Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-33/2023 08.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 234.1-ci maddələri ilə, xx.xx.1981-ci ildə Neftçala rayonu, 2-ci Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Yuxarı Qaramanlı Ə/D, İkinci Qaralı kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə, xx.xx.1985-ci ildə Cəlilabad rayonu, Prişib kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbirinə dəyişdirilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını yəni dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla, təkrarən oğurluğa cəhd etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2022-ci ilin iyun ayının 6-dan 14-nə kimi olan müddət ərzində, Bakı- Salyan şossesinin 47 km-dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində yerləşən dəmir dirəklərə dırmaşmış, 1000 metr məsafədə dirəklərdə olan, üzərində markalanma göstəricisi olmayan, bir metrinin qiyməti 1 (bir) manat olmaqla 2500 metr uzunluğunda aliminium əsaslı ərintidən hazırlanmış məftildən ibarət 10 kVt-luq naqilləri dəmir kəsən qayçı ilə kəsmiş, Təqsirləndirilən şəxs3 etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyərək aparmış, vahid niyyətlə "xxxx" QSC-nin «5 saylı X4 Müəssisəsi» MMC-yə məxsus 2500 manat dəyərində dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Bakı-Salyan şossesinin 47 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində yerləşən dəmir dirəklərə dırmaşmış, 1000 metr məsafədə dirəklərdə olan, üzərində markalanma göstəricisi olmayan, bir metrinin qiyməti 1 (bir) manat olmaqla 500 metr uzunluğunda aliminium əsaslı ərintidən hazırlanmış məftildən ibarət 10 kVt-luq naqilləri dəmir kəsən qayçı ilə kəsərək dirəklərin yaxınlığında toplayarkən, yerli əhalinin onları cinayət başında aşkar edərək özünün tutulması, Təqsirləndirilən şəxs2 qaçaraq hadisə yerindən uzaqlaşması, Təqsirləndirilən şəxs3 isə aralarında olan rol bölgüsünə görə orada olmaması səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini iradəsindən aslı olmayan səbəblərdən başa çatdıra bilməyərək "xxxx" QSC-nin «5 saylı X4 Müəssisəsi» MMC-yə məxsus 500 manat dəyərində dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamağa yəni təkrar oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin və psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində oğurluq törətməkdə şübhəli bilinərək Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə saat 09:45 radələrində videoçəkiliş aparmaqla üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,680 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 0,270 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Digər Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını yəni dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb oğurluq etmiş, həmçinin dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb, təkrarən oğurluqa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, 2022-ci ilin iyun ayında Bakı-Salyan şossesinin 47 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində yerləşən dəmir dirəklərə dırmaşmış, 1000 metr məsafədə dirəklərdə olan, üzərində markalanma göstəricisi olmayan, bir metrinin qiyməti 1 (bir) manat olmaqla 2500 metr uzunluğunda aliminium əsaslı ərintidən hazırlanmış məftildən ibarət 10 kVt-luq naqilləri dəmir kəsən qayçı ilə kəsmiş, Təqsirləndirilən şəxs3 etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləmiş aparmaqla, vahid niyyətlə "xxxx" QSC-nin «5 saylı X4 Müəssisəsi» MMC-yə məxsus 2500 manat dəyərində dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Bakı-Salyan şossesinin 47 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində yerləşən dəmir dirəklərə dırmaşmış, 1000 metr məsafədə dirəklərdə olan, üzərində markalanma göstəricisi olmayan, bir metrinin qiyməti 1 (bir) manat olmaqla 500 metr uzunluğunda aliminium əsaslı ərintidən hazırlanmış məftildən ibarət 10 kVt-luq naqilləri dəmir kəsən qayçı ilə kəsərək dirəklərin yaxınlığında toplayarkən, yerli əhalinin onları cinayət başında aşkar edərək Təqsirləndirilən şəxs1 tutulması, özünün isə qaçaraq hadisə yerindən uzaqlaşması, Təqsirləndirilən şəxs3 isə aralarında olan rol bölgüsünə görə orada olmaması səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək "xxxx" QSC-nin «5 saylı X4 Müəssisəsi» MMC-yə məxsus 500 manat dəyərində dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamağa yəni təkrar oğurluq etməyə cəhd etmişdir. Digər Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını yəni dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb, təkrarən oğurluğa cəhd etmişdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, onl 2022-ci ilin iyun ayının 6-dan 14-nə kimi olan müddət ərzində, onların Bakı-Salyan şossesinin 47 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində yerləşən dəmir dirəklərdən kəsməklə oğurlayaraq əldə etdikləri 2500 metr uzunluğunda aliminium əsaslı ərintidən hazırlanmış məftildən ibarət 10 kVt-luq naqilləri idarə etdiyi “Toyota Prius” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib aparmaqla, vahid niyyətlə "xxxx" QSC-nin «5 saylı X4 Müəssisəsi» MMC-yə məxsus 2500 manat dəyərində dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Bakı-Salyan şossesinin 47 km –dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində yerləşən sonuncuların dəmir dirəklərə dırmanıb, 1000 metr məsafədə dirəklərdə olan, üzərində markalanma göstəricisi olmayan, bir metrinin qiyməti 1 (bir) manat olmaqla 500 metr uzunluğunda aliminium əsaslı ərintidən hazırlanmış məftildən ibarət 10 kVt-luq naqilləri dəmir kəsən qayçı ilə kəsib dirəklərin yaxınlığında toplayarkən, yerli əhalinin onları cinayət başında aşkar edərək Təqsirləndirilən şəxs1 tutulması, Təqsirləndirilən şəxs2 qaçaraq hadisə yerindən uzaqlaşması, özünün isə aralarında olan rol bölgüsünə görə orada olmaması səbəbindən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini iradəsindən aslı olmayan səbəblərdən başa çatdıra bilməyərək "xxxx" QSC-nin «5 saylı X4 Müəssisəsi» MMC-yə məxsus 500 manat dəyərində dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talamağa yəni təkrar oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, oğurluq əməli törətmələri barədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la razılığa gəlmişlər. 2022-ci ilin iyun ayının 1-ci yarısında o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olaraq Bakı-Ələt yolunun 47-ci km-də yerləşən Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində dirəklərdə olan elektrik naqillərini (xətlərini) Təqsirləndirilən şəxs3 əldə etdiyi dəmir kəsən qayçı ilə birlikdə 3-4 gün ərzində kəsmiş sonuncunun qeyd etdiyi avtomobilinə yığmışlar. Sonrada Təqsirləndirilən şəxs3 kəsdikləri naqilləri satmış və əldə etdiyi pulu öz aralarında bölmüşlər. Oğurluq əməlini adətən axşam saat 23:00 radələrində törətdiyindən sonuncu dəfə də axşam saatlarında cəhd etmişlər. Belə ki, sonuncu dəfə oğurluq edərkən ətrafda yaşayan sakinlərin səs-küyündən Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçmağa nail olmuş, lakin o, tutulmuşdur. Təqsirləndirilən şəxs3 həmin gün bilavasitə hadisə yerində olmamasına səbəb isə onlar xətləri elektrik dirəklərindən kəsərək aparılması üçün hazır vəziyyətə gətirdikdən sonra Təqsirləndirilən şəxs3 ona əvvəlcədən məlum olan oğurluq hadisəsinin baş verdiyi yerə gələrək idarə etdiyi nəqliyyat vasitəsi ilə aparacağı barədə əvvəlcədən razılığa gəlmələri olmuşdur. Onlar oğurluq əməlini törədərkən həmin ərazidə yaşayan şəxslər tərəfindən ifşa olunduqları üçün əməllərini başa çatdıra bilməmişlər. Onu hadisə yerində yaxalamış sakinlər polisə təhvil vermişlər. Polis bölməsində olarkən dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun üzərindən 01 büküm psixotrop maddə metamfetamin, 01 büküm narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəni və psixotrop maddəni öz istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, 2022-ci ilin iyun ayında o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olaraq Bakı-Ələt yolunun 47-ci km-də yerləşən Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində elektrik dirəklərindən cərayanı olmayan naqilləri Təqsirləndirilən şəxs3 əldə etdiyi dəmir kəsən qayçı ilə kəsərək topladıqdan sonra sonuncunun idarə etdiyi “Toyota Prius” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilinə yığmışlar. Sonra isə Təqsirləndirilən şəxs3 həmin naqilləri satmış əldə etdikləri pulları aralarında bölmüşlər. Növbəti dəfə qabaqcadan razılaşaraq oğurluq etmək məqsədilə Təqsirləndirilən şəxs1la bərabər Bakı-Ələt yolunun 47-ci km-də yerləşən Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində oğurluq əməllərini başa çatdırmadan həmin ərazidə yaşayan sakinlər tərəfindən ifşa olunarkən o, hadisə yerindən qaçmağa nail olsa da sonradan polis əməkdaşları tərəfindən tutulmuşdur. Elektrik dirəklərində olan naqilləri kəsib topladıqdan sonra Təqsirləndirilən şəxs3 əldə etdikləri məhsulu nəqliyyat vasitəsilə apararaq satması üçün çağıracaqları barədə əvvəlcədən razılığa gəldikləri üçün həmin vaxt sonuncu onlarla bərabər olmamışdır. Daha sonra əməlindən peşman olmasının, ilk dəfə oğurluq hadisəsi törətməsinin, həyat yoldaşının xəstə olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olaraq oğurluq qərarına gəlmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun təqdim etdiyi qayçı ilə Bakı-Ələt yolunun 47-ci km-də yerləşən Səngəçal qəsəbəsi, yol evi yaşayış massivində elektrik dirəklərindən cərayanı olmayan naqilləri kəsərək topladıqdan sonra o, “Toyota Prius” markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yaxınlamış, həmin naqilləri onun nəqliyyat vasitəsinə yerləşdirmişlər, o da satıb əldə etdiyi pul vəsaitini digərləri ilə bölmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 növbəti dəfə eyni əraziyə gedərək oğurluq əməllərini başa çatdırdıqdan sonra o, yenidən getməli və oğurluq nəticəsində əldə olunmuş naqilləri nəqliyyat vasitəsilə oradan daşıyacağı barədə onlarla razılığa gəlmişdir. Lakin, həmin tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məlumat vermədiyindən o, həmin ünvana getməmişdir. Daha sonra əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, 2-ci dərəcəli əlil olmasını, himayəsində 1 azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmənin 12 dekabr 2022-ci il tarixli iclasında iştirak etmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsi tərəfindən aparılmış araşdırma nəticəsində Bakı-Salyan şossesinin 47 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən, "xxxx" QSC «5 saylı X4 Müəssisəsi» MMC-yə məxsus dirəklərdə 1000 metr məsafədə olan, təzə vəziyyətdə bir metrəsinin dəyəri 1,50 manat, ümumi dəyəri 3750 manat təşkil edən üç zolaqlı 2500 metr uzunluğunda 10 kVt-luq dövlət əhəmiyyətli aliminium elektrik hava naqillərinin oğurlandığı müəyyən edilmişdir. Lakin, keçirilmiş məhkəmə əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3593-9/4692 nömrəli rəyi ilə dəymiş zərərin ümumi məbləği 2500 və 500 manat dəyərləndirilmişdir. Ekspertiza rəyində qeyd olunmuş zərərin məbləği ilə razılaşaraq, ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmənin 19 iyul 2023-cü il tarixli iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur, müəssisəyə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Yol evi yaşayış massivində yaşayan qohumu X10 ona zəng edərək yaşadığı evin qarşısında olan dəmir yolunun yanında dirəklərdə çəkilmiş elektrik naqillərinin iki nəfər kişi cinsli şəxslər tərəfindən kəsilərək topa şəklində bir yerə yığılmasını müəyyən edərək, qonşuluqda yaşayan qohumları ilə birlikdə onları ifşa etdiklərini, onlara yaxınlaşarkən isə həmin şəxslərdən birinin hadisə yerindən qaçdığını, digərini isə tutaraq saxladıqlarını bildirmişdir. O, həmin əraziyə aid polis bölməsinin əməkdaşı olduğu üçün qohumu ilkin olaraq ona məlumat vermişdir. O, dərhal yaşadığı Səngəçal qəsəbəsindən həmin yerə getdikdə həqiqətəndə dirəklərdən keçən elektrik naqillərinin bir qisminin kəsilərək yerə atıldığını, bir qisminin isə üç top şəklində bir yerə yığıldığını və bir ədəd göy rəngli dəmir qayçının naqillərin yanında olmasını aşkar etmişdir. Hadisə yerində saxlanılan şəxs özünü Elçin kimi təqdim edərək həmin naqilləri oğurlamaq istədiklərini, onunla birlikdə oğurluq edən qaçan şəxsin adını bilmədiyini bildirmişdir. O, həmin şəxsi 11-ci polis bölməsinə təhvil verərək raportla bölmə rəisinə məruzə etmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən olunmuşdur. O, xidmətdə olmadığı üçün polis bölməsini tərk etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 00:40 radələrində evində yatarkən həyətində itlərin hürməsinə yuxudan oyanmışdır. Pəncərədən çölə baxarkən evinin qarşısında olan dəmir yolu xəttinin yaxınlığında elektrik dirəyindən bir nəfər şəxsin sürətlə aşağı düşdüyünü görmüşdür. O, dərhal evindən çıxaraq dəmir yolu xəttinə tərəf getmiş, həmin vaxt onunla qonşuluqda yaşayan qohumları da toplaşmış, oğurluq etməyə cəhd edən şəxsləri ifşa edərkən onlardan biri qaçmağa nail olsa da digərini saxlamışlar. Daha sonra o, 11-ci polis bölməsinin əməkdaşı olan qohumu Şahid1 zəng edərək oğurluğa cəhd edən şəxsi saxladıqlarını bildirmişdir. Sonuncu hadisə yerinə gələrək, onların saxladıqları Elçin adlı şəxsi 11-ci PB-nə aparmış və bir müddətdən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Baxış zamanı həmin kəsilmiş naqillər və dəmir kəsən qayçı polis tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 digər şahid X5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Yol evi yaşayış massivində dəmir yolunun yanında dirəklərdən keçən elektrik naqillərini kəsərək oğurlamağa cəhd etməsində, narkotik gəzdirməsində şübhəli bilinən Təqsirləndirilən şəxs1 polis bölməsinin sürücüsü, polis nəfəri, polis serjantı Şahid1 tərəfindən hadisə yerində saxlanılaraq polis bölməsinə gətirilmişdir. Qaradağ RPİ-nin 11-ci PB-də məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon Ələt qəsəbəsi sakini Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə, görüntünü əks etdirən videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələrin və ya əşyaların təqdim olunması təklif edilmişdir. O, əynində olan göy rəngli şalvarının sağ yan cibindən iki büküm çıxararaq masanın üzərinə qoymuşdur. Bükümlərdən birinin içərisində psixotrop maddə olan metamfetamin, digərinin içərisində narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Aşkar olunmuş bükümlər qablaşdırılaraq istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid7 digər Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 1-ci cildinin 14-cü vərəqəsində olan cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 38-ci vərəqəsində olan 15 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 00:50-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 90-91-ci vərəqələrində olan ********* nömrəli cinayət işi üzrə 16 iyun 2022-ci il tarixli, qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmiş və o, Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cildinin 93-cü vərəqəsində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 78-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 16 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 86-87-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 168-ci vərəqəsində olan 27 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 1-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3- 2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 20-22-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. Cinayət işinin 2-ci cildinin 31-33-cü vərəqələrində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cildinin 99-100-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 11 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 186-cı vərəqəsində olan 27 iyul 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 2-ci cildinin 26-30-cu vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmişdir. Cinayət işinin 2-ci cildinin 34-36-cı vərəqələrində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 201-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3- 2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 112-113-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 "barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işində olan Qaradağ rayon məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(002)- 33/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, axtarış elan edilməklə tutulması və saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilməsi, o, tutulub məhkəməyə təqdim edilənədək icraatın dayandırılması qərara alınmışdır. Cinayət işində olan 12 iyun 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 12 iyun 2023-cü il tarixdə, saat 08:30 radələrində Xətai rayonu ərazisində saxlanılaraq Qaradağ RPİ-nin MSY-na təhvil verilmişdir. Cinayət işində olan Qaradağ rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(002)- 33/2023 nömrəli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 2-ci cildinin 77-82-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmündən və 15 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay 08 gün müddətinə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun barəsində "8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 npyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə, ona təyin edilmiş 01 il 06 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 02 ay 06 gün hissəsindən dərhal azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. Cinayət işinin 2-ci cildinin 83-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 84-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cildinin 149-cu vərəqəsində olan cinayət işinin tövsif edilməsi haqqında 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 münasibətdə cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 1-ci cildinin 142-143-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 07 iyul 2022-ci il tarixli, 3719 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 59-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 iyun 2022-ci il tarixli 6/3364 №-li məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyində göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “...Vət. İskəndərovun üzərindən aşkar edilərək götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,680 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,270 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin təmiz çəkisi 0,680 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 0,580 qram. Metamfetaminin təmiz çəkisi 0,270 qram, tədqiqata sərf edildi 0,100 qram, qalıq 0,170 qram. Cinayət işinin 1-ci cildinin 58-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 146-147-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2023-cü il tarixli 6/3593-9/4692 №-li məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 1 ədəd təxmini uzunluğu 125-130 sm, istifadədə olmuş, üzərində markalanma göstəricisi olmayan ümumi diametri təxminən 7,7 mm, öz oxu ətrafında fırlanan 7 ədəd diametri 2,5 mm olan məftildən ibarət naqil nümunəsinin keçirici hissəsinin metalı aliminium əsaslı ərintidən hazırlanmış, naqil nümunəsinin 1 (bir) metrinin 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 1,0 manat müəyyən edilir. Cinayət işinin 1-ci cildinin 145-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cildinin 125-ci vərəqəsində olan maddi sübut kimi tanıma haqqında 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0.680 qram çəkidə narkotik vasitə heroin, 0.270 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0.580 qram heroin, qalıq qalmış 0.170 qram metamfetamin saxlanılması üçün Qaradağ RPİ-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 126-143-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 13 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, hadisə yerindən götürülmüş "xxxx" QSC-nin 5 saylı X4 Müəssisəsi MMC-yə məxsus markalanma göstəricisi olmayan ümumi diametri 7,7 mm, öz oxu ətrafında fırlanan 7 ədəd diametri 2,5 mm olan məftildən ibarət aliminium əsaslı ərintidən hazırlanmış 500 metr uzunluğunda naqillər və 1 ədəd dəmir kəsən qayçı, şəxsi axtarış və götürmə zamanı aparılan video çəklişə dair DVD, oğurluq olan əraziyə dair təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefon sim nömrələrin anten dairələri, biri-birləri ilə əlaqə saxlamalarına dair "xxxx" MMC və "xxxx" MMC-nin təqdim etdiyi CD-də olan məlumatlar, CD-lərə baxış protokolu, Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin hərəkətinə dair DİN-nin NH idarə etmə xidmətinin təqdim etdiyi CD-də olan məlumatlar sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cildinin 155-ci vərəqəsində olan Nümayəndə1 tərəfindən verilmiş qəbzdən görünür ki, "xxxx" QSC-nin 5 saylı X4 Müəssisəsi MMC-yə məxsus markalanma göstəricisi olmayan ümumi diametri 7,7 mm, öz oxu ətrafında fırlanan 7 ədəd diametri 2,5 mm olan məftildən ibarət aliminium əsaslı ərintidən hazırlanmış 500 metr uzunluğunda naqilləri qəbul etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur, müəssisəyə dəymiş ziyan ödənilmişdir. Cinayət işinin 1-ci cildinin 92-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Yağmur, xx.xx.2018-ci il təvəllüdlü Tunar, xx.xx.2021-ci il təvəllüdlü Melisa adlı azyaşlı övladları vardır; Cinayət işinin 2-ci cildinin 110-cu vərəqəsində olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2011-ci il təvəllüdlü Soltanağa adlı övladı vardır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində ola biləcək qanunsuz əşyaların təqdim edilməsi təklif olunmuş, o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyində, 01 ədəd qara rəngli sellofan kəsiyindəki bükümləri masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin bükümlər açılarkən psixotrop maddə olan “metamfetamin”, narkotik vasitə olan “heroin” aşkar edilmiş, Təqsirləndirilən şəxs1 də həmin narkotik vasitə və psixotrop maddəni 14 iyun 2022-ci il tarixdə Əhmədli metrostansiyasının qarşısında tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını yəni dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb oğurluq etmiş, həmçinin dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb, təkrarən oğurluğa cəhd etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıması, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını yəni dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb oğurluq etməsi, həmçinin dövlət əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb, təkrarən oğurluğa cəhd etməsi cinayətlərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin etirafedici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndələrinin, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskində olan video görüntülər və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 234.1-ci maddələri ilə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri isə məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-2-ci maddələrinə əsasən oğurluq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli və onun 15 iyun 2022-ci il tarixdən saat 00:50-dən, 16 iyun 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 07 iyul 2022-ci il tarixli, 3719 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, bir daha belə hala yol verməyəcəyinə dair vədini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, məhkəmə iclasında davranışını, özünü təqsirli bilməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və onun 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, ilk dəfə məhkum olunmasını, 2-ci dərəcəli əlil olmasını, himayəsində 1 azyaşlı övladının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, onun 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək tutulub saxlanıldığı və 12 iyun 2023-cü il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv olunmalı, o dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, onun barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilməli və seçilmiş "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, 1 ədəd dəmir kəsən qayçı, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,580 qram çəkidə narkotik vasitə olan heroin və 0,170 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut "xxxx" QSC-nin 5 saylı X4 Müəssisəsi MMC-yə məxsus markalanma göstəricisi olmayan ümumi diametri 7,7 mm, öz oxu ətrafında fırlanan 7 ədəd diametri 2,5 mm olan məftildən ibarət aliminium əsaslı ərintidən hazırlanmış 500 metr uzunluğunda naqillərin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı aparılan video çəkilişə dair 1 ədəd DVD, oğurluq olan əraziyə dair təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefon sim nömrələrin anten dairələri, biri-birləri ilə əlaqə saxlamalarına dair Azercell MMC və Azerfon MMC-nin təqdim etdiyi məlumatlar olan 2 ədəd CD, Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin hərəkətinə dair DİN-nin NH idarə etmə xidmətinin təqdim etdiyi məlumatla olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının xərci – 81 (əlli beş) manat Təqsirləndirilən şəxs1, məhkəmə əmtəəşünaslıq-ekspertizası tədqiqatının xərci- 100 (yüz) manat isə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri X6, X3, X7, Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, digər təqsirləndirilən şəxs X15 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi3 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, digər Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2 və 234-ci maddələri təqsirli bilinərək, CM-nin 177.2.1,177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələri ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs1 04 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 15 iyun 2022-ci il tarixdən saat 00:50-dən, 16 iyun 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 04 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,580 qram çəkidə narkotik vasitə olan heroin və 0,170 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-2-ci maddələri təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-2, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 27 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək tutulub saxlanıldığı və 12 iyun 2023-cü il tarixdən hal-hazırki tarixədək həbsdə olduğu cəmi 01 ay 29 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 03 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 08 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının xərci – 81 (əlli beş) manat Təqsirləndirilən şəxs1, məhkəmə əmtəəşünaslıq-ekspertizası tədqiqatının xərci- 100 (yüz) manat isə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş 1 ədəd dəmir kəsən qayçı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iş üzrə digər maddi sübut "xxxx" QSC-nin 5 saylı X4 Müəssisəsi MMC-yə məxsus markalanma göstəricisi olmayan ümumi diametri 7,7 mm, öz oxu ətrafında fırlanan 7 ədəd diametri 2,5 mm olan məftildən ibarət aliminium əsaslı ərintidən hazırlanmış 500 metr uzunluğunda naqillərin zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 təhvil verilməsi nəzərə alınsın, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə zamanı aparılan video çəkilişə dair 1 ədəd DVD disk, oğurluq olan əraziyə dair təqsirləndirilən şəxslərin istifadələrində olan mobil telefon sim nömrələrin anten dairələri, biri-birləri ilə əlaqə saxlamalarına dair Azercell MMC və Azerfon MMC-nin təqdim etdiyi məlumatlar olan 2 ədəd CD disk, Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobilin hərəkətinə dair DİN-nin NH idarə etmə xidmətinin təqdim etdiyi məlumatla olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi2 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, digər təqsirləndirilən şəxs X15 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi3 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, digər Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul, məhkəmə istintaqı dövründə həmin büronun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş 50 (əlli) saat hüquqi xidmətə görə 300 (üç yüz) manat pul işlədikləri Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan, həbsdə saxlanılan məhkum isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-33/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-33/2023
08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver