Məhkəmə qərarları › İş №1(002)-330/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-330/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-330/2022 20.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, 14 sentyabr 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsi, “N.Nərimanov adına NQÇİ”-nin 4 saylı yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, “N.Nərimanov adına NQÇİ”-nin 4 saylı yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə gizli olaraq qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 18 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 ünvanına hasardan keçməklə yaşayış sahəsi hesab edilən evin qapısını ling vasitəsi ilə açaraq evə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus 80 manat dəyərində 01 ədəd masaüstü qaz sobasını, 90 manat dəyərində 01 ədəd “Markos” markalı su nasosu, 300 manat dəyərində 01 ədəd 4 kvt elektrik generatoru, 40 manat dəyərində 01 ədəd propan qaz balonunu, 1 ədəd dəyəri 3 manat olan üzərində “Racing” yazısı olan, yaşıl rəgli uşaq oyuncağı maşınını, 1 ədəd dəyəri 3 manat olan qırmızı qara rəngli uşaq oyuncağını, 1 ədəd dəyəri 4 manat olan üzərində “Boat” yazısı olan, sarı-gümüşü rəngli 90smx30sm ölçüdə plasmas materialından oyuncaq gəmini, 1 ədəd dəyəri 100 manat olan üzərində “Cressi” yazısı olan, qara rəngli balıq tutmaq üçün nəzərdə tutulmuş oxu, 1 ədəd dəyəri 120 manat olan üzərində “Omer” yazısı olan, balıq tutmaq üçün nəzərdə tutulmuş oxu, 1 ədəd dəyəri 5 manat olan dəmir materialından ağ rəngli çaydanı, 1 ədəd dəyəri 10 manat olan paslanmayan materialdan hazırlanmış diametri 19 sm, hündürlüyü 13 sm olan qazanı, 5 ədəd dəyəri 70 qəpik olan ümumi məbləği 3 manat 50 qəpik təşkil edən uzunsov qabı, 15 ədəd dəyəri 50 qəpik olan ümumi məbləği 7 manat 50 qəpik təşkil edən dayaz qabı, 17 ədəd dəyəri 60 qəpik olan ümumi məbləği 10 manat 20 qəpik təşkil edən dərin qabı, 2 ədəd dəyəri 1 manat olan ümumi məbləği 2 manat təşkil edən buludu, 2 ədəd dəyəri 50 qəpik olan ümumi məbləği 1 manat təşkil edən kofe fincanını, 2 ədəd dəyəri 2 manat olan ümumi məbləği 4 manat təşkil edən yaşıl rəngli yarpaq formalı buludu, ümumilikdə 783 manat 20 qəpik dəyərində Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan əlavə o, təkrarən tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin saxlanc yeri hesab edilən elektrik təsərrüfatı və elektrik avadanlıqları sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə məxsus 1 kq-nın qiyməti 4.54 manat olmaqla 0.4 kv AS-50 markalı 650 kq olan aliminium veriliş xətlərini gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 2977 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə gizli olaraq qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə 18 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 ünvanına hasardan keçməklə yaşayış sahəsi hesab edilən evin qapısını ling vasitəsi ilə açaraq evə qanunsuz daxil olub Zərərçəkmiş şəxs1 məxsus 80 manat dəyərində 01 ədəd masaüstü qaz sobasını, 90 manat dəyərində 01 ədəd “Markos” markalı su nasosu, 300 manat dəyərində 01 ədəd 4 kvt elektrik generatoru, 40 manat dəyərində 01 ədəd propan qaz balonunu, 1 ədəd dəyəri 3 manat olan üzərində “Racing” yazısı olan, yaşıl rəgli uşaq oyuncağı maşınını, 1 ədəd dəyəri 3 manat olan qırmızı qara rəngli uşaq oyuncağını, 1 ədəd dəyəri 4 manat olan üzərində “Boat” yazısı olan, sarı-gümüşü rəngli 90smx30sm ölçüdə plasmas materialından oyuncaq gəmini, 1 ədəd dəyəri 100 manat olan üzərində “Cressi” yazısı olan, qara rəngli balıq tutmaq üçün nəzərdə tutulmuş oxu, 1 ədəd dəyəri 120 manat olan üzərində “Omer” yazısı olan, balıq tutmaq üçün nəzərdə tutulmuş oxu, 1 ədəd dəyəri 5 manat olan dəmir materialından ağ rəngli çaydanı, 1 ədəd dəyəri 10 manat olan paslanmayan materialdan hazırlanmış diametri 19 sm, hündürlüyü 13 sm olan qazanı, 5 ədəd dəyəri 70 qəpik olan ümumi məbləği 3 manat 50 qəpik təşkil edən uzunsov qabı, 15 ədəd dəyəri 50 qəpik olan ümumi məbləği 7 manat 50 qəpik təşkil edən dayaz qabı, 17 ədəd dəyəri 60 qəpik olan ümumi məbləği 10 manat 20 qəpik təşkil edən dərin qabı, 2 ədəd dəyəri 1 manat olan ümumi məbləği 2 manat təşkil edən buludu, 2 ədəd dəyəri 50 qəpik olan ümumi məbləği 1 manat təşkil edən kofe fincanını, 2 ədəd dəyəri 2 manat olan ümumi məbləği 4 manat təşkil edən yaşıl rəngli yarpaq formalı buludu, ümumilikdə 783 manat 20 qəpik dəyərində Zərərçəkmiş şəxs1 məxsus əmlakı gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə gizli olaraq qanunsuz daxil olaraq özgə əmlakını talayıb zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin saxlanc yeri hesab edilən elektrik təsərrüfatı və elektrik avadanlıqları sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə məxsus 1 kq-nın qiyməti 4.54 manat olmaqla 0.4 kv AS-50 markalı 650 kq olan aliminium veriliş xətlərini gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 2977 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə gizli olaraq qanunsuz daxil olaraq özgə əmlakını talayıb zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin saxlanc yeri hesab edilən elektrik təsərrüfatı və elektrik avadanlıqları sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinə məxsus 1 kq-nın qiyməti 4.54 manat olmaqla 0.4 kv AS-50 markalı 650 kq olan aliminium veriliş xətlərini gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxsə ümumilikdə 2977 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 onun əmisi oğludur. 18 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Pirsaat bağ massivi ərazisində piyada gəzişən zaman bir ev görmüş, həmin evin işıqları sönülü olmuş, həmin vaxt evdə heç kim olmamış, orada Səbayel ilə birlikdə həmin evdən oğurluq etməyi planlaşdırmış, bundan sonra Səbayel ilə birlikdə evin həyətinə hasardan tullanmışdır. Səbayel ilə birlikdə həyəti dolaşdıqdan sonra vint açan alətlə evin qapısını açıb içəri daxil olmuş, evdən 01 ədəd masaüstü qaz sobasını, 01 ədəd su nasosu, 01 ədəd elektrik generatoru, 01 ədəd propan qaz balonunu, 1 ədəd uşaq oyuncağı maşınını, 1 ədəd uşaq oyuncağını, 1 ədəd plasmas materialından oyuncaq gəmini, 2 ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş oxlar, 1 ədəd dəmir materialından ağ rəngli çaydanı, 1 ədəd paslanmayan materialdan hazırlanmış qazanı, 5 ədəd uzunsov qabı, 15 ədəd dəyəri dayaz qabı, 17 ədəd dərin qabı, 2 ədəd buludu, 2 ədəd kofe fincanını, 2 ədəd yaşıl rəngli yarpaq formalı buludu oğurlayıb kisələrə yığaraq evin həyətindən çıxardıb aparıb onun yaşadığı evin həyətinə qoymuş, apardığı əşyalardan 01 ədəd masaüstü qaz sobasını, 01 ədəd su nasosu, 01 ədəd elektrik generatoru, 01 ədəd propan qaz balonunu tanımadığı səyyari metal yığan şəxsə 20 iyun 2022-ci il tarixdə Sahil qəsəbəsində 200 manata satmış və əldə etdiyi 200 manat pulu öz aralarında 2 hissəyə bölmüşlər. Digər əşyalar isə onun yaşadığı evin həyətində gizlədərək saxlamış, həmin əşyalara müştəri axtarsa da onları heç kimə sata bilməmiş, polis əməkdaşları onu saxladıqdan sonra həmin Zərərçəkmiş şəxs1 evindən oğurladığı və sata bilmədiyi əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Bundan başqa o, 2019-cu ildə Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsində yerləşən Neftayırma zavodunda mühafizəçi işləyən zaman Təqsirləndirilən şəxs3la tanış olmuş, həmin zamandan münasibətləri yaranmış, Təqsirləndirilən şəxs3 vasitəsi ilə onun dostu Təqsirləndirilən şəxs4 tanımış, xx.xx.2022-ci il tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs3 yaşadığı evə gələrək onunla görüşmüş, onlar birlikdə söhbət edən zaman Təqsirləndirilən şəxs3 axşam Təqsirləndirilən şəxs4 ilə birlikdə “Nəriman Neft” in həyətindən oğurluq edəcəklərini bildirmiş, Təqsirləndirilən şəxs3 onlarla birlikdə NQÇİ-dən oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs3 təklifi ilə razılaşaraq xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə onun yaşadığı “Nəriman Neft NQÇİ”-nin 4 saylı yataqxanasının qarşısına gəlmiş, onlar orada Təqsirləndirilən şəxs4 ilə görüşmüş, birlikdə öz aralarında edəcəkləri hərəkətləri bölüşdürmüş, Şamxal və Mahir ilə birlikdə NQÇİ-nin hasarından içəri daxil olmuş, orada “Boya” sexinin qarşısında Mahirin onları gözləyəcəyini, Şamxal ilə o, orada olan ikinci hasarı aşaraq elektrosexin içərisindən kabelləri hasardan Mahirə verəcəyini, bundan sonra birlikdə köməkləşib NQÇİ-nin həyətindən çıxardaraq məhəllədə boş sahə olan sonradan tanıdığı Şahid1 əvvəllər babasının bağı olmuş sahəyə yığacaqlarını, səhərisi axşam Bakı şəhəri Bayıl qəsəbəsində yerləşən metal qəbulu məntəqələrinin birinə Mahirin idarə etdiyi avtomaşınla aparıb təhvil verəcəyini, əldə edilmiş pulu 3 hissəyə ayıracaqlarını razılaşmışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində Mahir, Şamxal və o, Mahirin yaşadığı yataqxananın həyətində yığışmış və hava qaranlıq olduğundan NQÇİ-nin hasarına tərəf getmiş, orada əvvəldən razılaşdığı üzrə hərəkət etməyə başlamış, onlar hasarı aşdıqdan sonra Mahir boya sexinin qapısının qarşısında dayanmış, onunla Şamxal ikinci hasarı aşaraq elektrosexin həyətinə tullanmış, oradan Şamxal ilə birlikdə sexin içərisinə daxil olaraq oradan 8 rulon aliminium məftilləri köməkləşib götürərək hasarın dibinə yığmış, bundan sonra Şamxal ilə birlikdə köməkləşib həmin rulonları hasardan tullamış, Mahir də hasarın o biri tərəfindən rulonları alaraq yerə yığmış, Şamxal ilə birlikdə hasarı aşaraq Mahirin olduğu yerə gəlmiş və oradan da yenə digər hasarın üzərindən rulon kabelləri tulladıqdan sonra özləri də hasardan aşaraq NQÇİ-nin həyətini tərk etmiş, onlar köməkləşərək oğurladıqları rulon kabelləri əvvəlcədən hazırladıqları Elvinin babasının əvvəllər bağı olmuş sahəyə yığmış və səhərisi günü görüşəcəkləri vədələşərək evlərinə getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində Mahir onu yaşadığı evdən götürərək oğurladıqları aliminium rulonları aparmaq üçün həmin yerə gəlmiş, yolda Mahir tanışı olan Elvini də idarə etdiyi avtomaşına əyləşdirmiş və yolda Elvinə oğurluq etdiklərini bildirmiş, Elvində onlara etiraz edərək oğurluq əşyaları onun babasının bağına yığmaqlarını irad bildirərək, həmin oğurluq əşyaları oradan təcili götürməklərini deyək onlarla birlikdə oğurladığı 8 rulon aliminium kabelləri yığdıqları yerə gələrək Mahirin idarə etdiyi “Opel Astra” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşına yükləyən zaman Şamxal da gəlmiş, onlar birlikdə köməkləşib rulonların hamısını avtomaşına yüklədikdən sonra Elvin yanından getmiş, Şahid1 onun Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə birikdə törətmiş olduqları oğurluq cinayətində iştirak etməmiş, həmçinin oğurluq etməklərindən əvvəlcədən xəbəri olmamış, Mahir idarə etdiyi avtomaşını idarə edərək həmin oğurladıqları materialları satmağa aparmış, onunla birlikdə Şamxal da çıxıb evə getmiş, səhərisi işilə əlaqədar olaraq Nəvai şəhərinə getmiş, orada ona məlum olmuşdur ki, Mahir, Şamxal və Elvin polislər tərəfindən tutulmuşlar. O, bütün işlərini həll etdikdən sonra xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə yaşadığı Ələt qəsəbəsinə gəlmiş, evə çatan kimi polis əməkdaşları onu yolda tutaraq polis bölməsinə gətirmişdir. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq cinayətini əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmiş, onlar oğurluq planını birgə qurmuşdur. Elə bilmişdir ki, əmisi oğlu Səbayel ilə birlikdə oğurlayaraq satdığı 01 ədəd masaüstü qaz sobasını, 01 ədəd su nasosu, 01 ədəd elektrik generatoru, 01 ədəd propan qaz balonunu etiraf etməsə cəzası yüngülləşəcək. Zərərçəkmiş şəxs1 məxsus evdən əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlayaraq bir hissəsini satdığı 01 ədəd masaüstü qaz sobasını, 01 ədəd su nasosu, 01 ədəd elektrik generatoru, 01 ədəd propan qaz balonu onlardan alan şəxs həmin əşyaların oğurluq olmasını əvvəlcədən bilmirmiş, həmin əşyaların özlərinə məxsus olduğunu və pula ehtiyac olduğu üçün satdıqlarını bildirmişlər. Birinci dəfə imiş ki, həmin NQÇİ-nin həyətindən oğurluq etmiş, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs3 həmin aliminium veriliş xətlərini satmağa apararkən polis əməkdaşları tərəfindən saxlanılmış, apardığı aliminium veriliş xətlərini sata bilməmiş, o, onunla birlikdə oğurluq edən Mahir və Şamxal mühafizəçiləri həmin zaman hadisə yerində görməmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, hal-hazırda zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələblərin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla heç bir münasibəti və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 onun əmisi oğludur. 18 iyun 2022-ci il tarixdə saat 23:30 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Pirsaat bağ massivi ərazisində piyada gəzişən zaman bir ev görmüş, həmin evin işıqları sönülü olmuş, həmin vaxt evdə heç kim olmamış, orada Səbuhi ilə birlikdə həmin evdən oğurluq etməyi planlaşdırmış, bundan sonra Səbuhi ilə birlikdə evin həyətinə hasardan tullanmış, Səbuhi ilə birlikdə həyəti dolaşdıqdan sonra vint açan alətlə evin qapısını açıb içəri daxil olmuş, evdən 01 ədəd masaüstü qaz sobasını, 01 ədəd su nasosu, 01 ədəd elektrik generatoru, 01 ədəd propan qaz balonunu, 1 ədəd uşaq oyuncağı maşınını, 1 ədəd uşaq oyuncağını, 1 ədəd plasmas materialından oyuncaq gəmini, 2 ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş oxlar, 1 ədəd dəmir materialından ağ rəngli çaydanı, 1 ədəd paslanmayan materialdan hazırlanmış qazanı, 5 ədəd uzunsov qabı, 15 ədəd dəyəri dayaz qabı, 17 ədəd dərin qabı, 2 ədəd buludu, 2 ədəd kofe fincanını, 2 ədəd yaşıl rəngli yarpaq formalı buludu oğurlayıb kisələrə yığaraq evin həyətindən çıxardıb aparıb onun yaşadığı evin həyətinə qoymuş, apardıqları əşyalardan 01 ədəd masaüstü qaz sobasını, 01 ədəd su nasosu, 01 ədəd elektrik generatoru, 01 ədəd propan qaz balonunu tanımadıqları səyyari metal yığan şəxsə 20 iyun 2022-ci il tarixdə Sahil qəsəbəsində 200 manata satmış və əldə etdikləri 200 manat pulu öz aralarında 2 hissəyə bölmüşlər. Digər əşyalar isə Səbuhi yaşadığı evin həyətində gizlədərək saxlamış, həmin əşyalara müştəri axtarsa da onları heç kimə sata bilməmiş, polis əməkdaşları Səbuhini saxladıqdan sonra Zərərçəkmiş şəxs1 evindən oğurladığı və sata bilmədiyi əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq cinayətini əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmiş, onlar oğurluq planını birgə qurmuş, elə bilmişdir ki, əmisi oğlu Səbuhi ilə birlikdə oğurlayaraq satdığı 01 ədəd masaüstü qaz sobasını, 01 ədəd su nasosu, 01 ədəd elektrik generatoru, 01 ədəd propan qaz balonunu etiraf etməsə cəzası yüngülləşəcək. Zərərçəkmiş şəxs1 məxsus evdən əmisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlayaraq bir hissəsini satdığı 01 ədəd masaüstü qaz sobasını, 01 ədəd su nasosu, 01 ədəd elektrik generatoru, 01 ədəd propan qaz balonu onlardan alan şəxs həmin əşyaların oğurluq olmasını əvvəlcədən bilmirmiş, həmin əşyaların özlərinə məxsus olduğunu və pula ehtiyac olduğu üçün satdıqlarını bildirmişlər. Zərərçəkmiş şəxs1 məxsus evdən başqa heç bir evdən və başqa saxlanc yerindən oğurluq etməmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası FHN-nin DYMH-nin Umbakı qəsəbəsində yerləşən 12 saylı YMD-də yanğınsöndürən işləyirmiş. “Opel Astra” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir. Təqsirləndirilən şəxs4 yaşadığı məhəllədən tanıyır, onların münasibətləri normal olmuş, Şahid1 əvvəllər onların məhəlləsində yaşadığından onunla da münasibətləri normal olmuş, Təqsirləndirilən şəxs1 isə onun mühafizəçi işlədiyi “Nərimanov adına NQÇİ”-dən tanıyır, onunla da münasibətləri normal olmuşdur. Yaşadığı yataqxana həmin NQÇİ-nin yaxınlığında yerləşdiyindən Səbuhi ilə 2019-cu ildən münasibəti yaranmış və həmin vaxtdan da dost olmuş, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Şamxal yaşadığı yataqxananın həyətində olan zaman yanında Səbuhi ilə birlikdə gələrək Şamxalla görüşmüş və bir az söhbət etdikdən sonra borclarını necə qaytaracağını fikirləşən zaman Şamxal axşam “Nərimanov Neft” NQÇİ-nin həyətindən kabel oğurlamasını təklif etmiş, onlar bu barədə oturub söhbət etmiş və öz aralarında edəcəkləri hərəkətləri bölüşdürmüş, Səbuhi və Şamxal ilə birlikdə NQÇİ-nin hasarından içəri daxil olub, orada “Boya” sexinin qarşısında onun onları gözləyəcəyini, Səbuhi ilə Şamxalın orada olan ikinci hasarı aşaraq elektrosexin içərisindən kabelləri hasardan ona verəcəyini və bundan sonra birlikdə köməkləşib NQÇİ-nin həyətindən çıxardaraq məhəllədə boş sahə olan Elvinin əvvəllər babasının bağı olmuş sahəyə yığacağını, səhərisi axşam Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən metal qəbulu məntəqələrinin birinə onun tək idarə etdiyi avtomaşınla aparıb təhvil verəcəyini, əldə edilmiş pulu 3 hissəyə ayıracağını razılaşmışlar. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Şamxal, Səbuhi ilə birlikdə yaşadığı yataqxananın həyətində yığışmış və hava qaranlıq olduğundan NQÇİ-nin hasarına tərəf getmiş, orada əvvəldən razılaşdığı üzrə hərəkət etməyə başlamış, onlar hasarı aşdıqdan sonra boya sexinin qapısının qarşısında dayanmış, Şamxalla Səbuhi ikinci hasarı aşaraq elektrosexin həyətinə tullanmış, oradan Səbuhi ilə Şamxal sexin içərisinə daxil olaraq 8 rulon aliminium məftilləri köməkləşib götürərək hasarın dibinə yığmış, bundan sonra Səbuhi ilə Şamxal köməkləşib həmin rulonları hasardan tullamış, hasarın o biri tərəfindən rulonları alaraq yerə yığmış, Səbuhi ilə Şamxal hasarı aşaraq onun olduğu yerə gəlmiş və oradan da yenə digər hasarın üzərindən rulon kabelləri tulladıqdan sonra özləri də hasardan aşaraq NQÇİ-nin həyətini tərk etmiş, onlar köməkləşərək oğurladıqları rulon kabelləri əvvəlcədən hazırladığı Elvinin babasının əvvəllər bağı olmuş sahəyə yığmış, səhərisi günü görüşəcəklərini vədələşərək evlərinə getmişlər. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində idarə etdiyi avtomaşınla Bakı şəhərindən yaşadığı yataqxanaya gələn zaman Elvin onun mobil telefonuna zəng edərək onu da yataqxanaya aparmağını demişdir. Elvini də Xocəsən qəsəbəsindən idarə etdiyi avtomaşına sərnişin qismində götürərək yataqxanaya gələn zaman yolda Elvinə NQÇİ-dən oğurluq etdiyini bildirmiş, lakin Elvinə onlara kömək etməsini deməmiş, həmin gün saat 22 radələrində Səbuhi ilə oğurladığı aliminium məftil rulonlarını idarə etdiyi avtomaşına yükləyən zaman Elvində onların yanına gəlmiş, onlarla köməkləşib həmin kabelləri avtomaşına yükləmiş, bir neçə dəqiqədən sonra Şamxal da gəlmiş və o da onlara köməklik etmiş, bütün kabelləri avtomaşına yüklədikdən sonra Elvin işlədiyi YMD-nə getmiş, bir qədər gözlədikdən sonra idarə etdiyi avtomaşın ilə Bakı şəhəri, Bayıl qəsəbəsinə metal qəbulu məntəqələrindən birinə kabelləri təhvil vermək üçün getmişdir. Yolda Elvini görmüş və Elvinə şəhərə getdiyini bildirmişdir. Elvin də onun idarə etdiyi avtomaşında qabaq sərnişin oturacaqda əyləşmişdir. Onlar Bakı şəhəri istiqamətində yola çıxan kimi arxalarında Post Patrul avtomaşınının olduğunu görmüş, həmin avtomaşından polis əməkdaşları səsucaldığı vasitəsi ilə avtomaşını saxlamağı xahiş etmiş, lakin avtomaşını saatda 110-120 km sürətlə hərəkət etdirərək avtomaşını saxlamamışdır. Elvin ona avtomaşını saxlamağı xahiş etsə də avtomaşının çoxlu cəriməsi olduğunu, buna görə də avtomaşını saxladıqları halda cərimə meydançasına aparacaqlarını və oğurluq malla tutulmaq istəmədiyini deyərək sürəti bir az da artırmış, bu zaman PPX avtomaşını da onların arxasına sürətini artırmış, polislərin bir neçə dəfə səsucaldan vasitəsi ilə dayanma xəbərdarlıqlarına baxmayaraq avtomaşını sürətlə idarə etmiş, PPX əməkdaşları onun avtomaşını saxlamayacağını görüb odlu silahdan xəbərdarlıq olaraq atəş açmağa başlamış, onlar bir neçə dəfə göyə atəş açdıqlarına baxmayaraq avtomaşını saxlamamış, onlar bir qədər getdikdən sonra Lökbatan qəsəbəsində Lökbatan dairəsinə çatanda avtomaşınların çox olduğunu görüb avtomaşınların arasından keçmək istədikdə idarə etdiyi avtomaşını yolda olan bir neçə avtomaşına vurmuşdur. Bu zaman qabağa getmək mümkün olmadığından idarə etdiyi avtomaşını geriyə vermək istəyəndə arxada PPX avtomaşını dayanmış və polis əməkdaşları yerə düşərək odlu silahdan onun idarə etdiyi avtomaşının təkərlərinə güllə vurmuşlar ki, avtomaşın dayansın. Avtomaşının təkəri partladığından avtomaşını saxlamış və polis əməkdaşları qapını açaraq onları avtomaşından çıxardaraq polis bölməsinə aparmışdır. Birinci dəfə imiş ki, oğurluq edirmiş, onun ilə birlikdə oğurluq edən Şamxalla Səbuhi mühafizəçiləri həmin zaman hadisə yerində görməmiş, məhəllədə olan zaman Şamxal onunla Səbuhiyə oğurluq etməyi təklif etmiş, 11-ci PB-nin əməkdaşları tərəfindən saxlanılarkən ona heç bir fiziki güc tətbiq edilməmiş, digər cinayətlər etmədiyini bildirmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, hal-hazırda zərərçəkmiş hüquqi şəxslə barışdığını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, “Mersedes” markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. Təqsirləndirilən şəxs3 yaşadığı məhəllədən tanıyır, onların münasibətləri normal olmuş, Şahid1 əvvəllər onların məhəlləsində yaşadığından onunla da münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı yataqxananın həyətində olan zaman Mahir yanında əvvəllər tanımadığı sonradan adını Səbuhi kimi bildiyi şəxs ilə onun yanına gəlib axşam “Nərimanov Neft” NQÇİ-nin həyətindən kabel oğurlayıb satmalarını təklif etmiş, onlar bu barədə oturub söhbət etmiş və öz aralarında edəcəkləri hərəkətləri bölüşdürmüşlər. O, Səbuhi və Mahir birlikdə NQÇİnin hasarından içəri daxil olub, orada “Boya” sexinin qarşısında Mahirin onların gözləyəcəyini, Səbuhi ilə o, orada olan ikinci hasarı aşaraq elektrosexin içərisindən kabelləri hasardan Mahirə verəcəyklərini və bundan sonra birlikdə köməkləşib NQÇİ-nin həyətindən çıxardaraq məhəllədə boş sahə olan Elvinin əvvəllər babasının bağı olmuş sahəyə yığacaqlarını, səhərisi axşam Bakı şəhəri, Bayıl qəsəbəsində yerləşən metal qəbulu məntəqələrinin birinə Mahirin tək idarə etdiyi avtomaşınla aparıb təhvil verəcəyini, əldə edilmiş pulu üç hissəyə ayıracaqları barədə razılıq əldə etmişlər. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Mahir, Səbuhi və o, onların yaşadığı yataqxananın həyətində yığışmış və hava qaranlıq olduğundan NQÇİ-nin hasarına tərəf getmiş, orada əvvəldən razılaşdığı üzrə hərəkət etməyə başlamış, onlar hasarı aşdıqdan sonra Mahir boya sexinin qapısının qarşısında dayanmış, onun ilə Səbuhi ikinci hasarı aşaraq elektrosexin həyətinə tullanmış, oradan Səbuhi ilə o, sexin içərisinə daxil olaraq oradan 8 rulon aliminium məftilləri köməkləşib götürərək hasarın dibinə yığmış, bundan sonra Səbuhi ilə o, köməkləşib həmin rulonları hasardan tullamış, Mahir də hasarın o, biri tərəfindən rulonları alaraq yerə yığmış, Səbuhi ilə o, hasarı aşaraq Mahirin olduğu yerə gəlmiş və oradan da yenə digər hasarın üzərindən rulon kabelləri tulladıqdan sonra özləri də hasardan aşaraq NQÇİ-nin həyətini tərk etmiş, onlar köməkləşərək oğurladığı rulon kabelləri əvvəlcədən hazırladığı Elvinin babasının əvvəllər bağı olmuş sahəyə yığmış, səhərisi günü görüşəcəklərini vədələşərək evlərinə getmişlər. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində həmin yerə gəldikdə orada Mahir, Səbuhi və Elvinin birlikdə köməkləşib oğurladıqları aliminium rulonlarını Mahirin idarə etdiyi “Opel Astra” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomaşına yüklədiklərini görümüş, onlara köməklik edib rulonların hamısını avtomaşına yüklədikdən sonra Elvin onların yanından getmiş, Mahir idarə etdiyi “Opel Astra” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə oğurladıqları materialları satmağa aparmış, onun ilə Səbuhi də çıxıb evə getmişdir. Onun ilə birlikdə oğurluq edən Mahirlə Səbuhi mühafizəçiləri həmin zaman hadisə yerində görməmiş, məhəllədə olan zaman Mahirlə Səbuhi ona oğurluq etməyi təklif etmiş, digər cinayətlər etməmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, İİ Qarabağ müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunduğunu, hal-hazırda zərərçəkmiş hüquqi şəxslə barışdığını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. ünvan 6 bağ evi vardır. Onlar yay mövsümü üçün orada gedib yaşayırlar. 18 iyul 2022-ci il tarixdə bağ evinə getmiş və evdə oğurluq hadisəsi baş verdiyini görmüş, ona məxsus olan mənzildən 80 manat dəyərində 01 ədəd qaz sobası, 90 manat dəyərində 01 ədəd 4 kvt elektrik generatoru, 40 manat dəyərində 01 ədəd propan qaz balonunu, 2 ədəd qiymətini bilmədiyi balıq tutmaq üçün silah, 2 ədəd ümumi dəyəri 300 manat təşkil edən oturacaqlar, 300 manat təşkil edən boşqablar oğurlanmışdır. Dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və daha sonra gedib ərizə yazmışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixdən “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Elektrik təchizatı və elektrik avadanlıqları sahəsinin rəis müavini vəzifəsində işləyir. Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsində onun işlədiyi NQÇİ-nin özü və 4 saylı yataqxanası yerləşir. xx.xx.2022-ci il tarixdə səhər işə gəldikdə ona məlum olmuşdur ki, onun işlədiyi sahənin anbarının həyətindən oğurluq olmuş, həmin anbarın həyətindən 0.4 kv AS-50 markalı 650 kq aliminium elektrik veriliş xətti naməlum şəxs və ya şəxslər tərəfindən gizli olaraq oğurlanmış, bu barədə rəhbərliyə məlumat verdikdə ona bildirmişlər ki, xx.xx.2022-ci il tarixdə təxminən gecə saatlarında anbarın həyətindən oğurluq etmiş şəxslər Qaradağ RPİnin 11-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmışlar. Onun nümayəndəsi olduğu NQÇİyə 2977 manat maddi ziyan dəymiş və oğurlanmış bütün əmlaklar müvafiq ekspertizalar keçirildikdən sonra onlara təhvil verilmiş və beləliklə NQÇİ-yə vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Zərərçəkmiş hüquqi şəxs “Azneft” İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin ƏÇPA-nın polis nəfəri işləyir. xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində xidmət apardığı 9693 çağırışlı avtopatrulda ərazidə xidmətdə olarkən efir vasitəsi ilə PPX-nin 6755 çağırışlı avtopatrul efir vasitəsi ilə “Oplel Astra” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili təqib etdiklərini bildirirək YPXnin 255 çağırışlı avtomaşını Primorski ərazisində giriş körpüsündə hərəkəti məhdudlaşdırmasını bildirmiş, həmin avtomobili yaradılmış süni mayenəni dəf edərkən orda olan avtomobilərə maddi ziyan vuraraq hərəkətini davam etdirmiş, daha sonra YPXnin 255 çağırışlı ekipaj ərazidə olan ÇPA-nın əməkdaşlarından köməklik istəmiş, bu zaman onlar həmin istiqamətdə hərəkətdə olmuş, bu zaman efir vasitəsi ilə 3112-yə onlara və 9692 çağırışlı avtopatrula 14-cü km-ə yaxınlaşmağı və orada süni tıxac yaradaraq avtomobili saxlanmasını təmin etməyi bildirmişlər. Dərhal Bakı-Ələt yolunun 17-ci km-ə yaxınlaşaraq “Socar” yanacaq doldurma məntəqəsinin qarşısında şəhər istiqamətində nəqliyyatın hərəkətini süni tıxac yaradıb dayandırmış, bu zaman həmin avtomobil onlara doğru hərəkət edərək özünü və ətrafdakıların həyat və sağlamlığına real təhlükə yaradaraq avtomobili digər nəqliyyat vasitələrinə onlara ciddi maddi ziyan vurmuş, həmin avtomobildə olan şəxslər polis əməkdaşlarının dayan əmrinə tabe olmayaraq polis əməkdaşlarının həyətlarına real təhlükə yaradaraq avtomobili üzərlərinə sürmüşdür. Yaranmış şəraitdə əlaqədar olaraq “Opel” markalı avtomobili sahibinin edə biləcəyi cinayətin qarşısının alınması məqsədi ilə Şahid2 xidməti tabel silahından istifadə edərək avtomobilin qabaq və arxa sağ təkərlərinin hərəsinə bir dəfə olmaqla atəş açmışdır. O isə qabaq sol təkərinə 4 ədəd güllədən istifadə edərək atəş açmış, bundan sonra həmin avtomobil məcburi şəkildə hərəkətini dayandırmış, onlar həmin şəxsləri fiziki qüvvə vasitəsi ilə avtomobildən düşürərək qollarına qandal vuraraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmiş,11-ci PB-də onlara məlum olmuşdur ki, həmin şəxslər sürücü xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3, sərnişin xx.xx.1997-ci il təvəllüdlü Şahid1dur. Məhkəmə iclasında Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri işləyir, xx.xx.2022-ci il tarixdə saat 22:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal qəsəbəsində xidmətdə olduğu 67-55 çağırışlı avtopatrulda postaçı yoldaşı Şahid7 ilə birlikdə xidmətdə olarkən Qaradağ RPİ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Ruhin Qurbanov efir vasitəsi ilə “Oplel Astra” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin oğurluqda şübhəli olduğunu və avtomobilin dayandırılmasının məcburi olduğunu bildirmiş, bu zaman onlar gecənin tağım komandiri Baxşəliyev Beyrəyə efir vasitəsi ilə məlumat verib və həmin avtomobili müşayiət etməyə başlamış, sürücünün onların saxla işarəsinə məhəl qoymadığını görüb DYP-nin əməkdaşlarının onlara kömək etməsini efir vasitəsi ilə bildirmiş, onlar həmin avtomobili müşayiət edən zaman 65-57 çağırışlı avtopatrulun ekipajı Sahil qəsəbəsi yaxınlığında süni tıxac yaratmış, lakin sürücü buna məhəl qoymayıb bir neçə avtomobilə zərər vuraraq Lökbatan istiqamətinə hərəkət etməyə başlamış, onlar sürücünü müşayiət etmiş, dəfələrlə saxla işarəsini vermiş, lakin sürücü onlara tabesizlik göstərərək yoluna davam etmişdir. Onlar dərhal 96-93 çağırışlı avtopatrula efir vasitəsi ilə məlumat verib Lökbatan qəsəbəsi ərazisində süni tıxac yaratmasını bildirmiş, dərhal Lökbatan qəsəbəsi ərazisində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yolu bağlayaraq süni tıxac yaratmış, həmin sürücü eyni hərəkəti təkrar edərək yenə də bir neçə avtomobilə və vətəndaşların həyat və sağlamlığına təhlükə yaradıb bir neçə avtomobilə zərər vurmuş, avtopatrulu dərhal saxlayıb ekipaj ilə birlikdə həmin avtomobilə doğru qaçmış, həmin sürücü vətəndaşlara təhlükə yaratdığı üçün özünə doğru mövqey seçib əvvəlcə havaya 3 xəbərdarlıq atəşi, sonra isə avtomobilin arxa və qabaq sol təkərinə 10 dəfə atəş açmış, həmin atəşdən sonra avtomobil hərəkətini dayandırmış, o və postaçı yoldaşı dərhal avtomobilə yaxınlaşıb sürücüdən avtomobili tərk etməsini bildirmiş, lakin, o, onlara tabesizlik göstərmiş, onlar sürücünü və yanında olan vətəndaşı avtomobildən düşürtmüş, Qaradağ RPİ-nin 11-ci PBnin əməkdaşları ilə birlikdə tərəflərindən 11-ci PB-nə gətirilmiş, 11-ci PB-də onlara məlum olmuşdur ki, həmin şəxslər sürücü Təqsirləndirilən şəxs3 və sərnişin Şahid1dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Şahid6 ifadəsi ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, ailəsi birlikdə əvvəllər Sənqaçal qəsəbəsində “Nərimanov Neft” NQÇİ-nin yataqxanasında qaçqın kimi məskunlaşdığından orada yaşayan şəxsləri tanıyır. Həmin binanın həyətidə babası Rzaqulunun balaca bağı olmuş, xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Yanğından X7 qəsəbəsində yerləşən “Nərimanov Neft” QÇİnin YMD-də xidmət edir. xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Qala qəsəbəsindən işlədiyi “Nərimanov Neft NQÇİ”-nə gələn zaman işə getmək üçün mülki paltarını dəyişməkdən ötrü babasının evinə getmiş, babası rəhmətə getdiyindən həmin evdə dayısı Qalib tək yaşayırmış. İşə gedəndə və işdən çıxanda həmişə paltarlarını həmin evdə dəyişir, paltarını dəyişmək üçün babasının evinə gedən zaman yolda köhnə məhəllə uşaqları olan Şamxalla Mahiri görmüş, Mahir ona bildirmişdir ki, onun babasının bağına bir balaca mis kabel və alimininum yığmış, onları köməkləşib idarə etdiyi avtomaşına yığmaq lazım olduğunu bildirmiş, həmin materialların oğurluq olduğunu zənn edib onların bağda qalmaması üçün Mahir və Şamxal ilə birlikdə onların bağına getmişdir. Orada Şamxal və Mahir ilə birlikdə köməkləşib babasının bağında olan mis kabeli və aliminium məftiləri Mahirin idarə etdiyi “Opel Astra” markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa baqaj hissəsinə yığan zaman adını sonradan bildiyi Səbuhi adlı şəxs də onların yanına gəlmiş və onlara kömək etməyə başlamış, bu zaman orada adam çox olduğunu görüb Mahirə işə baş çəkmək üçün getdiyini bildirmiş, iş yerinə, yəni “Nərimanov Neft” NQÇİ-nin YMD-nə getmiş, orada həmin gün işdə olmadığını öyrənmiş, buna görə də yola çıxaraq yol maşınları ilə evə getmək istəyən zaman Mahir idarə etdiyi avtomaşınla gələrək onun yanında saxlamış və şəhərə tərəf getdiyini bildirmiş, onun şəhərə getdiyini bilib avtomaşınında qabaq sərnişin oturacağında əyləşmiş, avtomaşında mis kabelin və aliminium məftillərin olduğunu və həmin materialların oğurluq olduğunu əvvəlcədən bilirmiş, onlar Bakı şəhəri istiqamətində yola çıxan kimi arxalarında Post Patrul avtomaşınının olduğunu görmüş, həmin avtomaşından polis əməkdaşları səsucaldığı vasitəsi ilə avtomaşını saxlamağı xahiş etmiş, lakin Mahir avtomaşını saatda 110-120 sürətlə hərəkət etdirərək avtomaşını saxlamamış, Mahirə avtomaşını saxlamağı xahiş etsə də Mahir avtomaşının çoxlu cəriməsi olduğunu, buna görə də avtomaşını saxladıqları halda cərimə meydançasına aparacaqlarını və oğurluq malla tutulmaq istəmədiyini deyərək sürəti bir az da artırmış, bu zaman PPX avtomaşını da onların arxasınca sürətini artırmışdır. Mahir polislərin bir neçə dəfə səsucaldan vasitəsi ilə dayanma xəbərdarlıqlarına baxmayaraq avtomaşını sürətlə idarə edirmiş, PPX əməkdaşları Mahirin avtomaşını saxlamayacağını görüb odlu silahdan xəbərdarlıq olaraq atəş açmağa başlamış, onlar bir neçə dəfə göyə atəş açdıqlarına baxmayaraq Mahir avtomaşını saxlamamış, onlar bir qədər getdikdən sonra Lökbatan qəsəbəsində Lökbatan dairəsinə çatanda avtomaşınların çox olduğunu görüb Mahir avtomaşınların arasından keçmək istədikdə o, idarə etdiyi avtomaşını yolda olan bir neçə avtomaşına vurmuş, bu zaman qabağa getmək mümkün olmadığından Mahir idarə etdiyi avtomaşını geriyə vermək istəyəndə arxada PPX avtomaşını dayanmış, polis əməkdaşları yerə düşərək odlu silahdan Mahirin idarə etdiyi avtomaşının təkərlərinə güllə vurmuşlar ki, Mahir dayansın. Avtomaşının təkəri partladığından Mahir avtomaşını saxlamış və polis əməkdaşları qapını açaraq onları avtomaşından çıxardaraq polis bölməsinə aparmışdır. Sənqaçal qəsəbəsinə “Nərimanov Neft NQÇİ”-nin yataqxanasına çatanda Mahir və Şamxalla görüşəndə Mahir ona babasının bağına oğurluq mis kabel və aliminium məftillər yığdıqlarını bildirmiş, həmin materialları haradan oğurladıqlarını və nə vaxt həyətə yığdıqlarını deməmişlər. Mahirlə bu barədə soruşmamış, Mahir də ona bu barədə məlumat verməmiş, onlara pul əldə etmək üçün deyil, sadəcə olaraq babasının həyətində oğurluq malları çıxarılması üçün köməklik etmiş, həmin materialların həyətdən tez çıxarılması üçün Mahir, Şamxal və Səbuhiyə köməklik göstərdiyindən bu barədə fikirləşməmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, Qaradağ RPİnin ƏÇPA-nın polis nəfəri işləyir, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində xidmət apardığı 9693 çağırışlı avtopatrulda ərazidə xidmətdə olarkən efir vasitəsi ilə PPX-nin 6755 çağırışlı avtopatrul efir vasitəsi ilə “Oplel Astra” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobili təqib etdiklərini bildirirək YPX-nin 255 çağırışlı avtomaşını Primorski ərazisində giriş körpüsündə hərəkəti məhdudlaşdırmasını bildirmiş, həmin avtomobili yaradılmış süni mayenəni dəf edərkən orda olan avtomobilərə maddi ziyan vuraraq hərəkətini davam etdirmiş, daha sonra YPX-nin 255 çağırışlı ekipaj ərazidə olan ÇPA-nın əməkdaşlarından köməklik istəmiş, bu zaman onlar həmin istiqamətdə hərəkətdə olmuş, bu zaman efir vasitəsi ilə 3112-yə onlara və 9692 çağırışlı avtopatrula 14-cü km-ə yaxınlaşmağı və orada süni tıxac yaradaraq avtomobili saxlanmasını təmin etməyi bildirmiş,dərhal Bakı-Ələt yolunun 17-ci km-ə yaxınlaşaraq “Socar” yanacaq doldurma məntəqəsinin qarşısında şəhər istiqamətində nəqliyyatın hərəkətini süni tıxac yaradıb dayandırmış, bu zaman həmin avtomobil onlara doğru hərəkət edərək özünü və ətfafdakıların həyat və sağlamlığına real təhlükə yaradaraq avtomobili digər nəqliyyat vasitələrinə onlara ciddi maddi ziyan vurmuş, həmin avtomobildə olan şəxslər polis əməkdaşlarının dayan əmrinə tabe olmayaraq polis əməkdaşlarının həyətlarına real təhlükə yaradaraq avtomobili üzərlərinə sürmüş, yaranmış şəraitlə əlaqədar olaraq “Opel” markalı avtomobili sahibinin edə biləcəyi cinayətin qarşısının alınması məqsədi ilə xidməti tabel silahından istifadə edərək avtomobilin qabaq və arxa sağ təkərlərinin hərəsinə bir dəfə olmaqla atəş açmış, Şahid3 isə qabaq sol təkərinə 4 ədəd güllədən istifadə edərək atəş açmış, bundan sonra həmin avtomobil məcburi şəkildə hərəkətini dayandırmış, onlar həmin şəxsləri fiziki qüvvə vasitəsi ilə avtomobildən düşürərək qollarına qandal vuraraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmiş, 11-ci PB-də onlara məlum olmuşdur ki, həmin şəxslər sürücü xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3, sərnişin xx.xx.1997-ci il təvəllüdlü Şahid1dur. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid5 Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli 9/5688 nömrəli rəyindən görünür ki, “Socar N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 0.4kv AS-50 markalı 650 kq aliminium elektrik veriliş xəttinin orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2977,00 manat (650X4,58m) müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli 9/6542 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 13 adda malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 273.20 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs1 götürülmüş Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd üzərində “Racing” yazısı olan, yaşıl rəgli uşaq oyuncağı maşını, 1 ədəd dəyəri qırmızı qara rəngli uşaq oyuncağı, 1 ədəd dəyəri üzərində “Boat” yazısı olan, sarı-gümüşü rəngli 90smx30sm ölçüdə plasmas materialından oyuncaq gəmi, 1 ədəd dəyəri üzərində “Cressi” yazısı olan, qara rəngli balıq tutmaq üçün nəzərdə tutulmuş ox, 1 ədəd üzərində “Omer” yazısı olan, balıq tutmaq üçün nəzərdə tutulmuş ox, 1 ədəd dəmir materialından ağ rəngli çaydan, 1 ədəd paslanmayan materialdan hazırlanmış diametri 19 sm, hündürlü 13 sm olan qazan, 5 ədəd uzunsov qab, 15 ədəd dayaz qab, 17 ədəd dərin qab, 2 ədəd bulud, 2 ədəd kofe fincanı, 2 ədəd formalı bulud maddi subut kimi tanınmalı və məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs3 götürülmüş 650 kq olan aliminium veriliş xətləri maddi subut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə təhvil verilmişdir. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xüsusi döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-1101 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş 4-cü tabor komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 nizamlı, intizamlı və hörmət qazanmış şəxs kimi, ümumən müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkumluqları barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri tam sübuta yetir və onun əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduqları cinayət əməlləri də tam sübuta yetməklə onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxs və zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə ona qarşı heç bir şikayət və tələblərin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs4 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, İİ Qarabağ müharibəsində iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmasını, zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməklə zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 17 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 18 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar 17 avqust 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 18 avqust 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət işi ilə əlaqədar 25 iyul 2022-ci tarixdə polis əməkdaşları tərəfindən tutularaq raportla təhvil verilmiş, daha sonra 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 28 iyul 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 03 avqust 2022-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilərək, “ev dustaqlığı” qətimkan tədbirinin həbs qətimkan tədbirinin müddətində müəyyən edilməsi qərara alınmış və 26 oktyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 (üç) ay 01(bir) gün kimi cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs4 qeyd olunan cinayət işi ilə əlaqədar 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 28 iyul 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 09 avqust 2022-ci il tarixdə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilərək, “ev dustaqlığı” qətimkan tədbirinin həbs qətimkan tədbirinin müddətində müəyyən edilməsi qərara alınmış və 26 oktyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 03 (üç) ay kimi cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə qoyulmalıdır. İş üzrə 100 (yüz) manat ekspertiza xərcindən 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs1, hər birindən 20 (iyirmi) manat olmaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 götürülmüş Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd üzərində “Racing” yazısı olan, yaşıl rəngli uşaq oyuncağı maşını, 1 ədəd dəyəri qırmızı qara rəngli uşaq oyuncağı, 1 ədəd dəyəri üzərində “Boat” yazısı olan, sarı-gümüşü rəngli 90smx30sm ölçüdə plasmas materialından oyuncaq gəmi, 1 ədəd dəyəri üzərində “Cressi” yazısı olan, qara rəngli balıq tutmaq üçün nəzərdə tutulmuş ox, 1 ədəd üzərində “Omer” yazısı olan, balıq tutmaq üçün nəzərdə tutulmuş ox, 1 ədəd dəmir materialından ağ rəngli çaydan, 1 ədəd paslanmayan materialdan hazırlanmış diametri 19 sm, hündürlüyü 13 sm olan qazan, 5 ədəd uzunsov qab, 15 ədəd dayaz qab, 17 ədəd dərin qab, 2 ədəd bulud, 2 ədəd kofe fincanı, 2 ədəd formalı buludun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 götürülmüş 650 kq olan aliminium veriliş xətlərinin zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X4, Müdafiəçi2, X9 və X5 tərəfindən 49 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi4 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 294 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, 414 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, 294 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6, 294 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 tutulduğu və ev dustaqlığında qaldığı 03 (üç) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsi, “N.ünvan 7 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 tutulduğu və ev dustaqlığında qaldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01(bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sənqaçal qəsəbəsi, “N.ünvan 7 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərcindən 40 (qırx) manat məbləğində pul Təqsirləndirilən şəxs1, hər birindən 20 (iyirmi) manat olmaqla Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 götürülmüş Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd üzərində “Racing” yazısı olan, yaşıl rəngli uşaq oyuncağı maşını, 1 ədəd dəyəri qırmızı qara rəngli uşaq oyuncağı, 1 ədəd dəyəri üzərində “Boat” yazısı olan, sarı-gümüşü rəngli 90smx30sm ölçüdə plasmas materialından oyuncaq gəmi, 1 ədəd dəyəri üzərində “Cressi” yazısı olan, qara rəngli balıq tutmaq üçün nəzərdə tutulmuş ox, 1 ədəd üzərində “Omer” yazısı olan, balıq tutmaq üçün nəzərdə tutulmuş ox, 1 ədəd dəmir materialından ağ rəngli çaydan, 1 ədəd paslanmayan materialdan hazırlanmış diametri 19 sm, hündürlüyü 13 sm olan qazan, 5 ədəd uzunsov qab, 15 ədəd dayaz qab, 17 ədəd dərin qab, 2 ədəd bulud, 2 ədəd kofe fincanı, 2 ədəd formalı buludun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs3 götürülmüş 650 kq olan aliminium veriliş xətlərinin zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi Nümayəndə təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımlarla bağlı 294 (iki yüz doxsan dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1, 414 (dörd yüz on dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2, 294 (iki yüz doxsan dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6, 294 (iki yüz doxsan dörd) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi4 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar