Məhkəmə qərarları › İş №1(002)-336/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-336/2022

22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-336/2022 22.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1998-ci ildə Biləsuvar rayonu, Əsgərabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə 15:10 radələrində Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzinin 4-cü sırasında yerləşən sanitar qovşağının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş, həmin gün saat 16:50 dəqiqədə 10-cu polis bölməsinin inzibati binasında video çəkiliş vasitəsilə müdəfiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan dizdən aşağı kəsik olan, tünd boz rəngli cins şalvarın sağ yan cibindən siqaretin qara rəngli kağızına bükülmüş bir büküm təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edirmiş. Lakin tutulmamışdan əvvəl son 3-4 ay olarmış ki, narkotik vasitələri qəbul etmirmiş. Binə T/M-də satıcı işləyirmiş. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində satıcı işlədiyi, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” TM-nin 4-cü sıra, 2-ci korpus, 1 nömrəli mağazada olan zaman, 5-ci sıranın qarşısında yerləşən avtobus dayanacağına sifariş olunan paltarı aparmışdır. Yorğun olduğu üçün gözləri yorğun vəziyyətdə olmuşdur. Yolda bir nəfər tanımadığı şəxs onu elə vəziyyətdə görüb narkotik vasitə qəbul etdiyini düşünərək, ona narkotik vasitə təklif etmişdir. O, ilk olaraq ondan ehtiyyat etsə də daha sonra həmin şəxsdə hansı narkotik vasitənin olması barədə soruşduqda hazırda üzərində narkotik vasitə olan kakosun olduğunu və bükümünü 10 manata satdığını bildirmişdir. O, ona üzərində 10 manat deyil 7 manat olduğunu bildirdiyində, onunla razılaşmış, sonra həmin şəxslə Binə T/M-də, 4-cü sırada yerləşən sanitar qovşağına daxil olmuşdur. Həmin şəxsə 7 manat pul verdikdən sonra ona içərisində narkotik vasitə olan bükümü vermiş və həmin şəxsin sanitar qovşağından çıxaraq getmişdir. O, bükümü əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyaraq oradan uzaqlaşan zaman mülki geyimdə olan iki nəfər şəxsin ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirərək üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olması barədə soruşmuşlar. Polis əməkdaşlarına üzərində narkotik vasitə olması barədə məlumat verdikdə onlar onu 10-cu PB-nə dəvət etmişlər. Polis bölməsində olan zaman, xidməti otaqların birində hüquqları ona izah olunduqdan sonra dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılmışdır. O da polis əməkdaşları ilə razılaşmışdır. Əvvəlcə ona, üzərində olan əşyaları masanın üzərinə qoyulması təklif olunmuş, o da əynində olan dizdən aşağı kəsilmiş vəziyyətdə tünd boz rəngli cins şalvarın sağ yan cibində olan siqaretin qara rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində “kakos” olduğunu bildirmişdir. Qeyd olunan narkotik vasitəni həmin günü, yəni 08 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində “Binə” TM-da tanımadığı şəxsdən 7 (yeddi) manata şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan başqa üzərindən çıxan bir ədəd alışqan və 01 ədəd marker ona geri qaytarılmışdır. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, 10-cu PB-də izahatı alınarkən həmçinin digər sənədlərdə anket məlumatlarında onun əvvəllər məhkum olunması qeyd edilməsi yanlışlıqla olmuş, əvvəllər həbs olunmamış və heç vaxt məhkum olunmamış, qeyd olunan sənədlərdə həmçinin anket məlumatlarında əvvəllər məhkum olunması barədə qeydlər texniki səhv olmuşdur. Ona narkotik vasitə satan həmin şəxsi əvvəllər heç yerdə görməmiş, onu tanımamış, həmin şəxs 30-35 yaşlarında kişi cinsinə məxsus, orta boylu və orta bədən quruluşuna sahib olmuşdur. Polis əməkdaşları onu saxlayan, həmçinin polis bölməsinə gətirən, eləcə də polis bölməsində olan zaman ona qarşı hər hansı təzyiq və zorakılıq hallarına yol verilməmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Həmçinin xx.xx.2022-ci il tarixdə PB-nin əməliyyat müvəkkili Şahid1lə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Belə ki, saat 15 radələrində “Binə” ticarət mərkəzində xidmət aparan zaman 4 cü sırada bir nəfərin özünü şübhəli apardığını görmüş, ilk olaraq həmin şəxsin gözlərinin sulanması həmçinin, yuxulu vəziyyətdə olması diqqətlərini daha da çəkmişdir. Onlar həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək həmin şəxsdən kimliyi barədə sual cavab etdikləri zaman o, ad soyadını onlara bildirmiş, sonra isə ona üzərində dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olması barədə soruşduqda, o “Binə” ticarət mərkəzində mağazada işlədiyini, həmçinin üzərində hazırda “kakos” olduğunu bildirmişdir. Onlar onu Qaradağ RPİ-nin 10cu PB-nə aparmışlar. 10-cu polis bölməsində təhqiqatçı, polis mayoru Emil Seyidbəyov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 təyin edilmiş, müdafiəçi Elxas Əsgərovun toplanmış material ilə tanış olmasından sonra Səbuhi Nuruyevin iştirakı ilə onun tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa, masanın üzərinə qoyması təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan dizdən aşağı kəsilmiş vəziyyətdə tünd boz rəngli cins şalvarın sağ yan cibində olan siqaretin qara rəngli kağızına bükülmüş bükümü cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TMda tanımadığı şəxsdən aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 222 saylı möhürü ilə üzəri möhürlənmişdir. O da bütün iştirakçılarla birlikdə həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə bağlı məşğul olması barədə onlara məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs tərəfilərindən saxlanılarkən, eləcədə 10-cu polis bölməsində üzərində axtarış və götürmə aparılarkən ona qarşı hər hansısa bir təzyiq edilməmiş, Təqsirləndirilən şəxsla qanun çərçivəsində rəftar olunmuşdur. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 öz ifadəsində Qaradağ RPİ-nin 10-cu PB-nin polis sahə inspektoru, polis leytenantı Şahid2 oğlu ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2022-ci il tarixli, 6/4945 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksi və “....Təqsirləndirilən şəxs üzərində olan büküm.. saxlanılan şəxs: Təqsirləndirilən şəxs -imza, iştirakçılar- iki imza, tərtib etdi: Emil Seyidbəyov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 0,182 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 0,182 qram, tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq - 0,132 qram. Ekspertiza tədqiqatının dəyəri 92 (doxsan iki) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli, 5945 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 08 sentyabr 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq 0,132 qram çəkidə narkotik vasitə olan heroin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları və müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan, dizdən aşağı kəsik tünd boz rəngli cins şalvarın sağ yan cibində siqaretin bir ədəd qara rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoymuş, həmin bükümə baxış zamanı içərisindən qəhvəyi rəngli, toz şəkilli naməlum maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 08 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 10 sentyabr 2022-ci il tarixdə Qaradağ rayon prokurorunun qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,132 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,132 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 92 (doxsan iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar