Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-33/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X1, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 il müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, cəzasının sonuna 04 ay 10 gün qalmış və məhkumluğu ödənilməmiş, Kürdəmir rayonu, Şilyan kəndində kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X4 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzinin ərazisində yerləşən “Rahat” marketin avtodayanacağında saxladığı **-ZF-*** dövlət qeydiyyat nişanlı, “Range Rover” markalı avtomobilinin sağ yan şüşəsini yumruqla sındırmaqla avtomobilin sürətlər qutusunun yanında olan 520 manat dəyərində, “Samsung A50” markalı mobil telefonu gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə 08 iyul 2023-cü il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Az-Granata” mağazası ilə üzbəüz olan “Fərmanoğlu” adlı quru meyvə mağazasının qarşısında saxladığı **-FP-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21015” markalı avtomobilinə arxa sağ tərəfdə olan açıq qapısından daxil olmaqla avtomobilin ön hissədə saxlanc yerindəki pul kisəsindən Azərbaycan Mərkəzi Bankının həmin tarixə olan rəsmi məzənnəsinə əsasən 510 manat ekvivalentində 300 ABŞ dollarından ibarət pul vəsaitini gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli ələ keçirmək məqsədi ilə 11 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində yerləşən “Milana” pərdə mağazasının qarşısında saxladığı **-VS-*** dövlət qeydiyyat nişanlı, “VAZ 2104” markalı avtomobilinə qabaq sağ qapısını mexaniki təsir göstərib açma yolu ilə daxil olaraq avtomobildə olan qoltuqaltı saxlanc yerindən 400 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb oğurlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, “Meyvəli” ticarət mərkəzində fəhləlik edir. Həmin ərəfədə maddi durumu ağır olmuşdur. Tarixini unutduğu vaxtda “Meyvəli” ticarət mərkəzinin avtodayanacağında saxlanılmış ağ rəngli “Range Rover” markalı avtomobilini görmüş və qabaq sağ şüşəsini yumruqla vurduqdan sonra sındırmışdır. Şüşəni sındırdıqdan sonra əlini salıb içəridən qapının kilidini açmışdır. Avtomobildən mobil telefonu götürdükdən sonra oradan uzaqlaşmışdır. Həmin mobil telefonu unutduğu qiymətə tanımadığı şəxsə satmışdır. Bundan başqa yenə tarixini unutduğu vaxtda Meyvəli” ticarət mərkəzinin ərazisində olan quru meyvə mağazasının yanına gəlmişdir. Mağazanın yanında dayanmış “VAZ 21015” markalı avtomobil gözünə sataşmışdır. Avtomobilin arxa qapısını açıb içəriyə daxil olmuş və pul kisəsində olan 300 ABŞ dollar pulu götürüb oradan uzaqlaşmışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra tarixini unutduğu vaxtda “Sədərək” ticarət mərkəzinə gəlmiş və dükanların qarşısında dayanmış “VAZ 2104” markalı avtomobilə daxil olaraq oradan 240 manat pulu oğurlamışdır. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir.Törətdiyi əməldən peşmandır.Vətən müharibəsi iştirakçısıdır.Maddi imkanı ağır olduğundan dəymiş ziyanları ödəyə bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Meyvəli” tricarət mərkəzində sahibkar kimi fəliyyət göstərir. 02 iyun 2023-cü il tarixdə “Meyvəli” ticarət mərkəzində avtomobilə yaxınlaşdıqda ona məxsus olan “Range Rover” markalı avtomobilinin ön sərnişin tərəf qapısının şüşəsinin sındırıldığını görmüş. əyilib avtomobilin içinə baxdıqda avtomobilin sürətlər qutusunun yanına qoyduğu “Samsung” markalı mobil telefonunun avtomobildə olmadığını və oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal Din-İN 102 Xidmətinə zəng etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir.Məhkəmədən X2 ciddi cəza verilməsini edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus olan Vaz 2104 markalı avtomobillə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən, “Sədərək” ticarət mərkəzinə ev üçün alış-veriş etməyə gəlmişdir. Bundan sonra “Sədərək” ticarət mərkəzində ev üçün alış-veriş etmişdir. Alış-verişi bitirdikdən sonra avtomobilə yaxınlaşmış və əlindəki yükləri avtomobilə qoymuşdur. Bundan sonra avtomobildəki qoltuqaltına baxan zaman orada olan 400 manat pulun orada olmadığını və oğurlandığını aşkar etmişdir. Sonradan bu barədə polisə şikayət etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir.Məhkəmədən X2 ciddi cəza verilməsini edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, “Meyvəli” tricarət mərkəzində “Fərmanoğlu” quru meyvələrin satışı mağazasında satıcı kimi fəliyyət göstərir. 08 iyul 2023-cü il tarixdə “Meyvəli” ticarət mərkəzində işlədiyi üçün, özünə məxsus olan “VAZ 21015” markalı avtomobilini ticarət mərkəzində işlədiyi mağazasının qarşısında saxlamış və işlədiyi yerə daxil olmuşdur. Günorta radələrində avtomobilində olan siqareti götürmək üçün avtomobilə daxil olmuşdur. Siqareti avtomobilin ön sərnişin oturacağının üstündən götürüb çıxmaq istədikdə pul qabının arxa oturacaqda olduğu gözünə sataşmışdır. O həmin pul qabını avtomobilin ön sərnişinin oturacağının qarşısında olan saxlanc yerinə qoyduğundan nə üçün onun orda olduğundan şübhələnmişdir. Pul qabını açıb içinə baxdıqda orada olan 300 dolların olmadığını aşkar etmişdir. Daha sonra obyektin videomüşahidə kameralarının görüntülərinə baxdıqda bir nəfər şəxsin avtomobilə yaxınlaşıb bir qədər dolandığı, daha sonra arxa sağ qapını açaraq avtomobilə daxil olduğunu görmüşdür. Bundan sonra dərhal DİN-in 102 Xidmətinə zəng etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir.Məhkəmədən X2 cəza verilməsini edilməsini xahiş edir. İş materiallarında olan «hadisə yerinə baxış keçirilməsi və götürmə barədə» 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində olan “Rahat” marketin avtodayanacağıdır. İş materiallarında olan «hadisə yerinə baxış keçirilməsi və götürmə barədə» 08 iyul 2023cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində olan “Fərmanoğlu” quru meyvələri mağazasıdır. İş materiallarında olan içərisində videogörüntü olan kompakt diskə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 08 iyul 2023-cü il tarixdə bir nəfər arıq bədən quruluşlu, əynində qara köynək, boz şalvar, boz rəngli idman ayaqqabısı olan şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Fərmanoğlu” adlı quru meyvə mağazasının qarşısında dayanmış qara rəngli, **-FP-*** dövlət qeydiyyat nişanlı , “VAZ 2105” markalı avtomobilin arxa qapısına yaxınlaşıb qapını yoxlayır və qapının açıq olduğunu görüb qapını açaraq avtomobilə daxil olur. Oradan isə qabaq tərəfə əyilib sərnişin tərəfdə olan saxlanc yerini açır və videogörüntünün 04:27-ci dəqiqəsində arxa qapını açaraq avtomobildən düşüb dərhal həmin yeri tərk edir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən 01 il müddətinə azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materillarında olan Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, X2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırması cəzasının 04 ay 10 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarından görünür ki, X4 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə il tarixdə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. X1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. X1, törətdiyi cinayət əməlini etiraf edərək peşman olması və Vətən Müharibəsi iştirakçısı olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunmuşdur. X1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. X1 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan tam aradan qalxmadığından onun törətdiyi cinayət əməlinin ictimaitəhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, X2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. X5 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. X2 təyin edilmiş cəzanın əvvəli, onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 19 iyul 2023-cü il tarixdən hesablanmaldır. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İbtidai istintaq zamanı X2 göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X3, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X4 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 04 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 05 (beş) gün azadlıqdan məhrumetmə cəzasına hesablansın və CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən birləşdirilərək X2 qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. İbtidai istintaq zamanı X2 göstərilmiş hüquqi yardımla bağlı 48 (qırx səkkiz) saata görə 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul X3, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-33/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-33/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver