Məhkəmə qərarları › İş №1(002)-329/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-329/2021

14.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-329/2021 14.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Sabirabad rayonu, Yaxadəllək kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq psixotrop maddə hesab edilən metamfetamini əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 8 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saat 23:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək 09.07.2021-ci il tarixdə saat 00:55 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızından olan bükülüdə ümumi təmiz çəkisi 0,275 qram kustar üsulla» hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahid ifadələri, ekspert rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu, Yaxa-dəllək kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur və müxtəlif vaxtlarda daş karxanalarında fəhlə işləmişdir. Hal-hazırda isə Güzdək daş karxanasında fəhlə işləyir. Bakı şəhərində fəhlə işləyərkən şəhərin müxtəlif yerlərində gündəlik evlərdə kirayə qalır. 01.07.2021-ci il tarixdə yaşadığı Sabirabad rayonu, Yaxadəllək kəndində olarkən kənddə olan kanalın yaxınlığında oturmaq üçün qoyulmuş skamyalarının birinin yanında yerdə bir büküm olduğunu görmüş, həmin bükümü açdıqda içində kristalik maddə olan şüşə olduğunu bilmişdir. Əvvəldən şüşənin nə olduğunu və necə istifadə edildiyini eşitdiyi üçün bükümü bağlayıb cibinə qoymuş, həmin gün işləmək üçün Bakıya gələndə tapdığı şüşəni də özü ilə gətirmişdir. Tapdığı bükümdə olan şüşədən təxminən 3-4 dəfə az-az istifadə etmiş, hər dəfə qalan hissəsini büküb özündə saxlamışdır. Sonuncu dəfə 07.07.2021-ci il tarixdə bir hissəsini yandırıb çəkmə yolu ilə istifadə etmişdir. 2021-ci ilin iyul ayının 8-də gecə saatlarında işlədiyi Güzdək daş karxanasından çıxıb yola düşmüş, həmin vaxt yoldan keçən “Opel” markalı taksini saxlayıb Lökbatan qəsəbəsinə aparmasını xahiş etmişdir. Həmin sürücü onu Lökbatan qəsəbəsinə aparmağa razılaşdıqdan sonra avtomobilə əyləşib yola düşmüşlər. Yolda olarkən Puta qəsəbəsi yaxınlığında yanacaq doldurma məntəqəsinin yaxınlığında özünü pis hiss etdiyi üçün sürücüdən avtomobili saxlamasını xahiş etmiş, sürücü də onun tapşırığına əsasən maşını yolun kənarında saxlamışdır. Həmin vaxt təxminən 23:50 radələrində polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqə təqdim edərək özlərini Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, bundan sonra polis əməkdaşları ondan şübhələnib taksi sürücüsü ilə birlikdə Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmişlər. Onlara da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 10-cu Polis Bölməsinə getmişlər. Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil ona təqdim edilmişdir. Bundan sonra üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə baxış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan cins şalvarın cibində olan bir ədəd siqaretin gümüşü kağızma bükülmüş psixotrop maddə olan “şüşə” adlanan metamfetamini çıxardıb, masanın üzərinə qoyaraq, həmin maddənin “şüşə” adlanan psixotrop maddə olduğunu, özünə məxsus olduğunu, Sabirabad rayonunda kənddə olarkən tapdığını, istifadə üçün olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş maddə isə zərfə qoyularaq möhürlə möhürləndi, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imza etmişlər. Təqsirləndirilən şəxs sonda etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu və ailəsinin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ruhiəsəb xəstəliyindən əziyyət çəkmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişdir. Halhazırda Opel markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə taksi fəaliyyəti məşğul olur. 08.07.2011-ci il tarixdə saat təxminən 22:30 radələrində Yasamal rayonundan Puta qəsəbəsinə müştəri düşmüş, o, həmin müştərini Puta qəsəbəsinə aparmışdır. Həmin şəxs düşdükdən sonra biraz qabağa gedib geri qayıtmaq üçün dönmüş, bir qədər irəlidəkdən sonra tanımadığı, adının sonradan Allahqulu olduğunu bildiyi bir şəxs əli ilə işarə etdiyinə görə maşını saxlamışdır. Həmin şəxs ondan Lökbatan qəsəbəsinə aparmasını xahiş etmiş, o, həmin yolu getdiyi üçün həmin şəxslə razılaşmışdır. Yola düşdükdən bir qədər sonra Puta qəsəbəsində yanacaq doldurma məntəqəsini keçdikdən sonra buruqlarm yanında Allahqulu ondan maşını saxlamağını xahiş etmiş, o, maşını saxlamışdır. Allahqulu düşmək istəyən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək nə üçün orada dayandıqlarını və kömək lazım olub-olmadığını soruşmuşlar. O, sərnişinin halı pisləşdiyi üçün maşını saxladığını bildirən zaman Allahqulu maşından düşmüş və polislərlə danışmağa başlamışdır. Polis əməkdaşları onlara şübhəli olduqlarını bildirərək polis bölməsinə dəvət etmişlər. O da polislərin dəvəti ilə polis bölməsinə getmiş və bölmədə izahat vermiş, sonradan ona məlum olmuşdur ki, maşınına sərnişin kimi minən həmin Allahqulu adlı şəxsin üzərindən narkotik vasitə aşkar edilmişdir. Onun həmin şəxsin üzərində narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 09.07.2021-ci il tarixdə əməliyyat qrupunda xidmətdə olan zaman Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən 2 nəfər şəxs PB-yə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxslərdən birinin narkoloji sərxoş vəziyyətdə olması şübhəsi olduğu üçün istifadə etdiyi taksinin sürücüsü ilə birlikdə gətirilmişdir, həmin şəxs xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Yaxa-dəllək kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Digər şəxs isə 01.01.1996-cı ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Dəvəçi rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan X4r. Qaradağ RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Elxas Əsgərovun iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Video çəkiliş İbrahim Dadaşov tərəfindən aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümü çıxarıb masanın üstünə qoyaraq, həmin bükümdə olan maddənin “şüşə” olduğunu, 01 iyul 2021-ci il tarixdə Sabirabad rayonunda Yaxadəllək kəndində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Büküm açıldıqda içərisində ağ rəngli narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 08.07.2021-ci il tarixdə saat 23:50 radələrində Qaradağ RPİ-nin PPXB-nin polis nəfərləri Şöhrət Hacımahmudlu və Hilal Hacızadə ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən yanacaq vurmaq üçün “Socar” yanacaq doldurma məntəqəsinə yaxınlaşan zaman Qaradağ rayonu, Puta qəsəbəsində neft buruqlarmm ərazisində “Opel” markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşlər. Həmin avtomaşına yaxınlaşıb özlərini təqdim edərək nə üçün gecə vaxtı orada dayandığını və kömək lazım olub-olmadığını soruşmuşlar. Həmin zaman sürücünün yanında əyləşən şəxs avtomaşından düşərək yayındırıcı cavablar verməyə başlamışdır. Həmin şəxsin özünü aparmasından narkoliji sərxoşluq əlamətləri hiss olunmuşdur. Bu səbəbdən sürücü ilə birlikdə həmin şəxsi Qaradağ RPİ-nin 10-cu PB-yə gətirmişlər. PB-də məlum olmuşdur ki, narkolji sərxoşluq əlamətləri hiss olunan həmin şəxs xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Yaxa- dəllək kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Digər şəxs isə sürücü 01.01.1996-cı ildə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Dəvəçi rayonu, Ağalıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Əliyev Zülfi qar Telman oğludur. Bu barədə müvafiq raport tərtib etmişlər. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Onlar xidməti zərurətlə əlaqədar olaraq təhqiqat araşdırmasında iştirak etməmiş və xidməti əraziyə qayıtmışlar. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan 08 iyul 2021-ci il tarixdə saat 23:50-dən tutulmuş hesab edilmişdir. (i.v. 4, 12); Şəxsi axtarış və götürmə aparılması haqqında 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin xidməti otaqlarının birində video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmədən əvvəl Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmiş, o, əynindəki cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümdə narkotik maddə olan şüşə olmasını, həmin narkotik vasitə şüşə ona məxsus olmasını, həmin narkotik maddəni 01.07.2021-ci il tarixdə Sabirabad rayonunda Yaxadəllək kəndində yerdən tapdığını həmin maddəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüş siqaret kağızına bükülmüş büküm açılmış, bükümdə ağ rəngli, toz şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan 01 ədəd büküm yenidən bağlanaraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd zərfə qoyulub qablaşdırılmış, 222 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 21-22) Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması videogörüntüyə alınmış və diskə köçürülərək protokola əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli 6/2748 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.. vət. Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.275 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi – 0,275 qram, tədqiqata sərf edilən miqdar – 0,050 qram, qalıq – 0,225 qram.,(i.v 33-36) 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 51-52) 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Qaradağ RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 10.07.2021-ci il tarixli vəsatəti rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi və o, Bakı şəhəri Qaradağ RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v 69-70) Qətimkan tədbiri seçmə barədə 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 71-72) DVD diskə baxış keçirilməsi haqqında 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitan X8 tərəfindən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar 09 iyul 2021-ci il tarixli şəxsi axtarış və götürülmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilmişdir. Diskdən görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ RPİnin PPXB-nin əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif edilmiş və sonuncu əynində olan cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli bükümü təqdim edərək həmin bükümün içərisindəki ağ rəngli maddənin narkotik vasitə olan şüşə olduğunu bildirmişdir. (i.v 75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 21 iyul 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur . (i.v. 76) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 Ekspert Komissiyasının 23 iyul 2021-ci il tarixli, 2425 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.101-102) Sübutların qiymətləndirilməsi haqqında 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Repsublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs özünün etiraf xarakterli ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və şəxsi axtarış zamanı çəkilmiş video çəkiliş iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.275 qram 01 ədəd bükümdə olan psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 01 ədəd bükümündə 0,225 qram olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivinin olmaması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən psixotrop maddəni əldə etməsi xüsusatı üzrə cinayət işinin materiallarından psixotrop maddənin əldə olunduğu mənbənin müəyyən edilməsindən ötrü əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün material ayrılması qərara alınmışdır. (i.v. 104-109) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını (CM-59.2), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasının yüngülləşdirən halların mövcud olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza təyin edilərkən onun ibtidai istintaq dövründə 08 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvanı gün ərzində saat 23:00dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası onun daimi yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan narkotik vasitənin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsi büdcəsinə keçirilməli (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 işə qoşularaq ibtidai istintaq dövründə cəmi 35 (otuz beş) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmədə cəmi 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 210 (iki yüz on) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdən 10 iyul 2021-ci il tarixədək ibtidai istintaq dövründə tutma altında saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı Sabirabad rayonu, Yaxa-dəllək kəndindəki ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabirabad rayonu İcra və Probasiya Şöbəsinə həvalə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan psixotrop maddə-metemfetaminin qalığı – 0,225 qram metemfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 81.82 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş cəmi 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 210 (iki yüz on) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə dövlət hesabına göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar