Məhkəmə qərarları › İş №1(002)-346/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-346/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-346/2021 06.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, Qaradağ Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 1(002)-84/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 08 iyul 2021-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Etibar Rəhimov küçəsində yerləşən 6 nömrəli evin içərisində arvadı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəmnində mübahisə etmiş, yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir dəfə yumruqla vuraraq başın sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol və sağ göz nahiyələrinin hər birindən bir dəfə yumruqla vuraraq sol gözaltı və sağ gözətrafı nahiyələrin dərialtı hematoması, boyun, sol və sağ dirsək nahiyyələrini hər iki əlləri ilə tutub sıxmaqla boynun aşağı 1/3-nin əzilmiş yarası, sol və sağ dirsək oynaqlarının arxa səthinin sıyrıqları, sol diz nahiyəsindən bir dəfə təpiklə vuraraq sol diz oynağının ön səthinin qançırı ilə nəticələnən zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən yüngül dərəcəli bədən xəsarətlərini yetirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 08 iyul 2021-ci il tarixdə 19 radələrində o, evə içkili halda gələrək Rəqsanədən işdən evə niyə gec saatlarında gəlməsinin səbəbini soruşmuşdur. Rəqsanə işdən gec çıxdığı üçün gec saatlarında evə gəlib çatdığını bildirmişdir. Daha sonra Rəqsanədən maaş alıb-almadığını soruşmuşdur. Rəqsanə ona bildirmişdir ki, maaş kartına pul köçürülmüş, amma kartdan maaşını çıxartmamışdır. O, həyat yoldaşı Rəqsanənin maaşını çıxartması üçün ona aid olan maaş kartını ona verməyini tələb etmişdir. Bu zaman Rəqsanə ona bildirmişdir ki, maaş kartı qadın iş yoldaşının yoldaşına kartından maaşını çıxarması səbəbi ilə verdiyini bildirmişdir. O isə Rəqsanənin bu sözlərinə əsəbiləşmişdir. Rəqsanə ona onunla şərikli kartı olmadığını izah etmişdir. Rəqsanənin ona cavab qaytarması pis təsir etdiyinə görə əsəbiləşib oturduğu stoldan ayağa qalxaraq evin içində həyat yoldaşı Rəqsanənin üzərinə hücum çəkərək mübahisə etməyə başlamış, təxminən mübahisə 10-15 dəqiqə davam etmiş, mübahisə zamanı evin içərisində onlardan başqa heç kəs olmamışdır. Mübahisə zamanı uşaqlar həyətdə oyun oynayırmış, uşaqlar onların mübahisəsinin şahidi olmamışdır. Mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir dəfə yumruqla vuraraq başın sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol və sağ göz nahiyələrinin hər birindən bir dəfə yumruqla vuraraq sol gözaltı və sağ gözətrafı nahiyələrin dərialtı hematoması, boyun, sol və sağ dirsək nahiyyələrini hər iki əlləri ilə tutub sıxmaqla boynun aşağı 1/3-nin əzilmiş yarası, sol və sağ dirsək oynaqlarının arxa səthinin sıyrıqları, sol diz nahiyəsindən bir dəfə təpiklə vuraraq sol diz oynağının ön səthinin qançırı ilə müşayiət edilən xəsarətləri yetirmişdir. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 08 iyul 2021-ci il tarixdə təxminən saat 18 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən “Coşqun” marketdə işlərini yekunlaşdırdıqdan sonra piyada Qaradağ rayonu, Ələt qəsəbəsi, E.Rəhimov küçəsi, ev 6 ünvanında yerləşən evlərinə gəlmişdir. Həmin vaxtı uşaqları həyətdə özləri üçün oyun oynayırmış, evin içərinə daxil olduqda həyat yoldaşı Təqsirləndirilən şəxs evdə olmuşdur. Təqsirləndirilən şəxs onu sorğu-sual edərək işdən bu vaxtı yəni, gec saatlarında evə gəlmə səbəbini soruşmuş, həyat yoldaşı Təqsirləndirilən şəxs evə gec saatlarında gəlməyinin səbəbini açıqlamış, o, həyat yoldaşı Təqsirləndirilən şəxs qeyd olunan marketdə təmizlik işlərini yekunlaşdırdıqdan sonra marketdən çıxıb piyada evə yollandığını bildirmişdir. O, evə çatanda artıq təxminən saat 19 radələri olarmış. Evdə olan zaman Təqsirləndirilən şəxs ondan maaş kartına pulun köçübköçməməyi ilə maraqlanmışdır. O, həyat yoldaşı Təqsirləndirilən şəxs bildirmişdir ki, maaş kartına pul köçmüş, amma kartdan maaşı çıxartmaq üçün vaxtı olmamışdır. Həm də ki, vaxtı olmadığından maaş kartından maaşının çıxarılması məqsədilə pul kartını qadın iş yoldaşının həyat yoldaşına verdiyini bildirmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs ondan hansı səbəblərə görə maaş kartını başqa şəxsə pul çıxarması üçün verməsi ilə maraqlanmış, o isə həyat yoldaşı Təqsirləndirilən şəxs bildirmişdir ki, “kartdan pulu çıxardan kimi xərcləyirsən, sona uşaqlar ac qalırlar” kimi sözləri və ifadələri işlətmişdir. Elə bu zaman həyat yoldaşı Təqsirləndirilən şəxs üzərinə hücum çəkərək mübahisə etməyə başlamış, təxminən mübahisə 10-15 dəqiqə davam etmiş, mübahisə zamanı evin içərisində onlardan başqa heç kəs olmamış, mübahisə zamanı uşaqlar həyətdə oyun oynayırmış, uşaqlar onların mübahisəsinin şahidi olmamışdır. Mübahisə zamanı həyat yoldaşı Təqsirləndirilən şəxs onun baş nahiyyəsindən bir dəfə yumruqla vuraraq başın sağ gicgah nahiyəsinin əzilmiş yarası, sol və sağ göz nahiyələrinin hər birindən bir dəfə yumruqla vuraraq sol gözaltı və sağ gözətrafı nahiyələrin dərialtı hematoması, boyun, sol və sağ dirsək nahiyyələrini hər iki əlləri ilə tutub sıxmaqla boynun aşağı 1/3-nin əzilmiş yarası, sol və sağ dirsək oynaqlarının arxa səthinin sıyrıqları, sol diz nahiyəsindən bir dəfə təpiklə vuraraq sol diz oynağının ön səthinin qançırı ilə müşayiət edilən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7» X13 13 iyul 2021-ci il tarixli 443 saylı rəyində göstərilir ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər- sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin dərialtı hematoması, sol gözaltı nahiyənin, başın sağ gicgah nahiyəsinin, boynun aşağı 1/3-nin, sol dirsək oynağının arxa səthinin, sol diz oynağının ön səthinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı və belin sol yan səthinin sıyrığı, qeyd olunan xəsarətlərdən sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı nahiyənin dərialtı hematoması, sol gözaltı nahiyənin, başın sağ gicgah nahiyəsinin, boynun aşağı 1/3-nin, sol dirsək oynağının arxa səthinin, sol diz oynağının ön səthinin qançırları, sağ dirsək oynağının arxa səthinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 2-3 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən 08.07.2021-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, belin sol səthinin sıyrığı isə bərk küt əşya (alət) təsirindən, müayinədən 5-7 gün əvvəl zərərçəkmişin göstərdiyi 05.07.2021-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən aydın olur ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 22 fevra 2019cu il tarixli hökmü ilə CM-nın 128-ci maddəsi ilə təqsirli bilinərək CM-nın 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 05 iyun 2020ci il tarixli, 1(002)-84/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 06 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 1(002)-84/2020 saylı, 05.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 30.06.2020-ci il tarixdə qeydiyyata alınmışdır və cəzası 26.12.2021-ci il tarixdə başa çatmalıdır. Məhkum Təqsirləndirilən şəxs 06.10.2021-ci il tarixədək cəzasının 01 il 03 ay 06 gününü çəkmiş, çəkilməmiş hissəsi 02 ay 20 gün təşkil edir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında nikah 02 mart 2010-cu il tarixdə bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 04.03.2010-cu il tarixdə doğulmuş X3 və 28.09.2013-cü il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1 maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 18.4-cü maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün istintaq zamanı Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili X6 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi 18 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 108 (yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş hazırkı cəza Qaradağ Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 1(002)- 84/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 ay 20 gün hissəsi ilə qismən birləşdirilsin və ona qəti olaraq 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşıdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 108 (yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar