Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-339/2021 14.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Daşkəsən rayonu, Zinzahal kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şahid4 Eyyub oğlu ilə bağladığı 01 iyul 2019-cu il tarixli əmək müqaviləsinə əsasən həmin tarixdən müddətsiz olaraq həmin cəmiyyətə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında sahə rəisi vəzifəsində işlədiyi müddətdə 01 iyul 2019-cu il tarixli 02 saylı əmr ilə işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatlandırılması vəzifəsi həvalə edilmiş şəxs kimi «Elektrik qurğularının quraşdırma qaydaları»nın 1.1.32, 2.1.25-ci bəndlərinin pozaraq, cinayətkarcasına etinasızlıq edib öz əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, yəni qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməyərək, həmin daş karxanasında elektrik xətlərini izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etməmiş və nəticədə ehtiyatsızlıqdan 07 iyul 2021-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasında xidməti müqavilə əsasında konbanyor-maşinist vəzifəsində işləyən 06.01.1981-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş X8 relslərini yerini dəyişmək, maşınları yükləmək işlərini həyata keçirən “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin arxaya doğru hərəkət etdirərkən qeyd olunan avtomobili və onda olan kranı hərəkətə gətirmək üçün yük avtomobilinə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına daxil olan vaxt kranı saxlayaraq sükan arxasından yerə düşüb əli ilə həmin elektrik naqilini götürüb kənara çəkmək istədiyi zaman həmin elektrik naqilində yüklənmiş elektrik cərəyanı olduğundan, qeyd olunan naqilin açıq hissəsinə əli ilə toxunaraq yüklənmiş elektrik cərəyanı vurması nəticəsində sağ əlin İ barmağının, sağ əlin İİ barmağının, sol əlin ovuc səthinin və sol əlin İİ barmağının yanıq xəsarətlərini alıb elektrik cərəyanının orqanizmə ümumi təsiri nəticəsində ürəyin reflektor olaraq dayanması ilə ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər müxtəlif daş karxanalarında işləmişdir. Təxminən bir neçə ildir ki, o, Qaradağ rayonu, Gülbaxt ərazisində yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasında sahə rəisi-nəzarətçi vəzifəsində işləyir. Onunla "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Onun sahə rəisi – nəzarətçi olaraq əsas vəzifəsi daş karxanasında işləyən işçilərin fəaliyyətinə nəzarət etməkdən, yəni həmin işçilərin işə vaxtında gəlməsinə və düzgün işləməsinə, təhlükəsiz işləməsinə və s. eyni zamanda ümumilikdə işçilər üzərində bütün nəzarəti həyata keçirməkdən ibarətdir. O, X12 daş karxanasında işlədiyi vaxtdan, yəni 27 iyun 2021-ci il tarixdən tanıyır. X34 ilə münasibəti yaxşı olmuş, Vəli ilə onun, eyni zamanda daş karxanasında işləyən digər şəxslərin arasında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. X19 daş karxanasında maşinist-konbaynçı vəzifəsində işləmişdir. Vəli ilə həmin tarixdən etibarən xidməti müqavilə bağlanmışdır. O, 07 iyul 2021-ci il tarixdə işdə olmuşdur. O, həmin gün günorta saat 14 radələrində daş karxanasında olan texnikaya ehtiyat hissəsi almaq üçün daş karxanasından çıxaraq mağazaya getmişdir. 07 iyul 2021ci il tarixdə təxminən saat 16 radələrində Ayaz ona zəng edərək X8 relslərini yerini dəyişmək, maşını yükləmək işlərini həyata keçirən daş karxanasında olan “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilini arxaya doğru hərəkət etdirdiyini, həmin vaxt avtomobilə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına girdiyini, Vəlinin həmin elektrik naqillərinin üzərindən təkər ilə keçməmək üçün kranı saxladığını, bu zaman özünün kənarda olduğunu, qeyd olunan vaxt Vəlinin əli ilə həmin elektrik naqilini kənara çəkmək istədiyini, qəfildən səs gəldiyini, oraya gəldikdə Vəlini yerdə uzanıqlı halda xırıldadığını gördüyünü, Vəlinin yanında həmin kranın altından çıxarmaq istədiyi elektrik naqilinin olduğunu gördüyünü, Vəlinin daş karxanasında elektrik avtomatını söndürmədən, yəni həmin elektrik naqillərində elektrik cərəyanı olan vaxt elektrik naqilini kənara qoyan zaman əlinin elektrik naqilinin açıq sahəsinə toxunması nəticəsində elektrik cərəyanı vurması nəticəsində xəsarət alaraq öldüyünü, hal-hazırda Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən TTYS-da olduqlarını bildirmişdir. O da dərhal Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən TTYS-na getdikdə Vəli Quliyevin öldüyünü görmüşdür. Bir qədər sonra hadisə yerinə hüquq mühafizə orqanının əməkdaşları gəlmişlər. X20 meyiti müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə aparılmışdır. Daş karxanasında bütün işçilərin fəaliyyətinə onun tərəfindən nəzarət olunmuşdur. X1 fəaliyyətinə də ümumilikdə onun tərəfindən nəzarət olunmuşdur. Daş karxanasında digər işçilər, eyni zamanda X19 ilə gündəlik olaraq təlimatlandırma aparılmış və bununla bağlı təlimat jurnalına imza etdirmişdir. X19 hər gün iş görən vaxtı iş geyimində və əlcəkdə olmuşdur. Hadisə baş verən vaxt Vəli Quliyev evə getməyə hazırlaşdığı üçün gündəlik ev geyimində, yəni adi paltarda olmuşdur. X5 daş karxanasında avtomobilə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına girdiyi vaxt həmin elektrik naqillərinin üzərindən təkər ilə keçməmək üçün kranı saxlamış, qeyd olunan vaxt Vəlinin əli ilə həmin elektrik naqilini kənara çəkmək istəyərkən elektrik cərəyanı Vəlini vuraraq xəsarət yetirmiş, bir qədər sonra Vəli ölmüşdür. Hadisənin baş verdiyi yerdə elektrik cərəyanı 3 faza, 380 volt təşkil etmişdir. Hadisə baş verdiyi gündən bir neçə gün əvvəl o, birləşdirici (izolyasiyaedici birləşdirici) ilə həmin elektrik naqillərinin açıq olan hissələrini bağlamışdır. Son olaraq əməlindən peşman olmasını, hadisənin təsadüfi axarı zəminində baş verməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə vurulmuş maddi ziyanın tam ödənilməsini, onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, şəxsiyyətini, yəni vətən müharibəsində iştirak edərək, medalla təltif edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-də anbar müdiri vəzifəsində işləyir. X5 onun qardaşı olmuşdur. Mərhum X26 2010-cu il tarixdə X15 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından Əli, Arzu və Məhəmməd adında 3 uşaqları anadan olmuşdur. Vəli Quliyev uzun müddətdir ki, öz ailəsi ilə birlikdə Qaradağ rayonu, Puta qəsəbəsində nömrəsiz evdə yaşamışdır. X26 uzun müddətdir ki, Qaradağ rayonu ərazisində yerləşən müxtəlif daş karxanalarında maşinist-kanbonyor vəzifəsində işləmişdir. Vəli Quliyev 27 iyun 2021-ci il tarixdən isə Qaradağ rayonu, Gülbaxt ərazisində yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasında maşinist-kanbonyor vəzifəsində işləməyə başlamışdır. Vəli Quliyev təbiətcə sakit olmuş, Vəlinin heç kimlə, o cümlədən daş karxanasında işləyən digər əməkdaşlarla arasında hər hansı ədavət və düşmənçilik münasibətləri olmamışdır. 07 iyul 2021-ci il tarixdə Biləsuvar rayonunda yaşayan qardaşı Arif ona zəng edərək X26in işlədiyi daş karxanasında elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat vermişdir. Daha sonra o, Vəli Quliyevin meyitinin müayinə olunması üçün MTE və PA ETT Birliyinin Qaradağ rayon şöbəsinə aparıldığını öyrənmiş və oraya getmişdir. Meyitxanada ekspertlər müayinələr apardıqdan sonra o, Vəlinin meyitini götürüb öz rayona aparıb orada qəbirstanlıqda dəfn etmişdir. O, hadisə baş verən daş karxanasında işləyən dayısı Şahid3 hadisənin necə baş verməsini soruşduqda Əfqan ona X8 relslərini yerini dəyişmək, maşını yükləmək işlərini həyata keçirən daş karxanasında olan “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin arxaya doğru hərəkət etdirdiyini, həmin vaxt avtomobilə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına girdiyini, Vəlinin həmin elektrik naqillərinin üzərindən təkər ilə keçməmək üçün kranı saxladığını, bu zaman özünün kənarda olduğunu, qeyd olunan vaxt Vəlinin əli ilə həmin elektrik naqilini kənara çəkmək istədiyini, Vəlinin daş karxanasında elektrik avtomatını söndürmədən, yəni həmin elektrik naqillərində elektrik cərəyanı olan vaxt elektrik naqilini kənara qoyan zaman əlinin elektrik naqilinin açıq sahəsinə toxunması ilə elektrik cərəyanı vurması nəticəsində xəsarət alaraq öldüyünü bildirmişdir. Onun X26in ölümü ilə bağlı heç kimdən və ya hansısa bir orqandan heç bir şikayəti, tələbi və iddiası yoxdur. Eləcə də, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alınaraq məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 10 il müddətdir ki, o, “Kamaz” markalı yük avtomobili ilə müxtəlif daş karxanalarından daş yükləyib sifariş olunan yerə aparıb boşaldır. O, X12 10 il müddətdir ki, tanıyır. Belə ki, Vəli Quliyev onun bibisinin nəvəsi Günəşlə ailə həyatı qurmuşdur. X31 münasibəti yaxşı olmuşdur. Vəli Quliev təbiətcə sakit adam olmuşdur. Vəli Quliyevin heç kimlə ədavəti və düşmənçiliyi olmamışdır. Vəli Quliyev təxminən bir həftə olardı ki, onun daş götürdüyü Qaradağ rayonu, Gülbaxt qəsəbəsində yerləşən daş karxanasında maşinist-kombanyor vəzifəsində işləməyə başlamışdır. O, 07 iyul 2021-ci il tarixdə səhər saat 11 radələrində daş yükləmək üçün Gülbaxt daş karxanasına gəlmişdir. Həmin vaxt Vəli Quliyevdə daş karxanasında olmuşdur. Həmin gün təxminən saat 16 radələrində o, idarə etdiyi “Kamaz” markalı, “**-EL-***” dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasında olduğu zaman qışqırıq səsi eşitmiş və dərhal yük maşının kabinasından düşüb daş kəsilən əraziyə gəlmiş, həmin vaxt Vəli Quliyevi “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin qarşısında yerdə uzanmış vəziyyətdə görmüş və dərhal Vəli Quliyevin yanına yaxınlaşmışdır. Həmin vaxt Vəli danışa bilməmiş, xırıldamışdır. Həmin vaxt orada Ayazla Əfqan adlı işçilər də olmuşlar. Vəlinin uzandığı yerdə yanında elektrik naqili olmuşdur. Onlar dərhal Vəlini avtomobil ilə Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən təcili tibbi yardıma aparmışlar və orada olan həkim Vəli Quliyevi müayinə etdikdən sonra öldüyünü demişdir. O, həmin vaxt Ayazdan və Əfqandan hadisənin necə baş verdiyini sormuş, həmin şəxslər ona X8 relslərini yerini dəyişmək, maşını yükləmək işlərini həyata keçirən daş karxanasında olan “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin arxaya doğru hərəkət etdirdiyini, həmin vaxt avtomobilə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına girdiyini, Vəlinin həmin elektrik naqillərinin üzərindən təkər ilə keçməmək üçün kranı saxladığını, bu zaman onların kənarda olduqlarını, qeyd olunan vaxt Vəlinin əli ilə həmin elektrik naqili kənara çəkmək istədiyini, qəfildən səs gəldiyini, oraya gəldikdə Vəlini yerdə uzanıqlı halda xırıldadığını gördüklərini, Vəlinin yanında həmin çıxarmaq istədiyi elektrik naqili olduğunu, Vəlinin daş karxanasında elektrik avtomatını söndürmədən, yəni həmin elektrik naqillərində elektrik cərəyanı olan vaxt elektrik naqilini kənara qoyan zaman əlinin elektrik naqilini açıq sahəsinə toxunması nəticəsində elektrik cərəyanı vurması nəticəsində xəsarət alaraq öldüyünü bildirmişlər. Hadisə baş verən vaxt X8 əynində evə getməyə hazırlaşdığı üçün adi paltar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, müxtəlif daş karxanalarında işləmişdir. 27 iyun 2021-ci il tarixdən isə Qaradağ rayonu, Gülbaxt ərazisində yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasında konbanyormaşinist vəzifəsində işləmişdir. Onunla "xxxx" MMC arasında 27 iyun 2021-ci il tarixdə xidməti müqavilə bağlanmışdır. X19 onun doğma bibisioğlu olmuşdur. O, Vəli ilə daş karxanasında 27 iyun 2021-ci il tarixdən birlikdə işləməyə başlamışdır. X8 daş karxanasında vəzifəsi konbanyor-maşinist olmuşdur. 07 iyul 2021-ci il tarixdə səhər saatlarından işləməyə başlamışlar. Həmin gün təxminən saat 16 radələrində onlar daşları kəsərək yük avtomobilinə yığmışlar. Həmin vaxt Vəli Quliyev relslərini yerini dəyişmək, maşını yükləmək işlərini həyata keçirən daş karxanasında olan “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilini arxaya doğru hərəkət etdirmişdir. O, avtomobilə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına girdiyini, həmin vaxt Vəlinin həmin elektrik naqillərinin üzərindən təkər ilə keçməmək üçün kranı saxladığını, əli ilə həmin elektrik naqili kənara çəkmək istədiyini görmüşdür. Həmin vaxt o, Vəlidən bir qədər aralıda dayanmışdır. O, qəfildən qışqırıq səsi gəldiyini eşitmişdir. Dərhal ora getdikdə Vəlinin avtomobilin qarşısında yerdə uzanıqlı halda olduğunu, xırıldadığını görmüşdür. Vəlinin yanında həmin çıxarmaq istədiyini elektrik naqili olmuşdur. Həmin vaxt Vəli daş karxanasında elektrik avtomatını söndürməmiş, yəni qeyd olunan elektrik naqillərində elektrik cərəyanı olmuşdur. Vəli həmin elektrik naqilini götürən zaman elektrik naqilinin açıq hissəsinə əli ilə toxunmuş və nəticədə Vəlini elektrik cərəyanı vurmuşdur. Həmin vaxt orada Abid və Əfqan adlı şəxslərdə onun yanında olmuşdur. Onlar dərhal Vəlini avtomobil ilə Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyana aparmışlar və orada olan həkim Vəli Quliyevi müayinə etdikdən sonra öldüyünü demişdir. Bir qədər sonra hadisə yerinə hüquq mühafizə orqanının əməkdaşları gəlmişlər. X20 meyiti müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə aparılmışdır. Onun ilə "xxxx" MMC-yə məxsus daş karxanası arasında 27 iyun 2021-ci il tarixdə xidməti müqavilə bağlanmışdır. Onunla eyni zamanda X19 ilə iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmışdır. Hadisə baş verən vaxt X8 əynində fərdi mühafizə vasitələri, eyni zamanda əlində əlcək olmamış, əynində evə getməyə hazırlaşdığı üçün gündəlik adi paltar olmuşdur. Həmin vaxt Vəli daş karxanasında elektrik avtomatını söndürməmiş, yəni həmin elektrik naqillərində elektrik cərəyanı olmuşdur. Vəli həmin elektrik naqilini götürən zaman elektrik naqilinin açıq hissəsinə əli ilə toxunmuş, nəticədə Vəlini elektrik cərəyanı vurmuş və Vəli xəsarət alaraq ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, müxtəlif daş karxanalarında işləmişdir. 27 iyun 2021-ci il tarixdən isə Qaradağ rayonu, Gülbaxt ərazisində yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasında fəhlə vəzifəsində işləyir. Onunla "xxxx" MMC arasında 27 iyun 2021-ci il tarixdə xidməti müqavilə bağlanmışdır. X5 onun doğma bacısı oğlu olmuşdur. O, 27 iyun 2021-ci il tarixdən yuxarıda qeyd olunan daş karxanasında Vəli Quliyev ilə birlikdə işləməyə başlamışdır. X19 daş karxanasında maşinist-kanbonyor vəzifəsində işləmişdir. O, 07 iyul 2021-ci il tarixdə səhər saatlarından işləməyə başlamışdır. Həmin gün təxminən saat 16 radələrində onlar daşları kəsərək yük avtomobilinə yığmışlar. Həmin vaxt Vəli Quliyev relslərini yerini dəyişmək, maşını yükləmək işlərini həyata keçirən daş karxanasında olan “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin arxaya doğru hərəkət etdirmişdir. Həmin vaxt o, avtomobilə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına girdiyini, həmin vaxt Vəlinin həmin elektrik naqillərinin üzərindən təkər ilə keçməmək üçün kranı saxladığını, əli ilə həmin elektrik naqili kənara çəkmək istədiyini görmüşdür. Həmin vaxt o, Vəlidən bir qədər aralıda dayanmışdır. O, qəfildən qışıqırıq səsi gəldiyini eşitmişdir. Dərhal ora getdikdə Vəlinin avtomobilin qarşısında yerdə uzanıqlı halda olduğunu, xırıldadığını görmüşdür. Vəlinin yanında həmin çıxarmaq istədiyi elektrik naqili olmuşdur. Həmin vaxt Vəli daş karxanasında elektrik avtomatını söndürməmiş, yəni həmin elektrik naqillərində elektrik cərəyanı olmuşdur. Vəli həmin elektrik naqilini götürən zaman elektrik naqilinin açıq hissəsinə əli ilə toxunmuş və nəticədə Vəlini elektrik cərəyanı vurmuşdur. Həmin vaxt orada Abid və Ayaz adlı şəxslərdə onun yanında olmuşdur. Onlar dərhal Vəlini avtomobil ilə Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyana aparmışlar və orada olan həkim Vəli Quliyevi müayinə etdikdən sonra öldüyünü demişdir. Bir qədər sonra hadisə yerinə hüquq mühafizə orqanının əməkdaşları gəlmişlər. X20 meyiti müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə aparılmışdır. Onun ilə "xxxx" MMC-yə məxsus daş karxanası arasında 27 iyun 2021-ci il tarixdə xidməti müqavilə bağlanmışdır. Onunla, eyni zamanda X19 iş yerində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmışdır. Hadisə baş verən vaxt X8 əynində heç bir fərdi mühafizə vasitəsi eyni zamanda əlcək olmamış, əynində evə getməyə hazırlaşdığı üçün gündəlik adi paltar olmuşdur. Həmin vaxt Vəli daş karxanasında elektrik avtomatını söndürməmiş, yəni həmin elektrik naqillərində elektrik cərəyanı olmuşdur. Vəli həmin elektrik naqilini götürən zaman elektrik naqilinin açıq hissəsinə əli ilə toxunmuş, nəticədə Vəlini elektrik cərəyanı vurmuş və Vəli xəsarət alaraq ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, onun rəhbəri olduğu "xxxx" MMC təxminən 2010-cu il tarixdə yaranmışdır. O, 2015-ci il tarixdən "xxxx" MMC-in rəhbəri olmuşdur. "xxxx" MMC 2017-ci il tarixə kimi fəaliyyət göstərməmiş, həmin tarixdən fəaliyyətə başlamışdır. "xxxx" MMC-in əsas fəaliyyəti Bakı şəhərində yerləşən daş karxanalarında daş kəsiminin həyata keçirilməsi, eyni zamanda kəsilən daşların satılmasından və s. ibarət olmuşdur. O, X12 hadisə baş verdiyi gündən təxminən 7-8 gün əvvəldən tanımışdır. Belə ki, Vəli Quliyev həmin vaxtdan etibarən onun rəhbərlik etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən "xxxx" MMC-in yuxarıda qeyd olunan ünvanda fəaliyyət göstərdiyi daş karxanasında maşinistkombanyor vəzifəsində işləməyə başlamışdır. "xxxx" MMC ilə X19 arasında xidməti müqavilə bağlanmışdır. Vəli Quliyevin iş yoldaşları eyni zamanda onunla münasibəti yaxşı olmuş, Vəlinin heç kəslə heç bir ədavət və düşmənçiliyi olmamışdır. 07 iyul 2021-ci il tarixdə Vəli Quliyev hər gün olduğu kimi işləməyə başlamışdır. Həmin vaxt Vəlinin yanında Şahid1, Əfqan, Ayaz olmuşdur. Daş karxanasında işçilərin təhlükəsiz işləməsinə nəzarət Təqsirləndirilən şəxs tərəfindən həyat keçirilmişdir. Vüsal həmin gün günortaya qədər işdə olmuşdur. Günorta saatlarında Vüsal daş karxanasında olan texnikaya ehtiyat hissəsləri almaq üçün getmişdir. O, təxminən saat 16 radələrində daş karxanasında otaqda olduğu vaxt Ayaz ona zəng edərək X12 elektrik cərəyanı vurduğunu, vəziyyətinin yaxşı olmadığını, taksi ilə Vəlini təcili tibbi yardıma apardıqlarını demişdir. O, dərhal öz avtomobili ilə X12 apardıqları Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına getmişdir. O, oraya getdikdə X12 öldüyünü bilmişdir. O, Ayazdan hadisənin necə baş verdiyini soruşduqda Ayaz ona X8 relslərini yerini dəyişmək, maşını yükləmək işlərini həyata keçirən daş karxanasında olan “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin arxaya doğru hərəkət etdirdiyini, həmin vaxt avtomobilə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına girdiyini, Vəlinin həmin elektrik naqillərinin üzərindən təkər ilə keçməmək üçün kranı saxladığını, bu zaman onun kənarda olduğunu, qeyd olunan vaxt Vəlinin əli ilə həmin elektrik naqilini kənara çəkmək istədiyini, qəfildən səs gəldiyini, oraya gəldikdə Vəlini yerdə uzanıqlı halda xırıldadığını gördüklərini, Vəlinin yanında həmin çıxarmaq istədiyini elektrik naqili olduğunu, Vəlinin daş karxanasında elektrik avtomatını söndürmədən, yəni həmin elektrik naqillərində elektrik cərəyanı olan vaxt elektrik naqilini kənara qoyan zaman əlinin elektrik naqilinin açıq sahəsinə toxunması nəticəsində elektrik cərəyanı vurması nəticəsində xəsarət aldığını, daha sonra avtomobil ilə onu Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən təcili tibbi yardıma apardıqlarını, həmin tibbi müəssisədə öldüyünü bildirmişdir. Bir qədər sonra hadisə yerinə hüquq mühafizə orqanının əməkdaşları gəlmişlər. X20 meyiti müayinə olunması üçün Qaradağ rayon ekspertiza şöbəsinə aparılmışdır. "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs daş karxanasında sahə rəisi nəzarətçi kimi işləmişdir. Daş karxanasında X19, eyni zamanda digər işçilər ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırmalar aparılmışdır. Həmin təlimatlandırma Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. Həmin gün X19 xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməmişdir. X19 bir qədər sonra evə getməyə hazırlaşdığı üçün əynində adi paltar olmuş, hadisəni görən işçilərin dediyinə görə əlcəyi də olmamışdır. Hadisənin baş verdiyi yerdə elektrik cərəyanı 3 faza, 380 volt təşkil etmişdir. Hadisə baş verdiyi gündən bir neçə gün əvvəl daş karxanasında sahə rəisi – nəzarətçi vəzifəsində işləyən Təqsirləndirilən şəxs birləşdirici (izolyasiya edici birləşdirici) ilə həmin elektrik naqillərinin açıq olan hissələrini bağladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, əvvəllər sürücü işləmiş, lakin hal-hazırda heç bir yerdə işləmir. X5 onun doğma qızı Günəş Ağayevanın həyat yoldaşı olmuşdur. Vəli Quliyev 2010-cu il tarixdə qızı Günəş Ağayeva ilə rəsmi nikaha daxil olmuş və onların birgə nikahından Əli, Arzu və Məhəmməd adında 3 uşağı olmuşdur. Vəli Quliyev uzun müddətdir öz ailəsi ilə birlikdə Qaradağ rayonu, Puta qəsəbəsində nömrəsiz evdə yaşamışdır. Vəli Quliyev uzun müddətdir ki, Qaradağ rayonu ərazisində yerləşən müxtəlif daş karxanalarında maşinist-kanbonyor vəzifəsində işləmiş, 27 iyun 2021-ci il tarixdən isə Qaradağ rayonu, Gülbaxt ərazisində yerləşən "xxxx" MMCyə məxsus daş karxanasında maşinist-kanbonyor vəzifəsində işləməyə başlamışdır. X19 ilə təbiətcə sakit olmuş, heç kimlə, o cümlədən daş karxanasında işləyən digər əməkdaşların arasında hər hansı ədavət və düşmənçilik münasibətləri olmamışdır. 07 iyul 2021-ci il tarixdə Biləsuvar rayonunda yaşayan Vəlinin qardaşı ona zəng edərək Vəli Quliyevin işlədiyi daş karxanasında elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə məlumat vermişdir. Daha sonra o, Vəli Quliyevin meyitinin müayinə olunması üçün MTE PA ETT Birliyinin Qaradağ rayon şöbəsinə aparıldığını öyrənmiş və oraya getmişdir. Meyitxanada ekspertlər müayinələr apardıqdan sonra Vəlinin meyiti dəfn olunması üçün Biləsuvar rayonuna aparılmışdır. O, orada işləyən Vəlinin dayısı Şahid3 hadisənin necə baş verməsini soruşduqda Əfqan ona X8 relslərini yerini dəyişmək, maşını yükləmək işlərini həyata keçirən daş karxanasında olan “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin arxaya doğru hərəkət etdirdiyini, həmin vaxt avtomobilə birləşmiş olan elektrik naqilinin kənarda olan daşlara ilişərək kranın altına girdiyini, Vəlinin həmin elektrik naqillərinin üzərindən təkər ilə keçməmək üçün kranı saxladığını, bu zaman onun kənarda olduğunu, qeyd olunan vaxt Vəlinin əli ilə həmin elektrik naqilini kənara çəkmək istədiyini, Vəlinin daş karxanasında elektrik avtomatını söndürmədən, yəni həmin elektrik naqillərində elektrik cərəyanı olan vaxt elektrik naqilini kənara qoyan zaman əlinin elektrik naqilinin açıq sahəsinə toxunması nəticəsində elektrik cərəyanı vurması nəticəsində xəsarət alaraq öldüyünü bildirmişdir. Bu bədbəxt hadisədir və Vəlinin ailəsinin elektrik cərəyanı vurması ilə bağlı onun heç kimdən və ya hansısa bir orqandan heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında 07 iyul 2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ rayon prokurorunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X6 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən "xxxx" MMC-yə məxsus fəaliyyət göstərən daş karxanasıdır. Daş karxanasına avtomobil yolu torpaq örtüklü olmaqla cənub tərəfdəndir. Həmin yol ilə daş karxanasına daxil olduqda girişdə yaşayış üçün tikinti sahələrinin olduğu görülür. Bundan başqa orada müxtəlif təyinatlı yük və minik avtomobilləri vardır. Hadisənin baş verdiyi ərazi daş kəsiminin həyata keçirildiyi aşağı sahədir. Həmin sahəyə torpaq örtüklü avtomobil yolu vardır. Məsafə 450 metrdir. Həmin sahənin uzunlu 130 metr, eni isə 60 metrdir. Həmin sahədə müxtəlif təyinatlı texnikalar və daşlar vardır. Hadisə yerinə baxışda iştirak edən Şahid1 hadisənin “Zil” markalı avtomobilin qarşı tərəfində baş verdiyini bildirdi. Avtomaşının uzunluğu 7 metr, eni isə 2,30 metrdir. Avtomaşının yük hissəsinə qaldırıcı kran quraşdırılmışdır. Hadisə yerinə baxışda iştirak edən Abid X2 həmin kranı hərəkət etdirərkən birləşmiş olan elektrik naqillərini kənar daşlara ilişərək avtomobilin altına girdiyini, həmin vaxt Vəli Quliyevin elektrik naqillərinin avtomaşının təkərinin altında qalmaması üçün həmin avtomobili saxladığını və əli ilə elektrik naqilini kənara atan zaman elektrik cərəyanı vurduğunu və xəsarət alaraq öldüyünü bildirdi. Həmin elektrik naqilləri avtomaşının yanında yerə sərilmiş vəziyyətdədir. Elektrik naqili ağ rənglidir və üzəri qara rəngli yapışdırıcı ilə bağlanmışdır. (i.v. 4-12) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyiınin Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş 01013 saylı dağ-mədən ayırması aktından görünür ki, “Gülbaxt” əhəndaşı yatağı tir-blok istehsalı məqsədilə "xxxx" MMC-yə ayrılmışdır. Dağ-mədən Bakı şəhəri Qaradağ rayonu inzibati ərazisində yerləşir. Daş-mədən ayırmasının müddəti 5 ildir. (i.v.68) Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MMC Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində 04.01.2002-ci il tarixdə qeydiyyatdan keçmişdir. (i.v. 81) "xxxx" MMC tərəfindən verilmiş 17/01-k saylı, 01 sentyabr 2017-ci il tarixli əmrdən görünür ki, Şahid4 01.09.2017-ci il tarixdən müəssisəyə direktor vəzifəsinə qəbul edilmişdir. (i.v. 82) "xxxx" MMC tərəfindən verilmiş 01 iyul 2019-cu il tarixli, 19/02-k saylı əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 01.07.2019-cu il tarixdən müəssisəyə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. (i.v.84) "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş sahə rəisi nəzarətçinin vəzifə Təlimatlarından görünür ki, həmin təlimatın 20-ci bəndinə əsasən avtomobillərin yumuşaq kabel üzərindən keçməklə hərəkəti qadağan olması göstərmişdir. (85-88) "xxxx" MMC tərəfindən verilmiş 27 iyun 2021-ci il tarixli, 21/03-k saylı əmrdən çıxarışdan görünür ki, X19 27 iyun 2021-ci il tarixdən xidməti müqavilə əsasında maşinistkombaynçı işinə qəbul olunmuşdur. (i.v. 92) "xxxx" MMC tərəfindən verilmiş 05 saylı, 12 iyul 2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-nin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən “Gülbaxt” daş karxanasında olan işçiləri işə götürərkən işə başlamazdan əvvəl Təhlükəsizlik Texnikası ilə təlimatlandırılır. X4 ilə təlimatlandırılması 02 saylı, 01 iyul 2019-cu il tarixli əmr ilə sahə rəisi kimi işləyən Təqsirləndirilən şəxs Bəhram oğluna həvalə edilmişdir. (i.v. 140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X33 Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli, 64 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, 1985-ci il təvəllüdlü mərhum X9 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ əlin İ barmağının, sağ əlin İİ barmağının, sol əlin ovuc səthinin və sol əlin İİ barmağının yanıq sahələri (elektrik nişanələri). Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 07.07.2021-ci il tarixdə yüklənmiş elektrik cərəyanın vurması nəticəsində törənə bilərdilər və X9 ölümü ilə birbaşa əlaqəlidirlər. X1 ölümünə səbəb elektrik cərəyanının oqanizmə ümumi təsiri nəticəsində ürəyin reflektor olaraq dayanması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, X1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (07.07.2021-ci il tarixdə saat 20:50-də) 4-6 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirtli və narkotik maddələr aşkar edilməmişdir. (17.07.2021-ci il tarixli 1959/K saylı akt). (i.v 165-168) Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatı tərəfindən verilmiş 16 avqust 2021-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (i.v. 180) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 09 avqust 2021-ci il tarixli 10/3538 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasının elektrik xətlərinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırma qaydaları”nın 1.1.32, 2.1.25-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. “Elektrik təhlükəsizliyi. Ümumi tələblər.” 12.1.019-79 Dövlət standartının 3.4.1-ci bəndinin tələbinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasında X19 tərəfindən yerinə yetirilmiş təmir işi gərginlik altında olan elektrik xəttinə elektrik enerjisinin verilişi dayandırılmaqla həyata keçirilməli idi. Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasının elektrik xətlərinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasını təmin etmədiyinə görə “Elektrik qurğularının quraşdırma qaydaları”nın 1.1.32, 2.1.25-ci bəndlərinin tələbləri. Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasında əmrlə təhükəsizlik texnikası qaydalarının tələblərinə riayət olunmasına cavabdeh təyin edilmiş sahə rəisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən "xxxx" MMC-yə məxsus daş karxanasında hadisənin elektrik xətlərinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmaması nəticəsində baş verməsini nəzərə aldıqda, baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş X8 özü tərəfindən təhlükəsizlik texnikasının tələblərinin pozulması halı müəyyən edilmir. Ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat təşkil edir. (i.v. 186- 190) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 avqust 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 193) Sübutların qiymələndirilməsi haqqında 20 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş üzrə Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsində göstərilən cinayət tərkib əlamətləri müəyyən edilmədiyindən həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 200-211) Qətimkan tədbiri seçmə haqqında 20 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 235-236) Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş 05 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli, 482 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bəhram oğlu Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununa əsasən 29.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 27.12.2020-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. 12.10.2020-10.11.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Laçın istiqamətində N nömrəli hərbi hissədə manqa komandiri vəzifəsində döyüşlərdə iştirak etmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Daşkəsən şəhər Kommunal-Müəssisələr Kombinatı tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli, 1407 saylı arayışdan görünür ki, X7 atası X13 və anası X14 işləmirlər. Atası və anası onun himayəsindədirlər. Məhkəməyə təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının 1-7574 saylı vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 saylı sərəncamı ilə Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübohə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1 və 56.1.1-ci maddələrinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf edərək, əməlindən peşman olmasını, hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayəti törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, vətən müharibəsi zamanı döyüşlərdə iştirak edərək, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 saylı sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını (CM-59.2), zərərçəkmiş şəxsin hüququ varisinə vurulmuş maddi ziyanı tam ödəməsini (CM-59.1.13), zərərçəkmiş şəxsin hüququ varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, yəni bu cinayətin az ağır cinayətlərə aid olmasını, onun ictimai təhlükəlilik dərəcəsini, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, cəzasını ağırlaşdıran halların olmamasını, yüngülləşdirən halların isə olmasını, onun şəxsiyyətini, hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayəti törətməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, vətən müharibəsi zamanı döyüşlərdə iştirak edərək, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il tarixli, 2358 saylı sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, səmimi peşmançılığını, həmçinin cəzanın onun islah olunması perspektivlərinə və gələcək həyatına təsirini nəzərə alaraq hesab edir ki, onun hazırda cəza çəkmədən islah olunması mümkün olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən həmin cəza şərti olaraq tətbiq edilməli və ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti verilməli, üzərinə onun islah olunmasına xidmət edəcək müvafiq vəzifələr qoyulmalı və həmin vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi müvafiq ərazi üzrə İcra və probasiya xidmətinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məluma vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulmalı, üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı (CPM 353.4.12), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X17 ibtidai istintaq zamanı 35 (otuz beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Həmçinin müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaq zamanı 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 210 (iki yüz on) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə tikinti və quraşdırma sahələrində rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərinə davranış nəzarəti həyata keçirən orqanlara məluma vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsi onun qeydiyyatda olduğu Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 102 (yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 35 (otuz beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X10 210 (iki yüz on) manat məbləğində və məhkəmə istintaq zamanı göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-339/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-339/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver