Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-347/2021 06.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 01 iyul 2021-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” TM-də “Bonita Bello” sözləri yazılmış 10-cu sıranın giriş hissəsinin qarşısından Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədədinin dəyəri 20 manat olan 50 ədəd uzun tutacaqlı qadın çantalarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1000 (min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2005-ci ilin dekabr ayında X5 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə rəsmi nikahından bir oğlan övladı doğulmuşdur. Hazırda rəsmi olaraq işsizdir. Əvvəllər narkotik istifadəçisi olduğu üçün Azərbaycan Respublikası CM-nin 234-cü maddəsilə təqsirli bilinərək məhkum edilmişdir. 2020-ci ilin avqust ayında cəzaçəkmə müəssisəsindən azadlığa çıxmışdır. ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. 01 iyul 2021-ci il tarixdə təqribən saat 11:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” TM-nə fəhlə işi tapmaq məqsədilə gəlmişdir. Orada nə qədər iş axtarsa da tapa bilməmişdir. Bundan sonra o, piyada “Binə” TM-nin 10-cu sırasının giriş hissəsinin qarışısına çatanda yerdə bir qutu görmüşdür. Həmin yerə yaxınlaşmış və qutunun skoçla bağlı olduğunu görmüşdür. Həmin skoçu açaraq qutunun içərisinə baxmış və qutunun içində qadın üçün nəzərdə tutulmuş uzun tutacaqlı çiyinə asılan çantaların olduğunu görmüşdür. Bundan sonra həmin çantaları oğurlamaq qərarına gəlmişdir. Bundan sonra o, maşın tapmaq üçün dairəvi yola gəlmişdir. İçərisində çantalar olan qutu orada qalmışdır. O, dairəvi yolda dayanmış vəziyyətdə olan gümüşü metallik rəngli markasını və nömrə nişanını xatırlamadığı avtomobilin sürücüsünə yaxınlaşmış, onunla özünə məxsus əşyaları götürmək üçün Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” TM-də yerləşən “Bonita Bello” sözləri yazılmış 10-cu sıranın giriş hissəsinin qarşısına, oradan da 20 Yanvar metrostansiyasın qarşısına aparması üçün 10 manata razılaşmışdır. O, arxa oturacaqda əyləşmiş, qabaq oturacaqda ondan əvvəl başqa tanımadığı sərnişin əyləşmişdir. Həmin taksi sürücüsü avtomobili ilə onu “Bonita Bello” sözləri yazılmış 10-cu sıranın giriş hissəsinin qarşısına gətirmişdir. O, tez avtomobildən aşağı düşmüş və yerdə olan içərisində çantalar olan qutunu götürmüşdür. Həmin taksi sürücüsü ondan heç bir söz soruşmamış, o, özüdə ona heçnə deməmişdir. Həmin qutunu avtomobildə arxa oturacağın salonuna yerləşdirib özüdə avtomobildə arxa oturacaqda əyləşmişdir. 20 Yanvar metrostansiyasının yanına getmək üçün taksi sürücüsü yola düşmüşdür. 20 Yanvar metrostansiyasının yanına gəlib çatmışdır. Taksi sürücüsünə yol haqqı 10 manat ödəniş etmişdir. Daha sonra taksi sürücüsü çıxıb getmişdir. O, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən yaşayış binalarının arasındakı məhəlləyə gələrək orada dayanmış və məhəllə arası gediş-gəliş olan yolda qutunun içərisində olan çantaları saymağa başlamışdır. Təqribən qutunun içində 50 ədəd qadın üçün nəzərdə tutulan çantalar olmuşdur. O, oğurluq yolla əldə etdiyi çantaları satıb pul əldə etmək qərarına gəlmişdir. Bunun üçün də 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən yaşayış binalarının arasındakı məhəllədə çantaları satmaq üçün müştəri axtarışına başlamışdır. Oğurladığı 50 ədəd çantalardan 49 ədədini məhəllədə ayrı-ayrı tanımadığı xanımlara bir ədədini 5 manata satmaqla 245 manat pul əldə etmiş və əldə etdiyi pulları xərcləmişdir. Tanımadığı şəxslərə çantaları satarkən hazırda fəaliyyəti dayandırılmış özünə məxsus mağazaya aid olduğunu bildirmişdir. Oğurluq yolu ilə əldə etdiyi 50 ədəd çantadan bir ədədi keyfiyyətini itirdiyi üçün sata bilməmiş və özü ilə geri qaytararaq Qaradağ rayonu, Lökbatan qəsəbəsi massiv 1-də nömrəsiz ünvanda yarım tikilinin içərisində gizlətməkdə məqsədi şübhə yaratmamaq olmuşdur. 17.08.2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15, mənzil 5 ünvanının qarşısında dayandığı zaman ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmış və özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu oğurluq cinayəti törətməkdə şübhəli olduğunu bildirib 10-cu PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Qaradağ RPİ-nin 10-cu PB-nə gəlmiş və polis bölməsində törətmiş olduğu oğurluq cinayətini səmimi etiraf edərək etdiyi, əməlindən peşmançılıq hissi yaşadığını bildirmişdir. O öz ifadəsində son olaraq maddi imkanı olmadığı üçün ziyanı ödəyə bilmədiyini və himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2015-ci ildən Binə ticarət mərkəzində işləyir. 01 iyul 2021-ci il tarixdə saat 11:20 radələrində işlədiyi Binə TM-nin 10-cu sırasında yerləşən 64 nömrəli mağazasına karqodan gətirdiyi içərisində 50 ədəd qadın çantaları olan qutunu “Bonita Bello” sözləri yazılmış 10-cu sıranın giriş hissəsinin qarşısında yerə qoyub fəhlələri çağırmağa getmişdir ki, fəhlələr qeyd olunan malları araba ilə anbara aparsınlar. Bu zaman gümüşü metalik rəngli “Cevrolet Cruze” markalı, dövlət nömrə nişanı **-PC-*** olan avtomobilin qeyd olunan yerə yaxınlaşdığını və bir nəfər şəxsin yerdə olan ona məxsus içərisində karqodan gətirdiyi içərisində 50 ədəd qadın çantaları olan qutunu avtomobilin salonuna qoyaraq oradan uzaqlaşdığının şahidi olmuşdur. Qeyd olunan avtomobil ilə onun arasında 70-80 metr məsafə olmuşdur. Həmin avtomobilin arxasınca qaçmış, lakin avtomobil yüksək sürətlə hərəkət edib hadisə yerindən uzaqlaşdığı üçün avtomobilə çata bilməmişdir. Həmin avtomobilin markasını və dövlət nömrə nişanını götürüb özündə qeyd etmişdir. Baş vermiş oğurluq hadisəsi barədə əvvəlcə AR DİN-nin 102 xidmətinə məlumat vermiş, dərhal hadisə yerinə ərazi aidyyəti üzrə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları gələrək onun iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yerini polis əməkdaşlarına göstərmiş və hadisə yerinin foto şəkilləri onun iştirakı ilə çəkilmişdir. Polis əməkdaşı tərəfindən hadisə yerində baxışın keçirilməsi barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyü tərəfindən imzalarla təsdiq edilmişdir. Oğurlanmış uzun tutacaqlı çiyinə asılan qadın çantasının bir ədədinin qiymətinin 20 manat təşkil etdiyini, 50 ədəd çantanın ümumi qiymətinin isə 100 manat təşkil etdiyini bildirmişdir. O öz ifadəsində son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 20 fevral 1968-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Faktiki olaraq ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İdarə etdiyi “Chevrolet Cruze” minik gümüşü metallik rəngli, dövlət nömrə nişanı **-PC-*** olan avtomobil oğlu X2 məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olduğunu bildirmişdir. O, idarə etdiyi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 01 iyul 2021-ci il tarixdə idarə etdiyi avtomobilində olan sərnişini Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” TM-nə gətirmişdir. Daha sonra sərnişin gözləmək üçün orada dayanmışdır. Təxminən 10-15 dəqiqə sonra tanımadığı bir nəfər kişi cinsli şəxs ona yaxınlaşaraq onu 20 Yanvar ərazisinə aparmağı xahiş etmişdir. Həmin vaxtı avtomobilində qabaq oturacaqda bir nəfər müştəri qismində sərnişin də oturmuşdur. Həmin şəxsə 2 nəfər sərnişin çatmadığını, əlavə 2 nəfər sərnişin götürüb yola düşəcəyini bildirmişdir. Həmin şəxs təcili tələsdiyi üçün əlavə müştəri götürməməyi və yol haqqı olaraq ona 10 manat ödəniş edə biləcəyini demişdir. Daha sonra həmin şəxs bazarda çantası olduğunu bildirmiş, həmin çantanı götürməsi üçün həmin şəxsin dediyi kimi avtomobilini bazarın qarşısına sürmüş və orada həmin şəxs avtomobildən aşağı düşmüşdür. Təxminən 2-3 dəqiqədən sonra həmin şəxs əlində bir qutu ilə geri qayıtmış və əlində olan qutunu avtomobildə arxa oturağa yerləşdirmişdir. Özü də arxa oturacaqda əyləşmişdir. Həmin şəxsin qutunu hardan və necə götürməsini görməmişdir. Həmin qutunun içərisində nə olması barədə də heç bir məlumatı olmamışdır. Daha sonra onlar yollarına davam edərək 20 Yanvar ərazisinə gəlib çatmışdır. Həmin şəxs orada ona yol haqqı olaraq 10 manat ödəniş etmiş, avtomobilindən düşərək qutunu da götürüb çıxıb getmişdir. Həmin şəxsin hara getdiyini görməmişdir, çünki avtomobilində başqa müştəri olduğundan onu gedəcəyi yerə apardığı üçün tələsdiyini qeyd etmişdir. Həmin şəxs təqribən 40-45 yaşlarında kişi cinsli şəxs olmuş, həmin şəxsin əynində göy rəngli cins şalvar, ağ rəngli gödəkcəsi olmuş, həmin şəxsin başında tük olmamış, keçəl olmuş və həmin şəxsin üzünü görsə tanıya biləcəyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2021-ci il tarixli 9/5862 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd bozqara rəngli, sintetik materialdan hazırlanmış, ön hissəsi müxtəlif rəngli sintetik güllərlə, açılan hissəsi qızılı rəngdə olmaqla qaşlarla bəzədilmiş, təxminən 13x18 sm ölçülü, uzun tutacaqlı (çiyinə asılan) qadın çantasının təzə vəziyyətdə orta bazar qiyməti təxminən 20,00 (iyirmi) manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə 01 ədəd boz-qara rəngli, sintetik materialdan hazırlanmış, ön hissəsi müxtəlif rəngli sintetik güllərlə, açılan hissəsi qızılı rəngdə olmaqla qaşlarla bəzədilmiş, təxminən 13x18 sm ölçülü, uzun tutacaqlı (çiyinə asılan) qadın çantası maddi sübut kimi tanınaraq məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs qəbzlə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs Xəlilov X8 rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 04 sentyabr 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkilməmiş qalan 04 ay 07 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinin 037 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbindən aydın olur ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14.03.2006-cı il tarixdə doğulmuş Xəlilov Vaqifin atası Təqsirləndirilən şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir yekinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurluq nəticəsində vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmiş və zərərçəkmiş şəxslə barışıq əldə edilməsinə dair heç bir təşəbbüs göstərilməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs oğlu qeyd olunan cinayət əməlinə görə 17 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 18 avqust 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd boz-qara rəngli qadın çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxsun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən ibtidai istintaq zamanı 30 iş saatı, məhkəmə baxışı zamanı isə Müdafiəçi tərəfindən 12 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd boz-qara rəngli qadın çantasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsə izah edilsin ki, vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 72 (yetmiş iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-347/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-347/2021
06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver