Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-349/2023 11.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.2.1; 181.2.1; 181.2.5; 228.4; 66.3-cü və 67-ci maddələri ilə təqsirli bilinərək 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs əvvəllər cəza çəkdiyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya sayılan – daxilində ***-***-**-** saylı “Nar” danışıq kartı olan bir ədəd “Samsung Galaxy A40” markalı, “SM-A4 05FN/DS” modelli, “**********00712-**********00710” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və həmin mobil telefondan qardaşları Şahid4 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, Şahid5 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı, tanışı Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 15 may 2023-cü il tarixdə saat 19:30 radələrində müəssisənin əməkdaşları tərəfindən işlədiyi sexdə qəfləti axtarış-baxış tədbirləri keçirilən zaman orada olan daşın altından gizlədilmiş vəziyyətdə hə- min daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs Q.Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və ifadəsində bildirmişdir ki, məhkumlar üçün paltar asmaq üçün nəzərdə tutulan yerdən telefonu tapmış və heç kimə bu barədə bildirməmiş, telefonu özündə saxlamışdır. Bir müddət həmin telefondan istifadə edərək ailə üzvlərinə zəng etmişdir. Daha sonra telefon onun müəssisədə yerləşən, işlədiyi sexdə aşkar olunmuş və götürülmüşdür. Telefon vasitəsilə əlaqə yaratdığı şəxslərin kimdən ibarət olmasını hazırda xatırlamadığı üçün dəqiq məlumat verməsi mümkün deyildir. Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, əvvəlki hökm üzrə çəkilməmiş cəzasının müddətini nəzərə alaraq, ona aşağı həddə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübut, axtarış və götürmə protokolu, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat bölməsinin inspektoru Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə müəssisədə fəaliyyət göstərən sexdə qəfləti axtarış-baxış aparıldı. Oradan bir ədəd “Samsung” markalı, daxilində danışıq nömrəsi olan işlək vəziyyətdə telefon tapılaraq götürülmüşdür. İfadəsinə əlavə olaraq telefon vasitəsinin hansı qaydada cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə məlumatsız olduğunu bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, telefon müəyyən edildikdə təqsirləndirilən şəxs də həmin vaxt orada olmuş və ona məxsus olduğunu etiraf etmişdir. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuş, protokolla bütün iştirakçılar tanış olduqdan sonra doğruluğunu imzaları ilə təsdiqləmişlər. Şahid, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum X1 məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, şahidin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində R.İ.Abbasov göstərmişdir ki, o, 15 may 2023-cü il tarixdə təxminən saat 19:30 radələrində cəza çəkdiyi müəssisəsinin əməkdaşları tərəfindən 2-ci rejim korpusunun 5 saylı kamerasında xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs işlədiyi sexdə axtarış-baxış tədbiri keçirilərkən hal şahidi qismində iştirak etmək üçün dəvət olunmuş, baxış zamanı sexdə olan daşın altından məhkumlar üçün istifadəsi və saxlanılması qadağan olunmuş əşya sayılan – daxilində ***-***-**-** saylı “Nar” danışıq kartı olan bir ədəd “Samsung” markalı mobil telefon aparatının və bir ədəd elektrik qidalandırıcısının aşkar edilərək götürüldüyünü görmüş, bundan sonra müəssisənin əməkdaşları tərəfindən onun və digər hal şahidinin iştirakları ilə protokol tərtib edilmiş, həmin əşya qablaşdırılaraq zərfə qoyulub möhürlənərək protokola əlavə edilmişdir. Protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Şahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən X2 məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq şahidin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində E.Ə.Məhərrəmov şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid göstərmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri vasitəsi ilə əlaqə saxlayaraq danışmışdır. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid göstərmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini istifadəsində olan ***- ***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri ilə əlaqə saxlayaraq danışmışdır. Şahid6 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində şahid göstərmişdir ki, Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən dostu Təqsirləndirilən şəxs orada istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq danışmışdır. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsində fakt üzrə Azərbaycan Respublikasının CM-nin 317- 2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. Cinayət işinin 6-7-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, 15 may 2023-cü il tarixdə saat 19:30 radələrində müəssisənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs işlədiyi sexdə qəfləti axtarışbaxış tədbirləri keçirilən zaman orada olan daşın altından gizlədilmiş vəziyyətdə Təqsirləndirilən şəxs məxsus daxilində “Nar” danışıq kartı olan (070 908-50-97) nömrəli işlək vəziyyətdə 1 ədəd “Samsung A40” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Cinayət işinin 15-16-cı vərəqələrində olan 8 saylı cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunan məkhum kimi əks olunur. Cinayət işinin 19-20-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmündən və cinayət işinin 81-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-nin 150.2.1, 181.2.1, 181.2.5, 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 66.3 və 67-ci maddələrinə əsasən qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmış, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Cinayət işinin 37-39-cu vərəqələrində olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2023-cü il tarixli, “5/749” nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A40” markalı, “SM-A405FN/DS” modelli, “**********00***-*******- 12100710” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Rəyin «Tədqiqi hissəsi» nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A40” markalı, “SM-A405FN/DS” modelli mobil smartfonda foto və videoçəkiliş xidmətləri mövcuddur. Təqdim edilmiş “Samsung Galaxy A40” markalı, “SM-A405FN/DS” modelli mobil smartfonun yaddaşında hal-hazırda mövcud olan (kontaktlar, SMS mesajlar, zəng qeydləri, foto, audio və s.) məlumatlar əldə olundu. (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R-ə) Cinayət işinin 36-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertizanın xərci 53.65 (əlli üç manat altmış beş qəpik) manat təşkil edir. Cinayət işinin 83-84-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 90-91-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona təyin edilmiş cəzasını tam çəkməmişdir. O, cəzasını çəkməmiş yenidən qəsdən cinayət törətsə də törətdiyi cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edildiyindən məhkəmə hesab edir ki, bu hal Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin mənası baxımından cinayətlərin residivini yaratmadığından onun əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarına görə, Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinə uyğun təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 il 07 ay hissəsinə qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut ***-***-**-** saylı “Nar” danışıq kartı olan bir ədəd “Samsung Galaxy A40” markalı, “SM-A4 05FN/DS” modelli, “**********00-712-**********00710” imei kodlu mobil (smartfon) telefon, hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və "xxxx" MMC-dən alınmış 21 sentyabr 2023-cü il tarixli, “AZF/LGL-1141/23” nömrəli məktub və iş üzrə çıxarış olan disk və ittiham aktı olan disk cinayət işi materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 53,65 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 oktyabr 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 11 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 04 il 07 ay hissəsinə qismən birləşdirilməklə ona, qəti olaraq 04 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut – daxilində ***-***-**-** saylı “Nar” danışıq kartı olan bir ədəd “Samsung Galaxy A40” markalı, “SM-A4 05FN/DS” modelli, “**********00-712- **********00710” imei kodlu mobil (smartfon) telefon, hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və "xxxx" MMC-dən alınmış 21 sentyabr 2023-cü il tarixli, “AZF/LGL-1141/23” nömrəli məktub və iş üzrə çıxarış olan disk və ittiham aktı olan disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri – 53,65 manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-349/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-349/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver