Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-33/2022 26.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş XN müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx N970-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək rütbəli qohum və tanışlarının xidmət etmələri və həmin şəxslərin köməkliyi ilə onu Müdafiə Nazirliyinin strukturlarından birində sürücü kimi işə düzəltmək imkanına malik olması barədə qəsdən yalan məlumat verib, aldadaraq, etibarından sui istifadə edib, ilk dəfə 20N9-cu ilin oktyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 7A-nın həyətində 500 manat pulu, 20N9-cu ilin oktyabr ayının ortalarında həmin ünvanda N500 manat pulu, 20N9-cu ilin oktyabr ayının ortalarında həmin ünvanda N200 manat pulu, 20N9-cu ilin oktyabr ayının sonlarında həmin ünvanda N000 manat pulu, sonuncu dəfə isə 20N9-cu ilin oktyabr ayının sonlarında həmin ünvanda N000 manat pulu Zərərçəkmiş şəxs vahid niyyətlə törədilən qəsdlə alıb, ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs cəmi 5200 (beş min iki yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin N78.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, N987-N99N -ci il tarixlərdə Azərbaycan İncəsənət Universitetində ali təhsil almışdır. N992-ci il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “3” ay müddətində zabitlərin hazırlığı kursunda kurs keçdikdən sonra N992-N996-cı il tarixlərdə zabit kimi Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində xidmət etmiş və N996-cı il tarixdə kapitan hərbi rütbəsində ordu sıralarından ehtiyyata buraxılmışdır. Hal-hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun həmyerlisi olsa da onunla ilk dəfə 20N9-cu ilin oktyabr ayında tanış olaraq görüşmüşdür. Belə ki, 20N9-cu ilin oktyabr ayının əvvəllərində Rusiya Federasiyası Voronej şəhərində hərbi təhsil alan oğlu Tərlan Şabiyev ona zəng edərək akademiyada təhsili ilə bağlı yaranmış problemini həll etmiş tanışı X5 yaxşılıq etmək məqsədilə Həbib Fətəliyevin əmisi Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin hansısa hərbi hissəsində sürücü olaraq işə düzəlməsinə köməklik etməyi ondan xahiş etmişdir. O da oğluna etiraz etməyərək Zərərçəkmiş şəxs sürücü kimi işə qəbul edilməsindən ötrü əlindən gələn qədər köməklik edəcəyini söz vermişdir. Belə ki, oğlu Tərlan Şabiyev əvvəllər zabit kimi ordu sıralarında xidmət etdiyinə görə əlaqələrinin olduğunu düşündüyü üçün məhz ondan Zərərçəkmiş şəxs hansısa hərbi hissədə sürücü kimi işə qəbul edilməsinə köməklik etməyini xahiş etmişdir. Bu məsələdə oğlunun maddi marağı olmamış, sadəcə ona edilən yaxşılığın əvəzini bu şəkildə qaytarmaq istəməsi olmuşdur. O, da həqiqətən əvvəllər ordu sıralarında zabit kimi xidmət etdiyi üçün hərbi xidmətini davam etdirən köhnə zabit yoldaşlarından xahiş etməklə Zərərçəkmiş şəxs hərbi hissələrin birində sürücü olaraq işə qəbul edilməsinə köməklik etməyi düşündüyü üçün oğluna bu barədə söz vermiş və Zərərçəkmiş şəxslə əlaqə saxlamaq üçün sonuncunun mobil telefon nömrəsini oğlundan almışdır. Bu məqsədlə bundan bir neçə gün sonra təxminən 20N9-cu ilin oktyabr ayının əvvəllərində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs hazırda istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək tanışlıq verdikdən sonra görüşmək istədiyini bildirdikdə həmin gün Bayramla yaşadığı Lökbatan qəsəbəsində görüşmüşdür. Görüş zamanı Zərərçəkmiş şəxslə tanış olub Bayramın mülki işçi kimi sürücü vəzifəsində hərbi hissələrin birində işləmək arzusunda olduğunu bildikdən sonra köhnə zabit tanışlarından xahiş etməklə Bayramı işə qəbul etdirə biləcəyini düşündüyü üçün və bu işi həll etdikdən sonra edəcəyi yaxşılıqdan əlavə ondan bir qədər pul alıb qazanc əldə etmək məqsədi güdərək ona yalandan 9NN nömrəli hərbi hissədə polkovnik-leytenant rütbəsində xidmət edən bibisi oğlu Sadiq Bayramov və tanışı mayor Rafət Kərimovun vasitəsilə həmin şəxslərə qonaqlıq verməklə Bayramı Hərbi Hava Qüvvələrinə məxsus Nasosnu adlanan ərazidə yerləşən 9NN nömrəli hərbi hissəyə sürücü olaraq işə qəbul edilməsinə köməklik edə biləcəyini bildirmişdir. Həqiqətdə 9NN nömrəli hərbi hissədə polkovnik-leytenant hərbi rütbəsində xidmət edən Sadiq Bayramov adlı bibisi oğlu və mayor hərbi rütbəsində xidmət edən Rafət Kərimov adlı tanışı yoxdur. Həmin şəxslərin adları öz uydurmasıdır, həmin şəxsləri ümumiyyətlə tanımır, ümumiyyətlə elə şəxslər yoxdur və bu düşüncəyə gəlməyinin səbəbi Zərərçəkmiş şəxs rahat şəkildə pul almaq üçün Bayramı inandırmaq olmuşdur. Həmçinin həqiqətdə Hərbi Hava Qüvvələrində 9NN nömrəli hərbi hissə də yoxdur. Bu da öz uydurması olmuşdur. O, Zərərçəkmiş şəxs təklifini etdikdən sonra o, etiraz etməyərək onunla razılaşdıqda əmək kitabçasını və guya adını çəkdiyi həmin şəxslərə qonaqlıq vermək üçün Bayramda 500 manat məbləğində pul istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onunla razılaşmış və Lökbatan qəsəbəsində yerləşən Bayramın evinə gedərək evdən 500 manat pulu və əmək kitabçasını götürüb ona təhvil vermişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs əlavə pul əldə etmək məqsədilə yenidən Bayrama zəng edərək onun əmək kitabçasında əvvəlki iş yerindən uyğunsuzluqla, yəni “J” bəndi ilə çıxdığı barədə yalan məlumat verərək bununla bağlı problem yarandığını və həmin problemin həll olunması üçün guya onu işə düzəldən mayor Rafət Kərimova verilməsi üçün N500 manat pul lazım olduğunu bildirdikdə Bayram ona etiraz etməyib onunla razılaşmışdır. Bu səbəbdən ertəsi gün N500 manat pulu Lökbatan qəsəbəsində Bayramın yaşadğı evin həyətində Bayramdan almışdır. Bundan 4-5 gün sonra yenidən Zərərçəkmiş şəxs əlavə pul almaq məqsədilə Bayrama zəng etmiş və guya sürücü kimi istifadə edilməsindən ötrü veriləcək avtobusun sığorta işini həll etdiyini və sənədin təsdiq edilməsi üçün mayor Rafət Kərimova N200 manat pul verməli olduğunu dedikdə həmin gün Bayramdan yenə də Lökbatan qəsəbəsində N200 manat pulu almışdır. Həmin gündən 2-3 gün sonra yenidən Zərərçəkmiş şəxs zəng edərək guya Bayrama məxsus sənədlərin təsdiq edildiyini, lakin bəzi sənədlərin qısa müddətdə təsdiqlənməsi üçün əlavə olaraq Rafət Kərimova N000 manat pul verməli olduğunu dedikdə həmin gün Bayramnda N000 manat pulu yaşadığı Lökbatan qəsəbəsində yerləşən evin həyətində almışdır. Bundan təxminən N həftə sonra yenidən eyni məqsədlə Zərərçəkmiş şəxs zəng edərək guya sürücü olaraq hərbi hissədə işə düzəldiyi üçün veriləcək geyim formasına görə mayor Rafət Kərimova əlavə olaraq N000 manat pul verilməli olduğunu dedikdə Bayram onunla razılaşmış və bu səbəbdən Bayramla Lökbatan qəsəbəsində görüşüb N000 manat pulu almışdır. Zərərçəkmiş şəxs pulu alan zaman Bayramı inandırmaq üçün yalan danışaraq 20N9-ci ilin oktyabr ayının sonunda əmrinin veriləcəyini və əmri verildikdən 3 ay sonra isə işə çıxacağını söz vermişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs 5200 manat məbləğində pulu alsa da Bayramın mülki işçi kimi sürücü vəzifəsində işə qəbul edilməsindən ötrü hər hansı tanışına məlumat verməmiş və heç kimdən bu barədə köməklik etməsini xahiş etməmişdir. Lakin söz verdiyi müddətdə Zərərçəkmiş şəxs kömək edə bilmədiyi üçün ondan aldığı pulu da öz şəxsi ehtiyacları üçün xərclədiyindən və həmin məbləği qaytarmaqda çətinlik çəkdiyindən pulu qaytarılması üçün vaxt qazanmaq məqsədilə yalandan işin yaxın zamanlarda alınacağını bildirirmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs 700 ABŞ dolları, yəni N200 manat pulu borc olaraq almamışdır. O, ümumilikdə Bayramdan 5200 manat məbləğində pul almışdır. O, öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, vurduğu ziyanın 25% ni, yəni N302 manat məbləğində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-N.2-ci maddəsi tətbiq edilməklə onun Cinayət Məcəlləsinin N78.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20N9-cu ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində Rusiya Federasiyası Voronej şəhərində yaşayan qardaşı oğlu X6 ona zəng edərək həmin şəhərdə yaşayan, adını xatırlamadığı həmyerlisinə oxuduğu universitetdə yaranmış problemini həll etdiyi üçün həmin şəxsin atası Azad adlı şəxsin ona zəng edəcəyini və Azad adlı şəxsə etdiyi yaxşılığı əvəzində sonuncu sürücü olaraq işə düzəlməyi üçün ona kömək edəcəyini bildirmişdir. Lakin qardaşı oğlu Həbib Fətəliyev, Azad adlı şəxsə işə düzəlməyi üçün hansısa məbləğdə pul verməli olduğunu deməmiş, ümumiyyətlə aralarında pul söhbətinin olması barədə ona hər hansı məlumat verməmişdir. Bundan bir neçə gün sonra təxminən 20N9-cu ilin oktyabr ayının əvvəllərində Azad ***-***- **-** mobil telefon nömrəsindən hazırda istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək tanışlıq verdikdən sonra onunla görüşmək istədiyini bildirdikdə Azadla yaşadığı Lökbatan qəsəbəsindəki evdə görüşmüşdür. Görüş zamanı Azad əvvəllər hərbiçi olduğunu və təqaüdə çıxdığını deyib onunla söhbət edərək bildirmişdir ki, qardaşı oğlu Həbib Fətəliyev hazırda adını xatırlamadığı oğluna yaxşılıq etmiş, bu səbəbdən həmin yaxşılığın müqabilində Həbib Fətəliyevə qarşılıqlı olaraq yaxşılıq etmək istədiyini dedikdə, qardaşı oğlu özünün nəyəsə ehtiyacının olmadığını bildirərək qarşılıqlı olaraq edəcəyi yaxşılığı işsiz olduğu üçün ona etməsini bildirmişdir. Həmin vaxt Azad onun sürücü olaraq işə qəbul edilməyinə kömək edə biləcəyini qardaşı oğluna demiş, sonuncu da bu barədə ona məlumat vermişdir. Azadla söhbət zamanı o, 9NN nömrəli hərbi hissədə polkovnik-leytenant rütbəsində xidmət edən bibisi oğlu Sadiq Bayramov və mayor Rafət Kərimovun vasitəsilə həmin şəxslərə qonaqlıq verməklə onu Hərbi Hava Qüvvələrinə məxsus Nasosnu adlanan ərazidə yerləşən 9NN nömrəli hərbi hissəyə sürücü olaraq işə qəbul etdirəcəyini bildirmişdir. Həmin vaxt heç bir etirazının olmadığını deyərək Azadla razılaşmışdır. Bu zaman Azad ondan əmək kitabçasının olub-olmadığını soruşduqda əmək kitabçasının olduğunu deyib nə üçün soruşduğunu maraqlandıqda Azad, əmək kitabçasını həmin adını çəkdiyi şəxslərə göstərəcəyini və göstərən zaman onlara qonaqlıq verməsi üçün 500 manat məbləğində pul lazım olacağını bildirmişdir. Həmin vaxt Azada heç bir etirazının olmadığını dedikdə Azad əmək kitabçası ilə 500 manat pulu verməyini demişdir. Bu zaman yaşadığı mənzilə gedərək əmək kitabçasını və 500 manat pulu götürüb Azada vermişdir. Bundan bir həftə sonra Azad ona zəng edərək əmək kitabçasında əvvəlki iş yerindən uyğunsuzluqla, yəni “J” bəndi ilə çıxdığı üçün problem yarandığını və həmin problemin həll olunması üçün onu işə düzəldən mayor Rafət Kərimova verməsi üçün N500 manat pul lazım olduğunu bildirdikdə Azada etiraz etməmiş və ertəsi gün 20N9-cu ilin oktyabr ayının otralarında dəqiq tarixi xatırlamır, N500 manat pulu yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşadığı evin həyətində Azada vermişdir. Bundan 4-5 gün sonra Azad yenidən zəng edərək avtobusun sığorta işini həll etdiyini və sənədinin təsdiq edilməsi üçün mayor Rafət Kərimova N200 manat pul verməli olduğunu dedikdə həmin gün 20N9-cu ilin oktyabr ayının ortalarında Azada yaşadığı evin yaxınlığında N200 manat pulu vermişdir. Həmin gündən 2-3 gün sonra Azad yenidən zəng edərək sənədlərinin təsdiq edildiyini, lakin bəzi sənədlərin qısa müddətdə təsdiqlənməsi üçün əlavə olaraq Rafət Kərimova N000 manat pul verməli olduğunu dedikdə həmin gün 202N-ci ilin oktyabr ayının sonlarında Azada N000 manat pulu yaşadığı ünvanda vermişdir. Bundan təxminən N həftə sonra Azad ona zəng edərək əmək kitabçasında olan problemin aradan qalxdığını, lakin sürücü olaraq hərbi hissədə işə düzəldiyi üçün avtomobili sığorta puluna görə mayor Rafət Kərimova əlavə olaraq N000 manat pul verilməli olduğunu dedikdə işinin alınması üçün Azada etiraz etməmiş və 20N9cu ilin oktyabr ayının sonlarında yaşadığı ünvanda Azada N000 manat pul vermişdir. Həmin vaxt Azad sənədləşmə işinin tam təsdiq olunduqdan sonra oktyabr ayının sonunda əmrinin veriləcəyini və əmri verildikdən 3 ay sonra isə işə çıxacağını bildirmişdir. İşə düzəlməyi üçün Azada hissə-hissə olaraq verdiyi, ümumilikdə 5200 manat pulu yaşadığı Lökbatan qəsəbəsində təklikdə vermiş və verdiyi pullar hamısı özünə məxsus olmuşdur. Bundan bir neçə gün sonra təxminən 20N9-cu ilin noyabr ayının ortalarında Azad ona zəng edərək bir neçə gün ərzində qaytarmaq şərtilə borc olaraq ondan N200 manat pulu istdikdə etiraz etməmiş və həmin gün evdə saxladığı 700 ABŞ dolları pulu N200 manat kimi hesablayaraq Azada borca vermişdir. Bundan sonra Azad ona zəng edərək onun yerinə mayor Rafət Kərimova N000 manat pul verdiyini dedikdə ondan pulu nə üçün verdiyini soruşmuşdur. Bu zaman Azad həmin məbləği ona veriləcək avtobusun sənədləşmə işi ilə bağlı mayor Rafət Kərimovun istədiyini və pulu bu səbəbdən verdiyini demişdir. O, işə düzəlməyi üçün Azada bibisi oğlu polkovnik-leytenant Sadiq Bayramova və mayor Rafət Kərimova verməsi üçün ümumilikdə 5200 manat məbləğində pul versə də Azad onun 9NN nömrəli hərbi hissədə sürücü olaraq işə qəbul edilməyinə kömək etməmiş, verdiyi vədi yerinə yetirməmişdir. O, mayor Rafət Kərimovu və polkovnikleytenant Sadiq Bayramovu tanımamış və onlarla görüşməmişdir. O, yalnız Azad adlı həmyerlisini tanıyırmış və pulları Azada vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs oğlu məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi "xxxx"ASCnin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş 24.0N.2022-ci il tarixli, N72N8 saylı qəbzdən görünür ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət işi ilə əlaqədar dəymiş ziyanın 25%-ni yəni, N302 manat məbləğində pul vəsaitini X2 hesabına ödəmişdir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin N78.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-N.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin N78.2, N79.2 N86.2.N, N89-N.2-N-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin N78.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində vurulmuş ziyanın 25%-ni, yəni N300 manat miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin N78.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.N.NN-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Beləliklə məhkəmə hesab edir ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-N.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün istintaq zamanı Bakı şəhər N0 saylı vəkil bürosunun vəkili X4 tərəfindən 45 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər N0 saylı vəkil bürosunun vəkili Müdafiəçi N8 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və N08 (yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər N0 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 43, 32N, 344- 347, 356, 358, 38N və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-N.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Cinayət Məcəlləsinin N78.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı N08 (yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər N0 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-33/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-33/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver