Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-320/2023 26.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində üç azyaşlı uşağı), məhkumluğu olmayan, işləməyən, Kəlbəcər rayonu, Seyidlər kəndində qeydiyyatda olmaq, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, 1 nömrəli yataqxanada faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatı əldə etmiş, daşımış, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatı əldə etmə, saxlama və daşıma barədə tanışı Şahid2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş razılığa əsasən Rəşad X1 istintaqa məlum olan şəxsdən qanunsuz olaraq əldə etdiyi İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş “STAR BM” modelli odlu yivli silah hesab edilən tapançanı, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “STAR BM” modelli tapançaların komplekt hissəsi hesab edilən darağı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 ədəd patronu 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində qanunsuz olaraq əldə edib üzərində qanunsuz daşımaqla yaşadığı ünvan 1 ünvanında qanunsuz saxlamış, daha sonra həmin silahı və döyüş sursatlarını qanunsuz olaraq saxlaması üçün 2023-cü ilin aprel ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs vermiş, o da 2023-cü ilin aprel ayının sonlarında Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində həmin silah və döyüş sursatlarını tamah niyyəti ilə 1.500 manat pul vəsaiti müqabilində tanışı Şahid2 qanunsuz olaraq satmış, bu barədə daxil olan məlumat əsasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən 16 may 2023-cü il tarixdə Şahid1 yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağındakı paltar dolabının üzərində gizlədib saxladığı İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş “STAR BM” modelli odlu yivli silah hesab edilən tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “STAR BM” modelli tapançaların komplekt hissəsi hesab edilən daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş 07 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, xx xxxxxx 1982-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuşdur, hazırda evlidir, üç azyaşlı övladı var. Heç bir yerdə işləməmişdir. 2015-ci ilin iyul ayında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hökmü ilə CM-in 127.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin ilin avqust ayında isə cəzasını çəkərək azadlığa çıxmışdır. İstifadəsində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə olmuşdur. Həmin mobil nömrəni o təxminən 7 il istifadə etmişdir. O, Şahid2 uzun müddətdir tanımışdır. Rəşad əvvəllər Sahil qəsəbəsində yaşamışdır. Aralarında dostluq münasibəti olmuşdur. Sonradan Rəşad “Ümid” qəsəbəsinə köçsə də, o, tez-tez Sahil qəsəbəsinə gəlirmiş və orada xırda ticarətlə məşğul olurmuş. Özü 4-5 il narkotik vasitələr qəbul etmişdir. İstifadə etdiyi narkotik vasitələri Bakı şəhəri Qaradağ rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən alırmış. Psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Heç bir yerdə qanunsuz əşya və maddələr saxlamamışdır. Heç bir yerdə işləmədiyi üçün maddi vəziyyəti pis olmuş, Rəşad həmişə ona gücü çatdığı qədər maddi cəhətdən köməklik etmişdir. Buna görə də onların arasında münasibət yaxşı olmuşdur. 2023-cü ilin aprel ayının əvvəllərində gecə saat 01:00-02:00 radələrində Rəşad ona zəng edib harada olmasını soruşmuş və o da evdə olduğunu bildirmişdir. Rəşad onunla işi olduğunu və Sahil qəsəbəsinə gəlib onunla görüşmək istədiyini bildirmişdir. Onlar həmin gecə Sahil qəsəbəsində görüşmüşdür. Rəşad öz avtomobili ilə qəsəbəyə gəlmişdi. Rəşad 10-15 günlüyünə xaricə gedəcəyini bildirmiş, onda olan tapança tipli silahı və patronları müvəqqəti saxlamaq üçün ona vermək istədiyini və geri qayıtdıqdan sonra gəlib həmin silahı və patronları götürəcəyini bildirmişdir. O da bu barədə Rəşadla ətraflı şəkildə danışmış, Rəşad onda bir ədəd tapança və bir neçə qutu avtomat və tapança patronları olduğunu bildirmişdir. Patronlar kağız qutuda olduğu üçün o qutunu açıb patronlara baxmamışdır. Buna görə də patronların sayını bilməmişdir. Şahid2 ona verdiyi silah və patronları kimdən, haradan və hansı məqsədlə əldə etməsi barədə ona heç bir söz deməmişdir. O özü də Rəşaddan heç bir söz soruşmamışdır. Şahid2la onun uzun müddətdir dostluq münasibəti olmuşdur. Rəşad həmişə ona köməklik etmişdir. Sonuncu dəfə 3-4 ay əvvəl o Rəşaddan 200 manat pul alıb müalicə olunmuşdur. O da Rəşadla aralarında olan münasibətləri nəzərə alıb həmin silah və patronları özündə saxlamağa razılaşmışdır. Başqa bir marağı olmamışdır. Rəşad bundan sonra idarə etdiyi avtomobildə olan idman çantasını götürüb ona vermişdir. O, çantaya baxmış və çantanın içində sellofana bükülmüş tapança və dəqiq yadında olmasa da bir neçə kağız qutuda patronlar olduğunu görmüşdür. Rəşad tapança və patronları ona verib getmişdir. Bundan sonra o Rəşaddan aldığı tapança və patronları gətirib Sahil qəsəbəsində yerləşən evində gizlədib saxlamışdır. Rəşadın ona tapança tipli odlu silah və patronlar verilməsindən isə ailə üzvlərinin və başqa şəxslərin məlumatı olmamışdır. Bundan sonra Rəşadla telefon vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. O təxminən 4-5 gündən sonra tapança və patronları yaşadığı evdə saxlamağa qorxduğu üçün həmin predmetləri axşam vaxtı aparıb zibilliyə atmaq istəmişdir. Evdən çıxdıqdan sonra Rəşadın ona verdiyi tapançaya baxan zaman silahın qızılı rəngdə olduğunu və üzərində isə naxışlar olduğunu görmüş və silahdan xoşu gəlmişdir. Silahın üzərində bir ədəd daraq və darağın içində isə patronlar olmuşdur. Tapança qara rəngli silah qabının içində olmuşdur. Silahdan xoşu gəldiyi üçün atmaq istəməmişdir. Lakin idman çantasının içində olan bir neçə kağız qutuda olan patronlara baxmadan patronları idman çantası ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən zibil qutusuna atmışdır. Rəşadın ona verdiyi tapançanı isə Sahil qəsəbəsində dəniz kənarına aparıb orada sellofan torbanın içində etibarlı yerdə torpağa basdırmışdır. Bundan sonra 2023-cü ilin aprel ayının ortalarında Rəşad ona zəng edib geri qayıtdığını bildirmiş və həmin günü gəlib Sahil qəsəbəsində onunla görüşmüşdür. Rəşad İranda olduğunu bildirmişdir. Rəşad ona saxlamağı üçün verdiyi tapança və patronları qaytarmağını xahiş etmişdir. O isə tapança və patronları ona verdikdən 4-5 gün sonra qorxub dənizə atdığını bildirmişdir. Rəşad ona öz narazılığını bildirmiş və silahı qaytarmağını tələb etmişdir. O isə silahı və patronları dənizə atdığını deyib silahı Rəşada qaytarmamışdır. Bundan sonra Rəşad ondan narazı qalaraq çıxıb getmişdir. Təxminən 3-4 gündən sonra Rəşadın polis tərəfindən tutulmasını eşitmişdir. 2023-cü ilin aprel ayının sonlarında onun pula ehtiyacı olduğu üçün Rəşadın ona verdiyi tapançanı satmaq qərarına gəlmişdir. Buna görə həmin silahı kimə satmaq barədə fikirləşmişdir. Sahil qəsəbəsində yaşayan tanışı Şahid2na bu barədə məlumat vermiş və daha sonra gedib silahı torpağa basdırdığı yerdən çıxardıb gətirərək Elşənə göstərmişdir və tapança tipli odlu silahı haradan əldə etməsi barədə Şahid1 heç bir məlumat verməmişdir. Sadəcə olaraq həmin silahı tapdığını söyləmişdir. Elşənin silahdan xoşu gəldiyi üçün həmin silahı və silahın üzərində olan patronları 1.500 manata Elşənə satmışdır. Elşən pulun 900 manatını nəğd şəkildə ona vermiş və pulun qalan hissəsini isə may ayının sonunda verəcəyini bildirmişdir. O da Elşənlə razılaşmışdır. Elşəndən aldığı 900 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, törətdiyi əməli səmimi etiraf edərək, peşman olmasını, himayəsində üç azyaşlı uşağın olmasını, nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin yanvar ayında Azər Səricanov ona bir ədəd qızılı rəngli silah və 07 ədəd patron, 2-3 ədəd kağız qutuda avtomat patronu, 2-3 ədəd kağız qutuda isə tapança patronunu ona saxlaması üçün vermişdir. Bundan sonra cari ilin aprel ayının əvvəli axşam saatlarında Azər Səricanovun tutulmasından xəbər tutan Şahid2 02 aprel 2023-cü il tarixdən 03 aprel 2023-cü il tarixə keçən gecə saat 01:30-02:00 radələrində Sahil qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs zəng etmiş və onun harada olduğunu soruşub görüşmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. Xəyyam Sahil qəsəbəsində evdə olduğunu bildirmişdir. Bundan sonra Azər Səricanovun 2023-cü ilin yanvar ayının əvvəllərində ona saxlaması üçün verdiyi tapançanı və patronları yaşadığı evdən götürüb idarə etdiyi avtomobilə qoyub Sahil qəsəbəsinə, Xəyyamın yaşadığı evin qarşısına gəlmişdir. Xəyyama zəng edib onun yaşadığı evin qarşısında olduğunu bildirmişdir. Xəyyam çölə çıxıb onunla görüşmüş, Rəşad özü ilə gətirdiyi tapança və patronları Xəyyama göstərib bir müddət onda qalmasını xahiş etmişdir. Xəyyam bunun səbəblərini soruşduqda Rəşad ona işləri ilə bağlı xaricə getdiyini, 15-20 günə qayıdıb gələndə silahı və patronları ondan götürəcəyini bildirmişdir. Xəyyam onunla razılaşıb silahı və patronları saxlayacağını bildirmiş, o da idman çantasının içində olan silahı və patronları Xəyyama vermişdir. Sonra yaşadığı evə qayıtmışdır. 13 aprel 2023-cü il tarixdə o, İrandan Bakı şəhərinə gəldikdən sonra Xəyyamla əlaqə saxlayıb onunla Sahil qəsəbəsində görüşmüşdür. Xəyyamdan ona verdiyi tapança və patronları qaytarmasını xahiş etmiş, lakin Xəyyam ona verdiyi tapança və patronları dənizə atdığını bildirmişdir. Bunun səbəbini soruşduqda isə Xəyyam tapança və patronları özündə saxlamaqdan qorxduğu üçün dənizə atdığını bildirmişdir. Bundan sonra onun Xəyyamla və eyni zamanda başqa şəxslərlə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs bir ədəd qızılı rəngli tapança və onun üzərində 07 ədəd patronu Şahid2 satmasından məlumatsız olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 25 avqust 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, hazırda evlidir, 2 azyaşlı övladı var. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Sahil qəsəbəsində avtomobillərin icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs uzun illərdir tanımışdır. Özü uzun müddət Sahil qəsəbəsində yaşamış və orada işləmişdir. Xəyyam da Sahil qəsəbəsində yaşamışdır. Aralarında tanışlıq münasibəti olmuşdur. 2023-cü ilin aprel ayının sonlarında Xəyyam Sahil qəsəbəsində onunla görüşmüş və onda bir ədəd tapança tipli silah olduğunu bildirərək satmaq istədiyini demişdir. Xəyyamın təklifi onda maraq yaratdığı üçün həmin tapançanı görmək istədiyini bildirmişdir. Bundan sonra Xəyyam onun yanından ayrılıb getmiş və təxminən 1 saatdan sonra Sahil qəsəbəsində yenidən görüşmüşlər. Xəyyamın gətirdiyi tapança qızılı rəngli olmuş, tapançanın üzərində bir ədəd daraq və darağın üzərində isə 07 ədəd patron olmuşdur. Tapança qara rəngli silah qabında olmuşdur. Xəyyam silahı tapdığını söyləmişdir. Xəyyam tapançanı 1.500 manata satdığını bildirmişdir. O, tapançanın 900 manatını Xəyyama nəğd şəklində görüşdükləri gün, qalan 600 manat miqdarında pulu isə may ayının sonlarında verəcəyini bildirmiş və razılıq əldə etmişlər. Bundan sonra o, Xəyyama həmin gün 900 manat pul verib tapançanı, tapançanın üzərində olan darağı və 07 ədəd patronu Xəyyamdan alıb, tapançanı üzərində daşıyaraq ünvan 2 ünvanına aparıb, tapançanı parçaya büküb sellofan torbaya qoyaraq yaşadığı mənzilin yataq otağında paltar dolabının üzərinə qoyub orada saxlamışdır. Bundan sonra aldığı tapança ilə bağlı onun Xəyyamla heç bir söhbəti olmamışdır. 16 may 2023-cü ildə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən saxlanılan zaman o, həmin tapançanı Bakı şəhəri, Yasamal rayonunda yaşadığı ünvanda gizlədib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aldığı bir ədəd tapança və tapançanın üzərində olan patronları yaşadığı ünvan 2 ünvanında saxladığını və həmin ünvana gedildiyi halda həmin predmetləri təqdim edəcəyini bildirmişdir. Bundan sonra hüquqlarının müdafiə edilməsi üçün vəkillə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Onun razılığı və iştirakı ilə həmin gün saat 22:33-dən etibarən yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağındakı paltar dolabının üzərində gizlədib saxladığı Təqsirləndirilən şəxs aldığı tapançanı və patronları polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi predmetlərə baxış keçirilmiş, baxış zamanı tapançanın üzərindən bir ədəd daraq, darağın içərisində 07 ədəd patron aşkar edilmişdir. Baxış zamanı silahın nömrəsinin sonradan silindiyi müəyyən edilmişdir. O, tapançanı alan zaman nömrəsi silinmiş vəziyyətdə olmuşdur. Bundan sonra aşkar edilmiş tapança, daraq və patronlar polis əməkdaşları tərəfindən bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və qablaşmanın iştirakçılar tərəfindən üzləri imzalanmışdır. Daha sonra onlar Baş idarəyə gəlmiş və idarədə yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgünlüyünü imzası ilə təsdiq etmişdir. O, ümumiyyətlə silahlara marağının olmasını, Təqsirləndirilən şəxs gətirdiyi tapançanın qızılı rəngdə və üzərində naxışların olması ona maraqlı gəldiyindən həmin tapança və patronları daha baha qiymətə satmaq məqsədilə almasını bildirmişdir. O, Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan sakin kimi tanımasını, onunla heç bir münasibətinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs tapança tipli odlu silah və patronlar almasında ailə üzvlərinin və başqa şəxslərin məlumatı olmamış, heç bir yerdə qanunsuz əşya və maddələr saxlamamışdır. İstifadəsində "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı və "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrələrin olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Şahid2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş 17 may 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid2 istintaqa verdiyi ifadələri bir daha təsdiq edərək, Şahid2 bir ədəd qızılı rəngli tapança və bir neçə qutuda avtomat və tapança patronlarını Təqsirləndirilən şəxs müvəqqəti saxlaması üçün verməsini və Xəyyamın tapançanı Şahid1 satmasından məlumatsız olmasını bildirmiş, Təqsirləndirilən şəxs isə Şahid2 dediklərini təsdiq edərək həmin bir ədəd qızılı rəngli tapança və bir neçə qutuda avtomat və tapança patronlarını ondan saxlamaq üçün alması barədə ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Şahid1 və Təqsirləndirilən şəxs arasında keçirilmiş 17 may 2023-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid1 istintaqa verdiyi ifadələri bir daha təsdiq edərək, Şahid1 Təqsirləndirilən şəxs ona göstərdiyi bir ədəd qızılı rəngli tapançanı xoşu gəldiyi üçün onun üzərində olan 07 ədəd patronla birlikdə 1.500 manat pul vəsaiti müqabilində ondan aldığını, Təqsirləndirilən şəxs isə Şahid1 dediklərini təsdiq edərək həmin bir ədəd qızılı rəngli tapança və üzərində olan 07 ədəd patronu Şahid1 1.500 manat pul vəsaiti müqabilində satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ekspertləri tərəfindən verilmiş 17 may 2023-cü il tarixli 23/370R saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah İspaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli STAR BM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Daraq hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdır. Təqdim edilmiş 07 ədəd 9x19 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Bununla yanaşı, həmin rəydə eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən gülləgiliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş gülləgilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəyi göstərilmişdir. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsindən DTX İstintaq baş idarəsinə daxil olmuş 28 avqust 2023-cü il tarixli 3-39-9/1-2845/23 nömrəli məktuba əlavə olunan qoşmada qeyd olunmuşdur ki, eksperimental atəşlər zamanı əldə olunmuş güllə-giliz nümunələri DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış və müqayisəli tədqiqat zamanı eynilik aşkar olunmamışdır. 16 may 2023-cü il tarixdə Şahid1 yaşadığı ünvan 2 ünvanına keçirilən baxış zamanı aşkar edilərək götürülmüş və 19 may 2023-cü il tarixdə maddi sübut kimi tanınmış İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş STAR BM modelli odlu yivli silah hesab edilən 01 ədəd tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ekspert tədqiqatı aparıldıqdan sonra qalıq sayı 04 ədəd patron ********* saylı cinayət işi üzrə təyinatı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün 05 sentyabr 2023-cü il tarixli 27/3025 saylı aktla DTX Maddi-texniki və sosial təminat idarəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsi Ambulator X2 07 iyun 2023cü il tarixli 3529 saylı ekspert rəyindən görünür ki: Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli 2318 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs təsvir olunan əməli törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimat təhlükəliliyini tam dərk etmək və onları idarə edə bilməməsinə səbəb olan psixi pozuntusu olmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X18indən istintaqa daxil olmuş 22 avqust 2023-cü il tarixli 3-39-9/1-2793/23 saylı məktubda Təqsirləndirilən şəxs həmin mərkəzdə 5 dəfə stasionar müaliəcədə olması, sonuncu dəfə isə xx.xx.2023xx.xx.2023-cü il tarixdə könüllü surətdə stasionar müalicədə olması göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, "xxxx" MMC-dən 15 avqust 2023-cü il tarixli 3-39-9/2-2720/23 saylı məktubla istintaqa daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törədərkən istifadəsində olan +**********22 saylı mobil telefon nömrəsindən 01 yanvar 2015-ci il tarixdən 18 may 2023cü il tarixədək olan müddət ərzində aparılmış danışıqların və SMS yazışmalarının (antenalar göstərilməklə) kompüter açıqlamasının, həmin nömrələrin istifadə olunduğu cihazların İMEİ nömrələri, həmin nömrələr vasitəsilə mobil internetdən hansı antenaların (location) əhatə dairəsində istifadə edilməsi barədə məlumatların elektron formada əks olunduğu diskə 16 avqust 2023-cü il tarixdə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs Şahid2 və Şahid1la ona istinad edilən cinayət əməlini törətdikləri ərəfələrdə sıx əlaqə saxlayıb danışdığı, o cümlədən cinayətin törədildiyi vaxtda aparılmış danışıqların əhatə dairəsinin cinayətin törədildiyi yer ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bundan əlavə, müvafiq baxış protokoluna əsasən +**********22 mobil nömrə qonşusu X4 adına rəsmiləşdirilsə də, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aparatının müvafiq baxış protokoluna əsasən həmin mobil nömrə **********17193 saylı İMEİ kodunda istifadə edilmişdir. Bu səbəbdən də operatordan daxil olan qeyd edilən disk yaddaşında olan məlumatların məzmununa, öz xüsusiyyətlərinə və əlamətinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin tarixdə sübut növü kimi cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, 28 avqust 2023cü il tarixdə DTX İstintaq baş idarəsinə 3-39-9/1-2845/23 nömrəli məktubla daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aparatının baxışı keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun “kontaktlar” bölümündə “Elşənd +**********06” və “Rəşad **********” adları və nömrələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aparatında mövcud olan kontakt məlumatları iş üzrə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinin onun tərəfindən törətdildiyini təsdiq edən məlumatlar olduğundan, mobil telefon aparatı cinayət əməlləri törədilərkən əlaqə vasitəsi kimi istifadə edildiyindən, eləcə də öz xüsusiyyətlərinə və əlamətinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin mobil telefon aparatı onun üzərinə quraşdırılmış +**********22 mobil nömrə ilə birlikdə 29 avqust 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Qaradağ rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 05 avqust 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Qaçqınlar və X9 üzrə Dövlət Komitəsi Bakı şəhəri, Qaradağ rayon sektorunun № 626-2 saylı 16 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni-yol küçəsi 116 saylı evdə yaşamaqla ailə üzvüləri arvadı X10, 16 iyul 2013-cü il tarixdə doğulmuş oğlu X6, 08 noyabr 2011-ci il tarixdə doğulmuş qızı X11 və 30 dekabr 2018-ci il tarixdə doğulmuş qızı X7r. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, cinayətin açılmasına və digər iştiraklarının ifşa edilməsinə fəal kömək etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin tamah məqsədi ilə törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 16 may 2023-cü il tarixdə, saat 16:10-da şübhəli şəxs qismində tutulmuş və Nərimanov rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizlik Xidmətinin maddi-texniki və sosial təminat idarəsində saxlanılan İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş STAR BM modelli odlu yivli silah hesab edilən 01 ədəd tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan ateş açmaq üçün nəzərdə tutulmuş ekspert tədqiqatı aparıldıqdan sonra qalıq sayı 04 ədəd patron ********* saylı cinayət işi üzrə təyinatı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün 05 sentyabr 2023-cü il tarixli 27/3025 saylı aktla DTX Maddi-texniki və sosial təminat idarəsinə təhvil verilmişdir və hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus "Samsung" markalı mobil telefon aparatında mövcud olan kontakt məlumatları iş üzrə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinin onun tərəfindən törətdildiyini təsdiq edən məlumatlar olduğundan, mobil telefon aparatı cinayət əməlləri törədilərkən əlaqə vasitəsi kimi istifadə edildiyindən, eləcə də öz xüsusiyyətlərinə və əlamətinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin mobil telefon aparatı onun üzərinə quraşdırılmış +**********22 mobil nömrə ilə birlikdə 29 avqust 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 16 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizlik Xidmətinin maddi-texniki və sosial təminat idarəsində saxlanılan İspaniya dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı 9 mm kalibrli nömrəsi silinmiş STAR BM modelli odlu yivli silah hesab edilən 01 ədəd tapança, texniki cəhətdən saz və təyinatı üzrə istifadəyə yararlı 08 ədəd 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli STAR BM modelli tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd daraq, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş atəşə yararlı döyüş sursatı hesab edilən 9x19 mm kalibrli olmaqla həmin tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ekspert tədqiqatı aparıldıqdan sonra qalıq sayı 04 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus "Samsung" markalı mobil telefon aparatında mövcud olan kontakt məlumatları iş üzrə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinin onun tərəfindən törətdildiyini təsdiq edən məlumatlar olduğundan, mobil telefon aparatı cinayət əməlləri törədilərkən əlaqə vasitəsi kimi istifadə edildiyindən, eləcə də öz xüsusiyyətlərinə və əlamətinə görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin mobil telefon aparatı onun üzərinə quraşdırılmış +**********22 mobil nömrə ilə birlikdə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-320/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-320/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver