Məhkəmə qərarları › İş №1(002)-332/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-332/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-332/2021 02.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1960-cı il tarixdə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Neftçala rayonunun Aşağı Qaramanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2013-cü ilin mart ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Mado” restoranının qarşısında texniki avadanlıqların təmir edilməsi adı ilə Zərərçəkmiş şəxs 4500 manat pulunu, 2013-cü ilin aprel ayının ortalarında Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən «Gülbaxt» daş karxanasında texniki avadanlıqların təmir edilməsi adı ilə Zərərçəkmiş şəxs 3500 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 8000 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2012-ci il ildə Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Yusif adlı şəxsin daş karxanasında usta kimi işləmiş, həmin vaxt Bakı şəhərində “Tarqoviy” küçəsində çayxanada olarkən Zərərçəkmiş şəxs ilə təsadüfən tanış olmuşdur. Belə ki, onun çayxanada çay içdiyi hazırda xatırlamadığı şəxslə Elvin tanış olmuş, buna görə də Elvin də gəlib onlar əyləşdikləri masada oturub onlarla birlikdə çay içmişdir. Söhbət əsnasında Elvin onun daş karxanasında işlədiyini bilmiş və ona “aqlay” materialları lazım olduğunu bildirmişdir. O isə cavabında Elvinə işlədiyi daş karxanasında “aqlay” olduğunu, əgər istəyirsə, daş karxanasına gəlib baxa biləcəyini demiş və Elvinə işlədiyi yerin ünvanını izah etmişdir. Elvin bir neçə gün sonra onun işlədiyi daş karxanasına gələrək “aqlay” tikinti materialına baxıb bəyənmiş və ona 2000 manat beh verərək həmin materialdan onun üçün Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda köhnə beton zavodun yerində yerləşən daş emalataxanasına göndərməsini xahiş etmiş, o da göndərmişdir. Həmin vaxtdan təxminən bir ay müddətində hər gün bir-iki maşın Elvinə aqlay tikinti materialları satmış, aralarında heç vaxt narazılıq olmamışdır. Daha sonra Elvin ona daş karxanası almaq istədiyini və bu barədə maraqlanmasını, nəsə olsa ona xəbər verməsini bildirmiş, o isə maraqlanıb Mübariz adlı şəxsin daş karxanası satdığını öyrənmişdir. O, Mübariz adlı şəxsin telefon nömrəsini tapıb onunla danışmış, sonuncu, satışda daş karxanası olduğunu, lakin həmin daş karxanasının ona deyil, qohumuna məxsus olduğunu, əgər baxmaq istəsə, bu barədə daş karxanasının sahibinə məlumat verərək gedib baxa biləcəklərini bildirmişdir. O, Mübarizin dedikləri ilə razılaşmış və vaxt təyin edərək gedib baxmaq barədə ona demişdir. Bir neçə gündən sonra Mübariz ona zəng edərək daş karxanasının sahibinin gəldiyini, gedib daş karxanasına baxa biləcəklərini bildirmişdir. Həmin gün təxminən saat 11 radələrində o, Mübariz və daş karxanasının sahibi Novruzla Qızıldaş qəsəbəsində görüşüb birlikdə daş karxanasına getmiş və sözügedən yerə baxmışlar. Həmin vaxt Novruz ona bildirmişdir ki, daş karxanasının bütün sənədləri qaydasındadır, bütün səlahiyyətlərini Mübarizə vermişdir, nə söhbətləri olsa, onunla edərlər. Həmin gün onlar Elvinə zəng edərək ona daş karxanasına baxdıqlarını və pis yer olmadığını, gəlib özünün də baxmasını bildirmişdir. Bu danışıqlarından bir-iki gün sonra Elvin onunla birlikdə həmin daş karxanasına gedərək yerə baxmış və yer onun da xoşuna gəlmişdir. Elvin ondan yerin sənədlərini görüb-görmədiyini soruş, o isə görmədiyini bildirmişdir. Elvin ona tapşırmışdır ki, baxmaq üçün yerin sənədlərini istəsin. Daha sonra o, Elvinin yanında Mübarizə zəng edib bildirmişdir ki, daş karxanasını almaq istəyən şəxs, yəni Elvin yerin sənədlərini görmək istəyir. Mübariz də heç bir problem olmadığını, nə vaxt istəsələr görüşüb sənədlərə baxa biləcəklərini bildirmişdir. Ertəsi gün təxminən saat 10 radələrində Ali Məhkəmənin əvvəlki inzibati binasının yanındakı çayxanada o, Elvin və Mübariz görüşmüşlər. Mübariz sənədləri gətirmiş, Elvin sənədləri götürərək baxıb Mübarizə bildirmişdir ki, inciməsin, o, bu sənədlərin hamısını yoxlatdırmaq üçün götürmək istəyir. Mübariz də etiraz etməyərək problem olmadığını bildirmişdir. Daha sonra Elvin beh kimi Mübarizə 2000 manat pul vermişdir. İki gün sonra Elvin ona zəng edərək sənədləri yoxlatdırdığını, hər şeyin qaydasında olduğunu bildirmişdir. Elvin ona Mübarizlə maraqlanıb həmin daş karxanasının hansı avadanlıqlarının olmasını öyrənməsini tapşırmışdır. O, bu barədə Mübarizdən soruşduqda sonuncu ona daş karxanasının bir ədəd kombaynı olduğunu, bu kombaynın 13 ədəd relsi ilə birlikdə hazırda Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində icarəyə verildiyini, onu həmin yerdən götürmək lazım olduğunu, bundan başqa daş karxanasının özündə bir ədəd nasaz vəziyyətdə xətt çəkən, 6 ədəd rels və bir kombayn raması mövcud olduğunu bildirmişdir. Daha sonra Mübariz ona demişdir ki, Türkan qəsəbəsindən kombaynı və relsləri gedib gətirəcəklər, ancaq Novruz müəllim gərək həmin yerə zəng edib tapşırsın. Bundan bir neçə gün sonra Mübariz ona zəng edərək bildirmişdir ki, Novruz müəllim zəng edib Türkan qəsəbəsində kombaynı icarəyə götürən şəxsə tapşırıb ki, gedib kombaynı və relsləri götürəcəklər. Təxminən 2 gün sonra Mübariz yenidən ona zəng edib demişdir ki, Novruzun qaynı ilə kombaynı və relsləri gətirmək üçün Türkan qəsəbəsinə gedir. Həmin gün Mübariz təkrar ona zəng edərək bildirmişdir ki, kombaynı və relsləri “Kamaz” markalı avtomobilə yükləyib sənədlərini də Kamazın sürücüsünə verib yola salırlar, lakin Kamazın sürücüsünə 500 manat pul vermək lazımdır. O, bu barədə Elvinə zəng edib məlumat verəcəyini bildirmişdir. Daha sonra o, zəng edərək Elvinlə danışmış, Elvin yolda həmin “Kamaz” sürücüsü ilə görüşərək 500 manat pulu ona vermişdir. Bundan sonra Elvin ona zəng edərək bildirmişdir ki, “Kamaz” kombaynı və relsləri gətirir və bir azdan daş karxanasına çatacaq, odur ki, onun qarşısına çıxsın. Daha sonra əlaqə saxlamaq üçün həmin “Kamaz” sürücüsünün mobil telefon nömrəsini ona vermişdir. Həmçinin ona kombaynı və relsləri Nərimanın yeri olan “Şahqaya” daş karxanasına boşaltmasını tapşırmışdır. O, “Kamaz” sürücüsü ilə əlaqə saxlayıb bu barədə ona bildirmiş, sürücü onun iştirakı olmadan bir ədəd kombaynı və 13 ədəd relsi “Şahqaya” daş karxanasında Nərimanın yerinə boşaltmışdır. Həmin gün axşam saatlarında Bakı şəhərində “Tarqoviy” küçəsində o və Elvin Mübarizlə görüşmüşlər. Elvin Mübarizə kombayna və relslərə görə 5000 manat da pul vermişdir. Həmin vaxt söhbət əsnasında Elvin Mübarizə xətt çəkəni də düzəltmək lazım olduğunu demiş, Mübariz ertəsi gün gedib baxmağın mümkün olduğunu, çatışmayan nasazlıqları düzəldə biləcəklərini bildirmişdir. Ertəsi gün Mübarizlə birlikdə daş karxanasına gedib usta çağırmışlar. Usta gəlib baxmış və xətt çəkənin içərisində olan hissə və mexanizmlərin dəyişilməli olduğunu bildirmişdir. Usta siyahı tutub onlara vermiş və alıb gətirmələrini istəmişdir. Onlar birlikdə mağazaya gedib hissə və mexanizmlərin qiyməti ilə maraqlanmışlar. Daha sonra Mübarizlə birlikdə Bakı şəhəri “Tarqovıy” küçəsinə gəlib Elvinlə görüşmüşlər. Mübariz ona siyahını göstərib hamısının alınmalı olduğunu bildirmişdir. Hissə və mexanizmlərin alınması üçün 2500 manat pul lazım olmuşdur. Elvin həmin pulu Mübarizə verərək tapşırmışdır ki, gedib xətt çəkəni düzəltdirsinlər. O, Mübarizlə birlikdə mağazaya gedib həmin hissə və mexanizmləri almış və daş karxanasına gətirmişlər. Daha sonra usta həmin xətt çəkəni düzəldərək işlək vəziyyətə gətirmişdir. Usta zəhmət haqqı kimi 400 manat pul istəmiş, o zəng edib Elvinə bu barədə dedikdə sonuncu ona məbləğin çox olduğunu, gəlib özü danışacağını bildirmişdir. Daha sonra o, xəstəliyi ilə əlaqədar həmin işdən çıxmışdır. Təxminən bir ay sonra Elvin ona zəng edərək şpaklovka sexi açdığını demiş və gəlib orada nəzarətçi kimi işləməsini təklif etmiş, o, Elvinlə razılaşmışdır. Təxminən 20 gün Bakı şəhəri Sabunçu rayonu Zabrat yolunda yerləşən həmin elamatxanada işləmişdir. Daha sonra elamatxana bağlanmış, o isə yaşadığı Neftçala rayonuna geri qayıtmışdır. Həmin vaxtdan sonra nə Elvinlə, nə də ki Mübarizlə heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs texnikaların təmiri üçün Mübarizlə birlikdə 8000 min manat pul almışlar, həmin pulun hamısını da texnikaların ehtiyyat hissələrinə xərcləmişlər. Onlar Mübarizlə birlikdə həmin texnikaların ehtiyyat hissələrini Bakı şəhərində Babək prospektində yerləşən daş karxanalarına məxsus avadanlıqların satıldığı “Karkas” adlanan bazardan almışlar. Həmin ehtiyat hissələrinin alınmasını təsdiq edən qaimələr onda olmuş, lakin xeyli müddət keçdiyindən həmin qaimələrin harada olduğunu xatırlamır. Təqsirləndirilən şəxs sonda məhkəməyə yazılı ərizə verərək barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən işi üzrə icraata xitam verilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 10 ilə yaxın müddət olar ki, tanıyır. Şahid2 isə Təqsirləndirilən şəxs vasitəsilə tanımışdır. Həmin vaxtlar o, tikinti işi ilə məşğul olmuş və ona aqlay daşı lazım olurmuş. Təqsirləndirilən şəxs ona demişdir ki, o, Qaradağ rayonunda yerləşən Gülbaxt ərazisində yerləşən daş karxanasını icarəyə görtürüb aqlay daşının hazırlanmasında istifadə edilən blok daşı kəsib satır. O, Rzaquludan mişar daşı alıb iş görməyə başlamışlar. Təxminən 2012-ci ilin dekabr ayında Rzaqulu onunla Şahid2 tanış edib bildirmişdir ki, Mübarizin qohumunun daş karxanası vardır, onun Mübarizə borcu olduğu üçün Mübariz həmin daş karxanasını satır. Mübariz özü də Rzaqulunun yanında təsdiqləmişdir ki, qohumunun daş karxanası vardır, qohumunun ona borcu olduğu üçün həmin daş karxanasını satır. Mübariz və Rzaqulu hər ikisi birlikdə onunla danışıb bildirmişlər ki, həmin daş karxanası avadanlıqları ilə birlikdə 180000 manata satılır, daş karxanasında iki ədəd daşkəsən kombayn və şırımaçan kombayn vardır. Mübariz və Rzaqulu ona bildirmişlər ki, daş karxanasında olan bir ədəd daşkəsən kombayn və bir ədəd şırımaçan kombayn daş karxanası ilə birlikdə ona veriləcək, əlavə olaraq daş karxanasında olan bir ədəd daşkəsən kombayna görə ondan 12 000 manat pul alacaqlar. O, isə Mübariz və Rzaquluya demişdir ki, həmin daş karxanasını 100 000 manata satsalar ala bilər, həmin pulu da hissə-hissə ödəyəcəkdir. Mübariz və Rzaqulu onunla belə razılaşmışlar ki, 100 000 manata o, daş karxanasını, 01 ədəd daşkəsən kombayn və bir ədəd şırımaçan kombaynı alacaq, əlavə olaraq 01 ədəd daşkəsən kombayna 12 000 manat pul ödəyəcək. 2012-ci ilin dekabr ayının sonlarında o, Mübariz və Rzaqulu ilə Bakı şəhəri, Gənclik metrostansiyasının yaxınlığında yerləşən “Kəndimiz” restoranında görüşmüşlər. Həmin gün Mübariz və Rzaqulu daş karxanasında olan 01 ədəd daş kəsən kombayna görə ondan 12 000 manat pul almışlar. O, Mübariz və Rzaquludan daş karxanasının sənədlərini istəmişdir. 12 000 manat pulu Rzaqulu və Mübarizə verdikdən təxminən 1 həftə sonra 2013-cü ilin yanvar ayının əvvəllərində o, Bakı Metropoliteninin “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Kəndimiz” restoranında Mübariz və Rzaqulu ilə görüşmüş, sonuncular daş karxanasının sənədlərini ona təqdim etmişlər. O, sənədlərə baxanda görmüşdür ki, sənədlər Mübarizin adına deyil, bir nəfər qadının adınadır. O, Rzaqulu və Mübarizdən sənədlərin nə üçün Mübarizin adına olmadığını soruşmuş, Rzaqulu isə ona daş karxanasının Mübarizin qohumu Novruzun arvadının adına olduğunu, Novruzun isə çox hörmətli bir şəxs olduğunu bildirmişdir. Hətta Mübariz ilə Rzaqulu onu telefon vasitəsilə daş karxanasının sahibi Novruz ilə danışdırmış, Novruz telefonda ona daş karxanası ilə bağlı bütün işləri Mübarizə həvalə etdiyini demişdir. O, belə zənn etmişdir ki, həqiqətən də Novruzun Mübarizə borcu vardır. Daş karxanasının sənədlərinin əslini Rzaqulu və Mübarizdən aldıqdan sonra həmin gün daş karxanasını almağına görə onlara “Kəndimiz” restoranında 10 000 manat beh vermişdir. Mübariz və Rzaqulu həmin vaxt ona bildirmişlər ki, daş karxanasında olan digər kombaynların təmirə ehtiyacı vardır, həmin kombaynları təmir etdirib saz vəziyyətə gətirmək üçün pul xərcləmək lazımdır, lakin sonda çəkilən xərclər ümumi puldan hesablanıb çıxılacaqdır. O, Mübariz və Rzaquluya sözü gedən digər kombaynların təmirinə görə bir neçə dəfəyə iki ay ərzində 13500 manat pul ödəmişdir. Beləliklə o, Mübariz və Rzaquluya hissə-hissə olmaqla, ümumilikdə 35500 manat pul ödəmişdir. Həmin pulun içərisində daş karxanasının alınması üçün beh, daş karxanasında olan digər kombaynların təmiri üçün usta pulu olmuşdur. Hətta onun əlində nəğd pul olmadığına görə o, Rzaqulu və Mübarizə daş karxanasını almağı ilə əlaqədar 11000 manat pulun əvəzində 11000 manat dəyərində gips vermişdir. Bundan başqa daş karxanasında olan avadanlıqları təmir etdirmək və əlavə xərclər üçün 2013-cü ilin mart ayının ortalarında dəqiq tarix yadında qalmayan gündə Bakı şəhəri, Nərimov rayonunda yerləşən Mado restoranının qarşısında Mübariz və Rzaqulu onunla görüşüb ondan 4500 manat pul almışlar. Bundan başqa yenə avadanlıqları təmir etdirmək üçün 2013-cü ilin aprel ayının ortalarında dəqiq tarix yadında qalmayan gündə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən alacağı daş karxanasında Mübariz və Rzaqulu ondan 3500 manat pul almışlar. Lakin, ona sonradan məlum olmuşdur ki, Mübariz və Rzaqulu həmin pulları avadanlqların ehtiyat hissələri üçün deyil öz şəxsi ehtiyaclarına xərcləyərək onu aldatmışlar. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyatda olmaqla, həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə 1990-cı ildə «Abşeron» lahiyə kooperativi yaradılaraq kooperativə Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində 7 hektar torpaq sahəsi ayrılmışdır. 2004-cü ildən isə həmin kooperativin sədri seçilmişdir. 2006-cı ilin iyun ayında kooperativin icarəsində olan Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində olan 7 hektar torpaq sahəsindən «Gülbaxt» deyilən 2,5 ha sahəni Şahid3 həyat yoldaşı Zinyət Yusifovaya icarəyə vermək barədə «Abşeron» lahiyə kooperativi ilə müqavilə bağlanılmışdır. Həmin tarixdən Şahid3lə şərik işləmişdir. Həmin sahəyə 02 ədəd mişar daşı kəsən kombayn, 01 ədəd şırımaçan maşın, 01 ədəd 400/6000 kl.vatlıq transformator, hər birinin uzunluğu 12,5 metr olan mişar daşı kəsən kombaynın 30 ədəd R-50 markalı relsi, hər birinin uzunluğu 6 metr olan 4 ədəd R18 markalı şırımaçan maşının relsi, 300 metr uzunluğunda 35 mm-lik naqil (kabel) almış və daş karxanasını işlətməyə başlamışlar. 2008-ci oktyabr ayında vergi idarəsinə rəsmi müraciət edərək karxananın fəaliyyətini dayandırmışlar. Həmin vaxtlar 01 ədəd mişar daşı kəsən kombaynı 18 ədəd R-50 markalı reysləri və 150 metr uzunluğunda 30 mm-lik naqil (kabel) ilə birlikdə Xəzər rayonunun ərazisində yerləşən “Türkan” daş karxanasında Adıgözəl adlı şəxsə icarəyə vermişdir. Digər avadanlıqlar isə öz ərazilərində qalmış və nəzarətçi tərəfindən mühafizə olunurmuş. Təxminən 2012-ci ilin sonlarında Şahid3lə daş karxanasını avadanlıqları ilə birlikdə satıb ərazidən çıxmaq qərarına gəlmişlər. Həmin ilin dekabr ayında Şahid3 həmyerlisi Ağcəbədi rayonunun Hacıbədəlli kənd sakini Mübarizin karyeri satmaqda vasitəçilik edəcəyini bildirmişdir. Həmin vaxtlar Şahid3 Mübarizlə onu «Qismət» şadlıq sarayının yaxınlığında tanış etmiş, söhbət əsnasında Mübariz daş karxanasına müştəri tapdığını, Elvin adlı şəxsin həmin daş karxanasını almaq istədiyini bildirmişdir. Mübariz Elvinin iş adamı olduğunu və xarici ölkədə olduğunu bildirmişdir. Bir neçə gündən sonra, yəni 2012-ci ilin dekabr ayının sonlarında Mübariz Neftçala rayon sakini Rzaqulu adlı şəxsi Şahid3 və onunla Elvinin nümayəndəsi kimi “Qismət” şadlıq evinin yaxınlığında çay evində görüşdürüb tanış етmişdir. Lakin həmin vaxt nə o, nə də Novruz şərik olduqlarını bildirməmişlər. Rzaqulu ilə söhbət əsnasında Rzaqulu daş karxanasını əmisi oğlu Zərərçəkmiş şəxs alacağını və onun nümayəndəsi olduğunu bildirmişdir. Həmin gün Şahid3, Şahid2 və Rzaqulu ilə birlikdə Qaradağ rayonu Qızıldaş qəsəbəsində daş karxanasının yerləşdiyi yerə getmişlər. Orada Mübariz və Rzaqulu daş karxanası və daş karxanasının üzərində olan maşın, texnika, avadanlıq və tikili ilə tanış olmuşlar. Onlar razılaşmışlar ki, daş karxanasını, üzərində olan maşın, texnika, avadanlıq və tikilini 200 000 manata alacaqlar. Şifahi olaraq aralarında razılığa gəlmiş və onlara bildirmişlər ki, daş karxanasında nəzarətçiyə ehtiyac yoxdur, daş karxanası onlarlıqdır. Mübariz və Rzaqulu daş karxanasını işlək vəziyyətə gətirib Elvin adlı şəxsə verəcəklərini bildirmişlər. Rzaqulu həmin vaxt bildirmişdir ki, avadanlığı, texnikanı təmir etdirib karxananı saz vəziyyətə gətirəndən sonra təmirə çəkilən pul ümumi qiymətdən çıxılacaqdır. O və Novruz Rzaqulunun dedikləri ilə razılaşmışlar. Novruz və o danışıb sövdələşərək özlərinə aid daş karxanasının sənədlərinin əslini Mübariz və Rzaquluya vermişlər. Rzaqulu və Mübarizin dediklərindən sonra o, nəzarətçini işdən çıxarmışdır. Şahid2 təxminən 2013-cü ilin mart ayının ortalarında Türkan qəsəbəsində yerləşən daş karxanasında olan həmin dövr üçün 20000 manat dəyərində mişar daşı kəsən kombaynı və hər birinin qiyməti 250 manat olan R50 markalı 18 ədəd kombayn relsini icarəyə verdiyi Adıgözəl adlı şəxsdən götürüb sürücü Məmmədvəli adlı şəxsin idarə etdiyi “KAMAZ” markalı avtomobilə yükləyib aparmışdır. Məmmədvəli ilə telefonla danışanda sonuncu ona kombayını Türkan qəsəbəsindən götürdükdən sonra Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisinə “Şahqaya” sahəsinə apardığını, Mübarizdən yol haqqı olaraq 400 manat məbləğində pul aldığını bildirmişdir. Mübarizdən bu barədə soruşduqda o həmin kombaynı təmir etdirmək üçün sözügedən daş karxanasına apardığını bildirmişdir. Lakin sonradan eşitmişdir ki, Mübariz həmin kombaynı ona aid daş karxanasına aparıb qoymaq əvəzinə, «vahabilər» işlədən daş karxanasının yaxınlığında yerləşən tanımadığı daş karxanasının sahibinə satmışdır. Rzaqulu isə 2013-cü ilin aprel ayının əvvəllərində ona məxsus digər kombaynı, yəni qiyməti 15000 manat dəyərində olan 1 ədəd daşkəsən kombaynı və onun yanında sökülüb düzülmüş hər birinin qiyməti 250 manat olan 12 ədəd R-50 markalı relsi ondan xəbərsiz yük kranı ilə çıxarıb daşıyaraq təmir adı ilə başqa yerə aparmışdır. Bununla bağlı Rzaqulunu sorğu-sual edib nə üçün onu aldatdığını soruşduqda o, bildirmişdir ki, guya təmir işlərinin başlanğıcı bir qədər ləngidiyi üçün hələlik müvəqqəti olaraq həmin kombaynı relslərlə birlikdə tanışının daş karxnanasına yerləşdirib ki, nəzarətsiz qalmasın. Bu söhbətdən təxminən 10 gün sonra, yəni 2013-cü ilin aprel ayının sonlarında Mübariz ilə birlikdə daş karxanasına gedib təmirə ehtiyacı olduğu üçün şırımaçan kombaynı Mübarizə təhvil vermişdir. Mübariz həmin şırımaçan kombaynı qaldırıcı kran vasitəsilə “Kamaz” markalı avtomobilə yüklətdirib təmir etmək üçün “Gülbaxt” daş karxanasının ərazisində yerləşən kombayn təmiri sexinə aparmışdır. Həmin təmir sexində şırımaçan kombaynı təmir edən usta da bilmişdir ki, daş karxanasını avadanlıqlar ilə birlikdə satmışlar. Şırımaçan kombaynı təmir edən ustanın adı Rizvan olmuşdur. Hətta o, özü də bir neçə dəfə şırımaçan kombaynın təmir ilə bağlı Mübariz ilə birlikdə Rizvan adlı ustanın yanına getmişdir. Həmin şırımaçan kombaynın təmir haqqı ilə ehtiyat hissələrinə çəkilən xərclər birlikdə təxminən 800 manat təşkil etmişdir. Bir müddət sonra isə o, Mübariz ilə Rzaqulunun ona qarşı dələduzluq etməsini başa düşdükdən sonra sözü gedən kombaynın təmir sexinə getmiş və usta ona demişdir ki, şırımaçan kombaynı Mübariz götürüb aparmışdır. Bu söhbətdən bir müddət keçdikdən sonra o və Şahid3, Mübariz və Rzaqulu tərəfindən aldandığını başa düşmüş və buna görə də Yasamal RPİ-yə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona görə ki, Mübariz və Rzaqulu ilə ilk görüş və söhbətləri Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində «Qismət» şadlıq sarayının qarşısında olmuşdur. Qaradağ rayonunda yerləşən daş karxanasından Rzaqulunun apardığı daşkəsən kombayn ilə əlaqədar o, axtarışlar aparmış, həmin kombaynı yük avtomobilinə yükləyən kran avtomobilini idarə edən şəxsi tapmışdır. Həmin şəxs bildirmişdir ki, Rzaqulunun göstərişi ilə ona məxsus daş karxanasında yerləşən daşkəsən kombaynı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində “Gülbaxt” sahəsində fəaliyyət göstərən Yusif adlı şəxsə məxsus daş karxanasının ərazisinə qoymuşdur. Hətta həmin şəxs onları daşkəsən kombaynı düşürtdüyü yerə aparmış və həmin yeri onlara göstərmişdir. Daş karxanasının sahibi Yusif də etiraf etmişdir ki, onun icarə əsasında işlətdiyi daş karxanasının yaxınlığına bir nəfər şəxs daşkəsən kombayn gətirib qoymuşdur. Lakin bir müddət sonra isə həmin kombaynı yük avtomobilinə yüklətdirib aparmışlar. Ona məlum olmuşdur ki, Rzaqulu və Mübariz öz əməllərini davam etdirərək Yusif adlı şəxsin karxanasında qalan ona məxsus sözügedən kombaynı relslərlə birlikdə ondan xəbərsiz gizli olaraq götürərək başqa şəxslərə satmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şahid3 uzun müddətdir ki, tanımaqla, aralarında normal münasibətləri olmuşdur. Həmçinin uzaq qohumluq münasibətləri də vardır. Təxminən 2009-2010-cu illərdə Novruz ona bildirmişdir ki, onun Qaradağ rayonu ərazisində daş karxanası vardır və həmin daş karxanasını satmaq istəyir. Bunun üçün ondan müştəri tapmasını xahiş etmiş, o isə onunla razılaşmışdır. Bir müddət sonra o, Novruzla birlikdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən sözügedən daş karxanasına gedib baxmış, karxana həmin vaxt işlək vəziyyətdə olmamış, ərazidə bir ədəd kombayn və bir ədəd transformator olmuşdur. Həmin ərəfədə o, Bakı şəhəri Dərnəgül qəsəbəsində tikinti materialları mağazasını icarə əsasında işlətmişdir. Təxminən 2012-ci ilin yaz aylarında Rza (Rzaqulu) adlı şəxs onun mobil nömrəsinə zəng edərək həmin daş karxanası barədə maraqlanmışdır. Daha sonra onlar Rzayla görüşmüş və söhbət əsnasında sonuncu ona bildirmişdir ki, daş karxanasını onun Elvin adlı tanışı almaq istəyir. O isə bildirmişdir ki, daş karaxanası özünün deyil, qohumuna məxsusdur. Sözügedən daş karxanası Şahid3 həyat yoldaşı X3 adına rəsmiləşdirilmişdir. Daha sonra o, Rzanı karxanaya aparmış, karxanada olan daş kəsən mexanizm (kombayn) saz vəziyyətdə olmamış, digər kombayn isə Türkan qəsəbəsində kirayəyə verilmişdir. Həmin ərəfədə Şahid3 onu qohumu Şahid1la tanış etmiş və bütün proseslərdə Kamilin də iştirak edəcəyini bildirmiş, o, Novruzla razılaşmışdır. Daha sonra Kamil kombaynın Türkan qəsəbəsindən gətirilməsi məsələsini danışıb həll etmiş, texnikanın gətirilməsinin xərci razılaşmaya əsasən Rzadan alınmışdır. Onlar alqı-satqıdan sonra texnikaya çəkilən xərclərin ümumi məbləğdən çıxılması barədə razılığa gəlmişlər. Kombyanın Türkan qəsəbəsindən yüklənməsində özü iştirak etmiş, kombaynı Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə göndərmiş, orada Rza kombaynı qəbul etmişdir. Lakin sonradan kombaynın hara yerləşdirilməsi barədə məlumatı olmamışdır. Həmçinin daş karxanasında olan bir ədəd kombayn və bir ədəd şırımaçan aparatı da təmir etdirmək üçün həmin ərazinin yaxınlığında ustanın yanına qoymuşlar. Həmin ustanı da Kamil özü tapmışdır. Rza ilə o özü həmin avadanlıqların təmiri üçün ehtiyat hissələrini alıb gətirmişlər. Bütün ehtiyat hissələrinin pulunu Rza vermiş, o isə heç bir ehtiyat hissəsinə pul verməmişdir. Həmçinin Rza ustalara da zəhmət haqqı ödəmişdir. Onun hesablamasına görə Rza həmin avadanlıqların təmiri üçün təxminən 8000 manata yaxın pul xərcləmişdir. Bundan sonra Rza bildirmişdir ki, karxananın ərazisini qazdırıb və məlum olub ki, daş ehtiyyatı dərin deyil, ona görə də Elvin karxananı almaqdan imtina edir. O bildirmişdir ki, texnika üçün xərclədiyi pula görə qazanc əldə etmək mümkün deyil. Rza Şahid3 bildirmişdir ki, texnika üçün çəkdiyi xərci ona qaytarsın. Novruz isə bildirmişdir ki, həmin pulu yalnız karxana satıldıqdan sonra verə bilər. Ona görə də Rza həmin texnikanı özündə saxlamışdır. Sonradan o, artıq işlərin qəlizləşdiyini görmüş və ona görə bu işdən kənarlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əkbər oğlu ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır və Azərbaycan Respublikası Gömrük Komitəsinin «Şirvan» Gömrük İdarəsinin şöbəsinin rəis müavini vəzifəsində işləyir. Zinyət Yusifova həyat yoldaşıdır və sahibkarlıq fəaliyəti ilə məşğul olur. Şahid1 Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində fəaliyət göstərən «Abşeron» lahiyə kooperativinin sədridir. Həyat yoldaşı Zinyət Yusifova daş karxanası işlətmək məqsədilə 2006-cı ilin may ayında «Abşeron» lahiyə kooperativinin icarəsində olan Qaradağ rayonu, Qızıldaş qəsəbəsinə yerləşən «Gülbaxt» deyilən ərazidən 2,5 hektar sahəni həmin kooperativdən subicarəyə götürülməsi barədə müqavilə bağlamışdır. Şahid1 da daş karxanasına özünə məxsus 02 ədəd daş kəsən kombayn və 01 ədəd şırımaçan kombayn verməklə karxananaya şərik işləmişdir. Zinyət Yusifova onun arvadı olduğu üçün daş karxanası ilə bağlı işləri o özü həll etmişdir. Daş karxanasında 02 ədəd mişar daşı kəsən kombayn, 01 ədəd şırımaçan kombayn, 01 ədəd 400/6000 kl.vatlıq transformator, hər birinin uzunluğu 12,5 metr olan 30 ədəd mişar daşı kəsən kombaynın relsi, hər birinin uzunluğu 6 metr olan 4 ədəd R18 markalı şırımaçan kombaynın relsi, 300 metr uzunluğunda 35 mm-lik elektrik naqili olmuşdur. Daş karxanasında işlərin görülməsi Şahid1 həvalə edilmişdir. Karxananın işlədilməsində çətinliklər yarandığından 2008-ci ilin oktyabr ayında vergiyə rəsmi müraciət edərək karxananın fəaliyyəti dayandırılmışdır. Şahid1 karxananın fəaliyəti dayandırıldıqdan sonra 01 ədəd mişar daşı kəsən kombaynı reysləri ilə birlikdə Bakı şəhəri Xəzər rayonunun ərazisində yerləşən “Türkan” daş karxanasında Adıgözəl adlı şəxsə icarəyə vermişdir. Digər avadanlıqlar isə Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində «Gülbaxt» adlanan sahədə qalmışdır və nəzarətçi tərəfindən mühafizə olunmuşdur. Təxminən 2012-ci ilin sonlarında Şahid1la həyat yoldaşı Zinyət Yusifova, o cümlədən o özü daş karxanasını avadanlıqları ilə birlikdə satıb ərazidən çıxmaq qərarına gəlmişlər. Həmin ilin dekabr ayında onun həmyerlisi Ağcabədi rayonunun Hacıbədəlli kənd sakini Mübariz daş karxanasını üzərində olan avadanlıqları ilə birlikdə satmaqda vasitəçilik edəcəyini bildirmişdir. 2012-ci ilin dekabr ayında o, Şahid1 Mübarizlə Yasamal rayonu ərazisində olan «Qismət» şadlıq sarayının yaxınlığında tanış etmişdir. Söhbət zamanı Mübariz daş karxanasına müştəri tapdığını, Elvin adlı şəxsin həmin daş karxanasını almaq istədiyini bildirmişdir. Mübariz Elvinin iş adamı olduğunu və hal-hazırda xarici ölkədə olduğunu bildirmişdir. Bir neçə gündən sonra, yəni 2012-ci ilin dekabr ayının sonlarında “Qismət” şadlıq evinin yaxınlığında yerləşən çay evində Mübariz Elvinin nümayəndəsi olan Neftçala rayon sakini Rzaqulu adlı şəxsi Şahid1 və onunla görüşdürərək tanış etmişdir. Rzaqulu söhbət əsnasında bildirmişdir ki, daş karxanasını əmisi oğlu Zərərçəkmiş şəxs alacaq və onun nümayəndəsi kimi bütün işlərdə özü iştirak edəcəkdir. Həmin gün o, Şahid1, Şahid2 və Rzaqulu ilə birlikdə Qaradağ rayonu, Qızıldaş qəsəbəsi daş karxanasının yerləşdiyi «Gülbaxt» adlanan sahəyə getmişlər. Orada Mübariz və Rzaqulu daş karxanası və karxananın avadanlıqları ilə, yəni daş karxanasının üzərində olan maşın, texnika, avadanlıq və tikili ilə tanış olmuşlar. Mübariz və Rzaqulu daş karxanasında olarkən onlarla razılaşmışlar ki, daş karxanasını, üzərində olan maşın, texnika, avadanlıq və tikilini 200000 manata alacaqlar. Onlar şifahi olaraq aralarında razılığa gəlmişlər. Mübariz və Rzaqulu daş karxanasında nəzarətçiyə ehtiyac olmadığını, daş karxanasının onlarlıq olduğunu, daş karxanasını işlək vəziyyətə gətirib Elvin adlı şəxsə verəcəklərini bildirmişlər. Rzaqulu həmin vaxt bildirmişdir ki, avadanlığı və maşın texnikasını təmir etdirib karxananı saz vəziyyətə gətirdikdən sonra təmirə çəkilən pul ümumi qiymətdən çıxılacaqdır. Onlar Rzaqulunun bu şərti ilə razılaşmışlar. Həmin vaxt danışıb sövdələşərək onlara aid daş karxanasının sənədlərinin əslini Mübarizə və Rzaquluya vermişlər. Onlar Rzaqulu və Mübarizin sözünə görə nəzarətçini işdən çıxarmışlar. Şahid2 təxminən 2013-cü ilin mart ayının ortalarında “Türkan" qəsəbəsində yerləşən daş karxanasında olan həmin dövr üçün 20000 manat dəyərində mişar daşı kəsən kombaynı və hər birinin qiyməti 250 manat olan R50 markalı 18 ədəd kombayn relsini Kamilin icarəyə verdiyi Adıgözəl adlı şəxsdən götürüb sürücü Məmmədvəli adlı şəxsin idarə etdiyi “Kamaz” markalı avtomobilə yükləyib aparmışdır. Məmmədvəli ilə Kamil telefonla danışarkən kombaynı Türkan qəsəbəsindən götürdükdən sonra Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisinə “Şahqaya” sahəsinə apardığını, Mübarizdən yol haqqı 400 manat pul aldığını bildirmişdir. Mübarizdən bu barədə soruşduqda, o, kombaynı təmir etdirmək üçün həmin daş karxanasına apardığını bildirmişdir. Lakin sonradan eşitmişlər ki, Mübariz həmin kombayını onlara aid daş karxanasına aparıb qoymaq əvəzinə, «vahabilər» işlədən daş karxanasının yaxınlığında yerləşən tanımadıqları daş karxanasının sahibinə satmışdır. Rzaqulu isə 2013-cü ilin aprel ayının əvvəllərində Kamilə məxsus digər kombaynı, yəni qiyməti 15000 manat dəyərində olan 01 ədəd daş kəsən kombaynı və onun yanında sökülüb düzülmüş hər birinin qiyməti 250 manat olan 12 ədəd R-50 markalı relsi onlardan xəbərsiz yük kranı ilə çıxarıb daşıyaraq təmir adı ilə başqa yerə aparmışdır. Şahid1 bununla bağlı Rzaqulunu sorğu-sual edib nə üçün onları aldatdığını soruşduqda o, bildirmişdir ki, guya təmir işlərinin başlanğıcı bir qədər ləngidiyi üçün hələlik müvəqqəti olaraq həmin kombaynı relslərlə birlikdə tanışının daş karxnanasına yerləşdirib ki, nəzarətsiz qalmasın. Bu söhbətdən təxminən 10 gün sonra, yəni 2013-cü ilin aprel ayının ortalarında Kamil Mübariz ilə birlikdə daş karxanasına gedib təmirə ehtiyyacı olduğu üçün şırımaçan kombaynı ona təhvil vermişdir. Mübariz həmin şırımaçan kombaynı qaldırıcı kran vasitəsilə “Kamaz” markalı avtomobilə yüklətdirib təmir etmək üçün “Gülbaxt” daş karxanasının ərazisində yerləşən kombayn təmiri sexinə aparmışdır. Həmin təmir sexində şırımaçan kombaynı təmir edən usta da bilmişdir ki, daş karxanasını avadanlıqlar ilə birlikdə satmışlar. Şırımaçan kombaynın təmiri ilə bağlı işlərə Kamil nəzarət etmiş, həmin şırımaçan kombaynın təmir haqqı ilə ehtiyyat hissələrinə çəkilən xərclər birlikdə təxminən 800 manat təşkil etmişdir. Bir müddət sonra isə Kamil ona bildirmişdir ki, Mübariz ilə Rzaqulunun ona qarşı dələduzluq etməsini başa düşdükdən sonra sözügedən kombaynın təmir sexinə getmiş və usta ona şırımaçan kombaynı Mübarizin götürüb apardığını demişdir. Bu söhbətdən bir müddət keçdikdən sonra o və Şahid1, Mübariz və Rzaqulu tərəfindən aldandıqlarını başa düşmüş və buna görə də Şahid1 Yasamal RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona görə ki, Mübariz və Rzaqulu ilə ilk görüş və söhbətləri Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində «Qismət» şadlıq sarayının qarşısında olmuşdur. Qaradağ rayonunda yerləşən daş karxanasından Rzaqulunun apardığı daşkəsən kombayn ilə əlaqədar Kamil axtarışlar aparmış, həmin kombaynı yük avtomobilinə yükləyən kran avtomobilini idarə edən şəxsi tapmışdır. Kran avtomobilinin sürücüsü bildirmişdir ki, Rzaqulunun göstərişi ilə ona məxsus daş karxanasında yerləşən daşkəsən kombaynı Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində fəaliyyət göstərən Yusif adlı şəxsə məxsus daş karxanasının ərazisinə qoymuşdur. Hətta həmin şəxs Kamili Yusif adlı şəxsin daş karxanasına aparıb daşkəsən kombaynı düşürtdüyü yeri göstərmişdir. Yusif özü də etiraf etmişdir ki, onun icarəyə işlətdiyi daş karxanasının yaxınlığına bir nəfər şəxs daşkəsən kombayn gətirib qoymuşdur. Lakin bir müddət sonra isə həmin kombaynı yük avtomobilinə yüklətdirib aparmışlar. Artıq onlara məlum olmuşdur ki, Rzaqulu və Mübariz öz əməllərini davam etdirərək Yusif adlı şəxsin karxanasında qalan Kamilə məxsus sözügedən daşkəsən kombaynı relslərlə birlikdə götürərək başqa şəxslərə satmışlar. Mübariz və Rzaqulu ilə onların aralarında heç bir rəsmi sənəd və ya yazılı qəbzlər imzalanmamış, yalnız şifahi danışıqlar olmuş, Rzaqulu və Mübariz də onların sadəlövlüklərindən istifadə edərək əmlaklarını ələ keçirmişlər. Nəticədə də onlar hal-hazıradək boş sahəsi və heç bir avadanlığı olmayan daş karxanasının sahibi qalaraq orada fəaliyyət göstərə bilmirlər. Aralarında olan şifahi razılaşmaya əsasən Rzaqulu və Mübariz kombaynları təmir etməklə daş karxanasını satış vəziyyətinə hazırlamalı imişlər, yalnız karxana satıldıqdan sonra çəkdikləri xərclər satışdan əldə olunan pulların hesabına satışdan əldə olunacaq pulların 2 faizi onlara verilməsi nəzərdə tutulmuşdur. O və Şahid1 Zərərçəkmiş şəxs ilə görüşməmişlər və aralarında rəsmi sənədlərin imzalanması olmamışdır. Zərərçəkmiş şəxs ilə onlar görüşmək istəsələr də Elvin onlarla görüşməkdən boyun qaçırmışdır. Zərərçəkmiş şəxs izahatında göstərilmiş hallar haqqında onun və Şahid1 heç bir məlumatı olmamışdır. Yalnız Yasamal RPİ-də araşdırma aparılarkən Kamil Zərərçəkmiş şəxs mobil telefonun nömrəsini əldə edərək onunla əlaqə saxlayaraq Mübariz və Rzaqulunun kombaynarı ələ keçirmələrini bildirmişdir . Elvinin Mübariz və Rzaqulu ilə necə razılaşmaları barədə bir söz deyə bilməz. Mübariz onun qohumu deyil, onun həmkəndlisidir, Rzaqulu və Mübariz kombaynların təmiri ilə əlaqədar 10000 manat pul xərcləməmişlər, daş karxanasını işlətməmişlər və ümumiyyətlə daş karxanasının işlədilməsini nə o özü, nə də Şahid1 heç kimə həvalə etməmişdir, nə də ki, bu məqsədlə daş karxanasını heç kəsə təhvil verməmişlər. Şahid1 daş karxanasına görə onunla şərikdir, lakin daş karxanasında olan avadanlıqlar Kamilə məxsusdur. Şahid2 və Təqsirləndirilən şəxs ələ keçirdkiləri 02 ədəd daşkəsən kombayn, şırımaçan kombayn və relslər Şahid1 məxsusdur. Bir daha bildirir ki, daş karxanasında olan avadanıqlar Kamilə məxsusdur. Ola bilər ki, o, Yasamal RPİ-də müstəntiqə izahat verəndə fikrini düzgün bildirməmişdir. Rzaqulu yalan danışır. Ona və Kamilə məxsus daş karxanasında olan kombayn işlək vəziyyətdə imiş. Lakin xırda bir nazaslığı var imiş. Həmçinin 6 ədəd deyil, 12 ədəd rels var imiş. Rzaqulu özünü məsuliyyətdən kənara çəkmək üçün belə bir ifadə vermişdir. Mübariz yalan danışır. Rzaqulu daş karxanasının ərazisini qazdırmayıb, daş ehtiyyatının dərinliyni yoxlamayıb, Rzaqulu ilə onun arasında texnikanın təmirinə görə 8000 manatı ona qaytamağı barədə söhbət olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Şahid1 və Şahid3 tanımır, yalnız Təqsirləndirilən şəxs tanıyır, həmin şəxslərlə hər hansı bir yaxınlığı və ədavəti yoxdur. 2000-ci il tarixdən 2007-ci il tarixədək olan müddətdə o, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Gülbaxt” daş karxanasının ərazisində yerləşən daş karxanasında işləmişdir. Belə ki, həmin daş karxanası onun qohumu Cavanşir Abdullayevə məxsus olmuş, o isə həmin karxanada olan işlərə rəhbərlik etmişdir. 2008-ci il tarixdən isə o, həmin daş karxanansında olan işçilərə nəzarət etməyə başlamışdır. Təxminən 2013-cü ilin sentyabr ayından sonra həmin daş karxanasında işləməmiş və karxanaya getməmişdir. Rzaqulu adlı şəxsi təxminən 2013-cü ilin aprel ayında tanımışdır. Belə ki, o, “Gülbaxt” daş karxanasında olarkən işlədiyi daş karxanasının yaxınlığına, onun işlədiyi daş karxanasına aidiyyatı olmayan yerə “Kamaz” markalı avtomobilin yük yerində olan 01 ədəd daşkəsən kombaynın “Maz” markalı kran vasitəsilə yerə düşürüldüyünü görüb həmin yerə yaxınlaşmışdır. Orada bir nəfər orta yaşlı şəxs adının Rzaqulu olduğunu deyib həmin kombaynın ona məxsus olduğunu, bir neçə günlük kombayının orada qalacağını, yaxın vaxtlarda həmin kombaynı götürüb aparacağını bildirmişdir. Həmin vaxtadək o, Rzaqulunu tanımamışdır. O, həmin şəxsə demişdir ki, buranın gözətçisi yoxdur, nahaq yerə kombaynı bura düşürdür. Rzaqulu isə ona demişdir ki, həmin kombayna nəzarət etsin, bir müddət sonra gəlib həmin kombaynı götürəcəkdir. O, isə cavabında kombaynı düşürtdüyü yerin onun işlədiyi daş karxanasının ərazisi olmadığını, həmin kombayna nəzarət edə bilməyəcəyini bildirmişdir. Rzaqulu ona bir söz deməyib “Kamaz” markalı avtomobilə əyləşib getmişdir. Təxminən bir neçə ay həmin daşkəsən kombayn orada qalmış, daha sonra sözügedən daşkəsən kombaynın yerində olmadığını aşkar etmişdir. Başa düşmüşdür ki, o, daş karxanasından çıxıb evinə getdiyi müddətdə həmin daşkəsən kombayn oradan götürülüb aparılmışdır. Bu söhbətdən bir müddət keçdikdən sonra o, daş karxanasında olduğu zaman qara rəngli “Prado” markalı avtomobil ilə 4 nəfər şəxs onun yanına gəlmiş, həmin şəxslərdən bir nəfəri cavan, digərləri orta yaşlı şəxslər olmuşlar. Cavan oğlan səhv etmirsə kran yük avtomobilinin sürücüsü olmuşdur. Həmin şəxslərdən bir nəfəri ona bildirmişdir ki, Rzaqulu adlı şəxs ona məxsus daş karxanasından daşkəsən kombaynı və relsləri ondan xəbərsiz götürüb onun işlədiyi daş karxanasının yaxınlığına gətirib qoymuşdur. O, isə həmin şəxsə bildirmişdir ki, Rzaqulu adlı şəxs bir neçə ay bundan əvvəl onun işlədiyi daş karxanasının yaxınlığına daşkəsən kombaynı gətirib qoymuşdur. Lakin həmin vaxt hər hansı bir rels qoymamışdır. Bir müddət əvvəl isə onun xəbəri olmadan həmin kombaynı kim isə aparmışdır. Yəqin ki, həmin kombaynı Rzaqulu özü aparmışdır. Çünki, başqa bir şəxs onun işlədiyi daş karxanasının yaxınlığına qoyulmuş daşkəsən kombaynı götürüb apara bilməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2011-ci il tarixdən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs Bakı şəhərində şirkətdə işləyəndə o öz idarə etdiyi avtomobillə onu lazım olan yerlərə aparmışdır. Şahid2 isə 2008-ci il tarixdən tanıyır. Təqsirləndirilən şəxs isə Şahid2 görə təxminən 2011-ci il tarixdə tanımışdır. Onun bildiyinə görə Rzaqulu Elvinə aqlay daşı satmış, sonradan isə bilmişdir ki, Şahid2 ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qaradağ rayonu ərazisində yerləşən daş karxanasını satırlar. Həmin vaxtlar təxminən 2011 və ya 2012-ci illərdə Zərərçəkmiş şəxs bir dəfə idarə etdiyi avtomobillə Qaradağ rayonunda yerləşən hazırda yeri dəqiq yadında qalmayan kombayn təmir edilən sexə aparmışdır. Sonradan Elvin ona demişdir ki, daş karxanasını və avadanlıqlarını almaq üçün Mübariz və Rzaquluya 46500 manat pul vermişdir. Təxminən 2012-ci ilin yay aylarında Bakı Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında çayxanada Elvin, Mübariz, Rzaqulu, Elvin, Mamed və o əyləşib çay içib söhbət etmişlər. Elvin Mübariz və Rzaqulu ilə onlara verdiyi pulların heasabını etmişdir. Söhbət daş karxanasından getmiş, Elvin kombaynın təmirinə, daş karxanasını almağına görə Mübariz və Rzaquluya verdiyi pulları vərəqə yazıb hesablamış və bildirmişdir ki, Mübarizə və Rzaquluya ümumilikdə 46300 manat pul vermişdir. Həmin vaxt Mübariz və Rzaqulu Elvinin dediklərini təsdiqləmişlər. Hətta Elvin həmin məbləği və danışılanları vərəqə qeyd etmiş, Elvin, Mübariz, Rzaqulu, Mamed və o vərəqin altına imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən 2015-ci ilədək olan müddətdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, “Gülbaxt” daş karxanasının yaxınlığında yerləşən daşkəsən kombaynlarn təmiri sexində tornaçı işləmişdir. O, Şahid1 təxminən 2010-cu il tarixdə tanımış, Kamil daş karxanası işlətmişdir. Təxminən 2012-ci ildə Kamil adlı şəxsin şırımaçan kombaynı təmir edilməsi üçün onun işlədiyi sexə gətirilmişdir. Lakin həmin kombaynı işlədiyi sexə kimin gətirməsi yadında deyil. Həmin şırımaçan kombaynın dişləri (şestrnaları) və “podçibnik”ləri dəyişilməli olmuş, Kamillə belə razılşmışlar ki, şırımaçan kombaynın dişlərini də özündən qoyacaqdır və təmir ilə birlikdə 800 manat pul alacaqdır. Kamillə birlikdə onun işlədiyi sexə tanımadığı və adını bilmədiyi bir nəfər şəxs də gəlmişdir. Səhv etmirsə həmin şırımaçan kombayn üçün bir neçə xırda detalı Kamilin yanında gələn şəxs özü alıb gətirmişdir. Ancaq həmin detallar elə də qiymətli olmamışdır. Təxminən 1 həftə ərzində həmin şırımaçan kombaynı təmir etmişdir. Şırımaçan kombayn təmir edildikdən sonra isə Kamil ilə gələn adını bilmədiyi şəxs işlədiyi sexə gəlib kombaynı “Kamaz” markalı avtomobilə yüklətdirib aparmışdır. Həmin şəxs təmirə görə ona verəcəyi 800 manat pulu bir neçə günə gətirib verəcəyini bildirmiş, o isə Kamili tanıdığı üçün ona bir söz deməmişdir. Lakin indiyə qədər həmin şırımaçan kombaynın təmirinə görə onun 800 manat pulu verilməmişdir. Onun işlədiyi sexdən şırımaçan kombaynı aparan şəxsin adını bilməmiş və həmin vaxtdan uzun müddət keçdiyinə görə hazırda həmin şəxsi görsə tanıya bilməz. Məhkəmə Şahid7 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə Şahid7 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi tədqiq olunmaqla elan edilmişdir. Şahid7 ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, o, 1979-cu ildən sürücü işləyir. Şahid1 2004-cü il tarixdən tanımışdır. Belə ki, o, Qaradağ rayonu ərazsində yerləşən daş karxanasına idarə etdiyi yük avtomobili ilə yük apararkən Şahid1 ilə tanışlığı yaranmışdır. 2008-ci ildən 2017-ci ilədək olan müddətdə onun “Kamaz” markalı yük avtomobili olmuş, həmin avtomobillə müştərilərin yükünü lazım olan yerə daşımışdır. Təxminən 2013-cü ildə Kamil onunla telefon əlaqəsi saxlayaraq ona Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən daş karxanasında ona məxsus daşkəsən kombayn olduğunu, həmin kombaynı bir nəfərə satdığını, kombaynı Qaradağ rayonu ərazisində yerləşən daş karxanasına aparmaq lazım olduğunu bildirmişdir. O, Kamilə etiraz etməmiş və avtomobili Türkan qəsəbəsində yerləşən daş karxanasına getmişdir. Orada onu adı yadında qalmayan bir bir nəfər şəxs qarşılamış, daş karxanasında başqa şəxslər də olmuşdur. Sözügedən daş kəsən kombaynı qaldırıcı kran vasitəsilə onun idarə etdiyi avtomobilə yükləmişlər. Orada adını bilmədyi orta yaşlı bir kişi ona yol haqqı olaraq 400 manat pul vermişdir. O, avtomobili Qaradağ rayonu ərazisində yerləşən daş karxanasına sürmüş, daş karxanasına çatmağa az qalmış bir nəfər adı yadında qalmayan təxminən 50-55 yaşlarında olan kişi onu qarşılamışdır. Səhv etmirsə həmin şəxs “Vaz 2107” markalı avtomobillə gəlmişdir. Həmin şəxs onun avtomobilini əvvəlcə adı və ünvanı yadında qalmayan daş karxanasına aparmışdır. Daha sonra onu qarşılayan şəxs demişdir ki, kombaynı yerə qoymaq üçün qaldırıcı kran gətirməyə gedir. Həmin şəxs “Vaz 2107” markalı avtomobilə əyləşib çıxıb getmişdir. Həmin vaxt təxminən saat 11 radələri olmuşdur. Onu qarşılayan şəxsin gəlmədiyini görüb Kamillə telefon əlaqəsi saxlayıb onu qarşılayan şəxsin qaldırıcı kranın arxasınca getdiyini və gəlmədiyini bildirib avtomobilini boşaltmaq lazım olduğunu demişdir. O, 1 gün orada qalmış, ertəsi gün onu qarşılayan şəxs qaldırıcı kran avtomobili ilə gəlmiş və onun avtomobilini bir qədər irəli sürdürmüşdür. O, avtomobili yoxuşa sürmüş, yoxuşu qalxdıqdan sonra geniş bir ərazi düzənlik olmuşdur. Kran avtomobili onun avtomobilinin yük yerində olan kombaynı yerə düşürtmüş və o, avtomobilini sürüb getmişdir. O, onu Türkan qəsəbəsində yerləşən daş karxanasında qarşılayan şəxsi, eləcə də Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında qarşılayıb kombaynı yerə düşürtdürən şəxsi tanımamış və adlarını bilməmişdir. O, Şahid2 və Təqsirləndirilən şəxs tanımır. Türkan qəsəbəsində idarə etdiyi yük avtomobilinə yüklənmiş və Qaradağ rayonu ərazisində yerləşən daş karxanasına gətirib kombaynı yerə düşrtdüyü vaxtdan 5 ildən artıq müddət keçdiyinə görə həmin kombaynı düşürtdüyü yeri göstərə bilməz. Türkan qəsəbəsindəki daş karxanasında onu qarşılayan şəxsin üz cizgiləri yadından çıxmışdır. Lakin Qaradağ rayonu ərazisində yerləşən daş karxanasında onu qarşılayan şəxsi görsə tanıyar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 16 dekabr 2017-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlaması və istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır (İ cild, i.v. 1-2). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 16 yanvar 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır (İ cild, i.v. 216). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 21 fevral 2018-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (İ cild, i.v. 231). Şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İİ cild, i.v. 7, 16-17). Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 aprel 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbnaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir (İİ cild, i.v. 28-29). Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19 aprel 2018ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 42). Təqsirləndirilən şəxsin MSY-dən həbsdən azad edilməsi haqqında 19 aprel 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2018-ci il tarixdə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir (İİ cild, i.v. 44). Cinayət işi üzrə icraatın dayandırılmasına dair 25 iyun 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İİ cild, i.v. 128). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götürülməsi barədə 18 iyul 2018-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilməklə istintaq davam etdirilmişdir (İİ cild, i.v. 134). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 18 iyul 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İİ cild, i.v. 153). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götürülməsi barədə 06 noyabr 2018-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilməklə istintaq davam etdirilmişdir (İİ cild, i.v. 163). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 06 noyabr 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İİ cild, i.v. 177). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götürülməsi barədə 21 noyabr 2018-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilməklə istintaq davam etdirilmişdir (İİ cild, i.v. 180). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2018-ci il tarixli, 32929 saylı ərzaq və sənaye mallarının əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2013-cü il tarixə olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 1. Sarı rəngli daşkəsən kombayn (mühərrikləri ilə birgə) -8000,00 manat; 2.Sarı rəngli daşkəsən kombayn (mühərrikləri ilə birgə) -8000,00 manat; 3. Şırımaçan kombayn (mühərrikləri ilə birgə) - 7000,00 manat; 4. R-50 markalı kombayn relslərinin 1 metri -35,00 manat təşkil edir (İİİ cild, i.v. 18-20). Cinayət işi üzrə icraatın ayrılması və icraata qəbul edilməsi haqqında 16 yanvar 2019-cu il tarixli qərardan görünür ki, istintaqı tamamlanmış ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (İ cild, i.v. 1). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 31 yanvar 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İİİ cild, i.v. 68-69). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli, 1(002)-81/2019 saylı hökmü ilə Şahid2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 10 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanması hökm edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Şahid2 əməlində yalnız Zərərçəkmiş şəxs ilə qabaqcadan əlbir olmaqla texnikanın təmiri adı altında Zərərçəkmiş şəxs aldatma və etibarından sui-istifadə etmə yolu ilə 8000 manat məbləğində pulunu mənimsəyərək dələduzluq cinayətinin tərkibi vardır. (İİİ cild, i.v. 71-81). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata götürülməsi barədə 12 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilməklə istintaq davam etdirilmişdir (İİİ cild, i.v. 103-104). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarına əsasən, təqsirləndirilən Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 172.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 04 iyun 2019-cu il tarixli hökmünün dəyişdirilməsi, təqsirləndirilən Şahid2 tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmaqla zərərçəkmiş Şahid1 məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakını dələduzluq yolu ilə ələ keçirib hər-hansı bir formada mənimsəməsi hadisəsi sübut edilmədiyindən, eyni zamanda təqsirləndirilən Şahid2 tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olmaqla digər zərər çəkmiş Zərərçəkmiş şəxs münasibətdə təkrarən dələduzluq etməsi hadisəsi üzrə 46500 manat deyil 8000 manat məbləğində pulun mənimsənilməsi hissəsində sübut edildiyindən, irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin xaric edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. (İİİ cild, i.v. 131-155). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 noyabr 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin olduğu yer müəyyən olunub istintaqa təqdim edilənədək dayandırılmışdır (İİİ cild, i.v. 173-174). Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 14 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 13 noyabr 2019-cu il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə saat 21:00-da tutulmuş və Qaradağ RPİ-nin MSY-ə təhvil verilmişdir (İİİ cild, i.v. 180). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 14 noyabr 2019-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (İİİ cild, i.v. 181-182). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 noyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbnaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (İİİ cild, i.v. 202-203). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-661/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 noyabr 2019-cu il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İİİ cild, i.v. 224-228). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-717/2019 saylı, 10 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni 13 yanvar 2020-ci il tarixədək uzadılmışdır (İV cild, i.v. 28-31). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-13/2020 saylı, 10 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 13 mart 2020-ci il tarixədək uzadılmışdır (İV cild, i.v. 64-67). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2020-ci il tarixli 1(102)-247/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Şahid2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 avqust 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxs Şahid1 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilmişdir (İV cild, i.v. 79-84). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-153/2020 saylı, 10 mart 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay, yəni 13 aprel 2020-ci il tarixədək uzadılmışdır (İV cild, i.v. 96-96E). Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 14 aprel 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (İV cild, i.v. 106-108). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 may 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrü icraat Azərbaycan Respublikası CPM-nin 53.1.7-ci maddəsinə əsasən dayandırılmışdır (İV cild, i.v. 123-124). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (İV cild, i.v. 140). Cinayət işi üzrə icraatın dayandırılması barədə 26 fevral 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrü icraat Azərbaycan Respublikası CPM-nin 53.1.7-ci maddəsinə əsasən dayandırılmışdır (İV cild, i.v. 141). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (İV cild, i.v. 140). Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutulması barədə 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması qərara alınmışdır (İV cild, i.v. 143). Cinayət işi üzrə icraatın dayandırılması haqqında 09 aprel 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrü icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İV cild, i.v. 144-145). Axtarışda olan şəxsin tutulması barədə 19 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə saat 14:10 radələrində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmışdır (İV cild, i.v. 146). Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə 19 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (İV cild, i.v. 147). 190030024 saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə 19 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır (İV cild, i.v. 150-173). Cinayət işinin icraatına xitam verilməsi barədə qərarın ləğv edilməsi haqqında 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatına xitam verilməsi barədə 19 may 2021-ci il tarixli qərar ləğv edilmişdir (İV cild, i.v. 181-182). Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2021-ci il tarixli 1(102)-733/2021 saylı qərarından görünür ki, Şahid2 Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (İV cild, i.v. 189-193). 190030024 saylı cinayət işi üzrə icraata xitam verilməsi barədə 13 iyul 2021-ci il tarixli qərardan görünür ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cinayət işinin icraatına xitam verilməsi qərara alınmışdır (İV cild, i.v. 203-226). Cinayət işinin icraatına xitam verilməsi barədə qərarın ləğv edilməsi haqqında 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatına xitam verilməsi barədə 13 iyul 2021-ci il tarixli qərar ləğv edilmişdir (İV cild, i.v. 230-231). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 avqust 2021-ci il tarixli cavabından görünür ki, Ağalarov X4 Rayon Xalq Məhkəməsinin 17 iyun 1997-ci il tarixli hökmü ilə qüvvədən düşmüş Cinayət Məcəlləsinin 214-cü maddəsinin İ hissəsinə əsasən əmlakı müsadirə olunmaqla 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 may 1998-ci il il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 12 may 1998-ci il tarixli Amnistiya Qərarının 4-cü maddəsinə əsasən cəzadan azad olunmuş, məhkumluğu ödənilmişdir (V cild, i.v. 1-2). Toplanmış sübutların qiymətləndirilməsi haqqında 10 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yeni ittiham elan edilməsi, Zərərçəkmiş şəxs qalan 38500 manat dəyərində əmlakının dələduzluq yolu ilə talanması faktı sübut olunmadığından həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməli olması, Şahid1 47125 manat dəyərində əmlakının dələduzluq yolu ilə talanması faktı sübut olunmadığından həmin xüsusat üzrə cinayət təqibinin rədd edilməli olması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə qabaqcadan əlbir olmaqla iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Şahid1 məxsus ümumi dəyəri 47125 manat təşkil edən əmlakını dələduzluq yolu ilə ələ keçirib hər hansı bir formada mənimsənilməsi faktı sübuta yetirilmədiyindən və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan Şahid1 iş üzrə zərərçəkmiş şəxs statusuna xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs tanışı Şahid2 ilə qabaqcadan əlbir olmaqla Zərərçəkmiş şəxs ümumilikdə 46500 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etməsi sübuta yetməmiş, dələduzluq faktı yalnız texniki avadanlıqların təmiri üçün alınmış 8000 manat pul üzrə sübuta yetdiyindən dəymiş ziyan 8000 manat hesablanması, cinayət işi üzrə zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi, Qaradağ rayon məhkəməsinin hökmü, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları iş materialları ilə öz təsdiqini tapdığından sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (V cild, i.v. 3-27). Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 05 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs oğlu tərəfindən məhkəməyə təqdim edilmiş 02 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən işi üzrə icraata xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrinin, ekspert rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, Qaradağ rayon məhkəməsinin hökmünün, Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının (CPM 142.1), digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi cinayət işinin materialları və işin həqiqi halları ilə tam təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi az ağır cinayətlər təsnifatına daxil olan Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkibini yaradan ona verilmiş ittihamda nəzərdə tutulmuş cinayət əməlini törətməsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə verilmiş hazırkı ittihamdan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini 2013-cü ilin mart ayının ortalarında törətmişdir. Fakta görə cinayət işi 16 dekabr 2017-ci il tarixdə başlanılmış, cinayət işi üzrə icraat müxtəlif əsaslara görə dəfələrlə dayandırılımışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirli olduğu müəyyən edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin mənası baxımından az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cinayət işi üzrə icraat müxtəlif əsaslara görə ( Azərbaycan Respublikası CPM-nin 53.1.1, 53.1.3 və 53.1.7 maddələrinə əsasən) bir çox dəfə dayandırılmışdır. Məhkəmə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 75.3-cü maddəsini əsas götürərək, cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə) maddəsinə əsasən dayandırıldığı müddətləri (cəmi 01 il 03 ay 02 gün) nəzərə alaraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsindən qeyd olunan cinayətin təsnifatı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən olunmuş yeddi il olmaqla cinayət məsuliyyətinə cəlb edilmə müdddəti artıq keçmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizə təqdim edərək, barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublkası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 12 (on iki) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəməyə təqdim edilmiş məhkəmə baxışı zamanı dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 50 (əlli) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 12 (on iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 72 (yetmiş iki) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.3, 43.3, 321, 347, 356-ci maddələrini və Azərbaycan Respublikası CM-nin 75-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 12 (on iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 72 (yetmiş iki) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 50 (əlli) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar