Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-320/2022 26.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 29, 317-1.1, 66.3, 66.5-ci maddələri təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar cəza müddəti 05 il 11 aya endirilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 01 il 02 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya olan, daxilində danışıq kartları olan 02 ədəd “Samsung Galaxy A3 (2017)” markalı, “SM- A320F“ modelli, “**********61315, **********61313, **********02268, **********02266” imei kodlu mobil telefon aparatlarını, 02 ədəd elektrik qidalandırıcısını və 01 ədəd qulaqcığı qablaşdırılmış tortun alt hissəsində olan kartonun içərisində xüsusi üsulla gizlədərək, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:50 radələrində Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və saxlanılan qardaşı, X1nun yanına qısamüddətli görüşə gələn zaman həmin əşyaları yoxlamadan gizlətməklə ötürməyə cəhd edərkən müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürüldüyünə görə iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:50 radələrində Penitensiar Xidmətin Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı, X1nun yanına qısamüddətli görüşə gələn zaman özü ilə gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilmişdir. Axtarış və baxış zamanı sovqatlar arasında qablaşdırılmış tortun alt hissəsində olan kartonun içərisində gizlətdiyi 02 ədəd "Samsung Galaxy A3 (2017)" markalı, "SM-A320F" modelli mobil telefon aparatları, 02 ədəd elektrik qidalandırıcısı və 01 ədəd qulaqcıq müəssisə əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmin telefon vasitələrini o, xüsusi üsulla gizlədərək, cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı E.Kərimovla mütəmadi əlaqə saxlamaq məqsədilə keçirmək istədiyini qeyd etmişdir. Lakin, bu barədə qardaşı məhkum E.Kərimovun xəbərsiz olduğunu, bu əməli təkbaşına planlaşdırdığını və əməlindən peşman olduğunu bildirmişdir. Təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, bir daha belə hallara yol verməyəcəyini, qardaşının psixoloji vəziyyətindən narahatlıq keçirdiyi üçün bu hərəkətə yol verdiyini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məkhəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:50 radələrində Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X1nun yanına qısamüddətli görüşə gəlmiş qohumu Təqsirləndirilən şəxs gətirdiyi sovqatlara müəssisə əməkdaşları tərəfindən axtarış-baxış keçirilən zaman, qablaşdırılmış tortun alt hissəsində olan kartonun içərisində xüsusi üsulla gizlədilmiş, işlək vəziyyətdə, daxilində danışıq kartları olan 02 ədəd "Samsung Galaxy A3 (2017)" markalı, "SM-A320F" modelli mobil telefon aparatları, 02 ədəd elektrik qidalandırıcısı və 01 ədəd qulaqcıq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs telefon aparatının ona məxsus olduğunu, qablaşdırılmış tortun alt hissəsində olan kartonun içərisində xüsusi üsulla gizlədərək qardaşına ötürmək niyyətində olduğunu bildirərək, səbəbini isə qardaşı ilə əlaqə yaratmaq üçün həmin telefonları cəzaçəkmə müəssisəsinə gətirdiyini bildirmişdir. X1 isə bu barədə məlumatsız olduğunu qeyd edərək, qardaşı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşya hesab edilən mobil telefon aparatlarının keçirilməsini xahiş etmədiyini bildirmişdir. Qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar Təqsirləndirilən şəxs, müəssisə əməkdaşlarının və şahidlərin iştirakı ilə protokol tərtib edilərək mobil telefonlar qablaşdırılmış, protokola müvafiq qeydlər aparılmış, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid3, Şahid2 və Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə edilmiş 31 iyul 2022-ci il tarixli axtarış və götürmə protokolundan və fotocədvəldən göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzçəkmə müəssisəsinin əməkdaşları hal şahidlərinin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, 31 iyul 2022-ci il tarixdə, saat 14:50 radələrində müəssisənin adi tipli yaşayış binasında xüsusi rejimdə cəza çəkən, X1nun yanına qısa müddətli görüşə gəlmiş, qardaşı xx.xx.1982-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan vətəndaş Təqsirləndirilən şəxs gətirdiyi sovqata nəzarət-buraxılış məntəqəsində baxış keçirilən zaman qablaşdırılmış tortun alt hissəsində olan kartonun içərisində xüsusi üsulla gizlədilmiş daxilində "Azercell" danışıq kartları olan işlək vəziyyətdə 2 ədəd "Samsung Duos" markalı mobil telefonlar, 2 ədəd elektrik qidalandırıcı və 1 ədəd qulaqcıq aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq protokollaşdırıb götürülmüşdür. Aşkar edilərək götürülmüş əşyalar protokol iştirakçılarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və müəssisənin möhürü ilə bərkidilmişdir. Protokol iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 11- 14) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli 5/928 nömrəli kompüter texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və "Android 8.0.0" əməliyyat sistemi ilə təchiz olunmuş qara rəngli "Samsung Galaxy A3 (2017)" markalı "SM-A320F" modelli proqram təminatına əsasən "**********61315", "**********61313" "imei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş bir ədəd sensor ekran və "Android 8.0.0" əməliyyat sistemi ilə təhciz olunmuş qızılı rəngli "Samsung Galaxy A3 (2017)" markalı "SM-A320F" modelli proqram "**********02266" "imei" kodlu mobil təminatına əsasən "**********02268", smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş iki ədəd mobil smartfonun proqram təminatında olan "imei" kodla arxa tərəflərində məlumat löhvəsinə olan "imei" kod fərqlidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç manat, altmış beş qəpik) manatdır. (i.v.48-50) İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 14 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində fakt üzrə Azərbaycan Respublikasının CM-nin 29,317-1.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. (i.v.1) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon məhkəməsinin 22 dekabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 29, 317-1.1, 66.3, 66.5-ci maddələri təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2017-ci il tarixdə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar cəza müddəti 05 il 11 aya endirilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən 01 il 02 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 55-56) İş materiallarına əlavə edilmiş qətimkan tədbiri seçmək haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 112-113) İş materiallarına əlavə edilmiş maddi sübut kimi tanınma barədə 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş 02 ədəd "Samsung Galaxy A3 (2017)" markalı, "SM- A320F" modelli, "**********61315, **********61313, **********02268, **********02266" imei kodlu mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. (i.v.117) İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında 04 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 29,317-1.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 118-120) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, onun şəxsiyyətini, cəzanın fərdiləşməsi prinsipini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələblərini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, hazırkı cinayət əməlini törədərkən məhkumluğu ödənilməmişdir. Lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmır və onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər analoji cinayət əməli törətməsi səbəbindən məhkum olunmasını, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayət etməyə cəhdə görə cəza təyin edilməli (CM-63.3), cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut 02 ədəd “Samsung Galaxy A3 (2017)” markalı, “SM-A320F“ modelli, “**********61315, **********61313, **********02268, **********02266” imei kodlu mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və ittiham aktı olan CD disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 53,65 (əlli üç manat, altmış beş qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə istintaqı dövründə müdafiəçi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 26 dekabr 2022-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - `02 ədəd “Samsung Galaxy A3 (2017)” markalı, “SM-A320F“ modelli, “**********61315, **********61313, **********02268, **********02266” imei kodlu mobil telefon aparatları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və bir ədəd içərisində ittiham aktı olan CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 53,65 (əlli üç manat, altmış beş qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-320/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-320/2022
26.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver