Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-33/2021 10.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(002)-33/2021 saylı qərarı ilə axtarış elan edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs oğlu tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 mart 2020-ci il tarixdə saat 05 radələrində idarə etdiyi Qazel markalı 99XF830 dövlət qeydiyyat nişanlı avtomobillə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Yeni Ələt dəmir yolu stansiyasının X19 vaqon parkına gələrək orada olan "xxxx" MMC-yə məxsus 37535168 nömrəli refrijerator vaqona açıq olan qapısından qanunsuz daxil olaraq içəridə olan 1 ədəd 2521,04 manat (iki min beş yüz iyirmi bir manat dörd qəpik) dəyərində mis metaldan olan buxarlandırıcı qurğunun üzərindən 12 ədəd mis metaldan olan radiator panellərini özü ilə gətirdiyi laqunda, dəmir ling, kəlbətin və vintaçanlar vasitəsi ilə söküb götürdükdən sonra onları iki bərabər ölçülü hissələrə bölərək cəmi 21 ədəd radiator kəsiklərini vaqondan çıxarıb həmin avtomobilin yük yerinə yığarkən Biləcəri XPŞ-nin əməkdaşlarının oraya gəldiklərini görüb hadisə yerindən qaçaraq törətdiyi cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək zərərçəkmiş hüquqi şəxsə 2521,04 manat (iki min beş yüz iyirmi bir manat dörd qəpik) dəyərində maddi ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əmisi oğlu Şahid4 QAZEL markalı 99XF830 dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb onunla müxtəlif yaşayış massivlərində, dəmir yolu xəttlərinin kənarında tullantı kimi atılmış metalları yığıb metal qəbulu məntəqələrinə satmaqla pul qazanıb dolanmışdır. 11 mart 2020-ci il tarixdə saat təxminən 05:30 radələrində Yeni Ələt dəmir yolu stansiyasına gəlib, maşını birinci yolun kənarında saxlayıb, stansiyanın daxilindəki dəmir yolu xəttlərinin üzərində dayanmış vaqonların arasında gəzərkən görmüşdür ki, vaqonlardan birinin altında və yaxınlığında uzunluğu 1 metr, eni 0,5 metr olan mis metaldan 21 ədəd radiatorlar vardır və onları birbir daşıyaraq maşının yük yerinə yığmış, sonuncu radiatoru maşına qoyan zaman ona tərəf bir avtomobil gəldiyini görüb, avtomobildə olan şəxslərin stansiyanın işçiləri, mühafizəçiləri və yaxud polis işçiləri olduğunu guman etmiş və avtomobildən düşüb qaçaraq oradan getmişdir. Həmin avtomobilin yük yerində aşkar edilmiş 1 ədəd laqunda, ona aid mişar daşları (bıçaqlar), iki ədəd ling, bir ədəd iti ağızlı kəlpətin, bir ədəd dəmir çəkic, bir ədəd qaz açarı ona məxsusdur, həmin alətləri həmin maşınla müxtəlif ərazilərdən tapdığı iri həcmi metalları doğramaq, sökmək lazım olanda istifadə etmək üçün gəzdirir. Lakin 11 mart 2020-ci il tarixdə avtomobilinin yük yerindən aşkar edilmiş radiator kəsiklərinin bölünmüş və kəsilmiş halda taparaq oraya yığmış, onları həmin alətlərdən istifadə etməklə özü doğramamış, eləcə də, həmin radiatorları vaqonun içərisindən deyil, çöldən vaqonun alt hissəsindən götürərək maşının yük yerinə qoymuşdur. Təqsirləndirilən şəxs son olaraq əmələinin düzgün tövsif olunmasını, barəsində həmin əmələ görə cəza təyin edilməsini və barəsində cəza təyin edilərkən törətdiyi əməldən peşman olmasını, cavan olmasını, yaşlı valdeyinlərinin onun köməyinə ehtiyacı olmasını nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Əvvəlki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin struktur qurumu olan törəmə müəssisəsidir. Yeni Ələt DYS-nın Şərq vaqon deposuna aid olan refrijerator vaqonlar və onlara aid hissələr həmin MMC-nin balansına daxil olan əmlakdır. Həmin vaqonlarda buxarlandırıcı qurğular mövcuddur. Hər bir qurğunun tərkibində 14 ədəd radiator panellər olur. Bu panellərdən hətta biri çıxarıldıqda, qurğu bütövlükdə istismara yararsız olduğuna görə qurğularla bağlı sorğu olduqda əgər qurğudan panel çıxarılıbsa artıq həmin qurğunun yararsız olduğu bildirilməsinə baxmayaraq qurğu və tərkibində olan panellər ADY Ekspressə məxsus olan dəyərli əmlak olaraq qalır. Şərq Vaqon deposunda olan vaqonlardan 2020-ci ilin mart ayında 2 hissəyə bölünməklə yenə 11 ədəd panel radiatorlar oğurlanması faktları ilə bağlı istintaqı aparılan hazırki iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertiza rəylərində göstərilən buxarlandırıcı qurğunun tərkibində olan bir ədəd mis tərkibli panel radiatorun dəyərinin 150 manat, bir oğurluq epizodu üzrə 10 ədədinin cəmi isə 1500, bir ədəd radiator kəsiyinin 50 manat göstərilməklə ADY QSC ADY Ekspress MMC-yə eyni miqdarda maddi ziyan vurulmuş hesab edilməsi ilə razı deyildir, ona görə ki, yuxarıda göstərildiyi kimi qurğunun 12 ədəd radiator panellərinin çıxarıldığı halda o sıradan çıxır və nəticə etibarı ilə zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanının həddi bu qurğunun ümumi dəyərinə uyğun olaraq "xxxx" QSC-dən alınmış SM -122/6 nömrəli 19.03.2020-ci il tarixli arayışda göstərildiyi kimi 2521,04 manat təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Təvəkgül oğlu ifadəsində göstərmişdir ki, o, NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri stansiyası XPŞ-nin Cinayət axtarış bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11.03.2020-ci il tarixdə saat 05:30da Biləcəri XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili Şahid1 və PPX-nin polis nəfəri polis serjantı Ceyhun Quliyevlə birlikdə "xxxx" QSC-nin Yeni Ələt dəmir yolu stansiyasının ərazisində baş verə biləcək cinayət və ya digər qanun pozuntularının qarşısının alınması məqsədi ilə muvafiq tədbirlər həyata keçirərkən “qazel” markalı 99XF830 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb həmin avtomobilə yaxınlaşarkən avtomobilin sürücü yerindən bir nəfər sonradan adı və şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs Qəzəfənər oğlunun düşüb qaçaraq oradan getməsinin şahidi olmuşlar. Gaha sonra avtomobilin yük yerinə baxarkən orada 21 ədəd mis metaldan olan refrijerator vaqonların buxarlandırıcı radiatorları, iki ədəd ling, 1 ədəd iti ağızlı kəlbətin, 1 ədəd laqunda və qaz açarı olduğu aşkar edilmiş, həmin avtomobili Biləcəri XPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri st. XPŞ-nin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və NBPİ-nin Dəmir yolu NPİ-nin Biləcəri stansiyası XPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 digər Şahid3 Təvəkgül oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindlirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 27.01.2020-ci il tarixdə X1 «Qazel» markalı 99XF830 dövlət qeydiyyat nişanlı yük avtomobilini icarəyə götürüb, həmin avtomobili əmisi oğlu İqbala sonuncunun sürücülük vəsiqəsi olmadığına görə etibarnaməsiz vermişdir ki, həmin maşınla metal tədarük edib satmaqla məşğul olsun. Lakin İqbal metalları haradan və hansı yolla əldə edib kimlərə satmasından xəbəri yoxdur. Həmçinin sonuncu dəfə onun maşınından aşkar edilmiş 21 ədəd mis metaldan olan radiatorları haradan əldə etməsindən xəbəri yoxdur. O özü Bakı şəhərində, İqbal isə Ələt qəsəbəsində yaşadığına görə onun işlərindən xəbəri olmamışdır. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanası və icraata qəbul edilməsi haqqında 30 mart 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.3 və 29, 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) Hadisə yerinə baxış keçirilməsi barədə 11 mart 2020-ci il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, DYNPİ-nin Biləcəri XPŞ-nin İsitntaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X8, Biləcəri XPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis mayoru Şahid3 Təvəkgül oğlu, Biləcəri XPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Biləcəri XPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və hal şahidlərinin iştirakı ilə Yeni Ələt D/Y stansiyasında yük yerində radiatorlar olan “Qazel” markalı avtomobil aşkar olunmuş və hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, yeni Ələt dəmir yolu stansiyasının ərazisində stansiyanın növbətçi hissəsində təxminən 35 metr aralda arxa yük hissəsi stansiya olan birinci yola yönəlmiş və həmin yolda olan 37539494 saylı reyslərin araları hissısindən təxmini 5-6 metr aralda Qazel markalı 99XF830 qeydiyyat nişanlı avtomobil dayanmışdır. Qeyd olunan vaqonlardan biri 375 351 68 nömrəli vaqon qapısı açıq olan qapısı bağlı vəziyyətdədir. Avtomobilin qapısı göy rənglidir, yük yeri tent çadrla bağlanmışdır, yük yerindən təxminən 1x0,5 metr olan və 21 ədəd mis metaldan olan radiatorlar və 2 ədəd ling, 4 ədəd müxtəlif ölçülü metal borular içərisində saqun markalı laqunda, ona aid bıçaqlar, 2 ədəd enerji daşları, 1 ədəd dəmir çəkic, 1 ədəd iti ağızlı kəlbətin, 1 ədəd qaz açarı olan torba aşkar olunmuşdur. (i.v. 4-9). 13 mart 2020-ci il tarixli şəxsin üzərinə baxış və götürmə haqqında protokoldan görünür ki, Biləcəri XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X8 polis əməkdaşları və hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və predmet aşkar edilmədi.(i.v. 12) 27 yanvar 2020-ci il tarixli X5 tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, X5 “QAZ 3302 yük” markalı, ** XF *** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AC 452830 seriyalı, 1996-cı il buraxılışlı, 85889 ban nömrəli, dəniz dalğası rəngli) yük maşınını idarə etmək üçün Şahid4 etibar edilmişdir. (i.v. 16) AC 452830 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, ** XF *** qeydiyyat nişanlı, 85889 ban nömrəli, Bortlu Tentli mühərrikli, dəniz dalğası rəngli “QAZ 3302 yük” markalı avtomaşın X2 məxsusdur, (iş vər. 17). Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 19 mart 2020-ci il tarixli SM- 122/6 nömrəli məktubundan görünür ki, Yeni Ələt stansiyasının ərazisində 99XF830 dövlət qeydiyyat nişanlı sahibsiz “Qazel” markalı maşının yük yerində aşkarlanmış 21 ədəd tərkibi mis metaldan olan rejrijerator vaqonun buxarlandırıcı qurğusuna aid panellər 2 ədəd buxarlandırıcı qurğu deməkdir. Bir ədəd buxarlandırıcı qurğunun aşınmadan sonra qiyməti 2521, 04 (iki min beş yüz iyirmi bir manat, dörd qəpik) təşkil edir. Bununla da, "xxxx" MMC-yə 5042, 08 (beş min qırx iki manat, səkkiz qəpik) (2521,04x2) manat maddi ziyan dəymişdir. (iş vər. 23). Əşyaya baxış barədə 27 aprel 2020-ci il tarixli protokoldan görünür ki, DYNPİ-nin Biləcəri XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru X13 "xxxx" QSC-nin X19 texniki istehsalat şöbəsinin rəisi X3 iştirakı ilə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Yeni Ələt dəmir Vaqon Deposunun ərazisində ADY QSC-nin ADY Ekspress müəssisəsinin X19 ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi Qazel markalı 99XF830 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar edilmiş 21 ədəd mis metaldan olan radiatorlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yerindən götürülmüş 21 ədəd radiatorlar hər birinin uzunluğu 1 metr eni 0.5 metr olmaqla mis metaldandır və onlardan hər birinin bir tərəfində mis borularının qövsvari başlıqları yerindədir, digər tərəfində boruların başlıqlar yerində olmamaqla, boruların ucları kənar alətin təsirindən deformasiya edilib, həmin hissədən kəsici alətlə kəsilmişdir. A.M.Salamov göstərilən radiator panellərin standart formada hər iki uclarında boruların qövsvari başlıqlara malik olduğunu, bu əlamətlərinə görə hadisə yerindən götürülmüş 21 ədəd radiator parçalarının iki ədədinin bir radiator panelini təşkil etmiş olduğunu bildirdi. (iş vər. 32). Zərərçəkmiş hüquqi şəxs qismində tanıma barədə 30 aprel 2020-ci il tarixli qərardan görünür ki, ADY Ekspress MMC şirkəti iş üzrə zərərçəkmiş şəxs hüquqi şəxs qismində tanınmışdır. (iş vər. 34). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 may 2020-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin 09.04.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-nın 62-ci maddəsi tətbiq olunmaqla 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 12.06.2009-cu il tarixli qərarı ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 ilə endirilmişdir. Bundan başqa Qələmov X7 Məhkəməsinin 07.01.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 22.01.2018-ci il qərarına əsasən cəzasının çəkilməmiş 01 il 01 ay 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan Başqa Təqsirləndirilən şəxs Qaradağ Məhkəməsinin 25 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. (i.v.39-40) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 1(002)-222/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzası saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 22.01.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 01 ay 14 gün hissəsindən azad olunmasının müstəqil icra olunması qərara alınmışdır. (i.v.43-44) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 dekabr 2020-ci il tarixli, 7(002)-1298/2020 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD saylı Qanununun onun barəsində tətbiq edilməsinə dair ərizəsi təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-222/2018 nömrəli, 25 iyun 2018-ci il tarixli Hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzası saxlanılmış məhkum Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80-1-ci maddəsi tətbiq olunmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cəzadan azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1501 saylı, 03 iyun 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına nümunə əsasında təqdim edilmiş 2 hissəyə bölünmüş, uzun müddət istifadədə olmuş refreijerator vaqonunun buxarlandırıcı qurğusuna aid mis materialdan olan panel radiatorun zədələnməmişdən əvvəl (yəni bütöv halda) 1 ədədinin orta bazar qiyməti təxminən 150.00 manat, 10 ədədi 1500.00 (10x150 m) manat, yarısı, yəni 0.5 ədədi metal qırıntı kimi təxminən 50.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. (i.v.48-49). Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanıma barədə 04 iyun 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Hüquq İdarəsinin Məhkəmələrlə İş Şöbəsinin aparıcı hüquqşünası Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs – "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. (i.v.52). Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə nəticə verilməsi haqqında 25 iyun 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 29, 177.2.3-cü maddəsi ilə tövsif olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi Qazel markalı 99XF830 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşar edilmiş 21 ədəd radiator kəsiklərini X19 vaqon parkındakı refrijerator vaqonlardan birinin altından və yaxınlığından tapıb götürməsi barədə göstərdiyi xüsusatlar onun özünü müdafiə xarakteri daşıdığına və işin faktiki hallarına uyğun gəlmədiyinə görə rədd edilmiş, qərarın təsviri hisəsində göstərilənlərə əsasən oğurluq epizodu üzrə zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın həddi və oğurlanmış əmlakın dəyərlərinin müəyyən edilməsində iş üzrə zərərçəkmiş hüquqi şəxs olan «ADY Ekspress MMC» tərəfindən müvafiq epizod üzrə bir buxarlandırıcı qurğunun qiymətləndirilməsi əsas götürülmüş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid4 barəsində Azərbaycan Respublikası CM-in 29.177.2.1, 29.177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs barəsində isə həmin məcəllənin 29,177.2.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilərək buna dair sənədlərin surəti Bakı şəhər Prokurorluğuna göndərilmiş,iş üzrə şahidlərin ifadələri, hadisə yerinə baxış və götürmə protokolu, əşyaya baxış protokolu, iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının (13 iyun 2020-ci il tarixli 9/15021 №-li rəyi sübut növü kimi qiymətləndirilmiş, 11.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Qəzəfər oğlunun idarə etdiyi 99XF830 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilmiş 21 ədəd mis metaldan olan radiator kəsikləri, 1 ədəd laqunda, ona aid mişar daşları (bıçaqlar), iki ədəd ling, bir ədəd iti ağızlı kəlpətin, bir ədəd dəmir çəkic, bir ədəd qaz açarı iş üçün mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Biləcəri XPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 65-70). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-nin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 73-74) Təqsirləndirilən şəxs barəsində axtarış elan etmə haqqında 05 avqust 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsi üçün tutularaq Biləcəri XPŞ-nin MSY-də saxlanılması qərara alınmışdır. (i.v. 83- 84). Axtarışda olan şəxsin tutulması haqqında 02.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02.09.2020-ci il tarixdə saat 10:30-da Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq XPŞ-nə gətirilmiş və həmin tarixdə də tutulmuşdur. İfadənin yerində yoxlanması haqqında 03 sentyabr 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Biləcəri XPŞ-nin İstintaq və Təhqiqat Qrupunun baş müstəntiqi, polis mayoru X13, Biləcəri XPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 Təvəkgül oğlunun, Biləcəri XPŞ-nin MSY-nin rəisi, polis baş leytenantı X6 iştirakı ilə, ADY Express MMC-nin X19 balansında olan refrijerator vaqonlarından radiator panellərini oğurlaması ilə bağlı Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması məqsədilə həmin yerə gəlmişlər. Təqsirləndirilən şəxs ifadəsin qeyd olunan yeri, şəraiti və ya əşya və predmetləri göstərməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin yerə gələrək vaqon parkının 1-ci yolunda Ələt qəsəbəsinin mərkəzi istiqamətindən 7-ci sırada dayanmış 38512738N-ci refrijerator vaqonun yanında dayanaraq 11.03.2020-ci il tarixdə saat 05:00 radələrində depodakı refrijerator vaqonlardan mis metaldan olan radiator paneli oğurlamaq məqsədi ilə özünün idarə etdiyi 99XF830 dövlət qeydiyyat nişanlı avtomobillə bura gələrək, avtomobili həmin yolun kənarında saxladıqdan sonra bu vaqonun altına yığılmış hər biri təxminən 1X0.5 metr ölçülərdə olan 21 ədəd mis metaldan olan radiator kəsiklərini həmin avtomobilin yük yerinə yığarkən polis əməkdaşlarının onu saxladığını bildirmişdir. İfadənin yerində yoxlanması gündüz vaxtı 03 sentyabr 2020-ci il tarixdə saat 17:00-dan 17:30-a dək aparılmış, Soni DSC 700 markalı foto aparatla Təqsirləndirilən şəxs göstərdiyi əşya, predmet və ərazilərin fotoşəkilləri çəkilmişdir. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. (i.v. 111-112) Qətimkan tədbiri seçmə haqqında 04 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 113-114) Təqsirləndirilən şəxsin MSY-dən azad olunması haqqında 04 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 29, 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs 04 sentyabr 2020-ci il tarixdə saxlanıldığı Biləcəri XPŞ-nin Müvəqqəti Saxlama yerindən azad olunması qərara alınmışdır. (i.v. 116) Cinayət işi materiallarında olan Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli, 21-1/2 saylı məktubdan görünür ki, Qaradağ rayon Məhkəməsinin 07 yanvar 2014-cü il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs əlavə cəzası 22 yanvar 2020-ci il tarixdə sona çatdığı üçün üzərində nəzarət dayandırılmış və müvafiq qaydada qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-33/2021 saylı, 16 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək” haqqında iltizam növündə qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi və barəsində axtarış elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 07 iyul 2021-ci il tarixli, 17/38-4633 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdə Qaradağ RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən tutularaq 26 iyun 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X4 ərizəsindən və ona əlavə olunmuş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə dəymiş ziyan tam ödənilmiş, buna görə də təqsirləndirilən şəxsə qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs adından "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2521 manat ödəniş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun işin faktiki hallarına uyğun və hadisənin baş verməsini əks etdirən ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə həmçinin zərərçəkmiş şəxsin göstərdiyi məbləğləri ağlabatan hesab edir və zərərin məhz onun göstərdiyi miqdarda hesablanmalı olmasını əsas götürür. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində göstərdiyi 11 mart 2020-ci il tarixdə avtomobilinin yük yerindən aşkar edilmiş radiator kəsiklərinin bölünmüş və kəsilmiş halda taparaq oraya yığması, onları həmin alətlərdən istifadə etməklə özünün doğramaması, eləcə də, həmin radiatorları vaqonun içərisindən deyil, çöldən vaqonun alt hissəsindən götürməsi ilə bağlı xüsusatlar həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə də uyğunluq təşkil etmir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittihamda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və onun məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsində göstərdiyi həmin xüsusatlar ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxsin həmin hallara istinad edilməklə qurulmuş müdafiəsi onun cəzasını yüngülləşdirilməsinə cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, cavan olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, (CM-59.2), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM 59.1.13) nəzərə alır nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların mövcud olmasını, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza təyin edilərəkən onun 02.09.2020-ci il tarixdən 04.09.2020-ci il tarixədək tutulma altında saxlandığı və 25 iyun 2021-ci il tarixdən hal-hazıradək həbsdə olduğu müddət nəzərə alınmalı (CM-69.3, CPM-nin 158.2.1), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli, iş üzrə maddi sübut kimi tanınmış və Biləcəri XPŞ-nin saxlanc anbarında saxlanılan 21 ədəd mis metaldan olan radiator kəsikləri, 1 ədəd laqunda, ona aid mişar daşları (bıçaqlar), iki ədəd ling, bir ədəd iti ağızlı kəlpətin, bir ədəd dəmir çəkic, bir ədəd qaz açarı hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalı (CPM-132), iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcələəsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bak şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X14 03 sentyabr 2020-ci il tarixli, № 1720 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 20 (iyirmi) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə müdafiəçi Bak şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş baxışı zamanı dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Bak şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 08 oktyabr 2020-ci il tarixli, № 1905 saylı order əsasında işə qoşularaq 50 (əlli) iş saatı Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 50 (əlli) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın 02 sentyabr 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixədək tutma altında, 25 iyun 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı cəmi 01 ay 18 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 03 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxsnın üzərinə; yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxsnın cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Biləcəri XPŞ-nin saxlanc anbarında saxlanılan 21 ədəd mis metaldan olan radiator kəsikləri, 1 ədəd laqunda, ona aid mişar daşları (bıçaqlar), iki ədəd ling, bir ədəd iti ağızlı kəlpətin, bir ədəd dəmir çəkic, bir ədəd qaz açarı hökm qanuni qüvvəyə mindikdən sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X9 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş cəmi 50 (əlli) iş saat hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-33/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-33/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver