Məhkəmə qərarları › İş №1(002)-338/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-338/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-338/2021 07.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, natamam orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Yataqxana 20 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində cəza çəkən məhkuma qadağan olunmuş əşyanı yoxlamadan gizlətməklə verməyə cəhd etmişdir. Belə ki, o, 02 iyun 2021-ci il tarixdə təxminən saat 14:55 radələrində Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikası CM-nin 237.2.3 və 177.2.3-cü maddəsi ilə məhkum olunaraq cəza çəkən qohumu Şahid8 mobil telefon ötürmək niyyətilə qablaşdırılmış süd qabında xüsusi üsulla 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin telefona qoşulmuş vəziyyətdə olan 1 ədəd “GSM” danışıq kartını gizlədərək cəzaçəkmə müəssisəsinə gətirmiş və həmin sovqata müəssisə əməkdaşları tərəfindən baxış keçirilərkən dəmir qabda olan qatılaşdırılmış südün içərisinə xüsusi üsulla gizlədilmiş cəzaçəkmə müəssisələrində məhkumlara ötürülməsi qadağan olunmuş əşya sayılan 1 ədəd “Samsung” markalı mobil telefon və həmin telefona qoşulmuş vəziyyətdə olan 1 ədəd “GSM” danışıq kartı hal şahidlərinin iştirakı ilə aşkar edilib götürüldüyü üçün iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bununla da Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qohumu Şahid8 mobil telefon ötürməyə qərara gəlmiş və bu məqsədlə 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin telefona qoşulmuş vəziyyətdə olan 1 ədəd “GSM” danışıq kartını alaraq süd qabında gizlətmişdir. 02 iyun 2021-ci il tarixdə həmin cəzaçəkmə müəssisəsinə gəlmiş və telefonu danışıq kartı ilə birlikdə gizlətdiyi süd qabına yerləşdirdiyi sovqatı özü ilə gətirmişdir. Təxminən saat 14:55 radələrində müəssisəyə daxil olmuş və həmin anda ona müəssisənin əməkdaşları tərəfindən izah olunmuşdur ki, hər hansı məhkumlara ötürülməsi qadağan olunmuş əşya varsa təhvil verməlidir. Eyni zamanda ona müvafiq iltizama imza etdirmişlər. Bundan sonra müəssisənin görüş otağında hal şahidlərin iştirakı ilə gətirdiyi sovqata əməkdaşlar tərəfindən baxış keçirilən zaman dəmir qabda olan qatılaşdırılmış südün içərisinə xüsusi üsulla gizlədilmiş cəzaçəkmə müəssisələrində məhkumlara ötürülməsi qadağan olunmuş əşya sayılan ona məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin telefona qoşulmuş vəziyyətdə olan 1 ədəd “GSM” danışıq kartı aşkar edilərək götürülmüşdür. O, həmin əşyaları məhkum Şahid8 öz təşəbbüsü ilə ötürmək qərarına gəlmişdir və sonuncunun bu barədə heç bir məlumatı olmamışdır. Son olaraq əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində Əməliyyat bölməsinin rəisi vəzifəsində xidmət edən, ədliyyə polkovnik-leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 02 iyun 2021-ci il tarixdə təxminən saat 14:55 radələrində Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikası CM-nin 237.2.3 və 177.2.3-cü maddəsi ilə məhkum olunaraq cəza çəkən Şahid8 yanına sovqat gətirmiş qohumu Təqsirləndirilən şəxs gətirdiyi sovqata müəssisə əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə baxış keçirilərkən dəmir qabda olan qatılaşdırılmış südün içərisinə xüsusi üsulla gizlədilmiş cəzaçəkmə müəssisələrində məhkumlara ötürülməsi qadağan olunmuş əşya sayılan 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin telefona qoşulmuş vəziyyətdə olan 1 ədəd “GSM” danışıq kartı aşkar edilmişdir. Həmin faktı ilə əlaqədar onun, hal şahidlərinin iştirakı ilə protokol tərtib edilərək həmin əşyalar qablaşdırılmış və protokol imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisin növbətçi köməkçisi, ədliyyə mayoru Şahid2 və əməliyyat bölməsinin inspektoru, ədliyyə baş leytenantı Şahid3 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 02 iyun 2021-ci il tarixdə təxminən saat 14:55 radələrində Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikası CM-nin 237.2.3 və 177.2.3-cü maddəsi ilə məhkum olunaraq cəza çəkən Şahid8 Təqsirləndirilən şəxs gətirdiyi sovqata müəssisə əməkdaşları tərəfindən onun və digər hal şahidin iştirakı ilə baxış keçirilərkən dəmir qabda olan qatılaşdırılmış südün içərisinə xüsusi üsulla gizlədilmiş cəzaçəkmə müəssisələrində məhkumlara ötürülməsi qadağan olunmuş əşya sayılan 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin telefona qoşulmuş vəziyyətdə olan 1 ədəd “GSM” danışıq kartı aşkar edilməsi faktı ilə əlaqədar onun və digər hal şahidin iştirakı ilə protokol tərtib edilərək həmin əşyalar qablaşdırılmış və materiala əlavə edilmişdir. Məhkəmə iclasında şahidi qismində dindirilmiş Şahid6 digər Şahid5 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək, onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid8 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid8 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlər Şahid8 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid8 ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, 02 iyun 2021-ci il tarixdə təxminən saat 14:55 radələrində Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində onun yanına sovqat gətirmiş qohumu Təqsirləndirilən şəxs gətirdiyi sovqata müəssisə əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə baxış keçirilərkən dəmir qabda olan qatılaşdırılmış südün içərisinə xüsusi üsulla gizlədilmiş cəzaçəkmə müəssisələrində məhkumlara ötürülməsi qadağan olunmuş əşya sayılan 1 ədəd “Samsung” markalı mobil telefonu və həmin telefona qoşulmuş vəziyyətdə olan 1 ədəd “GSM” danışıq kartı aşkar edilərək götürülmüşdür. Sözügedən əşyadan xəbərsiz olmuş, ona sovqat gətirmiş Təqsirləndirilən şəxs və digər şəxslərə onun üçün mobil telefon aparatı gətirilməsinə dair sifariş verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid9 ayrı-ayrılıqda məhkəməyə teleqram ünvanlayaraq, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirərək, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə şahidlər Şahid7 və Şahid9 məhkəmə iclasında iştirak etməmələrini nəzərə alaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidlər Şahid7 və Şahid9 ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. Şahid7 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikası CM-nin 237.2.3 və 177.2.3-cü maddəsi ilə məhkum olunaraq cəza çəkən Şahid8 doğma qardaşıdır. Həmin tədbirdən xəbərsiz olmuş, qardaşı Şahid8 onun üçün mobil telefon aparatı gətirilməsinə dair sifariş verməmişdir. Şahid9 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Penitensiar Xidmətin 8 nömrəli cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikası CM-nin 237.2.3 və 177.2.3-cü maddəsi ilə məhkum olunaraq cəza çəkən Şahid8 övladıdır. Həmin tədbirdən xəbərsiz olmuş, atası Şahid8 onun üçün mobil telefon aparatı gətirilməsinə dair sifariş verməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin nəzarətçisi Şahid4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Şahid4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid4 hazırkı məhkəmə iclasında dindirilmiş digər Şahid1 ifadəsinə oxşar olan ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 iyun 2021-ci il tarixli axtarış və götürmə protokolundan və fotoşəkildən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin rəisi Şahid1, RNK ədliyyə mayoru Şahid2 və ƏB-nin inspektoru ədliyyə baş leytenantı X1 və RNŞ-nin nəzarətçisi ədliyyə giziri X3 və hal şahidləri qismində dəvət olunmuş 8 saylı CM-nin Təsərrüfat bölməsinin böyük mütəxəssisi (anbar müdiri) Şahid5 və 8 saylı CM-nin Təsərrüfat bölməsinin böyük mütəxəssisi (komendant) Şahid6 iştirakları ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatı tərəfindən əvvəlcədən əldə edilmiş əməliyyat məlumatı əsasında, 02.06.2021-ci il tarixdə saat 14:55 radələrində müəssisənin Adi tipli yaşayış binasında xüsusi rejimdə cəza çəkən 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası CM-nin 237.2.3, 177.2.3-cü maddələrinə əsasən 07 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Şahid8 yanına sovqat gətirmiş qohumu Təqsirləndirilən şəxs gətirdiyi sovqata baxış keçirilən zaman dəmir qabda olan qatılaşdırılmış südün içərisinə xüsusi üsulla gizlədilmiş 1 ədəd daxilində “Azercell” danışıq kartı olan işlək vəziyyətdə “Samsung Duos” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. (i.v. 9-11) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12.07.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda ödənilməmiş məhkumluğu yoxdur. (i.v. 78) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin27 iyul 2021-ci il tarixli 5/687 saylı kompüter-texniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J1 mini” markalı “SM-J105H” modelli “**********02602”, “**********02600” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy J1 mini” markalı “SM-J105H” modelli mobil smartfonun yaddaşında mövcud olan (“SMS” mesajlar, zəng, foto və audio fayllar məlumatlar müəyyən olundu. Təqdim edilmiş “Samsung Galaxy J1 mini” markalı “SM-J105H” modelli mobil smartfon daxilində olan “İCCİD: ********************” seriyalı “SİM” danışıq kartı “Azercell” mobil operatoruna aid olaraq, hal-hazırda işlək vəziyyətdədir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. (i.v. 88-91) Maddi sübut kimi tanınma və cinayət işinə əlavə etmə haqqıda 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 1 ədəd dəmir qab, 1 ədəd “Samsung Galaxy J1 mini” markalı “SM-J105H” modelli “**********02602”, “**********02600” imei kodlu mobil telefon aparatı, 1 ədəd “GSM” danışıq kartı və 1 ədəd ekspertiza rəyinə əlavə olunmuş 1 ədəd elektrik daşıyıcı (CD disk) cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmışdır. (i.v. 92-93) Sübutların qiymətləndirilməsi haqqında 06 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndiirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 92-97) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 8 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli, 17/23-680 saylı məktubdan görünür ki, götürülmüş “Samsung Duos” markalı mobil telefonla bağlı müəssisənin əməliyyat bölməsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmişdir. Keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunaraq götürülən mobil telefon aparatını müəssisədə cəza çəkən Şahid8, eləcə də digər məhkumlar tərəfindən sifariş verilmədiyi məlum olmuş, Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə ona məxsus olan 1 ədəd “Samsung Duos” markalı mobil telefonu və 1 ədəd danışıq kartını müəssisəyə keçirməyə cəhd göstərmişdir. Məhkum Şahid8 yanına gəlmiş qardaşı Şahid7 və oğlu Şahid9 Xaçmaz rayonu Niyazabad qeydiyyatındadırlar. (i.v. 98-99) Qətimkan tədbiri seçmək haqqında 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 118-119) Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15.11.2008-ci il təvəllüdlü Əli və 25 yanvar 2005-ci il təvəllüdlü Xeyransa adlı iki yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, onun şəxsiyyətini, cəzanın fərdiləşməsi prinsipini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinin tələblərini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində iki yetkinlik yaşına çatamayan uşağının olmasını (59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanın fərdiləşməsi prinsipini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanın fərdiləşməsi prinsipi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayət etməyə cəhdə görə cəza təyin edilməli (CM-63.3) nəzərə alınmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün tarixindən hesablanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan 01 ədəd “Samsung Galaxy J1 mini” markalı “SM-J105H” modelli “**********02602”, “**********02600” imei kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilməli, 01 ədəd dəmir qab məhv edilməli, 01 ədəd “GSM” danışıq kartı və 1 ədəd ekspertiza rəyinə əlavə olunmuş 01 ədəd elektrik daşıyıcı (CD disk) cinayət işi materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə baxışı zamanı 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 317-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 1 ədəd “Samsung Galaxy J1 mini” markalı “SM- J105H” modelli “**********02602”, “**********02600” imei kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilsin, 01 ədəd dəmir qab məhv edilsin, 01 ədəd “GSM” danışıq kartı və ekspertiza rəyinə əlavə olunmuş 01 ədəd elektrik daşıyıcı (CD disk) cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış kompüter-texniki ekspertizası tədqiqatının dəyəri – 60 (altmış) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar