Məhkəmə qərarları › İş №1(002)-345/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-345/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-345/2022 06.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1990-ci ildə Cəlilabad rayonu, Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Üçtəpə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, Sakit məhəllə, nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 29 may 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ilə aralarında olan borc münasibətləri ilə bağlı yaranmış narazılığı bəhanə gətirib, sonuncunun Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, yeni məhəllədə yaşadığı ünvana gəlib üzərində gəzdirdiyi, kəsici-deşici alət olan və silah qismində istifadə olunan bıçaqla qəsdən Zərərçəkmiş şəxs sol və sağ bud nahiyyələrinə zərbələr vurub ona dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən sol bud nahiyyəsinin bir ədəd, sağ bud nahiyyəsinin bir ədəd kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” bazarında arabaçı olaraq tanımış və münasibətləri normal olmuş, 2022-ci ilin mart ayının sonlarında Gündüz ondan 35 manat borca pul alaraq qısa müddətdə qaytaracağını bildirmiş, ona 35 manat pul vermiş, bir müddətdən sonra Gündüzdən pulunu geri istədikdə o, onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etməyə başlamış, bir neçə dəfə Gündüzün yaşadığı Bakı şəhəri, Qardağ rayonu, Korgöz qəsəbəsində yerləşən evini tanıdığından 29 may 2022-ci il tarixdə “Binə” bazarından əldə xırdavat satan tanımadığı şəxsdən 5 manata 1 ədəd açılıb-bağlanan bıçaq alaraq təxminən saat 16 radələrində onun yaşadığı evə getmiş, Gündüzü həyətlərindən çağırdığı üçün küçəyə çıxmış, onu evlərinin qarşısında yerləşən yarımtikiliyə tərəf çəkmiş, orada Gündüzdən pulunu tələb etmiş, onu nə üçün küçə söyüşləri ilə söyməyinin səbəbini soruşmuş, Gündüz ondan söyüşə görə üzr istəmiş, lakin həmin zaman əsəbləri sakit olmadığından Gündüzlə dava etməyə başlamış, Gündüz onu vurmaq istəyən zaman tutmuş, Gündüzün arxası ona tərəf olduğundan üzərində bazardan 5 manata aldığı açılıb-bağlanan bıçağı çıxardaraq onun arxa tərəfdən sağ və sol bud nahiyyələrindən iki dəfə vurmuş, Gündüz bıçaq zərbələrindən sonra sakitləşmiş və onlar bir-birindən aralandıqdan sonra evlərinə getmiş, evə gedən zaman Qobu qəsəbəsinə çatmamış yolun xatırlamadığı hissəsində Gündüzü vurduğu bıçağı tullamış, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 16 radələrində onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində evlərinin qarşısında olan yarımtikilinin içərisində üzərində olan açılıb-bağlanan bıçaqla iki dəfə vuraraq xəsarət yetirmiş, həmin zaman onların yanında heç kim olmamış, Gündüzlə dalaşan zaman onların yanında heç kim olmamışdır. O, Tofiq adlı şəxsi qiyabi tanıyır və Gündüzlə dava edən zaman Tofiq onların yanında olmamış, Gündüz yalan izahat vermiş, hadisə zamanı heç bir xəsarət almamış, buna görə də MTE-dən keçmək istəmədiyini demiş, həmin hadisə zamanı istifadə etdiyi bıçağı 29 may 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” bazarından səyyari satışla məşğul olan tanımadığı şəxsdən 5 manata Gündüzü vurmaq üçün almış, üzərində saxlamış, həmin bıçaq Gündüzü vurduqdan sonra evə gələn zaman yol kənarına tullamış, həmin bıçaq adi mağazada satılan açılıb-bağlanan bıçaq olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2005-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindən tanıyır, onunla münasibətləri həmişə normal olmuş, onun ailə problemləri ilə əlaqədar pula ehtiyacı yarandığından 2022-ci ilin mart ayının sonlarında Sahibdən 35 manat pul borc almış, qısa müddətdə qaytaracağını bildirmiş, lakin işləri normal olmadığından pulu Sahibə qaytara bilməmiş, Sahib bir neçə dəfə ondan pulunu istəsə də pul düzəldib qaytara bilməmiş, sonuncu dəfə Sahib mobil telefon ilə ona zəng edərək pulunu istəyəndə əsəblərini cilovlaya bilməyərək onu söyüb təhqir etmiş, 29 may 2022-ci il tarixdə Sahib ona yenə də zəng edərək pulunu istədikdə təkrar onu nalayiq küçə söyüşləri ilə söyüb təhqir etmiş, həmin gün bir müddətdən sonra təxminən saat 16 radələrində onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz evin qapısı döyülmüş, qapını açdıqda Sahibi görmüş və Sahib ona küçəyə çıxmağını demiş, Sahiblə birlikdə küçəyə çıxmış, onun yaşadığı evin qarşısında olan yarımtikilinin içərisinə getmiş, orada Sahib onu nə üçün söydüyünü soruşmuş, ondan söyüşlərə görə üzr istəmiş, lakin Sahib əsəbi olduğundan onu əli ilə vurmaq istəmiş, arxasını ona çevirib qaçmaq istəyən zaman onun sağ və sol bud nahiyyəsindən bıçaqla vurmuş, həmin yarımtikilidən çölə çıxaraq evə getmiş, Sahib də çıxıb getmiş, evə getdikdən sonra bud nahiyyəsindən qan gəldiyini görüb hamama gedərək yumağa başlamış, lakin qan kəsmədiyindən təcili tibbi yardım mərkəzinə zəng etmiş, təcili tibbi yardım stansiyasından həkim briqadası gəldikdən onra ona ilk tibbi yardım göstərdikdən sonra xəstəxanaya aparmış, hadisə zamanı ona bud nahiyyəsindən Sahib əlində olan bıçaqla xəsarət yetirmiş, hadisə zamanı heç kimə xəsarət yetirməmiş, bu hadisə xx.xx.2022-ci tarixdə saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsində onun yaşadığı evin qarşısında olan yarımtikilinin həyətində baş vermiş, həmin zaman ətrafda kənar şəxslər olmamış, hadisədən bir neçə dəqiqə əvvəl Tofiq adlı şəxs onunla birlikdə məhəllədə söhbət edirmiş, izahat verən zaman elə bilmişdir ki, Tofiq adlı şəxs onların davasını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, hadisədən əvvəl, yəni Sahib onu küçəyə çağırmamışdan əvvəl Tofiq onunla söhbət etdikdən sonra məhəllədən çıxıb getmişdir. O, Tofiqin adını bilir, onun şəxsiyyəti barədə heç bir məlumatı yoxdur, onun olduğu yer isə onun bildiyinə görə Binə ticarət mərkəzində araba sürür. Qaradağ RPİ-nin 38-ci PB-də verdiyi ərizə və izahatında Sahibin ona 500 manat pul borclu olmasını hadisədən sonra qaçıb getdiyinə görə onunla maraqlanmadığı üçün demiş, Sahibin ona pul borcu olmamış, əksinə onun Sahibə 35 manat pul borcu olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X6 Qaradağ rayon Şöbəsinin 10 iyun 2022-ci il tarixli 390 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol bud nahiyəsinin bir ədəd, sağ bud nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yaraları kəsici-deşici əşya (alət) təsirindən törənmişlər, onun tibbi yardım üçün Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həm ümumilikdə və həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İşdə olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 40 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar