Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-326/2022 06.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hüseyinova (Surxayeva) Nuranə Ənvər qızının, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Qaradağ Rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ Rayonu, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 07 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 170,00 manat, iki uşağa cəmi 340,00 manat sabit pul məbləğində alimenti övladları 18 aprel 2014-cü il təvəllüdlü X2 və 06 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Hüseyinova (Surxayeva) Nuranə Ənvər qızının xeyrinə ödəməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 yanvar 2021-ci il tarixli, 2(002)- 169/2021 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 12 noyabr 2021-ci il tarixli, 3(002)-1359/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 31 mart 2022-ci il və 26 aprel 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 16 may 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 6800,00 manat aliment borcunu zərərçəkmiş şəxs Hüseyinova (Surxayeva) Nuranə Ənvər qızına ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri qeyri-müəyyən olmaqla özünün yaşamasına güclə çatır. Bundan başqa qeyd etmişdir ki, Hüseyinova (Surxayeva) Nuranə Ənvər qızı ilə 2013-cü ildə evlənmiş, birgə nikahlarından X4 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2020-ci ildə Zərərçəkmiş şəxs (Surxayeva) ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 28 yanvar 2021-ci il tarixli, 2(002)-169/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və 07 sentyabr 2020-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 170,00 manat, iki uşağa cəmi 340,00 manat sabit pul məbləğində alimentin ondan tutularaq övladları 18 aprel 2014-cü il təvəllüdlü İlkin Surxaylının və 06 noyabr 2016-cı il təvəllüdlü Şəhla Surxaylının yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Surxayevanın) xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 12 noyabr 2021-ci il tarixli, 3(002)-1359/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq alimenti ödəməmişdir. O, öz ifadəsində son olaraq maddi imkanı olmadığından hal-hazıradəki aliment borcundan heç nə ödəyə bilmədiyini və gələcəkdə də belə bir niyyətinin olmadığını, hətta məhkəmə iclaslarına imkanı olmadığına görə sahə müvəkkili tərəfindən 5 manat yol pulu alaraq məhkəməyə gəldiyini qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Hüseyinova (Surxayeva) Nuranə Ənvər qızı öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə evlənmiş, birgə nikahlarından X4 və X5 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2020-ci ildə ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 28 yanvar 2021-ci il tarixli, 2(002)-169/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və əvvəli 07 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 170,00 manat, iki uşağa cəmi 340,0 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladları 18 aprel 2014-cü il təvəllüdlü İ.Surxaylının və 06 noyabr 2016-cı il təvəllüdlü Ş.Surxaylının yetkinlik yaşlarına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 12 noyabr 2021-ci il tarixli, 3(002)-1359/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən hal-hazıradək yaranmış borcla bağlı heç bir ödəniş edilməmiş və buna heç bir formada cəhd belə göstərilməmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əvvəli 07 sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 170,00 manat, iki uşağa cəmi 340,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 18 aprel 2014-cü il təvəllüdlü X2 və 06 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Hüseyinova (Surxayeva) Nuranə Ənvər qızının xeyrinə ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 yanvar 2021-ci il tarixli, 2(002)-169/2021 saylı qətnaməsi icra edilməsi üçün Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 12 noyabr 2021-ci il tarixli, 3(002)-1359/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək iyirmi gün müddətlərində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ rayon İcra Şöbəsinin digər əməkdaşı X6 ilə eyniməzmunlu ifadə vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28 yanvar 2021ci il tarixli, 2(002)-169/2021 saylı qətnaməsinin icrası zamanı Təqsirləndirilən şəxs məxsus əmlakların və gəlirlərin müəyyən edilməsi mümkün olmasa da sonuncu tərəfindən istintaqa verilmiş ifadə də fərdi əmək fəaliyyəti ilə məşğul olduğu və aylıq gəlirinin 400,00 manat təşkil etdiyi etiraf edilmişdir. Onun gəlirləri olduğu halda alimenti ödəməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qərəzli icra edilməməsi ilə nəticələnmişdir İş materiallarına əlavə olunmuş 02 fevral 2021-ci il, 12 noyabr 2021-ci il, 31 mart 2022-ci il, 26 aprel 2022-ci il tarixli bildiriş və xəbərdarlıqdan, eyni zamanda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli, 3(002)-1359/2021 saylı qərarından, həmçinin digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən həmin məhkəmənin qanuni qüvvədə olan 28 yanvar 2021-ci il tarixli, 2(002)-169/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qeyri-səmimi apararaq yaranmış aliment borcundan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini, o cümlədən məhkəmə çağırışlarına heç bir üzrlü səbəb olmadan gəlməməklə barəsində iki dəfə məcburi gətirilmə barədə qərar çıxarılmaqla məhkəmə iclaslarına polis əməkdaşları tərəfindən gətirilməsinin təmin edilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 22 sentyabr 2022-ci il tarixdə tutulmuş və 23 sentyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 06 dekabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-326/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-326/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver