Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-327/2021 08.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Qobu qəsəbəsi, “Xoşgəldin” məhəlləsi adlanan ərazidə nömrəsiz evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0,432 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib özündə saxlayaraq daşımış, 07 iyun 2021-ci il tarixdə, saat 19:00-da Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Qardağ rayonu Lökbatan qəsəbəsində yerləşən H.Əliyev adına parkın ətrafında saxlanılaraq Qaradağ RPİ-nin 10cu PB-nin inzibati binasına gətirilmiş və orada saat 20:00-da inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən onun qara rəngli ağ xətləri olan şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,432 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir ildir ki, narkotik vasitə olan “kakos”-dan istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alır. O, narkotik vasitə olan heroini falqaya bükərək yandırıb iynəmək yolu ilə qəbul edir. 07.06.2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində piyada yol kənarında gəzişərkən yerdən ağ rəngli siqaret kağızına bükülmüş vəziyyətdən bir büküm tapmış və bükümü açıb içərisinə baxıdıqda bükümün içərisində narkotik vasitəyə oxşar maddə olan “kakos” olmuşdur. Bundan sonra ağ rəngli siqaretin kağızına bükülmüş bükümü əynindəki qara rəngli ağ xətləri olan şalvarının sağ yan cibinə qoyaraq Qaradağ rayonu, Lökbatan qəsəbəsinə H.Əliyev adına parkın yaxınlığına qayıtmışdır ki, tapdığı narkotik vasitə olan heroindən istifadə etsin və böyrək nahiyəsində yaranmış ağrıları sakitləşsin. 07.06.2021-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev adına parkın yanında olarkən mülki geyimli iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin inzibati binasına getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün 10-cu PB-nə gətirilmişdir. Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında yerləşən xidməti otaqların birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə baş təhqiqatçı Əlizamin Ağayev tərəfindən üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra o, könüllü olaraq əynində olan qara rəngli ağ xətləri olan şalvarının sağ yan cibindən, ağ rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, baş verənləri olduğu kimi danışmışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. O öz ifadəsində son olaraq əməlindən peşman olduğunu və məcburi müalicə almaq istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək saat 19:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, H.Əliyev adına olan parkın ətrafında saxlanılaraq saat 19:10-da 10-cu Polis Bölməsinə gətirilmişdir. Burada həmin şəxsin xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, Xoşgəldin məhəlləsi adlanan ərazidə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 10-cu PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi Şükür Şıxıyev iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli ağ xətləri olan, şalvarının sağ yan cibindən, ağ rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, 07.06.2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində, yerdə olan siqaret qutusunun içərisindən tapdığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhüriə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 07 iyun 2021-ci il tarixdə keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək saat 19:00-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, H.Əliyev adına olan parkın ətrafında saxlanılaraq saat 19:10-da 10-cu Polis Bölməsinə gətirilmişdir. Burada həmin şəxsin xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Qobu qəsəbəsi, Xoşgəldin məhəlləsi adlanan ərazidə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. 10-cu PB-də xidməti otaqların birində üzərində şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs kimi tutularaq hüquqları Təqsirləndirilən şəxs izah edilmiş, eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən video çəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Şəxsi axtarış zamanı orada polis əməkdaşları və müdafiəçi Şükür Şıxıyev iştirak etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli ağ xətləri olan, şalvarının sağ yan cibindən, ağ rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu, 07.06.2021-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində, yerdə olan siqaret qutusunun içərisindən tapdığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, 222 saylı möhüriə möhürlənmiş, bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Protokol ucadan və aydın səslə oxunmuş, iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 6/2304 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 222” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən götürülmüş büküm..” və s. yazılar, imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,432 qram maddə kütləsi kustar üzulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,432 qr., sərf edildi: 0,05 qr., qalıq: 0,382 qr; Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 05 avqust 2021-ci il tarixli, 2687 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 0,432 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, hazırkı çəkisi 0,382 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində, polis əməkdaşlarının və dəvət edilmiş müdafiəçin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona təklif olunur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli ağ xətləri olan, şalvarının sağ yan cibindən, ağ rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 07 iyun 2021-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 09 iyun 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,382 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 62 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 372 (üç yüz yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,382 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 372 (üç yüz yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-327/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-327/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver