Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-327/2023 23.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 büküm içərisində təmiz çəkisi 0,511 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində daşımış, 07 avqust 2023-cü il tarixdə saat 08:30 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, parkın yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilərək dəvət olunmuş müdafəçinin iştirakı ilə həmin gün saat 09:55 radələrində üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd, gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0.511 qram narkotik vasitə olan heroinin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yeni massiv, ev 55A ünvanında yaşayır. 07 avqust 2023-cü il tarixində saat 08:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, parkın yaxınlığında 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərinin polis əməkdaşları olduqlarını təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək Qaradağ rayon polis idarəsinə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində 10 saylı vəkil bürosunun vəkillərinin siyahısını ona təqdim edilmiş və o da vəkil X5 tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etmədiyini bildirmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra vəkil Bəybala Cəbrayılov və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılmaqla üzərində hər hansı bir qeyri qanuni əşya varsa çıxarıb masanın üstünə qoymağı təklif olunmuşdur. O əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 ədəd içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı həmin bükümün içərisində narkotik vasitə hesab edilən camaat arasında”kakos” adı ilə tanınan narkotik vasitə hesab edilən heroin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixində səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən, tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını, etiraf etmişdir. Bundan əlavə polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd yaşıl rəngli alışqan aşkar edilmişdir. Daha sonra ondan aşkar edilərək götürülən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 ədəd büküm içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə vəkil Bəybala Cəbrayılovun və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyulmuş və möhürlənmiş, protokol tərtib edilərək imzalanmışdır. Daha sonra alışqan özünə qaytarılmışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və qeyri-rəsmi ailəli olmaqla anasına və arvadına baxmaqla ailədə yeganə qazanc gətirən şəxs olduğunun nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkilli, polis mayoru Şahid1 öz ifadəsində ibitidai istintaq zamanı verdiyi ifadəsinə təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin CAŞ-nə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yeni massiv, ev 55A ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də Qaradağ RPİ-nin rəisinə raportla müraciət edəndən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və o, əməliyyat qrupunun rəhbəri olmuşdur. 07 avqust 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində “Amiz” adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 08:30 radələrində əməliyyat qrupunun üzvü Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən parkın yaxınlığında xarici əlamətləri “Amiz” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək, həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Ona narkotik vasitələrin qanunzuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli olduğu bildirilmiş və saxlanılaraq Qaradağ RPİ-nə gətirilmişdir. Həmin şəxsi Qaradağ RPİ-nə gətirərək bu barədə raport yazmışdır. Qaradağ RPİ-nə gəldikdə həmin şəxsin Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, yeni massiv, ev 55A ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı Elman Abdullayev tərəfindən xidməti otaqda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılmışdır. O, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 1ədəd içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı həmin bükümün içərisində narkotik vasitə hesab edilən camaat arasında”kakos” adı ilə tanınan narkotik vasitə hesab edilən heroin olduğunu, həmin maddəni xx.xx.2023cü il tarixində səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən, tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün aldığını, etiraf etmişdir. Bundan əlavə onun üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd yaşıl rəngli alışqan aşkar edilmişdir. Daha sonra ondan aşkar edilərək götürülən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 ədəd büküm içərisində açıq qəhvəyi rəngli toz şəkilli maddə vəkil Bəybala Cəbraılovun və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyulmuş və möhürlənmiş, protokol tərtib edilərək imzalanmışdır. Daha sonra alışqan özünə qaytarılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hərhansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhəmə iclasının vaxtı və yeri barədə Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis sejantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə təkrarən rəsmi məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid2 ifadəsi elan edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində şahid Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkilli, polis mayoru Şahid1 ifadisi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4215 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №46" dairəvi möhür əksi olan, "Sabirov" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,511 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,511 qram, tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,416 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 19 avqust 2023-cü il tarixli, 5323 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd DVD-R formatlı disk ağ rəngdədir və üzərində heç bir yazı yoxdur. Həmin disk Qaradağ RPİ-nin İŞ-də «Acer» markalı kompüterdə disk oxuducuda açıldıqda müəyyən edildi ki, DVD diskdə 1 (bir) ədəd videogörüntü vardır. Videogörüntü 5 dəqiqə, 23 saniyə davam edir. Həmin video görüntüdə 07 avqust 2023-ci il tarixdə saat 09:55-də Qaradağ RPİ-nin inzibati otaqlarının birində qeydə alınıb, şəxsi axtarış və götürmənin aparılması Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, mobil telefon vasitəsilə çəkiliş aparan CAS-nin kiçik inspektoru, polis serjantı Şahid2, 10 saylı vəkil bürosunun vəkili X5 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfinən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunur, o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən çıxardığı siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq bildirir ki, həmin bükümün içərisindəki maddə "kakos" adlanan narkotik vasitədir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında "Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata almışdır. Həmin büküm açıldı və içərisində qəhvəyi rəngli toş şəkilli narkotik vasitə olan heroina bənzər maddə aşkar olundu. Daha sonra isə həmin büküm iştirakçıların qarşısında 1(bir) ədəd zərfə qoyularaq qablaşdırılır və zərfin üzərinə imzalar edilir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,511 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra narkotik vasitə heroinin 0,461 qram qalıq çəkisi Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Sabirov X4 Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhumluğu ödənilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 07 avqust 2023-cü il tarixdə, saat 08:30-da şübhəli şəxs qismində tutulmuş və 08 avqust 2023-cü il tarixdə saat 10:55-də təqsirləndirilən şəxs qismində dindirildilməsi başa çatdıqdan sonra barəsində, “həbs” qətimkan tədbiri seçilməsi məqsədi ilə Qaradağ rayon Məhkəməsinə təqdimat verilmiş və 08 avqust 2023-cü il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,461 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 07 avqust 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,461 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 saata görə 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 saata görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-327/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-327/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver