Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-323/2021 16.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsi, döngə 2, ev 11-də yaşamış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 67-ci maddələri ilə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Hüseynzadə X1 Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya olan - bir ədəd “Samsung Galaxy A3” markalı “SM-A310F” modelli “**********09750, **********09758” imei kodlu mobil (smartfon) telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və ondan ***-***-**-** saylı GSM danışıq kartı vasitəsi ilə qohumu Şahid5 Nizami oğlunun istifadəsində olan ***-***-**-** və tanışı Şahid6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrələrinə zəng edərək əlaqə saxlamaqla istifadə etmiş, 16 noyabr 2020-ci il tarixdə saat 17:35-də Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları tərəfindən qabaqcadan alınmış əməliyyat məlumatına əsasən 1-ci rejim korpusunun 13 saylı kamerasında axtarış-baxış tədbirləri keçirilən zaman ona aid çarpayıda döşəyin altından gizlədilmiş vəziyyətdə daxilində ***-***-**-** nömrəli “Azercell” GSM kartı olan həmin qadağan olunmuş əşya aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını PX-nin 8 saylı Cəzaçəkmə müəssisəsində çəkir, cəzaçəkmə müəssisəsində əməkdaşlar və ya digər məhkumlar tərəfindən fiziki və ya mənəvi təzyiqlərə məruz qalmamış, 16 noyabr 2020-ci il tarixdə təxminən saat 17:35-də müəssisənin əməkdaşları cəza çəkdiyi 1-ci rejim korpusun 13 saylı kamerasına daxil olaraq hal-şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirlərinin keçirilməsinə başlamış, tədbir zamanı müəssisənin əməkdaşları onun yataq yerindəki döşəyin altından işlək vəziyyətdə daxilində “Azercell” danışıq kartı olan bir ədəd “Samsung” markalı mobil telefon aparatını aşkar edərək götürmüş, aşkar olunaraq götürülən mobil telefon aparatı ona məxsus olmuş, həmin mobil telefon aparatını 10-15 gün öncə hamamda çimərkən orada olan oturacağın altından tapmış, həmin telefondan bir neçə dəfə istifadə edərək dostları ilə əlaqə saxlamış, danışıq zamanı hər hansı kriminal xarakterli danışıqları olmamış, tapılmış mobil telefon barədə heç kimin məlumatı olmamış, həmin telefondan yalnız özü istifadə etmiş, istifadə olunan “***-***-**-**” danışıq nömrəsi həmin telefonu aşkar edərkən içərisində olmuş, aşkar olunmuş mobil telefon aparatı əməkdaşların, hal-şahidlərinin və onun iştirakı ilə qablaşdırılaraq müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs sonda əməlindən peşman olduğunu bildirib, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinin rəisin növbətçi köməkçisi Şahid1 ifadəsində göstərmişdir ki, 16 noyabr 2020-ci il tarixdə xidmətdə olarkən saat 17:35 radələrində Penitensiar Xidmətinin Əməliyyat-Rejim İdarəsinin və müəssisəinin əməliyyat aparatının əməkdaşları keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində 1-ci rejim korpusunun 13 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbiri zamanı həmin kamerada xüsusi rejimdə cəza çəkən 1983-cü il təvəllüdlü Azərbaycan Respublikası CM-nin 177.2.1, 1772.2 və 177.2.3-cü maddələrilə təqsirli bilinərək barəsində 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məxsus yataq yerindəki döşəyin altından işlək vəziyyətdə daxilində ***-***-**-** nömrəli “Azercell” GSM kartı olan bir ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş, qadağan edilmiş əşyanın aşkar olunması ilə əlaqədar əməkdaşların və hal şahidlərinin iştirakı ilə protokol tərtib edərək götürülmüş mobil telefonu qablaşdıraraq protokola əlavə olunmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid5 Nizami oğlu və Şahid6 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid6 və Şahid5 Nizami oğlunun ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 Nizami oğlunun məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, əmisi oğlu Hüseynzadə X1 Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2020-ci ilin oktyabrnoyabr aylarında sonuncunun orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxladığını göstərmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, dostu Hüseynzadə X1 Xidmətinin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2020-ci ilin noyabr ayında sonuncunun orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi vasitəsilə özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxladığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 16.11.2020-ci il tarixli protokoldan görünür ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində əməliyyat məlumatı əsasında həmin gün saat 17:35 radələrində 1-ci rejim korpusunun 13 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbiri zamanı həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerindəki döşəyin altından işlək vəziyyətdə daxilində “Azercell” danışıq kartı (05 890 72 55 nömrəli) olan 1 ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. (i.v. 7-8) 16 noyabr 2020-ci il tarixli aktdan görünür ki, keçirilimiş əməliyyat tədbiri nəticəsində həmin tarixdə saat təxminən 17:35 radələrində 1-ci rejim korpusunun 13 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbiri zamanı məhkum Təqsirləndirilən şəxs məxsus yataq yerindəki döşəyin altından işlək vəziyyətdə daxilində “Azercell” danışıq kartı (05 890 72 55 nömrəli) olan 1 ədəd “Samsung Galaxy A3” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Aktın doğruluğu imzalarla təsdiq edilmişdir. (i.v. 10) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 18 noyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli hökmünə əsasən təyin edilmiş cəzasının əvvəli 16 avqust 2019-cü il, cəzasının sonu 16 avqust 2023-ci il tarixidir. Məhkum Təqsirləndirilən şəxs 8 saylı CM-nə 20.03.2019-cu il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul edilmişdir. Onunla ilk günlərdən fərdi tərbiyəvi söhbətlər aparılmış, hər cür məişət şəraiti ilə təmin edilmiş, cəzasının icrasını tənzimləyən qanunvericilik aktları barədə məlumat verilmiş, CM-nin 317-ci maddəsi izah edilmiş və məhkumdan iltizam alınmışdır. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon qovşağı vasitəsilə əlaqə saxlayır. Məhkum Təqsirləndirilən şəxs islah yoluna qədəm qoymamışdır. (i.v. 12-13) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş kompyuter-texniki ekspertizasının 21.12.2020-ci il tarixli 5/912 №-li rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 6.0.1” əməliyyat sistemi ilə təchiz olunmuş Samsung Galaxy A3” markalı “SM-A310F” modelli “**********09750, **********09758” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. 3) təqdim edilmiş Samsung Galaxy A3” markalı “SM-A310F” modelli mobil smartfonun “Qalereya” və “Video” bölmələrində foto və video, fayl müəyyən olunmadı.(i.v. 34-36) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12 fevral 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 01 avqust 2003-cü il tarixli hökmünə əsasən CM-nin 181.3.3, 334.1 və 307.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Hərbi Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 iyun 2013-cü il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək , həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qərarı ilə cəzası azaldılaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, 27 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli qərarına əsasən 03 ay 07 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, Sabunçu rayon İcra və Probasiya şöbəsinin 1716-66 saylı arayışına əsasən vaxtından əvvəl azad etmənin müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67-ci maddəsinə əsasən qəti olaraq 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (i.v. 39) Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 1(008)-453/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1,177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib 03 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 22.06.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan və vaxtından əvvəl şərti azad edilmiş 03 ay 07 gün müddəti hazırki hökmlə ona təyin edilmiş cəzayla qismən birləşdirilməklə qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 16.08.2019-cu il tarixdən hesablanmışdır. (i.v. 16-19) Baxış keçirilməsi haqqında 29 iyul 2021-ci il tarixli, 569 saylı protokoldan və mobil telefonuna olunmuş zənglərin çıxarışından görünür ki "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilərək müəyyən edilmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə aşkar olunaraq götürülmüş mobil telefon aparatında istifadə etdiyi ***-***-**-** saylı "xxxx" GSM danışıq kartından 2020-ci ilin oktyabr-noyabr aylarında müxtəlif vaxtlarında ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə zənglərin olması barədə məlumatlar vardır. Qeyd olunan məlumatlara baxış keçirdikdən sonra həmin nömrələrə dair müvafiq çıxarış edilmiş və cinayət işinə əlavə olunmuşdur. (i.v.103); Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, aşkar edilmiş bir ədəd Samsung Galaxy A3” markalı “SM-A310F” modelli “**********09750, **********09758” imei kodlu mobil telefon aparatı və daxilində olan bir ədəd «Azercell» GSM kartı, həmçinin "xxxx" MMC-dən alınmış 17 may 2021-ci il tarixli 9945 nömrəli məktuba əlavə olunmuş bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir.(i.v.106-107) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdikləri və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 1(008)-453/2019 nömrəli hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də, lakin törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs oğluna azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 1(008)- 453/2019 saylı hökm üzrə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinə qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.4), cəza çəkməsinin əvvəli hökm tarixindən, yəni 16 sentyabr 2021-ci il tarixdən hesablanmalı, onun azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınmalı, iş üzrə maddi sübut “Samsung Galaxy A3” markalı “SM-A310F” modelli “**********09750, **********09758” imei kodlu mobil telefon aparatı və daxilində olan bir ədəd “Azercell” GSM kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli (CM 99-1.1) və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş hüquqi yardım barədə hesabatdan görünür ki, vəkili Müdafiəçi məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 1(008)-453/2019 nömrəli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) ay hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 16 sentyabr 2021-ci il tarixindən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut - “Samsung Galaxy A3” markalı “SM-A310F” modelli “**********09750, **********09758” imei kodlu mobil telefon aparatı və daxilində olan bir ədəd “Azercell” GSM kartı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və bir ədəd "xxxx" MMC-nin telefon danışıqları barədə məlumatlar olan CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 59,94 (əlli doqquz manat, doxsan dörd qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-323/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-323/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver