Məhkəmə qərarları › İş №1(002)-322/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-322/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-322/2021 16.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X4 və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Salyan rayonu, Qızılburun kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(002)-322/2021 saylı Qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,673 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 iyun 2021-ci il tarixdə, saat 19:55 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Qaradağ rayonu, Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Telman market” adlı ərzaq mağazasının yaxınlığında yerləşən avtobus dayanacağında saxlanılaraq polis bölməsinə gətirildikdən sonra onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,673 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X14 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qəbul etdiyinə görə əvvələr məhkum olunmuşdur. 22 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarı deyilən yerə getmişdir. Orada olan zaman saat 10:30 radələrində bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq narkotik vasitə olan kakos, yəni heroin satdığını bildirmiş və təklif etmişdir. O da narkotik istifadəçisi olduğu üçün onun bu təklifi ilə razılaşmışdır. 10 manat pul müqabilində ondan 01 ədəd siqaret qutusunun kağızına bükülmüş bükümdə heroin almışdır. Həmin bükümü də əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Şəhərdə gəzdikdən sonra həmin gün, yəni 22 iyun 2021-ci il tarixdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə gəlmişdir. Qəsəbədə “Telman” marketin yaxınlığındakı avtobus dayanacağında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Qaradağ rayonu 11-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Ondan adını soruşduqda özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona izah edib polis bölməsinə dəvət etmişlər. Həmin əməkdaşlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdən sonra ona təqdi olunmuş vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra hüquq və vəzifələri izah olunmuşdur. Müdafiəçinin, təhqiqatçının və digər polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilməsi izah edilmişdir. Təhqiqatçı üzərində hər hansı bir qanunsuz əşya olub-olmadığını soruşmuşdur. Əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Müdafiəçi, polis əməkdaşlarının iştirakı ilə həmin kağız açılaraq baxış keçirilmişdir. Təhqiqatçı kağızın içərisindəkinin nə olduğunu soruşmuş, onlara kağızın içərisindəkinin narkotik vasitə olan heroin olduğunu, şəxsi istifadəsi üçün həmin gün, yəni 22.06.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı deyilən ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını demişdir. Bundan sonra üzərində başqa hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuş, başqa heç nə olmadığını demişdir. Buna baxmayaraq polis əməkdaşları tərəfindən şəxsi axtarış həyata keçirilmiş, lakin ifadəsində göstərdiyi bir ədəd içərisində narkotik vasitə olan heroin olan bükümdən başqa heç bir şey aşkar edilməmişdir. Bundan sonra həmin bir ədəd içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılmış, möhürlənmişdir. Özü və digər iştirakçılar tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşmançılıq çəkməsini, nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Qaradağ RPİ-nin 11-ci polis bölməsində polis sahə inspektoru vəzifəsində işləyir. X8 xidməti zərurətlə əlaqədar tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 22 iyun 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidmətdə olan zaman bölmənin əməliyyat müvəkkili, Şahid1 icraatına Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yaşayan X4 narkotik vasitələrin istifadəsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmış, Ş.Rüstəmlinin cinayət başında yaxalanması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Əməliyyat qrupu Şahid2, Şahid1 və Şahid3 ibarət olmuşdur. Əməliyyat qrupu ilə birlikdə Qaradağ rayonu, Ələt qəsəbəsinə getmiş və həmin ərazidə müşahidələr aparmağa başlamışlar. Həmin vaxt Ş.Rüstəmlinin Ələt qəsəbəsi, Salyan yolu küçəsi, “Telman market” ərzaq mağazasının yaxınlığında yerləşən avtobus dayanacağında olması barədə məlumat daxil olmuşdur. Deyilən ünvana getdikdən sonra Ş.Rüstəmlinin həmin yerdə olduğu müəyyən edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Şahinə yaxınlaşıb özlərini ona təqdim etdikdən sonra onu 11-ci polis bölməsinə dəvət etmiş və birlikdə bölməyə gəlmişlər. Şəxsiyyəti bir daha müəyyən edildikdən sonra onun xx.xx.1976-cı il təvəllüdlü, Salyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan X14 olduğu dəqiqləşmişdir. X13 tərəfindən X14 şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra müdafiəçinin də iştirakı ilə Şahinin üzərində şəxsi axtarış keçirilmişdir. Sahə inspektoru Şahid3 şəxsi axtarış zamanı mobil telefon vasitəsilə şəxsi axtarış hərəkətlərinin keçirilməsini video lentə almışdır. Təhqiqatçı tərəfindən Şahin Rüstəmliyə üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş, Şahin də masaya yaxınlaşıb əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm təqdim etmişdir. Təhqiqatçı E.Rəhimovdan həmin bükümün içərisindəkinin nə olduğunu soruşduqda, o, bükümün içərisindəkinin kokos, yəni heroin olduğunu, şəxsi istifadəsi üçün həmin gün Bakı şəhəri, 8-ci km deyilən ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən Şahinin təqdim etdiyi büküm açılaraq baxış keçirilən zaman, bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan sonra həmin bir ədəd büküm zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində iştiraçılar tərəfindən imzalar edilmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, həmin protokol bütün iştirakçılar tərəfində imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və şahid Qaradağ RPİ-nin 11ci polis bölməsinin sahə inspektoru Şahid3 Əbülfət oğlu məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında xidməti zərurətlə əlaqədar olaraq iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 və Şahid3 Əbülfət oğlunun məhkəmə iclaslarında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 və Şahid3 Əbülfət oğlunun ibtidai istintaq dövründə verdiyi ifadələri elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, X8 xidməti zərurətlə əlaqədar olaraq tanımış, onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. Cinayət işinin məzmunu ilə tanış olmuşdur. 22 iyun 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidmətdə olan zaman icraatına ünvan 1 ünvanında yaşayan X4 narkotik vasitə istifadə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur.. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra özü ilə birlikdə polis sahə inspektoru Şahid2 və polis sahə inspektoru Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra X8 cinayət törədərkən ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə qərar qəbul edilmişdir. Həmin gün, əməliyyat qrupu ilə birlikdə Ələt qəsəbəsində müşahidələr aparmağa başlamışlar. Müşahidələr zamanı X16 rayonu, Ələt qəsəbəsində olması və üzərində narkotik vasitə ilə birlikdə hərəkətdə olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Ş.Rüstəmlinin Ələt qəsəbəsi, Salyan yolu küçəsində yerləşən “Telman” marketin yaxınlığındakı avtobus dayanacağında olduğu müəyyən edilmişdir. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Ş.Rüstəmliyə yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona Qaradağ rayonu, 11-ci polis bölməsinə getmək lazım olduğunu izah etmişlər. Birlikdə 11-ci PB-nə gəldikdən sonra bir daha məlum olmuşdur ki, həmin şəxs xx.xx.1976-cı il təvəllüdlü, Salyan rayonunda anadan olmuş, ünvan 1 ünvanında yaşayan X9r. Ş.Rüstəmli X13 tərəfindən şübhəli şəxs qismində tutulmuş və bundan sonra vəkilin iştirakı ilə Şahin Rüstəmliyə hüquq və vəzifələri izah edilmişdir. Polis sahə inspektoru Şahid3 tərəfindən aparılan videoçəkiliş vasitəsilə Ş.Rüstəmlinin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd büküm çıxarıb təqdim etmişdir. O, həmin bükümün içərisindəkinin narkotik vasitə kakos, yəni heroin olduğunu, 22.06.2021-ci il tarixdə, Bakı şəhəri, 8-ci km bazarının qarşısında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində aldığını bildirmişdir. Bundan sonra Ş.Rüstəmlinin üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Şahinin təqdim etdiyi bir ədəd büküm açılaraq baxış keçirilən zaman, bükümün içərisindəkinin qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə oxşar kütlə olduğunu müəyyən edilmişdir. Bundan sonra Şahin Rüstəmlinin təqdim etdiyi bir ədəd gümüşü rəngli kağıza bükülmüş büküm təhqiqatçı T.Dəmirov tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində özü və digər iştiraçılar tərəfindən imzalar edilmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 22 iyun 2021-ci il tarixli qərar və protokoldan görünür ki, X14 22 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 14, 30) Şəxsi axtarış və götürmə aparılması haqqında 22 iyun 2021-ci il tarixli protokoldan görünür ki, X4 üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Şahin Rüstəmliyə könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim edilməsi təklif edilmiş və o, könüllü olaraq əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisndəkinin narkotik vasitə olan kakos olmasını, həmin kakosu 22.06.2021-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri 8-ci km. Bazarının qarşısında tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxlayıb gəzdirdiyini bildimişdir. 01 ədəd siqaretin gümüşü kağız kəsiyindəki büküm içərisində qəhvəyi rəngli, narkotik maddə heroinə oxşar maddə aşkar edilmiş, Ş.Rüstəmlinin təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə yığılmış narkotik maddəyə oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb AR DİN “zərflər üçün” 223 saylı möhürlə möhürlənərək götürülmüşdür. (i.v. 33-34) X4 üzərində axtarış və götürmə aparılması video görüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli, 6/2556 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №223“ dairəvi möhür əksi olan, “X3 aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.673 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, heroinin ümumi təmiz çəkisi – 0,673 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,623 qram. Ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. (i.v. 45-48) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 5(002)-201/2021 nömrəli qərarından görünür ki Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirinin həyata keçirilməsinə dair 22 İyun 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. (i.v. 50-51) 24 İyun 2021-ci il tarixli qərardan görünür ki, X14 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 24 İyun 2021-ci il tarixli vəsatət rədd edilmiş, onun barəsində həbs ilə əlaqədər olmayan qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. (i.v. 70-71) Qətimkan tədbirinin seçilməsi barədə 24 İyun 2021-ci il tarixli qərardan görünür ki, X14 barəsində Polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) DVD diskə baxış keçirilməsi haqqında 30 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X15 tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq 01 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olundu ki, X14 müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmiş, 22.06.2021-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri 8-ci km. Bazarının qarşısında tanımadığı şəxsdən 10 manata alaraq üzərində saxladığını bildimişdir. Bundan sonra iştirakçılar tərəfindən bir ədəd büküm açılaraq baxış keçirilmiş, bükümün içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmiş, həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. (i.v. 76) Maddi sübut kimi tanıma haqqında 3 İyul 2021-ci il tarixli qərardan görünür ki, 22 İyun 2021-ci il taxili protokolla X5 götürülmüş və içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0.673 qram olan kustar üsulla hazırlanmış vasitə olan heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0.623 qram narkotik vasitə olan heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v. 77) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05.07.2021-ci il tarixli cavabından görünür ki, X1 Rayon Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa Bakı şəhər Xəzər rayon Məhkəməsinin 12 mart 2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 10 ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 04.12.2015-ci il tarixdə cəza sona çatmışdır. Bundan başqa Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 20 avqust 2019-cu il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (i.v. 80-81) Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-248/2019 saylı 20 avqust 2019-cu il tarixli Hökmündən görünür ki, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 13 may 2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X21 X17-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının 10 iyul 2021-ci il tarixli, 2255 saylı rəyindən görünür ki, müayinə zamanı X6 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metanfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 94-95) Sübutların qiymətləndirilməsi barədə 31 İyul 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən X10 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmaqla barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, o, məhkəmə məsuliyyətinə verilmiş, təqsirləndirilən X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, cinayət işi üzrə məhkəmə kimyəvi ekspertizasının 23 iyun 2021 -ci il tarixli 6/2556 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2021-ci il tarixli 2255 nömrəli rəyi işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd DVD disk sübut növü kimi qiymətləndirilmiş, tədqiqatdan sonrakı qalıq çəkisi 0,623 qram olan narkotik vasitə heroinin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə X4 ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, şahidlərin ifadələri, məhkəmə kimyəvi ekspertizasının 23 iyun 2021-ci il tarixli 6/2556 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 10 iyul 2021-ci il tarixli 2255 nömrəli nömrəli rəyləri və digər ibtidai sənədləri işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 100-106) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(002)- 322/2021 saylı qərarından görünür ki, X4 barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının 23 oktyabr 2021-ci il tarixli, 071-8829-1221 nömrəli məktubundan görünür ki, X14 23.10.2021-ci il tarixdə, saat təxminən 16:45 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində yaşadığı evdə Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən tutularaq 23.10.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 23 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, X14 23.10.2021-ci il tarixdə, saat təxminən 16:45-də saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X14 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab edilir; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən Cinayət Məcəlləsinə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. X10 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs X4 Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-248/2019 saylı 20 avqust 2019-cu il tarixli hökmünə əsasən əvvəllər az ağır cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, Salyan rayon Məhkəməsinin 16 aprel 2020-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl azad olunmasını və üzərindən məhkumluğunun götürülmədiyini və onun məhkumluğu ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini iş üzrə cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. X4 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Məhkəmə təqsirləndirilən şəxs X4 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə örə, təqsirləndirilən şəxs X14 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (residivin olması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən onun 22 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək tutma altında saxlanıldığı müddət və onun 23 oktyabr 2021-ci il tarixdən hal-hazıradək həbsdə saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3, CPM-158.2.1), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 oktyabr 2021-ci il tarixindən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), X10 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin qalığı məhv edilməli (CPM-132), sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası CinayətMəcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 50 (əlli) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 20 (iyirmi) iş saatı cinayət işi üzrə təqsirləndirilən şəxs X10 dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, X10 ibtidai istintaq zamanı göstərilmiş cəmi 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 300 (üç yüz) manat məbləğində, X10 məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X4 22 iyun 2021-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 01(bir)il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın X14 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2021-ci il tarixindən hesablansın. X4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitənin qalığı 0,623 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 109.90 (bir yüz doqquz manat, doxsan qəpik) manat ekspertiza xərci X3 tutularaq dövlət büdcəsinə keçirilsin. X10 ibtidai istintaq zamanı göstərilmiş cəmi 50 (əlli) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 300 (üç yüz) manat məbləğində, X10 məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxs X10 isə hökmün surətinin verildiyi) vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar