehtiyat hissəsi kimi, Xiaomi Redmi 6 ilə birlikdə 40 manata, «VİVO Y31» markalı mobil telefonunu isə istifadə şifrəsi bağlı olduğu üçün 50 manata razılaşmış, ondan şəxsiyyət vəsiqəsinin surətini üzərinə imza etdirməklə götürmüş və 90 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə 10-cu PŞ-nin əməkdaşları onun işlədiyi mağazaya yaxınlaşaraq Təqsirləndirilən şəxs mobil telefon oğurluğuna görə tutulduğunu bildirərək onun satdığı mobil telefonların təqdim etməsini tələb etmişlər. O, Xiaomi Redimi 6, Xiaomi Redimi 7 və «VİVO Y31» markalı mobil telefonları ilə bərabər üzərində mobil telefonların qeydiyyatı aparılmış Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətlərini də könüllü təqdim etmişdir. Polis baxış keçirərək protokol ilə ondan götürmüşdür. Mobil telefonları satmış şəxslərin şəxsiyyət vəsiqələrinin sürətlərini nəzərdən keçirərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə də İphone 13 Pro korpusuna yığılmış İphone XR markalı mobil telefonunu qardaşının mağazasına girov qoymuşdur. Təqsirləndirilən şəxs ona satdığı mobil telefonların oğurluq olmasını bilməmişdir. O, məhkəmə iclasında suallara cavab olaraq bildirmişdir ki, telefonlar köhnə model olduğuna görə oğurluq olmasından şübhələnməmiş, təqsirləndirilən şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və həmin şəxsə qeydlər yazdırmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan 20 iyul 2023-cü il tarixli qərardan görünür ki, CMnin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin 40-42-ci vərəqələrində olan üzərində mobil telefonların qeydiyyatı olan Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsiqələrinin surətlərindən müəyyən edilmişdir ki, sonuncu xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus İphone 13 Pro korpusuna yığılmış İphone XR markalı mobil telefonunu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Vivo Y31 markalı mobil telefonlarını özünə məxsus adı ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında Rövşən Cəfərov küçəsində mobil telefon və telefon aksesuarlarının alışı və satışı mağazasına satmışdır. Cinayət işinin 79-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 84-85-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli əşyanın tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş telefonlar içərisində “Vivo Y31” markalı mobil telefonu tanıyaraq ona məxsus olduğunu bildirmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (saat 14:10) Cinayət işinin 102-105-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbetmənin əvvəli xx.xx.2023-cü il, saat 06:36 tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 121-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Məhkumun 7323 nömrəli Tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcrdixanasına keçirilərkən onda xəsarətlər aşkar edilmişdir. Cinayət işinin 194-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 206-207-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5769 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 01 ədəd 64 GB daxili yaddaşlı, «V2036» modelli, «**********00A2T» seriyalı, **********57891 və **********57883 İMEİ şifrəli «VİVO Y31» markalı mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmamasını nəzərə alınmaqla işlənmiş vəziyyətdə 2023-cü ilin iyul ayına olan orta bazır qiyməti təxminən 200,00 manat müəyyən olunur. Cinayət işinin 205-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 216-217-ci vərəqələrində olan DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən, 218-232-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən, 233-235-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından və 236-240-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 8 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl cəzadan şərti azad edilmişdir. Cinayət işinin 242-ci vərəqəsində olan məcburi köçkün vəsiqəsindən və 243-cü vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məcbur köçkün olmaqla ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 245-254-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs mağazaya satdığı Redimi 6A və Redimi 7 markalı mobil telefonları iş üzrə əhəmiyyət kəsb etmədiyindən telefonları təqdim edən alıcı Şahid1 təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 258-259-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 280-ci vərəqəsində olan qəbzdən görünür ki, Şahid1 aşkar olunaraq götürülmüş 01 ədəd 64 GB daxili yaddaşlı, «V2036» modelli, «**********00A2T» seriyalı, **********57891 və **********57883 İMEİ şifrəli «VİVO Y31» markalı mobil telefonu maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Cinayət işinin 294-296-cı vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Cinayət işində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə baxmayaraq, oğurluq etməməsinə dair verdiyi ifadəni özünü müdafiə kimi qiymətləndirir və məsuliyyətdən yayınmaq niyyəti daşıdığı qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də özünü təqsirli bildiyini qeyd etmişdir. İbtidai istintaq dövründə təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Lökbatan qəsəbəsi, «Meyvəli» ticarət mərkəzi bazarında olarkən dövlət qeydiyyat nişanına fikir vermədiyi gümüşü Qazel markalı avtomobilini görüb avtomobilə yaxınlaşmışdır. Salona baxdıqda mobil telefonu görmüşdür. Qapı şüşəsi açıq olan avtomobilin salonunda iPhone 13 Pro markalı mobil telefonunu gizli olaraq oğurlamış və 3-cü mikrorayon dairəsi tərəfdə telefon mağazasına özünə məxsus olmasını bildirib şəxsiyyət vəsiqəsi ilə yadında qalmayan məbləğə girov qoyub, əldə etdiyi pulu yeməyə xərcləmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 03 radələrində, Lökbatan qəsəbəsi, «Meyvəli» ticarət mərkəzi bazarında 7A sırasında olarkən bir nəfər tanımadığı şəxsin oturduğu oturacağın kənarında VİVO markalı mobil telefonu görmüşdür. Həmin şəxsin diqqəti kənarda olduğu üçün həmin mobil telefonunu oturacağın üzərindən gizli olaraq oğurlamışdır. 3-cü mikrorayon dairəsi tərəfdə telefon mağazasına özünə məxsus olmasını bildirib şəxsiyyət vəsiqəsi ilə yadında qalmayan məbləğə satıb pulu, yeməyə xərcləmişdir. “Meyvəli” adlanan bazarda mobil telefonlardan başqa heç nə oğurlamamışdır. Törətdiyi əməlin oğurluq olmasını dərk edir, özünü təqsirli bilir, əməlindən peşmandır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini təkrar törətməklə oğurluq etməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə özünü təqsirli bilməyərək mağazalara təqdim etdiyi mobil telefonların ona məxsus olduğunu qeyd etsə də, bu hal məhkəmə üçün az inandırıcıdır. Şahid ifadələri ilə məhkəməyə məlum olmuşdur ki, təqsirləndirilən şəxs tərəfindən özünə məxsus kimi təqdim olunmuş həmin mobil telefonların şifrələri belə təqsirləndirilən şəxsə məlum olmamışdır. Bu da özlüyündə mobil telefonların təyinatına uyğun istifadə edilə bilməsinə birbaşa maneədir. Həmçinin, təqsirləndirilən şəxs məhkəməyə mobil telefonların alğı-satqısının həyata keçirildiyi hər hansı mağazasının olması və həmin mobil telefonları məhz ehtiyat hissəsi kimi satacağı ilə əlaqədar əldə etməsi barədə məlumat verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və cəzaçəkmə müddətinin əvvəli isə xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 48 iş saatı hüquqi yardım göstərilmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üş yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut; 01 ədəd 64 GB daxili yaddaşlı, «V2036» modelli, «**********00A2T» seriyalı, **********57891 və **********57883 İMEİ şifrəli «VİVO Y31» markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut; 01 ədəd 64 GB daxili yaddaşlı, «V2036» modelli, «**********00A2T» seriyalı, **********57891 və **********57883 İMEİ şifrəli «VİVO Y31» markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs S ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul və məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üş yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar