Məhkəmə qərarları › İş №1(002)-32/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-32/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-32/2025 14.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X2, Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxx 1994-cü ildə Salyan rayonu, Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), "xxxx" MMC-də qaynaqçı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Xıdırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 iyul 2024-cü ildə saat 23:20 radələrində Baki-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 54-cü kilometrində idarə etdiyi «Saıpa Saına EX» minik marakli **-RQ-*** dövlət qeydiyyat nişanli avtomobillə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən hərəkət üçün təhlükə yarandığını görüb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib, təxminən 20 metr məsafədən sağ zolaqla hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinin qarşısından adi qaçışla yolun soluna doğru keçən piyada 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun avtomobilini görüb sol zolağın mərkəzində təxminən 3 saniyə dayandıqdan sonra adi qaçışla yolu sola doğru keçməyə davam etmiş, piyadanı vurmamaq üçün ayağını tormoza atmaqla sağa manevr edərək, avtomobil tormoz vəziyyətində təxminən 5-6 metr sürüşdükdən sonra qabaq sol tin hissəsi ilə Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan baş beyinin sağ yarımkürəsinin alın payının hemorragik qansızması və kontuziyası, sol said sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı (cərrahi əməliyatla bərpası), sol kürək sümüyünün qapalı, yerinidəyişmiş sınıqları, sol gicgah nahiyəsinin əzilmiş yarası və sol dirsək oynağının arxa səthinin əzilmiş yarası xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə 04 iyul 2024-cü il tarixdə gecə saatlarında Salyan şəhərindən Bakıya qayıdan zaman baş vermişdir. Qəfildən qarşısına piyada çıxmış, piyada sağa-sola qaçmış, oda əyləci sıxmış, nə qədər çalışsada hadisənin qarşısını ala bilməmiş və piyadanı maşınla vurmuşdur. Daha sonra dərhal təcili yardıma və polisə məlumat vermişdir. Piyada dərhal “Semaşka” xəstəxanasına aparılmışdır. Günay xanım xəstəxanadan çıxanadək onun yanında olmuş, xəstəni evinə də özü aparmışdır. Xəstəxanada olduğu müddətdə bütün xərclərini çəkmişdir. Evə gəldikdən sonra xəstənin qoluna implant qoyulması üçün özəl xəstəxanadan həkim tələb edilmiş, onun da xərcini qarşılayıb qoluna implant qoyulmuşdur. Sonra xəstəyə masaj olunması tələb olunmuş, on gün tamam olduqda masajın pulu verilməli olsada, onun maddi sıxıntıları olduğu üçün, onlardan vaxt istəmiş, lakin bu vaxt ərzində pulu toplaya bilməmişdir. Bundan sonra zərərçəkmişin anası telefon vasitəsilə ona zəng vuraraq söyüb təhqir etmiş və aralarında narazılıq yaranmışdır. Yaranmış narazılığa görə mütəmadi olaraq xəstəyə baş çəkməyə gedə bilməmiş, atası və ailəsində başqa böyüyü olmadığı üçün tək getməyə çəkinmişdir ki, aralarında daha böyük söz-söhbət və anlaşılmazlıq olmasın. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşiman olduğunu, özünü təqsirli bildiyini, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, vurulmuş ziyanı ödəməsini nəzərə alaraq məhkəmədən onun barəsində olan cinayət icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. O, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «Saıpa Saına EX» minik marakli 77RQ052 dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 04 iyul 2024-cü ildə dostu Poladla birlikdə Salyan rayonundan Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla, yükü olmamış, Polad avtomobilin qabaq sağ oturacaqda əyləşmişdir. Saat saat 23:20 radələrində Bakı- Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun sol zolağı ilə saatda təxminən 70-80 km sürətlə Bakı şəhəri istiqamətinə hərəkətdə olarkən orta zolaqla «Mercedes Benz» minik maraklı avtomobil, sağ zolaqla isə «Kamaz» maraklı yük avtomobili hərəkətdə olmuşdur. Bu vaxt təxminən 20 metr məsafədən həmin avtomobillərin qarşısından bir nəfər piyada qadının yolun soluna doğru keçdiyini görmüşdür. Həmin piyada onun avtomobilini görüb dayanmış və geri qaytmaq istəmişdir. Lakin həmin zolaqlarla da avtomobillər hərəkətdə olduğundan təxminən 3 saniyə sonra qadın yenidən hərəkətə başlayaraq sola doğru keçməyə davam etmişdir. O, piyadanı vurmamaq üçün ayağını tormoza atıb avtomobili sağa istiqamətləndirmiş, avtomobil tormoz vəziyyətində təxminən 5-6 metr sürüşdükdən sonra avtomobilin qabaq sol tin hissəsi ilə piyadanı vurmuşdur. Zərbənin təsirindən piyada yolun sol metal arakəsmə çəpərin yaxınlığına yıxılmış, bir qədər qarşıda avtomobi saxlayıb piyadaya yaxınlaşmışdır. Həmin qadının yerdə uzalıqlı vəziyyətdə olduğunu görüb köməklik edib onu yoldan keçən tanımadığı avtomobilə qoyub Qaradağ rayonu Qobustan qəsəbəsindəki TTY stansiyasına aparmış, oradan isə Bakı şəhəri KTM-ə aparmışlar. Bundan sonra hadisə yerinə qayıdaraq orada olan polis əməkdaşlarına hadisə barədə məlumat verib sənədlərini təqdim etməklə hadisə yerinə keçirilən baxışda iştirak etmişdir. Ölçülərək müəyyən olunmuşdur ki, piyadanı vurduğu yer yolun sol kənarından 1 metr mərkəzə doğru məsafədədir. Sonradan sərxoşluq müayinəsindən keçmişdir. Sonradan məlum olmuşdur ki, vurduğu piyada Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Kötəl kəndində yaşayan 1996-cı il təvəllüdlü, Zərərçəkmiş şəxs olmuşdur. Hadisədən sonra Zərərçəkmiş şəxs əməliyyat xərclərinə köməklik etmiş, hal-hazırda da evində müalicə olunması üçün köməklik göstərir. Zərərçəkmiş şəxs müalicə xərclərinə ümumilikdə 5.000 manat pul xərcləmişdir. Məhkəmənin 12 dekabr 2024-cü il tarixli iclasında iştirak etmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O həmin ifadəsində göstərmişdir ki, 04 iyul 2024-cü ildə Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan bacısı Aygün gilə qonaq getmiş, həmin gün saat 23 radələrində öz evinə qayıtmaq üçün oradan çıxıb qəsəbənin ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun kənarına gəlmişdir. Yolun əks tərəfinə keçmək üçün yolun kənarında dayanıb avtomobillərin keçməsini gözləmiş, Bakı şəhəri istiqamətində hərəkətdə olan avtomobillərin uzaqda olduğunu görüb iti yerişlə yolu sağdan sola doğru keçməyə başlamışdır. Yolu keçib qurtarmağa az qalmış yüksək sürətlə hərəkətdə olan minik avtomobili onu vurmuşdur. Zərbənin təsirindən huşunu itirmiş, ayıldıqda Bakı şəhəri KTM-də olduğunu bilmişdir. Hazırda bilir ki, onu Salyan rayonunun Xıdırlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Saıpa Saına EX» minik marakli 77RQ052 dövlət qeydiyyat nişanli avtomobillə vurmuşdur. Zərərçəkmiş şəxs həmçinin ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənilmədiyindən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi (anası) X3 məhkəmənin 14 yanvar 2025-ci il tarixli iclasında ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışdıqlarını, təqsirləndirilən şəxs tərəfindən onlara 5000 (beş min) manat pul ödənildiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirirək təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 04 iyul 2024-cü ildə dostu Təqsirləndirilən şəxs idarə etdiyi «Saıpa Saına EX» minik markali **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşərək Salyan rayonundan Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Saat 23:20 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun sol zolağı ilə Bakı şəhəri istiqamətinə hərəkətdə olduqları vaxt öz mobil telefonu ilə «sms» yazmaqla məşğul olmuşdur. Qəflətən tormoz səsnə görə yola baxıqda görmüşdür ki, bir nəfər piyada qadın yolun soluna doğru keçir. Bilmişdir ki, Qara piyadanı vurmamaq üçün tormozdan istifadə etmişdir. Həmin piyada onların hərəkətdə olduğu zolağı keçəndə avtomobili görüb təxminən 3-4 saniyə dayandıqdan sonra geri qaytmaq istəmiş, lakin həmin zolaqlarla da avtomobillər hərəkətdə olduğundan yenidən sola doğru adi qaçışla yolu keçməyə davam etmiş və Qara avtomobilin qabaq sol tin hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada yolun sol metal arakəsmə çəpərin yaxınlığına yıxılmışdır. Qara avtomobili bir qədər qarşıda saxlayaraq piyadaya yaxınlaşmışlar. Həmin piyada qadın yerdə uzanıqlı vəziyyətdə olmuş, köməklik edib onu yoldan keçən tanımadığı avtomobilə qoymuşlar. Qara qadını Qaradağ rayonu, Qobustan qəsəbəsindəki TTY stansiyasına aparmış və bir qədər sonra hadisə yerinə qayıtmışdır. Polis əməkdaşları artıq hadisə yerində olmuş və Qara ilə birlikdə hadisə yerinə baxış keçirmiş, bundan sonra o, evinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 8/1939 nömrəli rəyindən müəyyən olunmuşdur ki, 1.2 “Salpa Saina” markalı ** RQ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və X5 rayon şöbəsinin 24 sentyabr 2024-cü il tarixli 557 saylı rəyi ilə müəyyən edilmişdir ki,

1. Vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər baş beynin sağ yarımkürəsinin alın payının hemorragik qansızması və kontuziyası, sol said sümüyünün orta 1/3-nin qapalı, yerinidəyişmiş sınığı (cərrahi əməliyyatla bərpası), sol kürək sümüyünün qapalı, yerinidəyişmiş sınığı, hər iki oturaq qasıq sümüklərinin qapalı, yerinidəyişmiş sınıqları, sol gicgah nahiyəsinin əzilmiş yarası, sol dirsək oynağının arxa səthinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. 2.Vǝt.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının vurması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Salyan rayon, Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 27 sentyabr 2024cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, arvadı 1999-cu il tarixdə doğulmuş X6 və qızı 2019-cu il tarixdə doğulmuş X4 ibarətdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Salyan rayon, Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 28 sentyabr 2024cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazi üzrə müsbət xarakterizə olunur və onun barəsində Xıdırlı kənd inzibati ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, cinayət işinin materiallarını və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları nəzərdən keçirirək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs nümayəndəsi və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin İİ-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə maddi sübut kimi tanınmış “Saipa Saina EX” minik markalı 77RQ052 dövlət qeydiyyat nişanlı avtomobillərin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Saipa Saina EX” minik markalı **-RQ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar