Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-330/2021 15.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 20 iyul 2021-ci il tarixdə saat 10:42 radələrində özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Astara yolunda yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab olunan avtomobil təmiri sexinin iş otağına plastik qapını açarla açma yolu ilə qanunsuz daxil olaraq həmin otaqda yerləşən stolun siyirməsindən 500 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. O, 03 aprel 2019-cu il tarixdə həqiqi hərbi xidmətə gedənə qədər Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Osmana məxsus Kamaz təmiri sexində işləyirmiş. O, həqiqi xidmətə getməyi ilə əlaqədar oradan işdən çıxmışdır. O, xidmətini Kəlbəcər rayonunda keçirmiş və 44 günlük 2-ci Qarabağ döyüşlərində iştirak etmişdir. O, 02.07.2021-ci il tarixdə həqiqi hərbi xidmətdən təxris olunduqdan sonra ailəsinin yanına gəlmişdir. O, burada görmüşdür ki, onun ailəsinin sosial vəziyyəti pisdir və buna görə də işləmək qərarına gəlmişdir. Ona məlum olmuşdur ki, o, həqiqi xidmətdə olan zaman anası Şahid Mayıl qızının tanımadığı şəxsə 400 manat pul borcu varmış. O da əvvəllər işlədiyi Osmanın yanına gələrək ona iş verməsini istəmişdir. Lakin Osman bildirmişdir ki, hal-hazırda iş yoxdur. O da oradan çıxıb yenə də iş axtarmağa başlamışdır. Lakin iş tapa bilməmiş və anasının pul borcu olmağı ona ağır gəldiyindən oğurluq etmək qərarına gəlmişdir. 20.07.2021-ci il tarixdə təxminən saat 10:30 radələrində əvvəllər işlədiyi Osmanının təmir sexinə Qobustan qəsəbəsindən yol avtomaşınlarının biri ilə gəlmişdir. O, Osmanının sexinin qarşısında düşmüş və darvazaya yaxınlaşmışdır. O, əvvəldən bilirmiş ki, darvaza aşağıdan əlcəyi sıxmaqla açılır. O da əyilərək darvaznın aşağısından əlcəyi sıxaraq qapını açmış və sexin həyətinə daxil olmuşdur. O, görmüşdür ki, mühafizəçi öz otağında yatıb, o, ofislə mühafizəçinin otağının arasında olan boş otağa daxil olaraq oradan ofisin açarını götürmüş və ofisin qapısını açaraq içəri daxil olmuşdur. O, əvvəldən bilirmiş ki, Osman pulu stolun siyirməsində saxlayır. Buna görə də o, stolun siyirməsini açmış və orada çoxlu pul görmüşdür. O, pulun üzərindən ona lazım olan 500 manat pulu götürərək gəldiyi kimi də ofisi tərk eləmişdir. O, ofisdən çıxan zaman müşahidə kamerasının çəkdiyini görmüş və müşahidə kamerasını elektrik cərəyanından ayıraraq ofisi tərk edib yaşadığı evə gəlmişdir. Bundan sonra o, həmin oğurladığı pulun üzərindən 100 manat götürərək evə bazarlıq etmiş, qalan pulu da anasına borcunu verməsi üçün vermişdir. Anası pulu haradan əldə etdiyini soruşduqda tanışlarından borc aldığını bildirmişdir. O, yuxarıda göstərdiyi oğurluq cinayətini tək etmişdir. O, bu cinayətdən əlavə heç bir cinayət törətməmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 5 il olar ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində Bakı-Astara yolunun üzərində yerləşən avtomobil təmiri sexini alaraq özü istifadə edirmiş. Həmin təmir sexi həyətdən və həyətdə yerləşən 3 otaqdan ibarətmiş. Otaqların birini ofis kimi, 2-ci otaq mühafizəçi otağı, digəri isə anbar kimi istifadə edirmiş. Həmin anbar kimi istifadə etdiyi otaqda ofisin açarı və digər açarlar divardan asılı vəziyyətdə olurmuş. O, 19.07.2021-ci il tarixdə ofisdə olan stolun siyirməsinə 646 manat pul qoyaraq qapını başlayıb açarı həmişəki kimi otaqda divardan asaraq çıxmışdır. 20.07.2021-ci il Qurban bayramı ilə əlaqədar işləmədiklərindən həmin gün o, ofisə gəlmədiyindən mühafizəçi işdə olmuşdur. O, 20.07.2021-ci il tarixdə təxminən saat 13 radələrində o, ofisə gəldikdə ofisdə müşahidə kamerasının elektrikdən açıldığını görmüş və müşahidə kamerasını işə saldıqdan sonra baxdıqda ona məlum olmuşdur ki, 20.07.2021-ci il tarixdə təxminən saat 12 radələrində əvvəllər onun sexinə gəlib getmiş, hərbi xidmətdən yeni gəlmiş Ağaxan ofisə daxil olaraq siyirməyə qoyduğu 640 manat puldan 500 manatını gizli olaraq götürmüşdür. Bundan sonra o, Ağaxanla əlaqə saxlayaraq pulu geri qaytarmasını tələb etmişdir. Lakin Ağaxan pulu qaytarmadığından o, 22.07.2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət etmişdir. Ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. O, Ağaxanın sexə gəlib getdiyi müddətdə adını qısa olaraq Ayxan deyə çağırdıqlarından ərizəsində Ağaxanın adını Ayxan olaraq göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 1990-cı ildə X3 ilə ailə həyatı qurmuş və həmin nikahdan onun iki övladı olmuşdur. Onun həyat yoldaşı Etibar 2014-cü ildə ölmüşdür. Bundan sonra o, iki övladını özü böyütmüşdür. Onun böyük övladı 1993-cü il təvəllüdlü X2 hal-hazırda heç bir yerdə işləmir. Digər oğlu Təqsirləndirilən şəxs isə 2019cu il tarixdə həqiqi hərbi xidmətə getmiş və 02.07.2021-ci il tarixdə hərbi xidmətdən qayıtmışdır. Ağaxan Kəlbəcərin azad olunmasında iştirak etmişdir. Ağaxan həqiqi hərbi xidmətdə olan zaman onun Orxanın övladının xəstə olmasına görə bir neçə nəfərə ümumilikdə 400 manat borcu var imiş. Ağaxan və Orxan heç bir yerdə işləmədiyindən həmin borclu olduğu pulu verə bilmirmiş. 20.07.2021-ci il tarixdə təxminən saat 14 radələrində oğlu Ağaxan evə bazarlıq edərək gələrək bildirmişdir ki, yaxın dostundan 500 manat pul borc almışdır. Ağaxan ona həmin vaxt 400 manat pul verərək borcunu verməsini demişdir. O da həmin pulu götürərək borclu olduğu şəxslərə pulu vermişdir. Ağaxan ona pulu dostundan aldığını bildirdiyindən o, Ağaxandan hansı dostundan və ya kimdən aldığını soruşmamışdır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus ofisə daxil olur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan SX № ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, müharibə iştirakçısı olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 23 iyul 2021-ci ildən 24 iyul 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-330/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-330/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver