Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-328/2022 08.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1991-ci ildə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyul 2022-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin “Şirniyyat” platformasındakı 3-cü sırada yerləşən 36 nömrəli “Diamond Electronics” mağazasının qarşısında yerə düzülmüş Zərərçəkmiş şəxs məxsus 01 ədəd təzə vəziyyətdə 1280 manat dəyərində “Samsung 50TU7100” markalı televizoru gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər oğurluq cinayət hadisəsi törətdiyi üçün məhkum olunmuşdur. Anası ankoloji xəstədir, uzun müddətdir ki, müalicə alsa da səhhətində ciddi problemlər olduğuna görə daima müalicə və müayinəyə ehtiyacı var. Ondan başqa anasına baxan heç kəs olmadığına görə və özü də işləmədiyi üçün maddi cəhətdən çox böyük çətinliklər çəkirlər. Heç bir yerdə iş tapa bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Düşünmüşdür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinə gedib hər hansı bahalı bir əşya oğurlayıb sataraq qazanc əldə edər. O, əvvəlcə oğurladığı əşyanı satmaq üçün tap.az saytına daxil olmuş və həmin vaxt elanların arasında ***-***-**-** nömrəli abonentin məişət avadanlıqlarının alışı və satışı ilə məşğul olmasının elanını görmüş, həmin nömrəni telefonunda yaddaşa yazmış, fikirləşmişdir ki, “Sədərək” Ticarət Mərkəzində televizor satılan mağazaların birindən mağazanın qarşısına düzülmüş televizorlardan bir ədədini oğurlayıb həmin şəxsə satar. Bu məqsədlə o, 03 iyul 2022-ci il tarixdə saat 16 radələrində “Sədərək” Ticarət Mərkəzinin Şirniyyat zonasına gəlmiş, həmin vaxt tap.az saytından mobil nömrəsini götürdüyü şəxsə zəng vurmuş və həmin şəxsdən təzə vəziyyətdə televizor alıb-almadığını soruşmuşdur. Həmin şəxs ona təzə və işlənmiş məişət avadanlıqları aldığını və ona əmlakı satan şəxsin şəxsiyyət vəsiqəsinin surətini gətirməsini, eləcə də məişət avadanlıqlarını yaşadığı ünvan 3 ünvanında aldığını bildirmişdir. Bundan sonra o, “Sədərək” Ticarət Mərkəzinin şirniyyat zonasında, 3-cü sırada olan mağazalara nəzər yetirən zaman “Diamond Electronics” adlı mağazada olan satıcının müştərilərlə danışdığını görmüş, həmin satıcının müştərilərə başının qarışmasından istifadə edib mağazanın qarşısında olan bir ədəd “Samsung” markalı televizoru qutusu ilə birlikdə götürüb oradan uzaqlaşmışdır. Tanımadığı taksiyə əyləşib Binəqədi rayonuna getmiş, taksi ilə televizoru satacağı şəxsin ünvanına gəlmiş və həmin taksinin yol haqqını ödəyib televizoru alan şəxsə zəng vurmuşdur. Həmin şəxs yaşadığı ünvanda onu qarşılamış və televizora baxdıqdan sonra bildirmişdir ki, televizor qutusundan çıxarılmamış vəziyyətdədir, haradan əldə etməyini soruşmuş, o, həmin şəxsə televizoru Bakı şəhərində yerləşən “Kontakt” mağazasından kreditə aldığını və pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin şəxs televizoru ondan 800 manata alacağını demiş, o, da həmin şəxsin təklifi ilə razılaşmışdır. Daha sonra özünə məxsus şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsə təqdim etmiş və şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsinə öz xətti ilə “gətirdiyim 01 “Samsung” markalı 01 ədəd televizor oğurluq deyil” sözlərini yazmışdır. Bundan sonra həmin şəxs ona satdığı televizorun müqabilində 800 manat pul ödəmişdir. O, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. O, həmin oğurluq hadisəsini özünün tək törətdiyini, 1 ədəd «Samsung 50TU7100» markalı təzə vəziyyətdə olan televizoru Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin “Şirniyyat” adlanan zonasının 3-cü sırasında yerləşən “Diamond Electronics” mağazasının qarşısından oğurlayan zaman onu heç kimin görmədiyini, 1 ədəd «Samsung 50TU7100» markalı təzə vəziyyətdə olan televizoru satdığı şəxsi əvvəllər tanımadığını və həmin şəxsə əvvəllər hər hansısa bir əşya satmadığını, cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD diskdəki görüntüdə olan şəxsin özünün olduğunu, cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd şəxsiyyət vəsiqəsinin surəti ona məxsus olmaqla arxa hissəsində yazılmış sözlərinin öz xətti ilə televizoru satan zaman yazdığını, bu cinayət hadisəsindən başqa hansısa cinayət hadisəsi törətmədiyini, tutduğu əməldən peşman olduğunu bildirmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır, himayəsində olan anası X6 ankoloji xəstə olmaqla daimi müalicə və müayinələri onun tərəfindən təmin edilir, anasının müalicəsinə pulu olmadığından oğurluq etmişdir və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” Ticarət Mərkəzinin, Şirniyyat platformasında, 3cü sırada yerləşən 36 nömrəli “Diamond Electronics” mağazasında topdan və pərakəndə satışla məşğuldur. O, hər gün 09 radələrində mağazanı açır, həmin günü axşam saat 18 radələrində bağlayır. Mağazada məişət avadanlıqlarının satışı ilə məşğul olur. O, məişət avadanlıqlarını mağazanın qarşısına yığarkən çox vaxtı sayırmış. 04 iyul 2022-ci il tarixdə saat 09 radələrində malları mağazanın qarşısına yığarkən görmüşdür ki, 01 ədəd “Samsung” 50TU7100 markalı televizor yerində yoxdur. Bir qədər mağazanı axtarmış, lakin 01 ədəd “Samsung” 50TU7100 markalı televizoru tapa bilməmişdir. Fikirləşmişdir ki, yəqin televizoru oğurlayıblar və bu məqsədlə də həmin cərgədəki mağzalara quraşdırılmış müşahidə kameralarına baxmaq qərarına gəlmişdir. Mağazlardan birində quraşdırılımış müşahidə kamerasnı baxarkən görmüşdür ki, bir nəfər cavan oğlan onun işlədiyi mağzanın qarşısından 01 ədəd içərisində televizor olan qutunu götürüb “Sədərək” Ticarət Mərkəzinin “Meyvəli” bazar deyilən yer istiqamətində gedir. Həmin vaxtı ona aydın olmuşdur ki, Samsung 50TU7100 markalı televizor həmin şəxs tərəfindən oğurlanmışdır. Həmin gün saat 16 radələrində DİN-nn 102 xidmətinə zəng edib baş verənlər barədə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları hadisə yerinə gəlib hadisə yerinə baxış keçirərək sənədəşdirmə aparmışlar. 05 iyul 2022-ci il tarixdə müşahidə kameralarına düşmüş televizoru oğurlayan şəxsin görüntülərini 01 ədəd DVD diskə köçürüb 10-cu polis bölməsinin təhqiqatçısına təqdim etmiş və bu barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. İşlədiyi mağazadan oğurlanmış “Samsung” 50TU7100 markalı televizorun ona məxsus olmuş, belə ki, mağazadakı malların alışı və satışı ilə məşğul olur, mağazadan hər hansı bir əşya oğurlanarsa mağazanın sahibinə həmin əşyanın dəyərini öz hesabından ödəyir, çünki orada satıcı qismində işləməyinə baxmayaraq satacağı mallardan faizlə gəlir əldə edir və aralarındakı şifahi razılaşmaya əsasən mağazadakı bütün məişət avadanlıqlarına özü cavabdehdir. Bu səbəbdən də cinayət hadisəsində ziyan vurulduğunu, eləcə də “Samsung” 50TU7100 markalı televizorun oğurlanması nəticəsində ona 1280 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin məişət avadanlığının onlayn alışı və satışı ilə məşğul olur. Belə ki, «Tap.az» internet saytında onlayn həm təzə, həmdə işlənmiş vəziyyətdə olan televizorların və digər məişət avadanlıqlarının həm alışı, həm də satışı ilə məşğuldur. Eləcə də onu tanıyan insanlar yaşadığı ünvana televizor gətirir, o, həmin televizorları yaşadığı ünvanda da alır və bu yolla qazanc əldə edir. Hər hansı bir əşyanı alan zaman ona əşyanı satmaq istəyən şəxsin şəxsiyyət vəsiqəsinin surətini götürür və arxa hissəsinə də öz xətti ilə gətirdiyi əmlakın oğurluq olmadığını yazır. xx.xx.2022-ci il tarixdə tanımadığı nömrədən onun mobil telefon nömrəsinə zəng gəlmiş, telefonu götürən şəxs özünü Taleh kimi təqdim edib ondan təzə vəziyyətdə paketdə olan televizor alıb-almadığını soruşmuş, o da həmin şəxsə televizor və digər əşyalar aldığını, lakin şəxsiyyət vəsiqəsi ilə götürdüyünü bildirmişdir. Taleh adlı şəxs onunla razılaşmışdır. Həmin gün saat 18 radələrində Taleh adlı şəxs ona zəng vurub yaşadığı ünvanı soruşmuş, o da ona bu barədə dedikdən sonra Taleh adlı şəxs əlində bir ədəd təzə vəziyyətdə “Samsung” markalı televizorla birlikdə onlara gəlmiş, Talehin gətirdiyi televizora baxmış, həmin televizor «Samsung 50TU7100» markalı 124 dioqanallı təzə vəziyyətdə olmuşdur. O, Talehdən televizoru hansı yolla əldə etdiyini soruşduqda Taleh bildirmişdir ki, Bakı şəhəri ərazində yerləşən “Kontakt” mağazasından televizoru kreditlə əldə edib, pula ehtiyacı olduğu üçün satır. O, Talehin bu sözlərinə inanıb şəxsiyyət vəsiqəsini tələb etmiş, Taleh öz şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmiş, o, həmin televizora 800 manat pul verə biləcəyini demiş, Taleh də onunla razılaşmış və o, Talehə 800 manat pul ödəyib televizoru almış, Taleh də şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsinə öz xətti ilə televizorun oğurluq olmamasını yazmışdır. Televizoru Talehdən aldıqdan sonra Tap.az saytına «Samsung 50TU7100» markalı 124 dioqanallı təzə vəziyyətdə televizoru 850 manat qiymət qoyub satmaq üçün elan etmiş, səhəri gün tanımadığı bir nəfər şəxs televizoru almaq üçün ona zəng vurmuş, həmin tanımadığı şəxsə televizorun təzə vəziyyətdə olmasını demişdir. Həmin tanımadığı şəxs onun yaşadığı ünvana gəlib televizoru 850 manat pula ondan almışdır. 07 iyul 2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları yaşadığı ünvana gəlib onu 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində izahatını verdikdən sonra Təqsirləndirilən şəxs televizoru ona satan zaman təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətini təhqiqatçıya təqdim etmiş və bu barədə protokol tərtib edilmiş, o, da protokola imza etmişdir. O, Təqsirləndirilən şəxs gətirdiyi televizoru “Kontakt” mağazasından kreditə götürdüyünü, pula ehtiyacı olduğu üçün satdığını dediyini, aldığı televizordan cəmi 50 manat qazanc əldə etdiyini, televizoru Təqsirləndirilən şəxs alan zaman televizorun oğurluq olmasından şübhələnmədiyini, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, Təqsirləndirilən şəxs ilk dəfə 03 iyul 2022-ci il tarixdə yaşadığı evə televizor satmaq üçün gətirdiyi zaman gördüyünü bildirmişdir. Araşdırma zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən Zərərçəkmiş şəxs Şahverən oğlunun təqdim etdiyi 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər şəxs əlində bir ədəd təzə vəziyyətdə qutu ilə birlikdə mağazaların qarşısı ilə piyada gedir. Zərərçəkmiş şəxs bildirmişdir ki, görüntüdə olan naməlum şəxs əlində apardığı ona məxsus 01 ədəd Samsung 50TU7100 markalı televizordur. Həmin televizoru işlədiyi mağazanın qarşısından gizli olaraq götürüb getmişdir. Həmin 1 ədəd DVd disk iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi alınan zaman təqdim edilmiş və sonuncu DVD diskdə qeyd olunmuş görüntüdəki şəxsin özünün olmasını bildirmişdir. Odur ki, həmin 01 ədəd DVD disk işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi tanınmış və cinayət işin materiallarına əlavə edilmişdir. bax. iş.vərəqə 15, 106 Bundan başqa araşdırma zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis kapitanı Orxan Ocaqov tərəfindən Şahid təqdim etdiyi 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin surətinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, şəxsiyyət vəsiqəsinin surəti Təqsirləndirilən şəxs məxsus olmaqla vəsiqənin arxa hissəsində “Gətirdiyim 01 ədəd Samsung markalı 01 ədəd televizor oğurluq deyil” sözlərini və xx.xx.2022 tarix göstərilməklə imza edilmişdir. Həmin bir ədəd şəxsiyyət vəsiqəsinin surəti iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi alınan zaman təqdim edilmiş və sonuncu ifadəsində ona məxsus şəxsiyyət vəsiqəsinin surətinin arxa hissəsində yazılmış sözlər, imza və tarixə özünə məxsus olduğunu bildirmişdir. Odur ki, həmin 01 ədəd şəxsiyyət vəsiqəsinin surəti işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi tanınmış və cinayət işin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. bax. iş.vərəqə 22, 106 İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Ambulator-Poliklinik Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X1 süd vəzisinin Cr-i. Solsüd vəzisinin Cr-i? Diaqnozu mövcuddur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz Şəhəri İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 4461 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1966-cı il təvəllüdlü anası X3 ibarətdir. Onun atası Hüseynov Telman Səlim oğlu xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, Nəsimi Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2014-cü il tarixdə hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 71.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə təyin edilmiş şərti məhkumetməsi ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən cəzalar qismən birləşdirilməklə 06 il 06 ay müddətinə, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" xx.xx.2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli, 1(060)- 226/2013 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli, 1(060)- 53/2014 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2013cü il tarixli, 1(060)-226/2013 saylı hökm üzrə təyin edilmiş cəzanın yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməsi, habelə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2014-cü il tarixli, 1(006)-53/2014 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanması və qəti cəzanın təyin edilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(003)- 837/2014 saylı hökmündən xaric edilmiş, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan "xeyli miqdar" sözləri çıxarılmış, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(003)-837/2014 saylı hökmündə nəzərdə tutulmuş əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə tövsif edilmiş, ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablandığına və o, həmin cəzanı artıq çəkib qurtardığına görə dərhal azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməklə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində onkoloji xəstə olan anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 11 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və 13 oktyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və şəxsiyyət vəsiqəsinin surəti iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Tovuz rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk və şəxsiyyət vəsiqəsinin surəti iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-328/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-328/2022
08.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver