Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-327/2022 20.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyəti ilə xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, Yuxarı Puta küçəsində yerləşən, Zərərçəkmiş şəxs məxsus nömrəsiz fərdi yaşayış evinə daş hasarından qalxmaqla həyətyani sahəsində olan saxlanc yeri hesab edilən qarajın dam örütüyünü açmaqla qanunsuz daxil olmuş, həmin yerdən Zərərçəkmiş şəxs məxsus 02 ədəd, hər biri 250 manat dəyərində olmaqla ümumilikdə 500 manat dəyərində laqondanı, 01 ədəd 300 manat dəyərində elektrik mişarı, 01 ədəd 190 manat dəyərində plastik boru yapışdıran ütünü, bir ədəd 100 manat dəyərində qırmızı rəngli qutuda açar dəstini, 06 ədəd, hər biri 50 manat dəyərində olan, ümumilikdə 300 manat dəyərində soyuducu matorunun mis borularını, həyətyani sahədən 400 manat dəyərində qədimi samovarı, 62 metr uzunluğunda 190 manat dəyərində mis naqili, 04 ədəd hər biri 120 manat olmaqla, ümumilikdə 480 manat dəyərində pivə avadanlığının paslanmayan polad borusunu (stayakı), bir ədəd 5 manat dəyərində taxta saplı çəkici, bir ədəd 15 manat dəyərində dəmir qayçını, bir ədəd 5 manat dəyərində tərəzini, bir ədəd 5 manat dəyərində dəmir boru kəsiyi, bir ədəd çapacaq kimi istifadə edilən 10 manat dəyərində dəmir parçasını oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 2500,0 (iki min beş yüz) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,302 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 avqust 2022-ci il tarixdə, saat 08:35 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində saxlanılaraq 10-cu PB-nə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxladığı bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, içərisində olan, təmiz çəkisi 0,302 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. 17 avqust 2022-ci il tarixdə səhər sattlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq 10-cu PB-nə dəvət etmişlər. Həmin polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində üzərində axtarış aparılmış və axtarış zamanı əynində olan şalvarın cibindən narkotik vasitə kakos (heroini) çıxarıb təqdim etmişdir. Narkotik vasitəni Kubinkadan tanımadığı şəxsdən şəxsdən 10 (on) manata almışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, maddi durumu ağır olduğundan oğurluq cinayət hadisəsi də törətmişdir. Belə ki, 01 avqust 2022-ci il tarixdə Puta qəsəbəsində evlərdən birinə girmək qərarına gəlmişdir. Həmin evin sonradan Xəqani adlı şəxsə aid olduğunu bilmişdir. Saat təxminən 10.00 radələrində həmin evin həyətyani sahəsində heç kimin olmadığına əmin olduqdan sonra daş hasarın üzərinə çıxmış, oradan isə yarımtikili evin həyətində tikilmiş qarajın damına qalxmışdır. Damın örtüyünün açıq vəziyyətdə olduğunu görüb oradan da qaraja daxil olmuşdur. Qarajdan bir ədəd qırmızı rəngli qutuda olan açar dəsti, bir ədəd çəkic, bir ədəd dəmir qayçı, bir ədəd dəmir tərəzi, bir ədəd dəmir materiallı çapacaq (isgənə) və dəmir boru götürüb həmin yerdə olan sellofan torbaya qoymuş və həmin yerdən gəldiyi istiqamətdə də çıxıb getmişdir. Həmin sellofanı qardaşının yaşadığı evin dam örtüyünün yola tərəf baxan yerində gizlətmişdir ki, sonra satar.Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğurluq hadisəsinin baş verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində, nömrəsiz fərdi yarımtikili ev ona məxsusdur. Həmin evin həyətyani sahəsində özünə məxsus avadanlıqları və təmir-tikinti alətləri saxladığı anbar-qaraj vardır. Əvvəllər anbar-qarajdan ona məxsus avadanlıqların yoxa çıxdığını müşayət etmiş və buna görə də qaraja görüntü kamerası quraşdırmışdır. 01 avqust 2022-ci il tarixdə, axşam saatlarında həmin ünvanda evə və saxlanc yerinə getmişdir. Həyətyani sahəyə daxil olduqdan sonra köməkçisi Azər Nəzərovla həyətyani sahəyə daxil olub, oradan da qaraja, yəni saxlanc yerinə girmişlər. Həmin vaxt qarajın dağınıq vəziyyətdə olduğunu aşkar etmiş və naməlum şəxs tərəfindən həmin yerdə oğurluq hadisəsi baş verdiyini güman etmişdir. Bundan sonra video görüntü kamerasına baxmış və tanımadığı bir nəfər şəxsin oğurluq etdiyi görmüşdür.Bundan sonra 102 xidmətinə müraciət edərək oğurluq hadisəsi baş verməsi barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və müayinə etmişlər. Ərizə ilə Qaradağ RPİ-nin 10-cu polis bölməsinə müraciət edib oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Hadisə nəticəsində qarajdan ona məxsus 02 ədəd laqonda, 01 ədəd elektrik mişar, 01 ədəd plastik boru yapışdıran ütü, bir ədəd qırmızı rəngli qutuda açar dəsti, 06 ədəd soyuducu matorunun mis boruları, həyətyani sahədən qədimi samovar, mis naqillər, 04 ədəd pivə avadanlığının paslanmayan polad borusu (stayak) oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. 17 avqust 2022-ci il tarixdə mən Qaradağ RPİ-nin 10-cu PB-də olan zaman icraatına Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində müşahidələr aparmağa başlamıdır. Səhər saatlarında Təqsirləndirilən şəxs həmin küçədə hərəkət etdiyini görüb ona yaxınlaşıb özünü təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib RPİ-nin 10-cu PB-nə gəlməyi dəvət etmiş və birlikdə polis bölməsinə gəlmişlər. Müdafiəçi dəvət edildikdən sonra bplmədə onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, iki gün əvvəl “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasında şahid Qaradağ RPİ-nin 10-cu polis bölməsinin sahə inspektoru Şahid2n Qalib oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürülmə aparılmasına dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli protokola əalvə edilmiş videogörüntüyə məhkəmə iclası zamanı keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixl Qaradağ RPİ-nin 10-cu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin sahə inspektoru Şahid2n Qalib oğlu və müdafiəçi X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış keçirilir.Baxış zamanı təhqiqatçı Orxan Ocaqov Təqsirləndirilən şəxs üzərində olan bütün əşyaları masanın üzərinə qoymasını təklif edir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü təqdim edib masanın üzərinə qoyur və həmin bükülünün içəsisindəkinin “kakos” olduğunu və Kubinkadan tanımadığı şəxsdən aldığını bildirir.Bundan sonra O, vəkilin sualına cavab olaraq ona təzyiq olunmadığını bildir.Bundan sonra həmin bülükü zərfə qoyularaq qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan oğurluq hadisəsi ilə bağlı videogörünütüyə məhkəmə iclasında keçirilən baxış zamanı qara geyimdə olan və zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin tikiliyə tavan hissədən daxil olaraq içəridə olan əşyaları götürmək istədiyi müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17 avqust 2022-ci il tarixli, 6/4374 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün № 222” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...(imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) bükümdə təmiz çəkisi 0,302 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 avqust 2022-ci il tarixli, 4799 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburni müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4483-9/6068 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qırmızı rəngli qutuda olan, qutunun üzərində “PE-HD” yazısı olan, 38 ədəd elementdən ibarət, 13,5x24 sm ölçüdə, elementlərinin üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan açar dəstinin 2022-ci ilin avqust ayına olan orta bazar qiymətinin 20,00 (iyirmi) manat, bir ədəd taxta saplı çəkicin 2022-ci ilin avqust ayına olan orta bazar qiymətinin 5,00 (beş) manat, bir ədəd üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan metal qayçının 2022-ci ilin avqust ayına olan orta bazar qiymətinin 10,00 (on) manat, bir ədəd sarı, qara və gümüş rəngli kiçik ölçülü, üzərində cızıqlar olan tərəzinin 2022-ci ilin avqust ayına olan orta bazar qiymətinin 1,00 (bir) manat, bir ədəd diametri 21mm, divarının qalınlığı 2mm, uzunluğu 21 sm, çəkisi 0,165 qram, üzərində kəsik, korroziya izləri olan metal borunun (qırıntılı kimi) 2022-ci ilin avqust ayına olan orta bazar qiymətinin 0,07 (yeddi qəpik), bir ədəd diametri 15mm, uzunluğu 29 sm, çəkisi 0,475 kq, üzərində korroziya izləri olan dəmirin 2022-ci ilin avqust ayına olan orta bazar qiymətinin 10,00 (on) manat təşkil edir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il, 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində aministiya elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar tətbiq edilərək cəzası 01 (bir) il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,302 qr kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin maddi sübut kimi tanınması, tədqiqatdan sonrakı qalıq çəkisi 0,252 qram narkotik vasitə olan heroinin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materillarından görünür ki, bir ədəd qırmızı rəngli qutuda olan, qutunun üzərində “PE-HD” yazısı olan, 38 ədəd elementdən ibarət, 13,5x24 sm ölçüdə, elementlərinin üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan açar dəsti, bir ədəd taxta saplı çəkic, bir ədəd üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan metal qayçı, bir ədəd sarı, qara və gümüş rəngli kiçik ölçülü, üzərində cızıqlar olan tərəzi, bir ədəd diametri 21mm, divarının qalınlığı 2mm, uzunluğu 21 sm, çəkisi 0,165 qram, üzərində kəsik, korroziya izləri olan metal boru, bir ədəd diametri 15mm, uzunluğu 29 sm, çəkisi 0,475 kq, üzərində korroziya izləri olan dəmir Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən barəsində 02 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olması və gəncliyi cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırması cəzasının, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 252 (iki yüz əlli iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0.252 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qırmızı rəngli qutuda olan, qutunun üzərində "PE-HD’' yazısı olan, 38 ədəd elementdən ibarət, 13.5x24 sm ölçüdə, elementlərinin üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan açar dəsti, bir ədəd taxta saplı çəkic, bir ədəd üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan metal qayçı, bir ədəd sarı, qara və gümüş rəngli kiçik Ölçülü, üzərində cızıqlar olan tərəzi, bir ədəd diametri 21mm. divarının qalınlığı 2mm, uzunluğu 21 sm, çəkisi 0,165 qram, üzərində kəsik, korroziya izləri olan metal boru, bir ədəd diametri 15mm, uzunluğu 29 sm, çəkisi 0,475 kq, üzərində korroziya izləri olan dəmirin zərərçəkmiş şəxs X.Ş.Cabbarhya təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına hesablansın və Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edisin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 17 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 252 (iki yüz əlli iki) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş çəkisi 0.252 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qırmızı rəngli qutuda olan, qutunun üzərində "PE-HD’' yazısı olan, 38 ədəd elementdən ibarət, 13.5x24 sm ölçüdə, elementlərinin üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan açar dəsti, bir ədəd taxta saplı çəkic, bir ədəd üzərində istismar xarakterli qüsurlar (cızıqlar, korroziya izləri) olan metal qayçı, bir ədəd sarı, qara və gümüş rəngli kiçik Ölçülü, üzərində cızıqlar olan tərəzi, bir ədəd diametri 21mm. divarının qalınlığı 2mm, uzunluğu 21 sm, çəkisi 0,165 qram, üzərində kəsik, korroziya izləri olan metal boru, bir ədəd diametri 15mm, uzunluğu 29 sm, çəkisi 0,475 kq, üzərində korroziya izləri olan dəmirin zərərçəkmiş şəxs X.Ş.Cabbarhya təhvil verilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 50 (əlli) saata görə 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-327/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-327/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver