Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-345/2021 19.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs birlikdə köhnə maşın alıb təmir edərək satmaqla gəlir əldə etməyi təklif edib razılığını aldıqdan sonra Bakı şəhəri, Yasamal rayonunda yerləşən cərimə meydançasında olan “VAZ 2106” markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili göstərib həmin avtomobili 1000 manata alıb təmir edərək satıb qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq 18.02.2021-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan yolunun 14-cü km-də yerləşən Lökbatan dairəsində Zərərçəkmiş şəxs 860 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkəti protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhəri, A.Abdulayev küçəsi, ev 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq ailə üzvüləri ilə birlikdə ünvan 2nında yaşayır. O, Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır. Balaqardaş əvvəllər polis əməkdaşı olmuşdur, hazırda təqaüddədir. O,özü isə əvvəllər köhnə maşınları alıb təmir edərək ailəsini dolandırmışdır. Hazırda isə fəhləlik edib ailəsini dolandırır. İşin mahiyyəti üzrə bildirir ki, 2021-ci ilin fevral ayının əvvəllərində Xırdalan şəhərində olarkən təsadüfən Balaqardaş ilə ilə rastlaşmış, bir qədər söhbət etmişdir. O, Balaqardaşa özü haqqında danışıb əvvəlki kimi köhnə maşınları alıb təmir edərək satıb qazanc əldə etdiyini bildirmişdir. O, Balaqardaşdan işləyib-işləməməyi barədə soruşanda ona bildirmişdir ki, təqaüddədir, heç bir yerdə işləmir. O, Balaqardaşa bildirmişdir ki, onunla şərik olaraq köhnə maşın alıb təmir edərək alver etmək istəyir. Balaqardaş onun bu təklifi ilə razılaşmışdır. O, Balaqardaşa Bakı şəhəri, Yasamal rayonunda yerləşən cərimə meydançasında olan VAZ 2106 markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili göstərib həmin avtomobili 1000 manata alıb təmir edərək satıb qazanc əldə etmək mümkün olduğunu bildirmişdir. Həmin avtomobilin qabaq hissəsi əzilmiş vəziyyətdə olmuşdur. O, Balaqardaşa bildirmişdir ki, həmin avtomobilin sahibi Şəki rayonunda yaşayır, avtomobili almaq üçün Şəki rayonuna getmək lazımdır. Lakin həqiqətdə maddi vəziyyəti yaxşı olmadığı üçün Balaqardaşdan maşın alveri etmək adı ilə pul alıb ələ keçirmək istəyirmiş. Çünki, maşın alveri etmək üçün əlində pulu olmadığı üçün artıq fəhləlik edirmiş. O, Balaqardaşa bildirmişdir ki, həmin avtomobili almağa pulu yoxdur, əgər o, pul tapa bilsə Şəki rayonuna gedib həmin avtomobilin sahibi ilə danışıb avtomobili ala bilər. Beləliklə o, Balaqardaşı inandırmış, 18.02.2021-ci il tarixdə təxminən saat 12 radələrində onlar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan yolunun 14-cü km-də yerləşən Lökbatan dairəsində görüşmüşlər. Balqardaş sözü gedən VAZ 2106 markalı avtomobili almaq üçün ona 860 manat pul və şəxsiyyət vəsiqəsini verib demişdir ki, avtomobili onun adına sənədləşdirsin. O, Lökbatan dairəsindən Şəki rayonuna yola düşən Mercedes Vita markalı mikroavtobusa əyləşib yola düşmüş, bir qədər irəlidə isə avtomobildən düşüb Bakı şəhərinə geri qayıtmışlar. Həmin gündən 3 gün sonra Balaqardaş onun mobil telefonuna zəng vurub avtomobili alıb-almamağı barədə soruşmuşdur. O, Balaqardaşa demişdir ki, hazırda Şəki rayonundadır. Balaqardaş ona bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsini göndərsin, işə düzəlir. O, Bakı şəhərində yerləşən avtovağzaldakı dönər evinə gedib Balaqardaşın şəxsiyyət vəsiqəsini dönərçiyə verib Balaqardaşa zəng edib edib demişdir ki, şəxisyyət vəsiqəsini Bakı şəhərində yerləşən avtovağzaldakı dönər evinə göndərmiş, şəxsiyyət vəsiqəsini gedib götürsün. Həmin gündən sonra Balaqardaş onun telefonuna zəng vursa da ona cavab verməmişdir. Beləliklə o, Balaqardaşı aldadıb onun 860 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər polis əməkdaşı olmuş, hazırda təqaüddədir. O, Təqsirləndirilən şəxs təxminən 20 il olar ki, köhnə maşınları alıb təmir edərək satan şəxs kimi tanıyır. Novruzu hamı “Cəbi” deyə çağırır. O, 2021-ci ilin fevral ayının əvvəllərində yaşadığı evin yaxınlığında olarkən təsadüfən Novruz ilə razılaşmışdır. Novruz ilə bir qədər söhbət etmişdir. Novruz ona özü haqqında danışıb əvvəlki kimi köhnə maşınları alıb təmir edərək satıb qazanc əldə etdiyini bildirmişdir. Novruz ondan işləyib-işləməməyi barədə soruşanda ona bildrmişdir ki, təqaüddədir, heç bir yerdə işləmir. Novruz ona bildirmişdir ki, onunla şərik olaraq köhnə maşın alıb təmir edərək alver etmək istəyir. O, da heç bir yerdə işləmədiyi üçün Novruzun bu təklifi ilə razılaşmışdır. Novruz ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən cərimə meydançasında olan VAZ 2106 markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili göstərib həmin avtomobili 1000 manata alıb təmir edərək satıb qazanc əldə etmək mümkün olduğunu bildirmişdir. Novruzun deməsinə görə həmin avtomobilin qabaq hissəsi əzilmiş vəziyyətdə olmuşdur. Novruz ona bildirmişdir ki, həmin avtomobilin sahibi Şəki rayonunda yaşayır, avtomobili almaq üçün Şəki rayonuna getmək lazımdır. Novruz ona bildirmişdir ki, həmin avtomobili almağa pulu yoxdur, pul tapa bilsə o, Şəki rayonuna gedib həmin avtomobilin sahibi ilə danışıb avtomobili ala bilər. O, da Novruzun sözlərinə inanmışdır. Beləliklə o, 18.02.2021-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Salyan yolunun 14-cü km-də yerləşən Lökbatan dairəsində sözü gedən VAZ 2106 markalı avtomobili almaq üçün Novruza 860 manat pul və şəxsiyyət vəsiqəsini verib demişdir ki, avtomobili onun adına sənədləşdirsin. Novruz Lökbatan dairəsindən Şəki rayonuna yola düşən Mercedes Vita markalı mikroavtobusa əyləşib Şəki rayonuna getmişdir. Həmin gündən 3 gün sonra o, Novruzun mobil telefonuna zəng vurub avtomobili alıb-almaması barədə soruşmuşdur. Novruz ona demişdir ki, hazırda Şəki rayonundadır. O, Novruza bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsini göndərsin, o, işə düzəlir. Böyük çətinlikdən sonra Novruzun deməsinə görə Novruz onun şəxsiyyət vəsiqəsini Bakı şəhərində yerləşən avtovağzalda yerləşən dönər evinə göndərmiş, o, da oradan şəxsiyyət vəsiqəsini götürmüşdür. Həmin gündən sonra Novruz onun mobil telefonuna cavab verməmişdir. Ona məlum olmuşdur ki, Novruz onu aldadıb 860 manat pulumu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs sonda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənildiyini, buna görə də təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İfadənin yerində yoxlanılması haqqında 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İş-nin baş müstəntiqi, polis mayoru Samir Ağayev tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq etməsi faktı ilə əlaqədar sonuncunun zərərçəkmiş şəxs qismində ifadəsi yerində yoxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs onunla birlikdə avtomobil alıb təmir etdirib satıb pul qazanmaq adı ilə VAZ 2106 markalı avtomobili almaq üçün ondan 18.02.2021-ci il tarixə 860 manat pulu Lökbatan dairəsində alaraq ona qarşı dələduzluq etmiş, ifadənin yerində yoxlanılması zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 860 manat pulu Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən Bakı- Salyan yolunun 14-cü kmdəki “Lökbatan dairəsində” almışdır. İfadənin yerində yoxlanılması zaman fotoşəkillər çəkilmişdir. (i.v. 39-41); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28 iyun 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli hökmünə əsasən CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 1(007)-74/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarına əsasən 03 ay 11 gün vaxtından əvvəl şərti azad olunmuş, 05 aprel 2019-cu il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 48-49); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 1(007)-74/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Nizami rayon Məhkəməsinin 16 dekabr 2015-ci il tarixli, 1(007)-383/2015 nömrəli hökmü ilə təyin edilmiş 2500 (iki min beş yüz) manat cərimə cəzası bu hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə növündə və 01 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən ona təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunması hökm edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 06 aprel 2018-ci il tarixdən hesablanmışdır. (i.v. 55-62); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 03 ay 11 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 63-65); Axtarışda olanın tutulması ilə bağlı 28 avqust 2021-ci il tarixli tutma protokolundan görünür ki, ********* nömrəli cinayət işi üzrə barəsində 01.07.2021-ci il tarixli 31173 saylı axtarış işi olan Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 18:30-da saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. (i.v. 67); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 87-88); Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi barədə 30 avqust 2021-ci il tarixli qərardan və iltizamdan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 98-100); Sübutların qiymətləndirilməsi haqqında 01 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30.08.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdiirlmədən qüvvəsində saxlanılmış, onun əməlində cinayətin residivinin yaranmaması xüsusatı nəzərə alınmış, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ifadənin yerində yoxlanılması protokolu iş üzrə sübut növü kimi qiymətləndirimiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işinin bütün sənədlərində Mahmudov X3 Novruz Mürşüd oğlu kimi oxunması qərara alınmışdır. (i.v. 102-106); Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 11 oktyabr 2021-ci il tarixli, 131/2021 saylı arayışdan görünür ki, Nizami rayon Məhkəməsinin 16 dekabr 2015ci il tarixli, 1(007)-383/2015 saylı icra hökmünə əsasən məhkum Təqsirləndirilən şəxs 250 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Nizami rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli, 1(007)-74/2018 saylı tarixli hökmünə əsasən 01 il müddətinə azadlıqdan məhrum edilmiş və cərimə cəzasını ödəməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 19 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 1(007)-124/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 1(007)-124/2018 nömrəli qərarına əsasən CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1--ci maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilmişdir. Təqsirləndirilən şəxs X4 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxsnın zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini (CM 59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsnın əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun ibtidai istintaq dövründə 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Bakı şəhər Nizami rayon Məhkəməsinin 03.05.2018-ci il tarixli, 1(007)-74/2018 saylı hökm üzrə CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş və ödənilməmiş 2500 manat cərimə cəzasına tam birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), Təqsirləndirilən şəxs təyin olunmuş 2500 manat cərimə cəzası müstəqil icra olunmalı (CM-68.2), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 2nını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası onun daimi yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır (CPM-353.4.12). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 işə qoşularaq ibtidai istintaq dövründə 14 (on dörd) iş saatı və müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə məhkəmədə 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 14 (on dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 84 (səksən dörd) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 03 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və hazırda ödənilməmiş qalan 2500 (iki min beş yüz) manat cərimə cəzası bu hökm üzrə təyin olunmuş cəza ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 2500 (iki min beş yüz) manat miqdarında cərimə növündə və 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilsin Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 2nı hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş cəmi 14 (on dörd) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 84 (səksən dörd) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası CPMnin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-345/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-345/2021
19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver