Məhkəmə qərarları › İş №1(002)-330/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-330/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-330/2023 29.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 12 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə 0,185 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində daşımış, 18 iyul 2023-cü il tarixdə saat 16:05 radələrində Qaradağ RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılıb Qaradağ RPİ-nin inzibati binasına gətirilərək xidməti otaqların birində videoçəkilişdən istifadə etməklə onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ ön cibindən həmin çəkidə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, tutulduğu gün gedib narkotik götürməmişdir. Onu polis əməkdaşları blokda narkotik vasitəni götürməyə gedən zaman tutdublar, sonra polis bölməsinə aparıb orada onu döyüblər. O, polis əməkdaşlarına, narkotiki götürməyə getsədə götürmədiyini bildirmişdir. Sonra polis əməkdaşları onu aparıb təzədən blokda yerləşən su sayğacından narkotik vasitəni götürməyə məcbur etmişlər, oda polislərin dediyini etmişdir. Sonra təzədən polislərin müşaiəti ilə onu bölməyə gətirmişlər. O məcbur olaraq cinayəti etiraf etdiyini bildirmişdir. Axşam Təqsirləndirilən şəxs ayrılmış vəkil Elxas gəlmiş və narkoti vasitəni götürmək üçün, arxasıya getmisənsə sənin olduğunu boynuna almağını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllki məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməsədə son sözündə törətdiyi əməldən səmimi peşman olduğunu və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Müşfiq adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 16 radələrində əməliyyat qrupunun üzvü Qaradağ RPİ-nin CAŞ-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə ünvan 4 ünvanına gəldikdə xarici əlamətləri “Müşfiq” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunzuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Qaradağ RPİ-nə gətirilmişdir. Həmin şəxsi Qaradağ RPİ-nə gətirərək bu barədə raport yazmışlar. Qaradağ RPİ-yə gəldikdə həmin şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rüstəm Seyidov tərəfindən xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparıldı. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ ön cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkoik vasitə “kakos” olduğunu bildirdi. Həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni sosial şəbəkədə tanımadığı şəxsdən 10 manata sifariş verdiyini, 18 iyul 2023-cü il tarixdə Lökbatan qəsəbəsində əvvəlcədən təyin edilmiş yerə qoyulmuş həmin maddəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin ÇAŞ-ın CA üzrə kiçik inspektoru Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 iyul 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Müşfiq adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat 16 radələrində əməliyyat müvəkkili Şahid1 ilə birlikdə ünvan 4 ünvanına gəldikdə xarici əlamətləri “Müşfiq” adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsin olduğunu görərək sonuncuya yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirərək həmin şəxsə özünü təqdim etməsi təklif olunmuş və həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Vətəndaş Təqsirləndirilən şəxs rayon ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Qaradağ RPİ-nə gətirilmişdir. Həmin şəxsi Qaradağ RPİ-nə gətirərək bu barədə raport yazmışlar. Qaradağ RPİ-yə gəldikdə həmin şəxsin ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Daha sonra Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Rüstəm Seyidov tərəfindən xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparıldı. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ ön cibindən bir ədəd gümüşü rəngli siqaret kağızında olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkoik vasitə “kakos” olduğunu bildirdi. Həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli, toz şəkilli maddə aşkar olundu. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni sosial şəbəkədə tanımadığı şəxsdən 10 manata sifariş verdiyini, 18 iyul 2023-cü il tarixdə Lökbatan qəsəbəsində əvvəlcədən təyin edilmiş yerə qoyulmuş həmin maddəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun üzərindən maddi sübut əhəmiyyəti kəsb edə biləcək və ya cinayət xarakterli hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 3-16-16/2-6/3891 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün Nº46" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs üzərindən aşkar..." sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,185 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi- 0,185 qram, tədqiqata sərf edildi-0,050 qr, qalıq-0,135 qr. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 01 ədəd DVD diskdə olan videogörüntüyə baxılarkən müəyyən edilmişdir ki, həmin görüntü 01 faylda yerləşdirilmişdir. Fayl açıldıqda aydın görünür ki 18 mart 2023cü il tarixdə Qaradağ RPİ-nin baş təhqiqatçısı, polis mayoru Rüstəm Seyidovun xidməti otağında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs keçiriləcək şəxsi axtarış və götürmədən əvvəl videoçəkilişdən istifadə ediləcəyi deyilir, sonuncu buna etiraz etmədiyini bildirir, iştirakçıların hüquqları izah edilir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ ön cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş olan bükümü çıxardaraq masanın üzərinə qoyur. Həmin bükümün içərisində "kakos" kimi bildiyi narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 18 iyul 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu adını bilmədiyi şəxsdən, Lökbatan qəsəbəsində əvvəlcə qoyulmuş yerdən götürdüyünü, "bunun müqabilində həmin şəxsə 10 manat ödəyəcəyini bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öz ifadəsində yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyünü və xəsarətlər aldığını bildirdiyinə görə bu xususatların araşdırılması üçün Qaradağ Rayon Prokurorluğuna rəsmi qaydada müraciət edilmişdir. Qaradağ Rayon Prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X9 tərəfindən 27 noyabr 2023-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək ona xəsarət yetirilməsi barədə verdiyi məlumat öz təsdiqini tapmadığından Azərbaycan Respubliakası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanmsı rədd edilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onun verdiyi ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirmiş və təqsiləndirilən şəxsin törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sübutların məcmusuna əsasən tam olaraq öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Narkotik vasitə istifadəçisidir və əvəllər Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə iki dəfə məhkum olunmuşdur. Sosial şəbəkə vasitəsilə əlaqə saxladığı tanımadığı şəxsə 1 (bir) büküm narkotik vasitə olan ‘‘kakos” sifariş vermişdir. Həmin şəxs nakotik vasitəni Qaradağ rayonu, Lökbatan qəsəbəsində əvvəlcədən təyin edilmiş yerdə qoymalı idi və o həmin narkotik vasitəni götürdükdən sonra həmin şəxsə kart vasitəsi ilə 10 (on) manat pul göndərməli idi. 18 iyul 2023- cü il tarixində saat təxminən 16:00 radələrində o həmin narkotik vasitəni Lökbatan qəsəbəsində qoyulmuş yerdən götürmüş və cibimə qoymuşdur. Təxminən 5 dəqiqədən sonra iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəqisələrini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini bildirmiş və onu Qaradağ rayon polis idarəsinə dəvət etmişlər. İdarədə olarkən o hüquq müdafiəçisi ilə təmin olunmuş və müdafiəçi Elxas Əsgərovun iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona əgər üzərində hər hansı bir qeyri qanuni əşya varsa çıxarıb masanın üstünə qoyması təklif edilmişdir. O əynindəki şalvarın sağ ön cibindən gümüşü rəngli siqaret falqasma bükülmüş 1 (bir) büküm narkotik vasitə “kakos’" çıxarıb masanın üstünə qoymuşdur. Həmin narkotik vasitə ''kakos’'un ona məxsus olduğunu həmin maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Onun təqdim etdiyi içərisində narkotik maddə olan həmin 1 büküm onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyulmuş və möhürlənmiş, onlar həmin zərfi imzalamışlar. Bundan başqa əynindəki şalvarın cibindən çıxarıb masanın üzərinə qoyduğu 10 manat pul özünə geri qaytarılmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Vahabov X6 rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 12 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 26 avqust 2023-cü il tarixli, 5505 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş, “sübutların qiymətləndirilməsi haqqında” 25 sentyabr 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd siqaretin gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,185 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd “DVD” disk cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmışlar, bir ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra narkotik vaistə heroinin qalıq çəkisi – 0,135 qram hissəsi saxlanılması üçün Qaradağ RPİ-nə maddi sübutların saxlanma otağına təhvil verilməsi iş üzrə nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, 08 oktyabr 2015-ci il tarixdə doğulmuş X7 və 12 iyul 2018ci il tarixdə doğulmuş X4 ataları Təqsirləndirilən şəxsdur Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olması və himayəsində iki az yaşlı uşaqlarının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin CM-nin 8.1-ci maddəsinin tələblindən aydın olur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 18 iyul 2023-cü il tarixdə, saat 16:05 radələrində şübhəli şəxs qismində tutulmuş və Qaradağ rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs narkomaniyada məcburi müalicəyə cəlb edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.185 qram narkotik vasitə heroin və tədqiqatdan sonra qalıq çəkisi 0.135 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutulduğu gündən, yəni 18 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan və tədqiqatdan sonra ümumi qalıq çəkisi 0,135 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar