Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-34/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinə əsasən qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Qaradağ rayanu, Qobustan qəsəbəsi massiv 5, ev 12-də qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə baxış iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində arvadı Zərərçəkmiş şəxs ilə yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında olduqları zaman ailə münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı zamanı Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif nahiyələrindən qəsdən yumruqla və içərisində şüşəsilən maye olan püskürdücü qab ilə vuraraq sonuncuya başın ənsə nahiyəsinin dərialtı hematoması, başın təpə və sol bazu nahiyələrinin qançırları ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə rəsmi nigahdadır. Son illərdə həyat yoldaşı Sevinclə aralarında mütəmadi ailəməişət zəmnində mübahisələri yarandığına görə münasibətləri pisləşmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında evdə olduğu zaman bir qədər spirtli içki olan araq içdikdən sonra yorğun olduğu üçün çarpayıya uzanıb yatmışdır. Həmin vaxt evdə heç kim olmamışdır. Saat 20:00 radələrində yuxudan oyanıb görmüşdür ki, həyat yoldaşı Zərərçəkmiş şəxs və övladları Fəxriyyə ilə Fətəli evdədilər. Yuxudan oyanıb onlarla salamlaşdıqdan sonra əl-üzünü yuyub evdən çıxaraq qonşuluqda yaşayan əmisigilə getmişdir. Əmisi Güləligilin həyətinə daxil olub oradakı şəxslərlə salamlaşdıqdan sonra əmisi Təqsirləndirilən şəxs içki içdiyi üçün irad bildirirək onu danlamışdır. Bundan sonra o, həmin yeri tərk edərək evə gəlmiş və həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında buna görə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs elə hesab etmişdir ki, onun içki içdiyini əmisinə həyat yoldaşı Sevinc demişdir. Mübahisə zamanı o əsəbiləşərək həyətdə pəncərənin qabağından içərisində şüşəsilən maye olan püsküdücü qabı götürüb həyat yoldaşına tərəf atmışdır. Qab Sevincin boyun nahiyəsinə dəymişdir. Bundan sonra Sevinc qaçaraq həyətdən çıxıb küçəyə getmiş və polisə şikayət etmişdir. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxs, yəni arvadı ilə barışıb.Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün dəfələrlə aralarında münaqişələri olmuş, belə münaqişələr zamanı Emin əvvəllər bir neçə dəfə onu döyüb xəsarətlər yetirmişdir. xx.xx.2023-cü il tarixdə Emin evə sərxoş halda gəlmişdir. Emin adətən spirtli içki qəbul etdikdən sonra onu döydüyü üçün qorxduğundan azyaşlı uşaqları ilə birlikdə Eminin qonşuluqda yaşayan əmisigilə getmişdir ki, Emin ayıldıqdan sonra evə qayıdar. Axşam radələrində evə qayıdaraq mətbəxə keçib orada xəmir qatışdırmağa başlamışdır. Bu zaman Emin mətbəxə gələrək qapını bağlamış və ondan nə üçün əmisinə içkili olduğunu dediyini soruşmuşdur. Bu zaman aralarında mübahisə başlamışdır. O, Emini sakitləşdirməyə çalışsa da Emin sakitləşmək əvəzinə daha da aqressivləşmiş və onun ünvanına nalayiq ifadələr işlədərək başına yumruqla bir neçə dəfə vurmuşdur bundan sonra o mətbəxdən həyətə çıxmış Emin də onun arxasınca gedərək həyətdə yerdən götürdüyü içərisində şüşəsilən qab ilə onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. O, bundan sonra “102” xidmətinə zəng edərək şikayət etmişdir. Zərərçəkmiş şəxs oğlu məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Qaradağ rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 435 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəməm-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın ənsə nahiyəsinin dərialtı hematoması, başın təpə və sol bazu nahiyələrinin qançırları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər törənmələri mümkündür və dərəcələrinə görə sağlamığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmiş, bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinə əsasən qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə onun barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq təcridxanaya təhvil verilmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.24-cü bəndinə əsasən CM-nin 72-ci maddəsinə qeyd hissəsi əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.24-cü bəndinə əsasən Həmin Məcəlləyə edilən dəyişiklikdən əvvəl Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cinayət məsliyyətindən azad edildiyi üçün, onun eyni qaydalar əsasında hal-hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş məhdudiyyət mövcud deyildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 21(iyirmi bir) saata görə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabınaödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 21(iyirmi bir) saata görə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul X2, məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-34/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-34/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver