Məhkəmə qərarları › İş №1(002)-321/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-321/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-321/2021 01.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci ildə Lənkəran rayonu, Port-İliç şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 15 may 2021-ci ildə saat 20 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X17” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən 43,5-ci kilometrində, Bakı şəhəri istiqamətində 90 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, hərəkəti istiqamətində yolun sağ kənarından hərəkət hissəsinə daxil olaraq soluna doğru keçən piyada X3 avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Natiq Balakişiyev baş beyinin hissəvi əzilib-dağılması və evakuasiyası (baş beyin toxumasının xaricə çıxması), kəllə sümüklərinin çoxqəlpəli, açıq sınıqları, üz-skelet sümüklərinin qəlpəli, qapalı sınıqları, döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı az yerinidəyişən sınıqları, sol ağciyərin əzilmiş-cırılmış yarası, sol körpücük sümüyünün orta 1/3-nin, sol baldır sümüyünün orta 1/3-nin, sağ baldır sümüyünün yuxarı 1/3-nin qapalı yerinidəyişmiş sınıqları, alın, burun belinin, sol gözaltı, sol yanaq və sağ gözaltı nahiyələrin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «X17» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 15 may 2021-ci il tarixdə saat 18 radələrində o, qardaşı Elçin Şahmuradlı və Lənkəran rayonu, Liman şəhəri ərazisindən sərnişin qismində uzaq qohumu Teymur, onun arvadı və iki azyaşlı uşaqlarını mindirib Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamışdır. Həmin günü saat 20 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində üçzolaqlı yolun sol zolağı ilə 90 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ kənarından iki nəfər təxminən 40-45 yaşlarında kişi piyadaların yolun sağından soluna doğru keçməyə başladıqlarını görmüş, o, avtomobilin sürətini təxminən 80 km/saata qədər azaldaraq siqnal və uzaqgörmə işıqlarını yandırıb söndürməklə işarə vermişdir. Həmin piyadalar bir-birindən təxminən 0,5 metr aralı dayanmadan yolu keçməyə davam etmişlər. O, piyadaları vurmamaq üçün ayağını tormoza atıb avtomobili sağa doğru istiqamətləndirmiş, lakin hadisənin qarşısını ala bilməmiş və yolun sol zolağında avtomobilin sol yan güzgüsü piyadalardan birinə, qabaq sol hissəsi isə arxada olan piyadanı vurmuşdur. Zərbədən ikinci piyada avtomobilin alın şüşəsinə dəyib yolun sol metal arakəsmə çəpərini aşmaqla yolun kənarına düşmüşdür. O, avtomobili yolun solunda saxlamış və avtomobildən düşüb piyadalara yaxınlaşmış, güzgü ilə vurduğu piyada qolundan yüngül xəsarət alsa da digər piyada yerdə hərəkətsiz vəziyyətdə qalmışdır. Hadisə şahidləri TTY stansiyasına zəng edib məlumat vermişlər. O, avtomobili yolun sağ kənarına çıxarıb bir qədər qarşıda saxlayıb Teymuru və onun ailə üzvlərini yoldan keçən tanımadığı avtomobillə yola salmışdır. Özü isə hadisə yerinə qayıtmış və qardaşı Elçinlə birlikdə orada olan dayanacağın yanında dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Az sonra hadisə yerinə DYP əməkdaşları gəlmiş, o, polis əməkdaşlarına sənədlərini təqdim edib hadisə yerinə keçirilən baxışda iştirak etmiş və piyadaları vurduğu yeri göstərmişdir. Sonradan sərxoşluq müayinəsindən keçmiş, ona məlum olmuşdur ki, həmin piyada Səngəçal qəsəbəsində yaşayan Natiq adlı şəxs olmuşdur. Hadisə nəticəsində o və avtomobildə olan sərnişinlər xəsarət almamışlar. Piyadalar yolu asta yerişlə keçmiş, həmin vaxtı piyadalarla idarə etdiyi avtomobil arasında 50-60 metr məsafə olmuşdur. O öz ifadəsində daha sonra göstərmişdir ki, hadisədən sonra şok yaşadığına görə nitqində qüsur yaranmış və hal-hazırda da nitqindəki qüsurları aradan qaldırmaq üçün müalicəsini davam etdirir. Hadisədən əvvəl də səhhətində problemlər olmuş və onurğa sümüyündə yaranmış ağrılarla bağlı əməliyyat olunmuş, bu hala görə də müalicəsi hələ də davam etdirilir. Hadisədən sonra mərhumun yaxınları ilə barışıq əldə etmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 may 2021-ci il tarixdə saat 20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən 3,5-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X6 onun əridir və sonuncu 05.12.1976-cı il təvəllüdlü olmaqla 1998-ci ildə ailə həyatı qurmuşlar, 3 övladları vardır. 15 may 2021-ci il tarixdə əri Natiq qardaşı Cavidlə birlikdə atasına məxsus idarə etdiyi “VAZ-2106” minik markalı avtomobilə ehtiyat hissəsi almaq üçün Qobustan qəsəbəsinə getmişlər. Həmin gün saat 20:30 radələrində o, evində olarkən Cavid evə gələrək Natiqin Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun yaşadığı Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində avtomobillə vurulduğunu bildirmişdir. Belə olduqda qaynatası Əlif və oğulları hadisə yerinə getmiş və orada məlum olmuşdur ki, əri Natiq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Natiqi TTY avtomobili ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanaya aparmışlar və meyitxanada ərinin meyitini Tibbi ekspertiza müayinəsindən sonra təhvil götürüb səhəri günü, yəni 16.05.2021-ci il tarixdə yaşadığı Qaradağ rayonu, Səngəçal qəsəbəsi qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, ərini vuran «X17» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Lənkəran rayonu Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 28-də yaşayan xx.xx.1997-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs olmuşdur. Yas mərasimində sürücünün qohumları iştirak etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını, ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 may 2021-ci il tarixdə saat 18 radələrində o, qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi «X17» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadıqları Lənkəran rayonundan çıxıb Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. X13 rayonu, Liman şəhəri ərazisindən sərnişin qismində uzaq qohumu Teymur, onun arvadı və iki azyaşlı uşaqlarını mindirib yola davam etmişlər. O, avtomobildə qabaq sağ oturacaqda, Teymur isə ailə üzvləri ilə birlikdə avtomobilin salonunda oturmuşlar. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamışdır. Həmin günü saat 20 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində üçzolaqlı yolun sol zolağı ilə 90 km/saat sürətlə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ kənarından iki nəfər təxminən 40-45 yaşlarında kişi piyadaların yolun sağından soluna doğru keçməyə başladıqlarını görmüş, Elvin avtomobilin sürətini bir qədər azaldaraq siqnal və uzaqgörmə işıqlarını yandırıb söndürməklə işarə vermişdir. Həmin piyadalar bir-birindən təxminən 0,5 metr aralı dayanmadan yolu keçməyə davam etmişlər. Elvin piyadaları vurmamaq üçün ayağını tormoza atıb avtomobili sağa doğru istiqamətləndirmiş, lakin hadisənin qarşısını ala bilməmiş və yolun sol zolağında avtomobilin sol yan güzgüsü piyadalardan birinə, qabaq sol hissəsi isə arxada olan piyadanı vurmuşdur. Zərbədən ikinci piyada avtomobilin alın şüşəsinə dəyib yolun sol metal arakəsmə çəpəri aşmaqla yolun kənarına düşmüşdür. Elvin avtomobili yolun solunda saxlamış və onlar tez avtomobildən düşüb piyadalara yaxınlaşmışlar. Piyadalardan biri qolundan yüngül xəsarət alsa da digər piyada yerdə hərəkətsiz vəziyyətdə qalmış, hadisə yerində ölmüşdür. Orada onlara məlum olmuşdur ki, piyadalar qardaşdırlar və yaxınlıqdakı Qaradağ rayonu, Səngəçal qəsəbəsində yaşayırlar. Hadisə şahidləri TTY stansiyasına zəng edib məlumat vermişlər. Elvin avtomobili yolun sağ kənarına çıxarıb bir qədər qarşıda saxlayıb Teymuru və onun ailə üzvlərini yoldan keçən tanımadığı avtomobillə yola salmışdır. Sonra isə hadisə yerinə qayıdıb onunla birlikdə orada olan dayanacağın yanında dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Az sonra hadisə yerinə DYP əməkdaşları gəlmiş, Elvin polis əməkdaşlarına sənədlərini təqdim edib piyadaları vurduğu yeri göstərmişdir. Sonradan ona məlum olmuşdur ki, ölən piyada Səngəçal qəsəbəsində yaşayan 1976-cı il təvəllüdlü Natiq Balakişiyev olmuşdur. Hadisə nəticəsində o, xəsarət almamışdır. Sonradan onlar yas mərasimində iştirak etmişlər. O, qeyd etmişdir ki, piyadalar yolu asta yerişlə keçmiş, həmin vaxtı piyadalarla idarə etdiyi avtomobil arasında 50-60 metr məsafə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 may 2021-ci il tarixdə saat 20 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən 3,5-ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş X6 onun qardaşıdır. Həmin tarixdə o, qardaşı Natiqlə birlikdə atasına məxsus «VAZ-2106» minik markalı avtomobilə ehtiyat hissəsi almaq üçün Qaradağ rayonu, Qobustan qəsəbəsinə getmişlər. Orada ehtiyat hissəsi tapmamış və yol maşını ilə yaşadıqları Səngəçal qəsəbəsinə qayıtmışlar. Belə ki, qəsəbənin yaxınlığından keçən Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Bakı şəhəri istiqamətinə sağ kənarında düşmüşlər. Həmin vaxtı saat 20 radələri olmuşdur. Onlar yolun əks tərəfinə keçməli olduqlarından yolda olan piyada keçidi ilə iti yerişlə yolu keçməyə başlamışlar. O, bir qədər qarşıda təxminən 0,5 metr aralıda yolu keçmişdir. Onlar yolu keçib tamamlamağa az qalmış Bakı şəhəri istiqamətinə hərəkətdə olan “X17” markalı avtomobil qabaq sol hissəsi ilə qardaşını vurmuşdur. Həmin anda avtomobil onun da sağ ayaq nahiyəsinə dəymişdir. Qardaşı Natiq zərbədən metal arakəsmə çəpərin sol tərəfinə torpaq sahəyə düşmüşdür. Hadisə şahidləri avtomobildən düşüb oraya yığışmışlar. O, tez qardaşı Natiqə yaxınlaşmış və onu hərəkətsiz vəziyyətdə görmüşdür. O, Natiqin öldüyünü yəqin edib tez evinə getmiş və hadisə barədə ailə üzvlərinə məlumat vermiş, birlikdə hadisə yerinə qayıdıb TTY avtomobili ilə Natiqi Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 19 saylı xəstəxanaya yola salmışlar. Səhəri günü, yəni 16.05.2021-ci il tarixdə Natiqi yaşadıqları Qaradağ rayonu, Səngəçal qəsəbə qəbiristanlığında dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, Natiqi vuran «X17» minik markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ünvan 1-də yaşayan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmuşdur. Yas mərasimində sürücünün qohumları iştirak etmişlər. O, qeyd etmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cüzi xəsarət almış, xəsarət almağı ilə bağlı MTE müayinəsindən keçməyə ehtiyacı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15 may 2021-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə uzaq qohumu Təqsirləndirilən şəxs idarə etdiyi «X17» markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Lənkəran rayonu, Liman şəhərindən Bakı şəhərinə gəlmək üçün yola düşmüşlər. O, ailə üzvləri ilə birlikdə avtomobilin salonunda, qabaq oturacaqda isə Elvinin qardaşı Elçin oturmuşdur. Saat 20 radələrində onlar Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindən keçən hissəsində üçzolaqlı yolun sol zolağı ilə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Bu faxtı qəfildən zərbə səsi eşitmiş və Elvin idarə etdiyi avtomobillə “piyadanı vurdum” deyərək avtomobili yolun hərəkətdə olduğu sol zolağında saxlamışdır. Onlar tez avtomobildən düşüb piyadaya tərəf qaçmış və bir nəfər piyadanın qolundan yüngül xəsarət aldığını, digər piyadanın isə metal çəpərdən təxminən 2 metr aralıda torpağın üstündə hərəkətsiz vəziyyətdə qaldığını, aldığı xəsarətlərdən öldüyünü görmüşdür. Orada onlara məlum olmuşdur ki, həmin piyadalar qardaşdırlar və yaxınlıqdakı Qaradağ rayonu, Səngəçal qəsəbəsində yaşayırlar. Hadisə şahidləri TTY stansiyasına zəng edib məlumat vermişlər. O, ailə üzvləri olduğu üçün Elvindən xahiş etmişdir ki, onları yola salsın. Elvin avtomobili yolun sağ kənarına çıxarıb bir qədər qarşıda saxlamış və o ailə üzvləri ilə birlikdə yoldan keçən avtomobillə Bakı şəhərinə gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X16 Qaradağ rayon şöbəsinin 05 iyun 2021-ci il tarixli 47 №-li rəyindən görünür ki: X2 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyinin hissəvi əzilib-dağılması və evakuasiyası (baş beyin toxumasının xaricə çıxması), kəllə sümüklərinin çoxqəlpəli, açıq sınıqları, üz-skelet sümüklərinin qəlpəli, qapalı sınıqları, döş qəfəsinin soldan Vİ-Vİİ-Vİİİ-İX qabırğaların qapalı az yerinidəyişən sınıqları, sol ağciyərin əzilmiş-cırılmış yarası, sol körpücük sümüyünün orta 1/3-nin, sol baldır sümüyünün orta 1/3-nin, sağ baldır sümüyünün yuxarı 1/3-nin qapalı yerinidəyişmiş sınıqları, alın, burun belinin, sol gözaltı, sol yanaq və sağ gözaltı nahiyələrin sıyrıqları həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölüm ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum N.Ə.Balakişiyevin almış olduğu xəsarətlərin xarakterini, lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə o cümlədən 15.05.2021-ci il tarixdə, yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər və bu da həyatla bir araya sıxmayan xəsarətlərə aid olduğundan ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb baş beyinin hissəvi əzilibdağılması və evakuasiyası (baş beyin toxumasının xaricə çıxması) ilə müşayiət olunan kəllə sümüklərinin çoxqəlpəli, açıq sınıqları olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum N.Ə.Balakişiyevin ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (15.05.2021-ci il tarixdə saat 23.00-da) 4-6 saat əvvəl baş vermişdir. Mərhum N.Ə.Balakişiyevin meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (1305/K saylı 26.05.2021-ci il tarixli AKT) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 8/1543 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «X17» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 15 may 2021-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs həmin gün saat 23 radələrində tibbi müayinədən keçirilərkən ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş DİN BDYPİ Qİİ tərəfindən verilmiş 19 may 2021-ci il tarixli 016-58142-1221 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 30.12.2015-ci il tarixdə AE seriyalı 423270 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə informasiya mövcuddur. İş üzrə «X17» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan Lənkəran rayonu, Liman şəhəri, Mənzil təsərrüfatı təmiristismar təsərrüfat hesablı sahəsinin 25 may 2021-ci il tarixli, 40 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan Lənkəran rayonu, Liman şəhəri, Mənzil təsərrüfatı təmiristismar təsərrüfat hesablı sahəsinin 25 may 2021-ci il tarixli, 39 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşayır və ailə üzvləri qeyd olunan tərkibdən ibarətdir: atası X7, anası X8 və qardaşı X4. İş materiallarında olan Liman şəhəri inzibati ərazi dairəsi tərəfindən 25.05.2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Liman şəhərində yaşayır. Sakit təbiətə malikdir. Yaşıdları ilə münasibəti normaldır. Tərbiyəli, təmkinli, işgüzar gəncdir. Ünsiyyət qurmağı bacarır. Əməksevər, vətənpərvərdir. Ailə münasibətləri normaldır. Hal-hazıra kimi heç bir neqativ hərəkətə yol verməmiş, heç bir mənfi keyfiyyəti ilə rastlanmamışdır. Daim yaşıdlarına nümunə göstərilmişdir. Ondan Liman şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər hansı şikayət və narazılıq daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Tibb Universitetinin X10 tərəfindən verilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs MRT-də L3 fəqərəsi səviyyəsində subdural ekstramedulyar həcmli törəmə (nevrinoma) aşkar olunub. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «X17» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «X17» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar