Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-335/2023 14.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmünə əsaən Azərbaycan Respublikası CM-in 150.1, 151, 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 171-1.1 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs məzmununda fikrin yalnız yetkinlik yaşına çatmayan qızın cinsi-intim zonalarına yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması və gücləndirilməsi, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfin qıcıqlandırılması, başqalarında ikrah hissi oyadılması, yetkinlik yaşına çatmayan qız tərəfindən cinsi-intim zonaların təsviri yer almaqla insanın və erotikanın humanistliyini məhv edən, primitiv hisslər və münasibətlər yaradan və sair kimi pornoqrafik xarakterli əlamətlər yer alan, qeydə alındığı zaman yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məxsus videogörüntüləri və şəkilləri 2021-ci ilin oktyabr ayının ortalarında istintaqla məlum olmayan tarix və saatda ünvan 1 ünvanında yaşadığı evdə istintaqla məlum olmayan mənbədən yaymaq və reklam etmək məqsədi ilə əldə edib özünə məxsus olan “Xiaomi Note 9 Pro” markalı mobil telefonun yaddaşında saxlamaqla həmin telefondan istifadə edib “Telegram” sosial şəbəkəsində “X2” adlı kanal yaradaraq qeyd edilən uşaq pornoqrafiyası hesab edilən videogörüntüləri və şəkilləri həmin kanala daxil edərək eyni məqsədlə uşaq pornoqrafiyası hazırlayaraq geniş izləyici kütləsinə nümayiş etdirməklə uşaq pornoqrafiyasını yaymış, reklam etmiş və əldə edilməsinə şərait yaratmaqla uşaq pornoqrafiyasının dövriyyəsini həyata keçirmiş, 2021-ci ilin oktyabr ayının ortalarında istintaqla məlum olmayan tarix və saatda, qeyd edilən ünvanda “Telegram” sosial şəbəkəsində özünə məxsus olan “Jayhun” adlı hesabdan Zərərçəkmiş şəxs anası Şahid məxsus “L Z” adlı hesaba internet şəbəkəsi vasitəsi ilə zəng etməklə Zərərçəkmiş şəxs barəsində pornoqrafik xarakterli rüsvayedici məlumatları digər sosial şəbəkə səhifə və kanallarında yayacağı ilə hədələrək özündən asılı vəziyyətə gətirib Zərərçəkmiş şəxs mənəvi və psixoloji asılılığından istifadə etməklə həmin video və foto görüntüləri yaymamaq müqabilində onu cinsi əlaqəyə girməyə məcbur etmiş, Zərərçəkmiş şəxs razılaşmadıqda sonuncuya məxsus rüsvayedici məlumatlar olan pornoqrafik xarakterli videogörüntüləri və şəkilləri digər sosial şəbəkə səhifə və kanallarında yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs hədə-qorxu ilə 700 manat məbləğində pul vəsaiti tələb etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 151, 171- 1.1 və 182.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-nin 171-1.1ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin avqust ayında Telegramda “X2” adlı kanal yaratmışdır.Kanalda ilk öncə xəbər xarakterli məlumatlar paylaşılırmış. Kanalı yaratmaqda məqsədi kanalın izləyici sayını artırıb satmaq imiş. 2021-ci ilin oktyabr ayında Telegramda “+ 18” ifşa kanalında Zərərçəkmiş şəxs məxsus pornoqrafik video və şəkilləri görmüşdür. O həmin videonu və altında olan yazıları kopyalayaraq olduğu kimi özünün idarə etdiyi Telegramda “X2” adlı kanalda paylaşmışdır. Tarixini unutduğu vaxtda tanımadığı hesabdan bir nəfər ona yazmışdır ki, Aytaca məxsus videoları silsin. Demişdir ki, o Aytacın anasıdır. O da həmin qadına demişdir ki, qızı 14 yaşından pozğunluq edir, bu videolar da hər yerdə paylaşılıb. Həmin şəxsə son sözü videoları silməyəcəyi olmuşdur. Silməməkdə səbəbi həmin qadının onunla kobud formada danışmağı olmuşdur. O, Telegramda “X2” adlı kanalı özünə məxsus “Xioami Note 9 Pro” markalı telefonundan idarə edirmiş. O, həmin vaxtı ünvan 2 ünvanında 31 nömrəli mənzildə yaşayırmış. Düşünmürmüş ki, bu əməl böyük bir məsuliyyətə səbəb ola bilər. O, Aytaca nə zəng etmiş, nə cinsi əlaqədə olma təklifi etmiş, nə də ki 700 manat pul tələb etmişdir. Zərəçəkmiş şəxsin dedikləri yalandır.Törətdiyi əməldən peşmandır. Vətən müharibəsi iştirakçısıdır və medallarla təltif edilmişdir. Azərbaycan Respublikası CM-nin 171-1.1-ci maddəsi ilə ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 2019-cu ildə onun 14 yaşı olanda Səffar adlı şəxs tərəfindən seksual xarakterli hərəkətlərə məruz qalmışdır. Səffarla əlaqədə olan müddət ərzində Səffar onunla cinsi əlaqədə olma videolarını, həmçinin ona məxsus çılpaq görüntüləri telefona çəkib özündə saxlayırmış. Həmin ərəfələrdə Səffar həmin videoları bir neçə şəxsə göndərmişdir. 2021-ci ilin oktyabr ayında onun məktəbdə müəllimləri anasına göstərmişlər ki, Telegram sosial şəbəkəsində ona məxsus pornoqrafik xarakterli videolar paylaşılmışdır. Bundan sonra o, anasına bütün həqiqətləri danışmış və Səffardan, həmçinin onun videolarını Telegramda “X2” adlı səhifənin admini olan “Jayhun” adlı şəxsdən şikayət etmişdir. Anası Telegramda “X2” adlı səhifəyə mesaj yazmışdır ki, kanalın admini ilə əlaqə saxlamaq istəyir. Həmin vaxt “Jayhun” adlı hesabdan cavab yazılmışdır və onlar həmin şəxsdən xahiş etmişdirlər ki, ona məxsus olan görüntüləri silsin, lakin o, yenidən onları təhqir edərək videoları silməyəcəyini, artıq həmin videoların hər yerdə paylaşıldığını demişdir. Daha sonra o, həmin şəxslə “Telegram” sosial şəbəkəsində səsli danışmışdır.Belə ki, həmin şəxs özü görünməyən nömrədən səsli qaydada zəng etmişdir. Həmin vaxt anası da yanında olmuşdur. Həmin şəxs demişdir ki onda olan görüntüləri silməsi üçün onunla cinsi əlaqədə olsun. Bundan sonra həmin görüntüləri siləcəyini və yayılmasının qarşısını alacağını bildirmişdir. Lakin o, Faiqlə razılaşmamışdır. Bundan sonra Faiq ona demişdir ki, “onda 700 manat pul ver, görüntüləri silim”. Həmin pulu verməsə, ona məxsus olan görüntüləri daha çox səhifədə yayacağını demişdir. Lakin o, Faiqə həmin pulu göndərməmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində bildirmişdir ki, 2021-ci ilin oktyabr ayının sonlarında qızı Zərərçəkmiş şəxs məktəbində müəllimlərdən biri ona bildirmişdir ki, Aytacın pornoqrafik xarakterli videogörüntüləri “Telegramda” yayılıb. O da bununla bağlı dərhal polisə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Səffar adlı şəxslə qızı 14 yaşında olarkən əlaqədə olmuşdur. Səffar da qızına məxsus olan videogörüntüləri çəkərək özündə saxlamışdır. Bundan sonra həmin görüntülər bir çox sosial şəbəkələrdə yayılmışdır. O, dərhal “X2” adlı kanalın mesaj bölməsinə yazmış və adminlə əlaqə saxlamaq istədiyini bildirmişdir. Bir az sonra “Jayhun” istifadəçi adlı şəxs ona yazmış və bildirmişdir ki, “X2” adlı kanalının adminidir. O, xahiş etmişdir ki, qızı Aytaca məxsus olan videoları silsin. Həmin şəxs isə ona demişdir ki, onun qızı 14 yaşından əxlaqsızlıq edir və artıq hər yerdə onun görüntüləri vardır. O, son olaraq qəti şəkildə onu təhqir edərək bildirmişdir ki, həmin görüntüləri silməyəcək. Daha sonra o, Telegramda görünməyən nömrədən səsli qaydada onun hesabına zəng etmişdir və onunla qızı danışmışdır. Qızı onunla danışan zaman o da onun yanında olmuş və bütün danışıqları eşitmişdir. Danışıq zamanı həmin şəxs demişdir ki, onun əsl adı Faiqdir. Qızı ondan dəfələrlə xahiş etmişdir ki, həmin görüntüləri silsin, Lakin Faiq qızına təklif etmişdir ki, həmin görüntüləri silməsi üçün onunla görüşsün və cinsi əlaqədə olsun. Lakin qızı onunla razılaşmamışdır, yenidən videoları silməsini xahiş etmişdir. Daha sonra Faiq demişdir ki, əgər cinsi əlaqədə olmağa razı deyilsə, 700 manat pul versin, o da həmin videoları silsin. Əgər verməsə, həmin görüntülər daha çox səhifədə paylaşılacaqmış. Lakin onlar həmin pulu göndərməmişdirlər. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 12 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Lətafət Zeynzalzadənin təqdim etdiyi görüntülərdən həmçinin görünür ki, Telegram” sosial şəbəkəsində “X2” adlı kanalda onun qızı Zərərçəkmiş şəxs məxsus pornoqrafik xarakterli görüntülər paylaşılmış və həmin paylaşımın altından aşağıdakı sözlər yazılmışdır. “Xırdalalanda qalan Zərərçəkmiş şəxs 17 yaşlı q*h*ə qonşuluğunda yaşayan X1 maşınında s**dirə s**dirə gəlib. Ağ***a alıb sonra da başlayıb tiktokda q**b*liyinə. Nömrəsini dəyişmişdi təzə nömrəsini tapdıq. Ən əsası da odur ki, ana bala qalırlar, anası da qə***lik edir. Bala s**mək istəyən özünə, anasını s**mək istəyən anasına yığsın yazsın ikisinin nə nömrəsini paylaşırıq. Zərərçəkmiş şəxs nömrəsi **********, anasının nömrəsi **********. Həmçinin baxış zamanı iki tərəf arasında aşağıdakı məzmunda yazışmalar müəyyən edilmişdir: Şahid: Salam, hansı səhifənin adminisən? “Jayhun” (Təqsirləndirilən şəxs): Salam. Tərbiyəsiz qızlar ifşa, X2. Nə olub ki? Şahid: Yaz mənə özün. “Jayhun” (Təqsirləndirilən şəxs): Sən kimsən ki? Şahid: Zəhmət olmasa o videonu silin. “Jayhun” (Təqsirləndirilən şəxs): Hansı videonu? Hansı videodan söhbət gedir, xanım? Hansı video? Siz kimsiz? Aytaca görə? Si**m onun vary***nu. Q*h*di. Şahid: Silin zəhmət olmasa. “Jayhun” (Təqsirləndirilən şəxs): Başqa yerdə də paylaşıblar o q*h*əni. Qaqaş gör nə yazıb, indi də danışıram bununla mən. Si**dir başımdan. Sənin qızın qə***ədi. Yaxşı? Danışmadığı oğlan qalmayıb. Şahid: 17 yaşa q*h*ə deməzlər. “Jayhun” (Təqsirləndirilən şəxs): Ona görə 14 yaşından özünü açdırıb? Şahid: Allah böyükdü. “Jayhun” (Təqsirləndirilən şəxs): Ona-buna s*kd*rir. Videolarını görməmisən qızının? Atım baxırsan qızına? Hamamda yerdə uzanıb a*c**ını barmaqlayır. Bütün Azərbaycan paylaşıb qızını. Nəysə, s*kmə ömrümü günümü. İndinin özündə belə camaat deyir ki, mən bu qızla danışıram. Şahid: Heç kəs bilməz kimin başına nə gəlir. “Jayhun” (Təqsirləndirilən şəxs): Əşi, s*k yanığıdır qızın. O videoları çəkəndə namus qeyrət düşünməyibsə, indisə s**dirər. Yazma mənə. Şahid: Allah heç kimə göstərməsin. “Jayhun” (Təqsirləndirilən şəxs): S*x*m sənin qızına. Q*hb*di də, vaxtında maraqlanardın. Ağlı olardı, a**cığın aralayıb video çəkməzdi. Elə deyirsən ki 17 yaşı var ki. Elə bil qızına şər atmışıq. Oğlan üçün çəkdiyi videolardı da. Nə ana bala düşüb mazqi s**irsən? Nəysə yazma mənə. Şahid: Bu həyat bumeranqdı. İnşallah sizin də bir qızınız olar, onun da qabağına bu qızın qabağına çıxan qeyrətdə oğlan çıxar. Kimsə bilmir başına nə gələcək. Yıxanı yıxmaq kişilik deyil. Sənə adam kimi dedim, sən hələ təhqir edirsən. Silməsən 102-ə müraciət edəcəm. Səni tapmaq 1*1 olacaq. “Jayhun” (Təqsirləndirilən şəxs): Get hara verirsən ver. Sənin də nömrəni paylaşacam... İş materiallarında olan Məhkəmə-sənətşünaslıq ekspertizasının 13 dekabr 2022-ci il tarixli 11/582 nömrəli rəyindən görünür ki, ekspert tədqiqinə təqdim edilmiş 01 ədəd CD diskdə olan “Telegram” sosial şəbəkəsində “X2” adlı kanalda paylaşılmış və oradan aşkar olunaraq götürülmüş video və foto materiallar pornoqrafik xarakterlidir. İş materiallarında olan Məhkəmə-sənətşünaslıq ekspertizasının 07 sentyabr 2023-cü il tarixli 11/488 nömrəli rəyindən görünür ki, 2021-ci ilin oktyabr ayının ortalarında Təqsirləndirilən şəxs tərəfindən “Telegram” sosial şəbəkəsində “Jayhun” istifadəçi adı ilə idarə olunan “X2” adlı kanalda paylaşılan Zərərçəkmiş şəxs məxsus pornoqrafik xarakterli video və foto materiallar uşaq pornoqrafiyası hesab edilir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 150.1, 151, 182.2.1, 182.2.2 və 242-ci maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əməlini qismən etiraf edərək Azərbaycan Respublikası CM-nin 151 və 182.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməməsi barədə ifadə versə də, həmin əməllər işin faktiki halları ilə təsdiq edildiyindən məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq bu ifadəni özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 151, 171-1.1 və 182.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla “Qubadlınin azad edilməsi” Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərəçəkmiş şəxslə barışıq əldə edilməməsini habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5.-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtarmadığından ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində cəkməlidir. Təqsirləndirilən şəxs cəzanın əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanın əvvəlindən, yəni 03 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Telegram” sosial şəbəkəsində “Jayhun” istifadəçi adı ilə idarə olunan “X2” adlı kanalda paylaşılan Zərərçəkmiş şəxs məxsus uşaq pornoqrafiyası hesab edilən video və foto materialların köçürüldüyü 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 200 (iki yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151, 171-1.1 və 182.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171-1.1 -ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edisin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki cəza ilə qismən toplanmaqla ona qəti olaraq 09 (doqquz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edisin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsetmənin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın. İş üzrə 200 (iki yüz) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Telegram” sosial şəbəkəsində “Jayhun” istifadəçi adı ilə idarə olunan “X2” adlı kanalda paylaşılan Zərərçəkmiş şəxs məxsus uşaq pornoqrafiyası hesab edilən video və foto materialların köçürüldüyü 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-335/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-335/2023
14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver