Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-335/2022 07.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Qaradağ rayonu Güzdək qəsəbəsində yerləşən daş karxanasının rəhbəri vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini icra edərkən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, təqsirləndirilən şəxs S.Q.X8 arasında bağlanmış 23 iyun 2022-ci il tarixli müqavilənin 2.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazidə əməyin mühafizəsi, təhlükəsizlik və texniki təhlükəsizlik qaydalarına əməl edilməsini təmin etmək və rəhbərlik etmək vəzifəsi həvalə edilmiş şəxs kimi, «Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları»nın §4, §5, §84 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin “b” və “e” abzaslarının tələblərini pozaraq, cinayətkarcasına etinasızlıq etməklə öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməyərək, Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən istifadəsində olan daş karxanasında işlərin görülməsinə cəlb olunmuş Zərərçəkmiş şəxs peşəsi üzrə işlərin təhlükəsiz aparılması metodlarına dair təlimatlandırmadan işə buraxdığından, eyni zamanda daş karxanasında istifadə olunan mişar daşı kəsən maşının, yəni kombaynın saz vəziyyətdə saxlanılması üçün mütəmadi baxışlar keçirilməsini təşkil etməklə mövcud qüsurların, yəni dişlərin yeyilməsini aşkar edərək aradan qaldırılmasını təmin etmədiyindən 25 iyun 2022-ci il tarixdə təxminən saat 03:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında istifadə olunan mişar daşı kəsən maşının, yəni kombaynın iş prosesi zamanı sürətlər qutusunun fırlanan hissələrinin dişlərinin qırılmasının baş verməsi, mişar daşı kəsən kombaynın geriyə, yəni əks istiqamətə hərəkətlənməsi nəticəsində Zərərçəkmiş şəxs kombaynın arxa hissəsində aşağıda olan dəmir hissələri ilə yer səthinin arasında qalaraq almış olduğu dalağın və qaraciyərin cırılması ilə müşayiət olunan döş qəfəsinin sağdan ll-lİl-İV-V-Vİ-Vİl-Vİİl-İX-X-Xİ- Xİİ qabırğaların qapalı, yerinidəyişən sınıqları nəticəsində kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif vaxtlarda daş karxanalarında işçi kimi işləmişdir. 23 iyun 2022-ci il tarixli müqavilə əsasında tanışı Şahid2 Güzdək bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 463 nömrəli qərarı ilə ona mişar daşı istehsalı üçün verilmiş 1,2 hektar torpaq sahəsinin idarə edilməsini ona həvalə etmişdir O, hadisə baş verən daş karxanasını 23 iyun 2022-ci il tarixdən etibarən işlətməyə başlamışdır. 23 iyun 2022-ci il tarixdən fəaliyyətə başlamış daş karxanasında fəhlə kimi Coşqun, Sabir, Seymur, kombayn idarə edən kimi isə İlqar işləmişdir. Daş karxanasında 01 ədəd kombayn adlanan mişar daşı kəsən texnika olmuşdur. Həmin kombayn texnikasının təyinatı yer səthində olan hissədə mişar daşının kəsilməsinin təmin edilməsindən ibarətdir və xüsusi düymə ilə hərəkətə gətirilir. Həmin kombayn relslər üzərində irəliyə və geriyə doğru hərəkət etməklə özündə olan mişar vasitəsilə daşı kəsir. Kombayn daşı kəsən zaman fəhlə texnikanın arxası ilə gələrək kəsilmiş daşları sıra ilə düzür. 25 iyun 2022-ci il tarixdə təxminən saat 03:00 radələrində o, evdə olan zaman daş karxanasında işləyən İlqar ona zəng edərək bir nəfər fəhlənin kombaynın arasında qalaraq ölməsi barədə məlumat vermişdir. O, xəbəri alan kimi dərhal evdən çıxaraq daş karxanasına getmişdir. Həmin gün daş karxanasında mərhum Coşqun, Sabir, Seymur, kombaynı idarə edən İlqar olmuşdur. Daş karxanasına çatdıqdan sonra İlqar adında kombayn sürücüsündən hadisənin necə baş verdiyini soruşduqda İlqar ona hadisə barədə məlumat vermişdir. O, Şahid2 və hüquq mühafizə orqanının əməkdaşlarına zəng edərək hadisə barədə məlumat vermişdir. Təxminən saat 09:00 radələrində polis və prokurorluq orqanının əməkdaşları hadisə yerinə gələrək Coşqunun meyitini ekspertizaya aparmışlar. Şahid2 ilə onun arasında bağlanmış 23 iyun 2022-ci il tarixli müqaviləyə əsasən Güzdək bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 463 nömrəli qərarı ilə ona mişar daşı istehsalı üçün verilmiş 1,2 hektar torpaq sahəsinin idarə edilməsi və həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edilməsi ona həvalə edilmişdir. Həmin müqaviləyə əsasən qeyd olunan ərazidə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət və rəhbərlik etmək, eyni zamanda işlərin təhlükəsiz icrasını təmin etmək onun vəzifəsi kimi qeyd edilmişdir. Həmin daş karxanasında mərhum Coşqun, Sabir, Seymur və İlqar əmək müqaviləsi olmadan işləmişlər. Həmçinin qeyd olunan işçilərlə iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamış, xüsusi geyim forması ilə təmin olunmamışlar. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək əməlindən peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, himayəsində iki uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi yardım göstərilməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsinə görə məsuliyyətə cəlb olunmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Güzdək bələdiyyəsinin 15 noyabr 2007-ci il tarixli 463 nömrəli qərarı ilə ona mişar daşı istehsalı üçün verilmiş 1,2 hektar torpaq sahəsinin idarə edilməsini 23 iyun 2022-ci il tarixli müqavilə əsasında Təqsirləndirilən şəxs həvalə etmişdir. 25 iyun 2022-ci il tarixdə təxminən saat 05:00 radələrində Samir ona zəng edərək daş karxanasında bir nəfər fəhlənin kombaynın arasında qalaraq ölməsi barədə məlumat vermişdir. Xəbəri alan kimi o, dərhal evdən çıxaraq daş karxanasına getmişdir. Hadisə yerinə çatanda İlqar adında kombayn sürücüsü hadisə barədə ona məlumat vermişdir. İlqarın danışdıqlarından o, başa düşmüşdür ki, 25 iyun 2022-ci il tarixdə təxminən saat 02:00 radələrində İlqar Coşquna kəsilmiş daşları kənara atmaqda köməklik etmiş, daha sonra Coşqundan ayrılaraq kombaynın yanına keçmişdir. Coşqun kombaynın arxa hissəsində işinə davam edərkən İlqar da kombaynı idarə edən zaman kombaynın mişarı qəfildən yer səthindən daş kəsilən hissəyə ilişərək dirənmiş və həmin vaxt kombayn sürətlə geriyə doğru hərəkət etməyə başlamışdır. Coşqun kombaynın arxa hissəsində olduğundan, İlqar cəld qaçıb kombaynın idarətmə hissəsini elektrik mənbəyindən ayırmış və kombayn dayanmışdır. O, dərhal relsin daxilinə baxdıqda isə Coşqunun hərəkətsiz halda kombaynın daxilində relsin içərisində olduğunu və başından qan gəldiyini görmüş, qorxduğu üçün dərhal otağa gedərək orada olanlara məlumat vermişdir. Daha sonra İlqar həmçinin, hüquq mühafizə orqanının əməkdaşlarına zəng edərək məlumat vermişdir. Təxminən saat 09:00 radələrində polis və prokurorluq orqanının əməkdaşları hadisə yerinə gələrək Coşqunun meyitini ekspertizaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 iyun 2022-ci il tarixdən etibarən Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan daş karxanasında fəhlə kimi işləmişdir. Ondan başqa həmin daş karxanasında fəhlə kimi Coşqun və Seymur işləmişlər. 25 iyun 2022-ci il tarixdə təxminən saat 02:00 radələrində o, Seymurla birlikdə istirahət otağında olmuşdur. Həmin vaxt qəfildən çöl tərəfdən İlqarın ağlayaraq otağa tərəf gələrək qışqırdığını eşitmişdir. Nə baş verdiyini soruşduqda isə İlqar qışqıraraq Coşqunun kombaynın arasında qaldığını demişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 məhkəmənin elektron poçt ünvanına ərizə ünvanlayaraq bildirmişdir ki, qardaşı Zərərçəkmiş şəxs bədbəxt hadisə nəticəsində ölümü ilə əlaqədar istintaqa verdiyi ifadəni təsdiq edir. Hər hansı şikayət və tələbi yoxdur, ölkə xaricində olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarında olan 05 dekabr 2022-ci il tarixli telefonaqramdan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurularaq “Whatsapp” proqramı vasitəsilə görüntülü əlaqə yaradılmış, sonuncu Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını, barışdıqlarını, ölkə xaricində olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. X2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, “X11” QSC-də mexanik vəzifəsində işləyir. Mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs təxminən 1999-cu il tarixdə Nüşabə Səfərova adında qadınla rəsmi nikaha daxil olmuş və onların birgə nikahdan Aqşin Səfərov, Həsən Səfərov adında 2 övladı vardır. Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə Cəlilabad rayonu, Üçtəpə kəndində yaşamaqla uzun müddət Qaradağ rayonu ərazisində yerləşən müxtəlif daş karxanalarında fəhlə kimi işləmişdir. Qardaşı Zərərçəkmiş şəxs 23 iyun 2022-ci il tarixdən isə Qaradağ rayonu, Güzdək adlanan ərazidə yerləşən daş karxanasında fəhlə kimi işləməyə başlamışdır. Qardaşı Zərərçəkmiş şəxs ilə təbiətcə sakit olmuş, heç kimlə o cümlədən daş karxanasında işləyən digər əməkdaşların arasında hər hansı ədavət və düşmənçilik münasibətləri olmamışdır. Qardaşı Coşqun həmin daş karxanasında onlarla eyni kənddən olan Sabir ilə birlikdə işləmişdir. 25 iyun 2022-ci il tarixdə bibisi Nərgiz Allahverdiyevanın əri Asif Allahverdiyev ona zəng edərək qardaşı Zərərçəkmiş şəxs işlədiyi daş karxanasında kombaynın arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi barədə məlumat vermişdir. Daha sonra o, Zərərçəkmiş şəxs meyitinin müayinə olunması üçün MTE PA ETT Birliyinin Qaradağ rayon şöbəsinə aparıldığını öyrənərək ora getmişdir. Meyitxanada ekspertlər müayinələr apardıqdan sonra o, Coşqunun meyitini götürüb öz rayonuna aparıb orada dəfn etmişdir. O, orada işləyən, onlarla eyni kənddən olan Sabirdən hadisənin necə baş verməsini soruşduqda Sabir ona daş darxanasında kombaynı idarə edən İlqarın danışdıqlarına əsasən hadisə barədə məlumat vermişdir. İlqar bildirmişdir ki, 25 iyun 2022ci il tarixdə təxminən saat 02:00 radələrində ilk öncə Coşquna kəsilmiş daşları kənara atmaqda köməklik edirmiş, daha sonra Coşqundan ayrılaraq kombaynın yanına keçmiş, Coşqun isə kombaynın arxasında tək qalmışdır. Kombaynı idarə edən zaman kombaynın mişarı qəfildən yer səthindən daş kəsilən hissəyə ilişərək dirənmiş və sürətlə geriyə doğru hərəkət etməyə başlamışdır. Coşqun həmin vaxt kombaynın arxa hissəsində olduğundan, o, yəni İlqar cəld qaçıb kombaynın idarətmə hissəsini elektrik mənbəyindən ayırmış və kombayn dayanmışdır. O, dərhal relsin daxilinə baxdıqda Coşqunun hərəkətsiz halda kombaynın daxilində relsin içərisində olduğunu və başından qan gəldiyini görmüş, qorxduğu üçün dərhal otağa gələrək məlumat vermişdir. Coşqunun heç vaxt heç kimlə heç bir ədavəti, düşmənçiliyi, mübahisəsi olmamış, hər zaman işlədiyi kollektivdə hörmət qazanmışdır. Coşqunun səhhəti ilə bağlı heç bir şikayəti olmamışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 və Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid4 və Şahid1 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlərin ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid4 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, təxminən 10 il olar ki daş karxanalarında işləyir. O, əvvəllər daş karxanalarında fəhlə kimi işləmişdir. O, 23 iyun 2022-ci il tarixdən etibarən Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan daş karxanasında fəhlə kimi işləmişdir. Ondan başqa həmin daş karxanasında fəhlə kimi Coşqun və Sabir işləmişlər. Daş karxanasında 10 gün işdə olmuş, növbəti 10 gün isə evə gedərək istirahət etmişdir. Daş karxanasında işdə olan zaman 10 gün müddətində o, istirahətini orada olan xüsusi otaqlarda etmişdir. Gün ərzində fasiləsiz olaraq 2 saat işləmiş, növbəti 4 saat isə istirahət etmişdir. Gündəlik olaraq təxminən 25-30 manat arasında əmək haqqı almışdır. Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan daş karxanasında ondan başqa kombayn idarə edən vəzifəsində İlqar, onlara rəhbərlik edən Samir, mərhum Coşqun və Sabir isə fəhlə kimi işləmişlər. Həmin daş karxanasının rəhbəri Samir olmuşdur. Həmin ərazi Nadir Kazımova məxsus olsa da onda olan məlumata əsasən, Samir həmin ərazini sonuncudan icarəyə götürmüşdür. 25 iyun 2022-ci il tarixdə təxminən saat 02:00 radələrində o, Sabirlə birlikdə istirahət otağında olmuşdur. Həmin vaxt qəfildən çöl tərəfdən İlqarın ağlayaraq otağa tərəf gələrək qışqırdığını eşitmişdir. O, İlqarın qışqıraraq Coşqunun kombaynın arasında qaldığını, öldüyünü dediyini eşitmişdir. İlqar otağın qabağında olarkən qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyi üçün həmin vaxt onun səhhəti pisləşmiş və Sabir ona köməklik edərək otağa gətirib çarpayıda uzatmışdır. Sonra hadisə baş verən əraziyə getmişlər və kombaynın içərisində Zərərçəkmiş şəxs arxası üzərində uzanmış vəziyyətdə olduğunu, yerdə qan olduğunu görmüşlər. O, İlqardan hadisənin necə baş verdiyini soruşduqda İlqar ona Coşquna kəsilmiş daşları kənara atmaqda köməklik etdiyini, daha sonra Coşqundan ayrılaraq kombaynın yanına keçdiyini bildirmişdir. Coşqun işinə davam edərkən kombaynın mişarı qəfildən yer səthindən daş kəsilən hissəyə ilişərək dirənmiş, həmin vaxt kombayn sürətlə geriyə doğru hərəkət etməyə başlamışdır. Coşqun kombaynın arxa hissəsində olduğundan, o, cəld qaçıb kombaynın idarətmə hissəsini elektrik mənbəyindən ayırmış və kombayn dayanmışdır. Dərhal relsin daxilinə baxdıqda Coşqunun hərəkətsiz halda kombaynın daxilində relsin içərisində olduğunu və başından qan gəldiyini görmüş, qorxduğu üçün dərhal otağa gedərək onlara məlumat verdiyini bildirmişdir. Daha sonra Samir müəllim və təxminən saat 09:00 radələrində polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlmişlər və Coşqunun meyitini ekspertizaya aparmışlar. Onunla Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan daş karxanası arasında əmək müqaviləsi bağlanmamışdır. Onunla və Zərərçəkmiş şəxsla iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamışdır. Hadisə baş verən zaman onların üzərində nəzarətçi olmamışdır. Belə ki, onlara ümumi rəhbərliyi yalnız Samir müəllim həyata keçirmişdir. Hadisə baş verən zaman o, orada olmamışdır. Lakin ümumiyyətlə işləyən zaman onların əynində heç bir fərdi mühafizə vasitəsi olmamışdır. Şahid1 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, təxminən 9 il olar ki daş karxanalarında işləyir. O, əvvəllər daş karxanalarında fəhlə kimi işləmişdir. Təxminən 2-3 il əvvəl onun bel nahiyəsində yırtıq yarandığı üçün fəhlə kimi işləyə bilməmiş, müxtəlif daş karxanalarında kombayn adlanan mişar daşı kəsən texnikada onu idarə edən kimi işləmişdir. Həmin kombayn texnikasının təyinatı yer səthində olan hissədə mişar daşının kəsilməsinin təmin edilməsindən ibarətdir, texnika düymə ilə hərəkətə gətirilirərək relslər üzərində irəliyə və geriyə doğru hərəkət edir. Kombayn irəliyə doğru hərəkət edən zaman texnika özündə olan mişar vasitəsilə daşı kəsir. Kombaynın özündə texnika idarə etmək üçün yer olmadığından o, kombayn hərəkətdə olan zaman onun yanı ilə hərəkət edir. Kombayn daşı kəsən zaman isə fəhlə texnikanın arxası ilə gələrək kəsilmiş daşları sıra ilə düzür. O, 23 iyun 2022-ci il tarixdən etibarən Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan daş karxanasında kombayn texnikasının sürücüsü kimi işləmişdir. Daş karxanasında 10 gün işdə olmuş, növbəti 10 gün isə evə gedərək istirahət etmişdir. Daş karxanasında işdə olan zaman 10 gün müddətində istirahətini orada olan xüsusi otaqlarda etmişdir. O, gün ərzində fasiləsiz olaraq 2 saat işləmiş, növbəti 2 saat isə istirahət etmiş, gündəlik olaraq təxminən 30-40 manat arasında əmək haqqı almışdır. İşlədiyi daş karxanasında ondan başqa onlara rəhbərlik edən Samir, eyni zamanda mərhum Coşqun, Sabir və Seymur isə fəhlə işləmişlər. 25 iyun 2022-ci il tarixdə təxminən saat 02:00 radələrində o, kombayn texnikası ilə mişar daşı kəsmişdir. Həmin vaxt fəhlələrdən Coşqun texnikanın arxası ilə gələrək daşları kənara düzmüşdür. Coşqun işləyən vaxt, digər fəhlələr otaqlarda istirahət etmişlər. İstirahət otaqları ərazidən təxminən 50-60 metr aralıda yerləşmişdir. Hadisə baş verən ərazidə Coşqun ilə tək olmuş, Samirin özü isə daş karxanasında olmamışdır. O, Coşquna daşı kənar yığmaqda köməklik etmişdir. O, Coşqundan ayrılaraq kombaynın yanına keçmiş və Coşqun kombaynın arxasında tək qalmışdır. O, kombaynı idarə edən zaman kombaynın mişarı qəfildən yer səthindən daş kəsilən hissəyə ilişərək dirənmiş, həmin vaxt kombayn sürətlə geriyə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt Coşqun kombaynın arxa hissəsində olduğu üçün o, cəld qaçıb kombaynın idarəetmə hissəsini elektrik mənbəyindən ayırmış və kombayn dayanmışdır. Dərhal relsin daxilinə baxdıqda Coşqunun hərəkətsiz halda kombaynın daxilində relsin içərisində olduğunu və başından qan gəldiyini görmüş və onun öldüyünü zənn edərək halı pisləşmişdir. O, qorxduğu üçün dərhal otağa gedərək həmin gün otaqda istirahət fəhlələrə, eyni zamanda Samir müəllimə hadisə barədə məlumat vermişdir. Hadisədən narahatlıq keçirdiyi üçün uzun müddət otaqdan kənara çıxmamışdır. Daha sonra Samir müəllim oraya gəlmişdir. O da Samir müəllimin yanına gedərək hadisə barədə məlumat vermişdir. Təxminən saat 09:00 radələrində polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlmişlər və Coşqunun meyitini ekspertizaya aparmışlar. Onunla Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasının rəhbəri Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmamış, nə onunla, nə də mərhum Zərərçəkmiş şəxsla iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmamışdır. Hadisə baş verən zaman onların üzərində nəzarətçi olmamış, onlara ümumi rəhbərliyi yalnız Samir müəllim həyata keçirmişdir. Hadisə baş verən vaxt Zərərçəkmiş şəxs əynində heç bir fərdi mühafizə vasitəsi olmamış, yalnız əynində əlçək olmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan 25 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs daş karxanasında almış olduğu bədən xəsarətləri nəticəsində ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin 155-156-ci vərəqələrində olan 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 14 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 4-15-ci vərəqələrində olan baxış keçirilməsi haqqında 25 iyun 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 Samir Qəzənfər oğlunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs istifadəsində olan daş karxanasının ərazisidir. Həmin daş karxanasına giriş cənub şərqdəndir. Daş karxanasına gedən yol torpaq örtüklüdür. Həmin ərazinin uzunluğu 150 metr, eni 100 metrdir. Qeyd olunan ərazinin orta hissəsində dəmir relslər üzərində olan kombayn adlanan mişar daşı kəsmək üçün nəzərdə tutulmuş texnika vardır. Həmin texnika dəmir materialdandır, göy rənglidir, üzəri torpağa bulaşıqlıdır. Kombaynın üst nahiyəsində mühərrik naqillər və idarəetmə paneli vardır. Aşağı hissədə isə dəmir materialdan olan qara rəngli kəsici mişar vardır. Kombaynın alt hissəsində mişar daşları səliqə ilə düzülmüşdür. Kombaynın digər hissəsində isə dəmir konstruksiyaların daxilində üzəri sarıqırmızı rəngli, məhrəba ilə örtülmüş meyit vardır. Həmin daş karxanasında kombayn idarə edən vəzifəsində işləyən Şahid1 hadisə yerinə baxışda iştirak edərkən xx.xx.2022-ci il tarixdə təxminən saat 02 radələrində kombayn texnikasını idarə edərkən mişar daşı kəsmiş, fəhlə işləyən Zərərçəkmiş şəxsda kombaynın arxasında mişar daşların düzmüş, kombayn mişarı qəfildən yer səthinə ilişərək sürətlə arxaya doğru hərəkət etmiş, o cəld kombayn tərəfə gedərək söndürmüşdür. Sonuncu dəfə Coşqun kombaynın arxasında dayandığını görmüş, sonra Coşqun kombaynın daxilində yerə arxası üstə uzanıqlı, başından qan gəldiyini görmüşdür, onun baş nahiyəsində xəsarət olmuş, yerdə çoxlu qanabənzər ləkələr olmuşdur. Cinayət işinin 78-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X13 Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 25 iyun 2022-ci il tarixli, 55 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - travmatik və hemorragik şok, daxili qanaxma, döş qəfəsinin sağdan İl-lİİ-İV-V-Vİ-Vİl-Vİİl-İX-X-Xİ-Xİİ qabırğaların qapalı, yerinidəyişən sınıqları, ağciyərin sağ orta payının cırılmış yarası, dalağın və qaraciyərin travmatik cırılmış yaraları, başın sol gicgah və ənsə nahiyələrinin skalp olunmuş əzilmiş yaraları, boyun, sol çiyinüstü və sol bud nahiyələrinin sıyrıqları, sağ bayır topuq nahiyəsinin səthi əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb dalağın və qaraciyərin cırılması ilə müşayiət olunan döş qəfəsinin sağdan ll-lİl-İV-V-Vİ-Vİl- Vİİl-İX-X-Xİ-Xİİ qabırğaların qapalı, yerinidəyişən sınıqları nəticəsində kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 11:30-da) 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli 2247/K saylı akt). Cinayət işinin 109-cu vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat müəyyən edilmişdir. Cinayət işinin 110-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 14 oktyabr 2022-ci il tarixli 10/5431 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında istifadə olunan maşının saz vəziyyətdə saxlanılması üçün maşına mütəmadi baxışlar keçirilərək mövcud qüsurların (dişlərin yeyilməsi) aşkar edilərək aradan qaldırılmaması nəticəsində iş prosesi zamanı sürətlər qutusunun fırlanan hissələrinin dişlərinin qırılması baş vermişdir ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar «Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları»nın §4, §5, §84 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin (“b” və “e” abzaslarının) tələbləri pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında işlərin görülməsinə cəlb olunmuş işçilər, o cümlədən Zərərçəkmiş şəxs peşəsi üzrə işlərin təhlükəsiz aparılması metodlarına dair təlimatlandırılmadan işə buraxıldığına, daş karxanasında istifadə olunan maşının saz vəziyyətdə saxlanılması üçün maşına mütəmadi baxışlar keçirilməsini təşkil etməklə mövcud qüsurların (dişlərin yeyilməsini) aşkar edilərək aradan qaldırılmasını təmin etmədiyinə görə, «Faydalı qazıntı yataqlarının açıq üsulla işlənməsində vahid təhlükəsizlik qaydaları»nın §4, §5, §84 bəndlərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin (“b” və “e” abzaslarının) tələbləri iş materiallarında olan 23 iyun 2022-ci il tarixli müqaviləyə əsasən karxana ərazisində əməyin mühafizəsi, təhlükəsizlik və texniki təhlükəsizlik qaydalarına əməl edilməsini təmin və rəhbərlik etməyi öhdəsinə götürmüş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Zərərçəkmiş Zərərçəkmiş şəxs peşəsi üzrə işlərin təhlükəsiz aparılması metodlarına dair təlimatlandırılmadan işə buraxıldığını və hadisənin iş sahəsində istifadə olunan maşının texniki nasazlığı nəticəsində baş verməsini nəzərə aldıqda, onun tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Cinayət işinin 131-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 20 oktyabr 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 163-cü vərəqəsində olan 24 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qəsəbədə yaşadığı müddətdə özünü sakit aparmış, qohumlarının və dostlarının hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs və ailə üzvlərinin barəsində nümayəndəliyə heç bir yazılı və şifahi ərizə şikayət daxil olmamışdır. Cinayət işinin 164-cü vərəqəsində olan Abşeron rayon İHB-nin Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 1976 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qobu qəsəbəsi Natavan küçəsi 4 nömrəli evdə yaşayır, ailə üzvləri anası, həyat yoldaşı, oğlu və qızından ibarətdir. Cinayət işi materiallarına əlavə edilmiş 05 dekabr 2022-ci il tarixli telefonoqramdan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurularaq “Whatsapp” proqramı vasitəsilə görüntülü əlaqə yaradılmış, sonuncu Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını, barışdıqlarını, ölkə xaricində olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaqda verdiyi verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş inzibati xəta haqqında 28 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-vəzifəli şəxs olaraq 3500 manat cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs 2006-cı ildə doğulmuş Seymur Məmmədzadə adlı oğlu 2008-ci ildə doğulmuş Nuranə Məmmədova adlı qızı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, başqa sözlə özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, protokollar və digər iş materialları ilə onun texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini icra edərkən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə düzgün tövsif edildiyindən o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda-üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət əməli törətməsini, özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əvvəllər məhkum olmamasını, himayəsində iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalara məhkum edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlıq və ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, habelə himayəsində iki uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Odur ki, məhkəmə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən olunaraq şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.4-cü maddəsinə əsasən məhkəmə şərti məhkum etmə zamanı əlavə cəza təyin edilə bilər.Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifələri qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə, habelə bu cəzanın icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə 35 (otuz beş) iş saatı, məhkəmə istintaq dövründə isə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardıma görə 210 (iki yüz on) manat və məhkəmədə göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətə idarə, müəssisə və təşkilatlarda rəhbər və əməyin texniki təhlükəsizlik qaydaları ilə bağlı məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardıma görə 210 (iki yüz on) manat və məhkəmədə göstərilmiş hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-335/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-335/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver