Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-326/2023 05.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azadılmış, 15 may 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 24 iyul 2023-cü il tarixdə saat 15:50 dəqiqədə Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,1 A massivdə yerləşən 34 V nömrəli fərdi yaşayış evinin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PŞ-na gətirilmiş, orada video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı göy rəngli cins şortun sağ yan balaca cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,227 qram ağ rəngli, kristalşəkilli kütlə kutar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilib götürülmüşüdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, narkotik vasitədən, eləcə də psixotrop maddədən çəkməklə və iyləmək yolu ilə istifadə edir. Belə ki, hazırda patı deyilən, əslində isə psixotrop maddə hesab edilən metamfetmindən istifadə edir. 23 iyul 2023-cü il tarixdə narkotik vasitə patı almaq məqsədi ilə Bakı şəhəri, Səbail rayon, Şıxov qəsəbəsi ərazisində adını bilmədiyi şəxsdən 10 manat müqabilində 01 ədəd gümüşü rəngli siqaretin kağızına bükülmüş psixotrop maddə patı kimi adlanan metamfetamin almış, aldığı psixotrop maddəni özü üçün istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şortikin sağ yan balaca cibinə qoymuşdur. 24 iyul 2023-cü il tarixdə saat təxminən 15:50 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayon, Lökbatan qəsəbəsi, 1A massivdə yerləşən 34 V nömrəli evin qarşısında olan zaman iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Qaradağ RPİ-nin 10-cu PS-nin əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyi soruşduqda polis əməkdaşlarına özünü xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-nə getməyini bildirmişlər. O da polis əməkdaşlarının təklifi ilə razılaşıb onlarla birlikdə Qaradağ RPİ-nin 10-cu PŞ-na getmiş, polis şöbəsində şifahi sorğu zamanı üzərində hər hansı bir qadağan olunmuş əşya və ya predmet olduğunu soruşmuşlar, o, da üzərində narkotik vasitə və psixotrop madda olmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Daha sonra ona hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilmiş və müdafiəçi ona taqdim edilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da əynində olan göy rəngli cins şortikin sağ yan balaca cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən taqdim etdiyi həmin 01 ədəd bükümə baxış keçirilən zaman bükümün içərisində ağ rəngli kristal şəkilli duza bənzər maddə aşkar edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşanda, o, üzərindən aşkar edilmiş 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə patı kimi adlanan psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 23 iyul 2023-cü il tarixdə Səbail rayon. Şıxov qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən qanunla qadağan edilmiş başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırıldı, onun. müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub qablaşdırılmış. möhürlənmiş, o və iştirakçılar imzaları ilə zərfi va protokolun doğruluğunu təsdiq etmişlər. O, verilən suallara cavab olaraq polis əməkdaşlarının onu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1 A massivdə yerləşən 34 V nömrəli fərdi yaşayış evinin qarşısında saxladığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını, həmişə özünə qəbul etmək üçün narkotik vasitə aldığını, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilmədiyini bildirmişdir. O öz ifadəsində son olaraq törətdiyi əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar olaraq tanımış onunla qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. 24 iyul 2023-cü il tarixdə Qaradağ RPİ-nin 10-cu polis şöbəsində xidmətdə olan zaman icraatına Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1 A massiv, ev 34V-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun, əməliyyat müvəkkili polis kapitanı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs cinayət törədərkən onu ifşa etmək məqsədilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədilə tərəfindən qərar qəbul edilmiş, həmin gün əməliyyat qrupu ilə birlikdə Lökbatan qəsəbəsində müşahidələr aparmağa başlamışlar. Saat 15:50 dəqiqədə müşahidələr zamanı Təqsirləndirilən şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 1 A massiv, 34V ünvanın qarşısında küçədə görərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 10-cu PŞ-nə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs barədə araşdırma aparılması şöbənin təhqiqatçısı Mehnur Mirzayevə həvalə olunmuş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və bundan sonra dəvət edilmiş vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini izah edilərək, videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan göy rangli cins şortun sağ yan balaca cibindən 1 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. 01 ədəd büküm siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olmuşdur. Siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə olan 01 ədəd bükümə baxış keçirilən zaman həmin bükümdə ağ rəngli kristall şəkilli duza oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs 01 ədəd bükümdəki maddənin adlandırılan psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 23 iyul 2023-cü il tarixdə Səbail rayon, Şıxov qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən saxlanması, daşınması qanunla qadağan edilən digər heç bir maddə, vasitə aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs aşkar edilmiş həmin bükümlər zərfdə qablaşdırılmış, möhürlənmiş, zərfin üzərində iştiraçılar tərəfindən imzalar edilmişdir. Şəxsi axtarış barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən rəsmi məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ifadəsi ilə tanış olduqları üçün elan edilməsinə zərurət olmadıqlarını bildirmişlər. O ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin 10-cu PBnin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadisi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3994 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 222” möhür əksi və “Şübhəli şəxs: Təqsirləndirilən şəxs..” və.s yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,227 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı l) aiddir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,227 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,177 qr; Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 31 iyul 2023-cü il tarixli 4865 rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,227 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0,177 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin faylda əks edilmiş görüntülər 24 iyul 2023-cü il tarixdə qeydə alnır. Süni işıqlandırma ilə işiqlandırılmış otaq Qaradağ RPi-nin 10-cu PŞ-də xidmati otaqlardan biridir. Video görüntüdan müəyyan edilir ki, təhqiqatçı Mehnur Mirzayev qarşı sol tərəfəfində masa arxasında əyləşmiş şəxs 10 saylı vəkil bürosunun vəkili X5, sol tərəfində ayaq üstə dayanmış Təqsirləndirilən şəxsdur. Digər ayaq üstə durmuş və adları tahqiqatçı tərəfindən sadalanan Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili Şahid2 və Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili Şahid1dur. Video çəkilişin davamında təhqiqatçı Mehnur Mirzəyev Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq va vəzifələrini izah edir. Üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şortunun sağ yan balaca cibindən çıxardığı 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim edir. Həmin 1 ədəd gümüşü rəngli bükümda "patı" adlanan psixotrop maddə metamfetamin olduğunu və həmin psixotrop maddəni 23 iyul 2023-cü il tarixdə Sabail rayon, Şıxov qəsəbəsi ərazisinda tanımadığı şəxsdən 10 (on) manata șəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparması müşahidə olunur. Həmin 1 ədəd büküm zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeyda alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyinin 01 avqust 2023-cü il tarixli ailə tərkibi haqqında № 371 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri atası-1944-cü il təvəllüdlü X12, anası-1959-cu il təvəllüdlü X3 ibarətdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələyi tərəfindən verilmiş 02 avqust 2023-cü il tarixli № 27 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət materialının daxil olmadığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 14 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azadılmış, 15 may 2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Təqsirləndirilən şəxs hazırki əməli cinayətin residivini yaratmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzəzərə alınmır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 24 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Qaradağ rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Qaradağ rayon Məhkəməsinə vəsatət verilmiş, Qaradağ rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarı ilə təqdimat təmin edilməmiş, onun barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,177 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 24 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,177 qram olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-326/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-326/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver