Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-339/2023 07.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 12:15-də X14 İslah oğlunun sədrliyi, X5 və İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 avqust 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “DAEWOO BC090“ markalı, ** XT *** qeydiyyat nişanlı avtobusu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli- Sədərək yolunda, “Azgranata” mağazasının qarşısında Sədərək Ticarət Mərkəzinin əsas girişi istiqamətində 40 km/saat sürətlə idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cli bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən 1.3 üfuqi nişanlama xəttini kəsib keçməməsi ilə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda cinayətkarcasına etinasızlıq edərək Qanunun qeyd olunan tələblərinə əməl etməyib yolun qoşa xəttin ortasında dayanmış piyada X4 idarə etdiyi avtobusun ön sol künc hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan S.Zərərçəkmiş şəxs baş beyinin toxumasına onun mədəciklərinə və qişaları altına qansızına, baş beyin toxumasının ödemi, alın sümüyünün sol qaşüstü nahiyəsinin sınığı, əsas sümüyünün böyük qanadının qəlpəli sınığı, sol almacıq və əng sümüklərinin sınıqları, onurğanın döş şöbəsinin Vİİ-Vİ11-1X-Xİ (Th7, Th8, Th9, Thl 1) fəqərələrinin tin çıxıntılarının sınıqları, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə Vİİİ-İX-X-Xİ, sağ yarısının orta körpücük sümük xətt üzrə Vİİ-Vİİİ-İX-X-Xİ qabırğaların sınıqları, hər iki ağciyərlərin əzilməsi, qaraciyərin travmatik cırılması (cərrahi yolla bərpası), sağ böyrəyin cərrahi yolla çıxarılması, aşağı boş venanın cırılması, sağ qalça sümük qanadının sınığı, sol qaş nahiyəsinin əzilmiş yarası, başın alın və hər iki gözətrafı nahiyələrinin qançırları, sol almacıq, sağ said, sağ əlin arxa səthinin, döş qəfəsinin sol yarısının və hər iki diz oynağı nahiyələrinin sıyrıqları xəsarətlərindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, alın sümüyünün sol qaşüstü nahiyənin sınığı, əsas sümüyün böyük qanadının qəlpəli sınığı, sol almacıq və əng sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin toxunmasına, onun mədəciklərinə, qişaları altına qansızına və baş-beyin toxumasının artan ödemindən ibarət xəsarətlər yetirməklə 25 iyun 2023-cü il tarixdə saat 15.50 radələrində müalicə aldığı X9 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 1990-cı ildə “BCD” kateqoriyası ilə sürücülük hüququ əldə etmiş, həmin vaxtdan bu günə kimi fasiləsiz olaraq həmin hüququ əsasında sürücülük vəsiqəsi vardır. Eyni zamanda həmin ildən sərbəst şəkildə mütəmadi olaraq avtomobil idarə edir. Uzun illər avtobus idarə etmiş, təxminən 2021-ci ildən avtobusdan uzaqlaşmış, Ford Tranzit markalı avtomobil ilə yük daşımış, sonradan yenidən avtobus idarə etməyə başlamış, 194 saylı xətt marşurutunda işləmişdir. Avtobus ilə xəttə hər gün müxtəlif vaxtlarda çıxmış, belə ki, ən tezi səhər tezdən saat 05.40 radələrində, ən gec isə 06.55 radələrində Lökbatan qəsəbəsində fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzi ilə üzbəüzdə yerləşən qarajdan çıxır, sonuncu avtobus isə xətdən 21.55 radələrində sonuncu dayanacaq 20 Yanvar metro stansiyasından çıxıb xətt üzrə gəlib sərnişinləri düşürtdükdən sonra avtobusu qaraja təhvil verir. Avtobusun marşurut xətti Lökbatan qəsəbəsində yerləşən Qobu-Park yaşayış kompleksindən başlayıb sonuncu dayanacaq 20 Yanvar metro stansiyasında bitir. Hər gün avtobusların xəttə buraxılmamışdan əvvəl texniki vəziyyəti yoxlanılır, saz vəziyyətə gətiriləndən, sürücülərin sərxoşluğu yoxlanılandan sonra avtobuslar xəttə buraxılır. Bir gün işdə olurlar, digəri gün istirahət günü olur. Avtobuslar "xxxx" MMC-yə məxsusdur, sürücülər əmək müqaviləsi əsasında işləyir. O avtobusu yol vərəqəsi əsasında idarə etmişdir. Aylıq məvacibi bank kartı ilə alır. 21 iyun 2023-cü il tarixdə 06.40 radələrində ilk dayanacaq olan Qobu- Park yaşayış kompleksindən çıxıb işə başlamışdır. Bütün günü avtobusu idarə etmiş, son dayanacaqda təxminən 15-20 dəqiqə dayanıb istirahət etmiş, saat 21.40 radələrində sonuncu dayanacaq Qobu-Park yaşayış kompleksinə gəlib sərnişinləri düşürtmüşdür. Lökbatan qəsəbəsinə gəlib avtobusu yanacaq doldurmaq üçün Sədərək Ticarət Mərkəzinin əsas giriş hissəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə getmiş, mevyəli TM-in qarşısında yerləşən dairəni keçib Sədərək TM-in giriş hissəsində yerləşən yanacaqdoldurma məntəqəsinə doğru 40 km/s sürətlə avtobusu idarə etmişdir. Sədərək TM-in yanında yerləşən “Azgranata" mağazasının qarşısında olan zaman qarşı tərəfdən gələn avtomobillərin işığı gözünə düşmüş, həmçinin onun hərəkətdə olduğu yolun sağ tərəfində Kamaz markalı yük avtomobilləri yolu daraltdığından, o avtobusu biraz sol tərəfə, yolun ortasında yerləşən qoşa xəttə tərəf sürmüş, o qoşa xəttin üzərində dayanmış piyadanı artıq çatanda görmüşdür. Nə qədər çalışıb avtobusu yolun sağ tərəfinə döndərməyə çalışsa da, qoşa xəttin üzərində dayanmış piyadanı avtobusun sol künc tərəfi ilə vurub hərəkətdə olduğu yolda irəliyə doğru atmışdır. Avtobusu yolun kənarında saxlayıb yerə düşmüş, ətrafa toplaşmış adamlardan DİN-in 102 xidmətinə və TTYS-na zəng vurmağı xahiş etmişdir. Ətrafa yığılanlardan biri həm 102-yə. həm də 103-ə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları, TTY birqadası gəlmişdir. Piyadanı TTY avtomobilə əyləşdirib xəstəxanaya yola salmışdır. Daha sonra özü də Semaşko deyilən X11 getmişdir. X2 xəstəxanada öyrənmişdir. Sərxan xəstəxanada yatdığı müddətdə özü, yaxın qohumları hamısı xəstəxanada olmuşlar, xəstənin sağalmasından ötrü hər bir şey etməyə çalışmışlar, lakin piyadanın xəsarəti ağır olduğundan 25 iyun 2023-cü il tarixdə X9 vəfat etmişdir. O hadisə baş verdikdən dərhal sonra sərxoşluq müayinəsindən keçmişdir. Əməlindən peşmandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varis və şahidin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən və məhkəmədə ifadəsi tədqiq edilən zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sərxan Muradov onun oğludur. Fərdi qaydada Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur. O, 2023-cü ilin may ayında Rusiya Federasiyasına getmişdir. Həmin vaxt Sərxan onu hava limanında yola salıb Bakı şəhərində qalmışdır. 22 iyun 2023-cü il tarixdə saat 05 radələrində ona zəng vurub oğlu Sərxanın qəza keçirdiyini, yolu keçən zaman avtobusun Sərxanı vurduğunu demişlər. O dərhal həmin günü bilet alıb Bakı şəhərinə, Sərxanın müalicə aldığı X7 gəlmişdir. Sərxanın vəziyyəti ağır olmuş, həkim nəzarətində qalmışdır. Lakin 25 iyun 2023-cü il tarixdə müalicə aldığı xəstəxanada vəfat etmişdir. O, hadisənin konkret olaraq hansı şəraitdə baş verməsini bilmir, görməmişdir. Lakin ona sonradan məlum olmuşdur ki, Sərxan yolu keçən zaman, yolun ortasında qoşa xəttin üstündə gözləyərkən avtobus vurmuşdur. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmədə iştirak edə bilməməsi, təqsirləndirilən şəxsə qarşı heş bir iddia və tələbinin olmaması, onun barəsində veriləcək qərarın məhkəmənin mülahizəsinə buraxdığı barədə teleqram ünvanlamışdır. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyən və məhkəmədə ifadəsi tədqiq edilən Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 30 ilə yaxın müddətdir fərdi qaydada avtobus işlədir. 194 saylı xəttə buraxılan avtobuslar ona məxsusdur. Təqsirləndirilən şəxs uzun müddət ona məxsus avtobusu idarə edib, lakin sonradan işdən ayrılmışdır. 2023-cü ilin yanvar ayından Rafət yenidən ona məxsus 194 saylı xətt marşurutunda fəaliyyətə başlamışdır. Avtobus sürücüləri işə başlamadan hər gün sərxoşluq və narkotik vasitələrin təsirindən əmələ gələn sərxoşluqları yoxlanılır, avtobusların texniki vəziyyəti yoxlanılandan sonra xəttə buraxılır. Avtobusların qarajı Qaradağ rayonu. Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşir. Avtobus qrafıkdən asılı olaraq sonuncu saatı 23 radələrində sürücü tərəfindən yanacaq doldurulduqdan sonra qaraja gətirilib təhvil verilir. 21 iyun 2023-cü il tarixdə saat 22 radələrində qarajda olan zaman Rafət avtobusla Sədərək Ticarət Mərkəzi yaxınlığında yol-nəqliyyat hadisəsi törətdiyini, avtobusla piyadanı vurması barədə məlumat vermiş, o da qarajda olduğu üçün dərhal hadisə yerinə getmişdir. O hadisə yerinə tez bir vaxtda çatdığı üçün piyada hadisə yerində olmuş, TTY briqadası hadisə yerinə gəlib piyadanı xəstəxanaya aparmışdır. Rafət də sərxoşluq dərəcəsi yoxlanılmasından ötrü müayinə mərkəzinə getmişdir. Hadisə zamanı avtobusun ön alın şüşəsi sınmış, qabağ buferi əzilmişdir. Rafət piyadanı avtobusun sol künc hissəsi ilə vurduğundan, avtobusun sol künc hissəsi zədələnmişdir. Hadisə nəticəsində avtobusun zədələnməsi ilə ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Zərər tərəfindən qarşılanmış, Təqsirləndirilən şəxs qarşı bu barədə heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarından görünür ki, iş üzrə Şahid məhkəməyə ölkə hüdudlarından kənarda olduğu üçün məhkəmədə iştirak edə bilməməsi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etməsi barədə ərizə ünvanlamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 17 iyul 2023-cü il tarixli 46 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü X3 məhkəmə-tibbi müayinələrinə və əlavə laborator tədqiqatın nəticəsinə əsasən, hadisə haqqında qərarda göstərilənləri və ilkin məlumatda qeyd olunanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.X1 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyinin toxumasına onun mədəciklərinə və qişaları altına qansızına, baş beyin toxumasının ödemi, alın sümüyünün sol qaşüstü nahiyəsinin sınığı, əsas sümüyünün böyükm qanadının qəlpəli sınığı, sol almacıq və əng sümüklərinin sınıqları, onurğanın döş şöbəsinin Vİİ-Vİİİ-İX-Xİ (Th7, Th8, Th9, T h l l ) fəqərələrinin tin çıxıntılarının sınıqları, döş qəfəsinin sol yarısının orta qoltuqaltı xətt üzrə Vİİİ-İX-X-Xİ, sağ yarısının orta körpücük sümük xətt üzrə Vİİ-Vİİİ-İX-X-Xİ qabırğaların sınıqları, hər iki ağciyərlərin əzilməsi, qaraciyərin travmatik cırılması (cərrahi yolla bərpası), sağ böyrəyin cərrahi yolla çıxarılması, aşağı boş venanın cırılması, sağ qalça sümük qanadının sınığı, sol qaş nahiyəsinin əzilmiş yarası, başın alın və hər iki gözətrafı nahiyələrinin qançırları, sol almacıq, sağ said, sağ əlin arxa səthinin, döş qəfəsinin sol yarısının və hər iki diz oynağı nahiyələrinin sıyrıqları. Göstərilən xəsarətlər həyati olub, bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı piyada qismində olarkən hərəkətdə olan sərnişin avtobusunun vurması nəticəsində törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. 2.Mərhum S.Zərərçəkmiş şəxs ölümlə səbəb alın sümüyünün sol qaşüstü nahiyənin sınığı, əsas sümüyün böyük qanadının qəlpəli sınığı, sol almacıq və əng sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin toxunmasına, onun mədəciklərinə, qişaları altına qansızına və baş-beyin toxumasının artan ödemi olmuşdur. 3.Mərhum S.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl olmaqla, xx.xx.2023-cü il tarixdə saat 15:50-də X9 baş vermişdir. 4.Mərhum S.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (xx.xx.2023-cü il tarixli 2230/K saylı Akt). Cinayət işinə əlavə olunmuş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 3- 16-16/2-8/2495 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən Daewoo BS090 markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinə əlavə olunmuş 21 .06.2023-cü il tarixli “Nəqliyyat vasitəsi nə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında) protokoldan görünür ki, Daewoo BS090 markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün əyləşdiyi tərəfdən alın şüşüəsi çatlayıb, həmin tərəfdə ön hissə əzilib, sürücü tərəfdən ön fara sınıb və əzilib. Əzilən hissələrin rəngi qopub, tökülmüşdür. Avtobusun ön hissəsində deformasiya, alın şüşəsindəki çatlar piyadanın vurulmasına xarakterikdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ Respublika Narkoloji Mərkəsi” X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2/19711 nömrəli protokoldan görünür ki, müayinə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu və narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2023-ci il tarixli 3-13-16/2- 115535/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan olan) «BCD» kateqoriyalı BB seriyalı 206964 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə onun nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 sentyabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimakn tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 ( üç ) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X15
Məhkəmə qərarları › İş №1(002)-339/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-339/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver