Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-328/2021 31.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi – 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmişə maddi ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Xocasən şossesində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının həyətində Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək X1 sifariş verdiyi buraxılış ili 2013-ci il olan Ford Fusion markalı nəqliyyat vasitəsini ucuz qiymətə rəsmiləşdirəcəyini vəd edib aldatmaqla 4.650 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən 10 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Xocasən şossesində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək X1 sifariş verdiyi buraxılış ili 2011-ci il olan Chevrolet Cruze markalı nəqliyyat vasitəsini ucuz qiymətə rəsmiləşdirəcəyini vəd edib aldatmaqla 3.800 manat pulunu alıb ələ keçirməklə vədinə əməl etməyib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Dövlət ittihamçısı vəsatət verərək cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, eyni zamanda ********* nömrəli cinayət işi üzrə prosessual pozuntuya yol vermiş Qaradağ rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərarın qəbul edilməsi dair qərarın qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət onunla əsaslandırılmışdır ki, cinayət işinin materialları məhkəmənin hazırlıq iclasınadək öyrənilərkən müəyyən edilmişdir ki, 07.06.2021-ci il tarixdə Qaradağ rayon prokurorunun müavini kiçik ədliyyə müşaviri İlkin İsmayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başlanmışdır. 15.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 17.07.2021-cı il tarixdə o, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 24 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının həyətində Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ABŞ-dan sifariş verdiyi “Ford Fusion” markalı nəqliyyat vasitəsini ucuz qiymətə rəsmiləşdirəcəyini vəd edib aldadaraq 4.650 manat pulunu alıb ələ keçirmiş, nəticədə Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən 10 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şossesində yerləşən Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək ABŞ- dan sifariş verdiyi “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini ucuz qiymətə rəsmiləşdirəcəyini vəd edib aldadaraq 3.800 manat pulunu alıb ələ keçirmiş, nəticədə Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. İş üzrə ittiham aktı 31.08.2021-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri İlkin İsmayılov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilən cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 31 avqust 2021-ci il tarixə təyin edilmişdir. Cinayət işi məhkəmənin hazırıq iclasına qədər tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə ittiham aktı tərtib edilərkən Azərbaycan Respublikası CPMnin 289-cu maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyul 2021-ci il tarixli qərarda və ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 4650 manat ziyan vurmaqla törətdiyi dələduzluq cinayətini guya 24 yanvar 2021-ci il tarixdə törətdiyi göstərilmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, o, həmin cinayəti 24 yanvar 2020-ci il tarixdə törətmişdir. Eyni zamanda təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 iyul 2021ci il tarixli qərarda və ittiham aktının nəticəvi hissəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 3.800 manat ziyan vurmaqla törətdiyi dələduzluq cinayətini guya 10 fevral 2021-ci il tarixdə törətdiyi göstərilmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, o, həmin cinayəti 10 fevral 2020-ci il tarixdə törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hazır ki iş üzrə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını təkrar ələ keçirmə cinayətini törətməsinə görə ittiham edilməsinə baxmayaraq, cinayət işinin materiallarına əlavə edilmiş ittiham aktının nəticəvi hissəsində onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi göstərilmişdir. Bununla da, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91.5.1-si maddəsində nəzərdə tutulanin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı) hüququ pozulmuşdur. Cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 289.3.1 və 289.4-cü maddələrinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Beləliklə, bu hallar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olaraq düzgün tərtib edilmədiyi və iş üzrə tədqiq edilmiş sübutlarla uzlaşmadığı qənaətinə gəlməyə əsas verir. Halbuki, mühüm prosessual sənəd kimi ittiham aktı da istintaq zamanı tədqiq edilmiş sübutlara və cinayət işinin materiallarına əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və onun prokurora qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Göstərilənlərə əsasən hazırkı cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və cinayət işi üzrə prosessual pozuntuya yol vermiş Qaradağ rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərarın qəbul edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 çıxış edərək verilmiş vəsatətin dəlilləri ilə razı olduğunu bildirərək vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və müdafiəçisi ayrı-ayrılıqda çıxış edərək verilmiş vəsatətin dəlilləri ilə razı olduqlarını bildirərək vəsatətin təmin edilməsini xahiş etmişlər. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirib, ittiham tərəfinin vermiş olduğu vəsatətdə qeyd olunan dəlilləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 303.3.6-cı maddəsində nəzərdə tutulan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 289.3.1-ci maddəsinə əsasən, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir; 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir; 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır; 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir; 303.3.6-ci maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmamasından ibarət kobud pozuntulara yol verildikdə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə dövlət ittihamçısının vəsatətində qeyd etdiyi dəlillərlə razılaşır və həmin dəlilləri təkrar sadalamayaraq hesab edir ki, vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, habelə cinayət işi üzrə CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş Qaradağ rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı X2 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Bununla yanaşı CPM-nin 306.1-ci maddələrinin müddəaları baxımından cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmiş məhkəmə, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi, uzadılması və ya ləğv edilməsi ilə bağlı məsələyə münasibət bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Təqsirləndirilən şəxs cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, məhkəmə baxışının normal gedişinə mane olmaq, məhkəmə çağırışlarına üzrlü səbəb olmadan gəlməmək və cəmiyyət üçün təhlükə yaratmaq ehtimalları müəyyən olunmadığından, habelə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasına dair hallar mövcud olmadığından və buna dair sübutlar ittiham tərəfindən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbirinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 173.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı hallar istisna olmaqla, qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300.1.5, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-328/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-328/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver