Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-321/2023 26.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı 21 sentyabr 2023-cü il tarixdə X5 İdarəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən tərtib edilərək 26 sentyabr 2023-cü il tarixdə Bakı şəhər prokurorunun müavini, ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz balıq tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda qanunsuz balıq tutmaq məqsədi ilə 12 iyun 2023-cü il tarixdə saat 22 radələrində 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli "Yamaha-40" asma mühərriklə təchiz edilmiş qayıqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək orada birinin ölçüsü və əlamətləri istintaqa məlum olmayan, digəri isə istifadəsi qadağan edilmiş jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm. olan 02 ədəd tordan istifadə edib hər birinin dəyəri 11 manat olmaqla, 110 ədəd, 1210 manat dəyərində kefal balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1210 manat məbləğində ziyan vurmaqla qanunsuz balıq tutduqdan sonra, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları onlara yaxınlaşkən tabesizlik göstərməklə qaçmağa cəhd etsə də, qayığın mühərriyi söndüyündən Təqsirləndirilən şəxs2la birlikdə suya atlayaraq üzə-üzə "Xərə Zirə" adasına qaçaraq gizlənmiş, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində o, DSX-nin SM-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə saat 10 radələrində isə Təqsirləndirilən şəxs2 könüllü gələrək təslim olmuş, eyni tarixdə saat 15 radələrində Su NPİ-nin BQM və BEMB-nin və DSX-nin SM-nin əməkdaşlarının iştirakları ilə onlardan götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilmiş, baxış zamanı 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli "Yamaha-40" asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və 110 ədəd kefal balıqlarının olması müəyyən edilərək müvafiq qaydada götürülmüşdür . Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz balıq tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər s bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.6 vs 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda qanunsuz balıq tutmaq məqsədi ilə 12 iyun 2022-ci il tarixdə saat 22 radələrində 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli "Yamaha-40" asma mühərriklə təchiz edilmiş qayıqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi istiqamətində Xəzər dənizinə gələrək orada birinin ölçüsü və əlamətləri istintaqa məlum olmayan, digəri isə istifadəsi qadağan edilmiş jilka adlandırılan sintetik sapdan toxunmuş, uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm. olan 02 ədəd tordan istifadə edib hər birinin dəyəri 11 manat olmaqla, 110 ədəd, 1210 manat dəyərində kefal balıqlarını qanunsuz tutaraq balıq ehtiyatlarına xeyli miqdarda, yəni 1210 manat məbləğində ziyan vurmaqla qanunsuz balıq tutduqdan sonra, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları onlara yaxınlaşkən tabesizlik göstərməklə qaçmağa cəhd etsə də, qayığın mühərriyi söndüyündən Təqsirləndirilən şəxs1lə birlikdə suya atlayaraq üzə-üzə "Xərə Zirə" adasına qaçaraq gizlənmiş, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində DSX- nin SM-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 saxlanılmış, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində isə özü könüllü gələrək təslim olmuş, həmin tarixdə saat 15 radələrində Su NPİ-nin BQM və BEMB-nin və DSX-nin SM-nin əməkdaşlarının iştirakları ilə onlardan götürülmüş balıqovlama vasitələrinə və balıqlara baxış keçirilmiş, baxış zamanı 01 ədəd ƏL-1431 bort nömrəli "Proqress-4" tipli "Yamaha- 40" asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 01 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm. olan jilka adlandırılan sintetik sapdan toxunmuş tor və 110 ədəd kefal balıqlarının olması müəyyən edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclası zamanı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə dair yazılı vəsatət vermişdir. O öz vəsatətində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyun 2023-cü il tarixdə qanunsuz balıq tutduqları üçün DSX-nin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən aşkar edilmələrinə baxmayaraq ittiham aktının nəticə hissəsində Təqsirləndirilən şəxs2 münasibətdə cinayət əməlləri təsvir edilərkən səhvə yol verilmiş, cinayətin törədilmə vaxtı düzgün göstərilməyərək onun 12 iyun 2022-ci il tarixdə qanunsuz balıq tutduğu və aşkar edildiyi qeyd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 256.3-cü maddəsi ilə ittiham elan edilmişdir ki, həmin cinayətlər üzrə təqsirin forması yalnız qəsdən törədilmədə ifadə olunur. Buna baxmayaraq ittiham aktının nəticə hissəsində ittihamın təsviri əks etdirilərkən CPM-in 223.3.2-ci maddəsinin tələbləri pozularaq təqsirin forması göstərilməmişdir. Cinayətin obyektiv və subyektiv cəhətinin əlamətləri cinayət işi üzrə ibtidai araşdırma zamanı qəbul edilən şəxsin "təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında" qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən orada "cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; (..) " göstərilir. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda təqsirin formasının əks olunmaması CPM-in 223-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi cinayət işi üzrə ittiham aktının müvafiq olaraq CPM-nin 289-cu maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 84.6.2, 300.1.5, 303.3.6 və 307-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməsi, onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və X3 İdarəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vəsatətin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 vəsatətlə razılaşdıqlarını və təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə, verilmiş vəsatəti və tərəflərin izahatını dinləyərək hesab edir ki, vəsatət təmin edilməli, ibtidai araşdırma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol verilməklə aparıldığından və həmin kobud pozuntuların aradan qaldırılması məhkəmə baxışı zamanı mümkün olmadığından cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, istintaq materiallarından görünür ki, 13 iyun 2023-cü il tarixdə videogörüntü ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 01 ədəd ƏL- 1431 bort nömrəli "Proqress-4" tipli “Yamaha-40” asma mühərriklə təchiz edilmiş qayıq, 02 ədəd taxta avar, 01 ədəd 30 litrlik yanacaq qabı, 02 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 110 ədəd kefal balıqları götürülmüş və maddi sübut qismində tanınmaqla saxlanması üçün Su NPİ-si BQM və BEMB-nə təhvil verilmişdir. «Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli, 564-İİQ nömrəli Qanununun 19-cu bəndinə əsasən diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası CM-in 233-1.2.1-ci maddəsinə əsasən bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma – beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş 02 ədəd uzunluğu 50 metr, eni 6 metr, gözlərinin ölçüsü 35x35 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torların hansı materialdan hazırlanması, diametri, dəliklərinin kostrukiv ölçüləri, həmin torların Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli, 564-İİQ nömrəli Qanununun 19-cu bəndinə əsasən diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərinin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid olmaqla qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya hesab edilib-edilməməsi müvafiq ekspertiza təyin edilməklə müəyyən edilməmiş, təqsirləndirilən şəxslərin əməllərində CMin 233-1.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması, yəni işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamış, həmin xüsusata hüquqi qiymət verilməmiş, nəticədə cinayətin əlamətləri ilə bağlı zəruri halların göstərilməsi təmin edilməyərək ittihamın mahiyyəti dəqiqləşdirilməmişdir. Halbuki, CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 85.2.1-ci maddəsinə əsasən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək müstəntiqin vəzifəsidir. CPM-nin 8.0.3-cü maddəsinə görə cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının vəzifəsi olduğu halda məhkəməyədək icraat zamanı yuxarıda qeyd edilən xüsusatlar tam və ətraflı araşdırılmadan cinayət işi üzrə ittiham aktı tərtib edilərək, iş məhkəməyə göndərilmişdir. İstintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda cinayətin törədilməsinin üsulu (təqsirkarın istifadə etdiyi yanaşma qaydaları və metodlarının məcmusu) qeyri-müəyyən olaraq qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 dekabr 1994-cü tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin konkret olaraq nədə ittiham olunduğu təqsirləndirilən şəxs kimi cəlb etmə qərarında konkret göstərilməlidir. Habelə CPM-nin 289.4-cü maddəsinə əsasən isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Qanun normasının mənasına görə, bu məlumatlarla işin ilkin sübutlarla müəyyən edilmiş faktiki halları arasında uyğunluq olmalıdır. CPM-nin 223.1-ci maddəsində bildirilir ki, "Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur". Yəni, bu qərarın məzmunu sübutların cəmi ilə müəyyən edilmiş faktiki hallar barədə məlumatlardan ibarət olmalıdır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Bu hallar ümumilikdə təqsirləndirilən şəxsin ona verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsif baxımından hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12 iyun 2023-cü il tarixdə qanunsuz balıq tutduqları üçün DSX-nin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən aşkar edilmələrinə baxmayaraq ittiham aktının nəticə hissəsində Təqsirləndirilən şəxs2 münasibətdə cinayət əməlləri təsvir edilərkən səhvə yol verilmiş, cinayətin törədilmə vaxtı düzgün göstərilməyərək onun 12 iyun 2022-ci il tarixdə qanunsuz balıq tutduğu və aşkar edildiyi qeyd edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 256.3-cü maddəsi ilə ittiham elan edilmişdir ki, həmin cinayətlər üzrə təqsirin forması yalnız qəsdən törədilmədə ifadə olunur. Buna baxmayaraq ittiham aktının nəticə hissəsində ittihamın təsviri əks etdirilərkən CPM-in 223.3.2-ci maddəsinin tələbləri pozularaq təqsirin forması göstərilməmişdir. Cinayətin obyektiv və subyektiv cəhətinin əlamətləri cinayət işi üzrə ibtidai araşdırma zamanı qəbul edilən şəxsin "təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında" qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3.2-ci maddəsinə əsasən orada "cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; (..) " göstərilir. Odur ki, cinayət işi üzrə ittiham aktı müvafiq hissələrdə CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmamış, habelə verilmiş ittihamda təqsirin formasının əks olunmaması CPM-in 223-cü maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Göründüyü kimi verilmiş ittiham ilkin sübutlarla müəyyən edilmiş işin faktiki halları ilə uyğunluq təşkil etməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda bu məsələ diqqətdən kənar qalmaqla cinayət işi üzrə ittiham aktının müvafiq olaraq CPM-nin 289-cu maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla yekunda CPM-nin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunan hallar bariz şəkildə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə nəticələnmişdir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5-ci maddəsindən aydın olur ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Həmin Məcəllənin 303.1-ci maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinin tələbindən aydın olur ki, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinin tələbindən aydın olur ki, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Həmin Məcəllənin 307.1-ci maddəsində qeyd olunur ki, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300 və 303, 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası DİN-in NBPİ-nin X3 İdarəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 barəsində xüsusi qərar çıxarılmaqla təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-321/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-321/2023
26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver