Məhkəmə qərarları › İş №1(002)-324/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-324/2022

01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-324/2022 01.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1971-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayıb, daşımışdır. Belə ki, vətəndaş Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,285 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroini əldə edib, üstündə saxlayaraq, daşımış, Qaradağ RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşları tərəfindən 30 avqust 2022-ci il tarixdə saat 18:30-da Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Bravo” marketin yaxınlığında saxlanılaraq, Qaradağ RPİ-nin 10-cu PB-nə aparılmış və orada Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi axtarış zamanı onun əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan əldə edib, üstündə saxlayaraq, daşıdığı bir ədəd qara rəngli siqaret kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,285 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin aşkar edilərək, polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik maddə “kakos”, yəni heroin qəbul edirmiş. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Səbail rayonu ərazisində “Tarqovi” adlanan yerdə tanımadığı şəxsə yaxınlaşaraq onda narkotik maddə olub-olmadığını soruşmuşdur. Həmin şəxs isə onda narkotik vasitə heroin olduğunu və bir büküm heroini 20 manata satdığını bildirmişdir. O da 20 manata həmin şəxsdən öz istifadəsi üçün bir büküm narkotik maddə heroin alıb istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18:30 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Bravo” marketin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşları ona yaxılaşmışlar. O, polis əməkdaşlarını görüb, üstündə narkotik maddə saxladığı üçün özünü şübhəli aparmağa başlamışdır. Polis əməkdaşları xidməti vəsiqələrini göstərdikdən sonra ona onlarla birlikdə 10-cu PB-nə getməyini bildirmişlər və o da polis əməkdaşları ilə birlikdə PB-nə getmişdir. 10-cu PB-də üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilərkən, üzərində olan qanunla qadağan edilmiş əşya və predmet varsa masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli siqaret kağızına bükülümüş bükümü masanın üstünə qoymuşdur. Daha sonra həmin büküm açılan zaman içərisində narkotik maddə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı o, həmçinin həmin narkotik maddəni “Tarqovi” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Həmçinin onun üstünə şəxsi-axtarış keçirilən zaman üzərindən başqa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş bir büküm narkotik maddə heroin zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. O öz ifadəsində son olaraq İ Qarabağ müharibəsində iştirak edərək yaralandığını, müharibə veteranı olduğunu və əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2016-cı ildən DİO-da xidmət edir. xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu ərazisində cinayət hadisələrinin qarşısının alınması və profilaktiki tədbirlərin keçirilməsi üçün Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid1 ilə birlikdə Qaradağ rayonu ərazisində xidmət aparırmışlar. Həmin gün saat 18:00-da xidmətdə olarkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Bravo” marketin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin gözlərinin qırmızı olması və suallarına konkret cavab vermədiyinə görə ondan şübhələnib həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PB-nə dəvət etmişlər. Həmin şəxsdə onlara heç bir etiraz etmədən onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə gəlmişdir. Orada həmin şəxsin xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Onlar bölmə rəisinin adına raport yazaraq hadisə barədə məlumat verib, Bəxtiyar barəsində tədbir görülməsini bildirmişlər. Orada təhqiqatçı Emil Seyidbəyov, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə Şahid1 mobil telefonla apardığı video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Bəxtiyara üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qara rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olmasını, həmin heroini Bakı şəhəri, Səbail rayonu, “Tarqovi” kimi adlanan yerdən tanımadığı şəxsdən 20 manat pul verib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açılmış və iştirakçılara nümayiş etdirilmiş, bükümün içərisinə baxdıqda büküm içərisində qəhvəyi rəngli, kəskin iyli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Sonra Bəxtiyarın üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Bəxtiyarın üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Bəxtiyar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək şahid Qaradağ RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 avqust 2022-ci il tarixli, 6/4663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 222” möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. sözlər, imzalar olan zərfdəki 01 bükümdə təmiz çəkisi 0,285 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,285 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,235 qram. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 13 sentyabr 2022-ci il tarixli, 5158 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,285 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,235 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün Qaradağ RPİnin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və ona vəzifələri izah edildikdən sonra təklif olunur ki, üzərində qeyri-qanuni əşya (lar) yaxud hər hansı predmet varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən, siqaretin qara rəngli kağızına bükülmüş vəziyyətdə 01 bükümü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 034204 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X6” İctimai Birliyini tərəfindən Təqsirləndirilən şəxs verilmiş 01943 saylı vəsiqədən görünür ki, vəsiqənin sahibi Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 06 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını olmasını və müharibə veteranı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 30 avqust 2022-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 01 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,235 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 80 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 480 (dörd yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş hazırkı cəza, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 15 sentyabr 2022ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 02 il 06 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən (azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 01 il 03 ay 14 gün müddət) qismən toplanılsın və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 01 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,235 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 480 (dörd yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar