Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-35/2021 05.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, özgə əmlakını gizli talamaq məqsədilə saxlanc yeri olan binaya qanunsuz daxil olmaqla təkrarən oğurluq etmiş, həmçinin qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, xx.xx.2019-cu il tarixdə oğurluq cinayəti törətdiyinə görə Bakı şəhəri, Xətai rayon məhkəməsi tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkəmə istintaqı aparılan Təqsirləndirilən şəxs 21 iyul gecə saatlarında Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi ev 12 ünvanında yerləşən fəaliyyət göstərməyən saxlanc yeri olan kafeyə qapısının kilidi sındırmaq yolu ilə qanunsuz daxil olaraq kafenin içərisində olan X3 məxsus 1 ədəd “Vestel” markalı kondisioneri gizli yolla talayaraq, zərərçəkmiş şəxs Tatyana Məmmədovaya 250 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlayaraq daşımış, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:20 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin gün saat 18:50 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı və video çəkiliş vasitəsilə üzərinəə şəxsi axtarış aparılarkən əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızından olan bükülüdə təmiz çəkisi 0,254 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib, sənədləşdirilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər cinayət məsuliyyətinə cəlb edilsə də məhkumluq həyatı yaşamamışdır və ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Mütəmadi olaraq, narkotik vasitə heroini inyeksiya yolu ilə istifadə edirmiş. Bu onda narkotik asılılığı yaratdığı üçün narkotik vasitəni vaxtında qəbul etməyəndə bədənində üşütmə, sümüklərində isə ağrılar, yəni sızıntılar hiss edirmiş. Bir sözlə narkotik vasitə istifadəçisidir. 2020-ci ilin iyul ayının 24-də axşam saatlarında şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhəri, Xətai rayona getmiş, orada X5 yaxınlığında əvvəllər tanımadığı, təxminən 35-40 yaşlarında olan bir nəfər şəxsdən şəxsi istifadəsi üçün 15 manat verərək “kakos” adlanan narkotik vasitə olan heroini alaraq əynində olan açıq göy rəngli cins şalvarın sağ cibinə qoymuşdur. Həmin heroin 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş vəziyyətdə idi. Daha sonra isə şəxsi işləri ilə məşğul olmuşdur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında isə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəlmişdir. Bir qədər gəzdikdən sonra evlərinə yaxınlaşmışdır. Bu zaman yaşadığı evin qarşısına çatarkən mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini təqdim edib, özlərini Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları kimi təqdim etmiş, daha sonra ondan “Elvin” olub-olmadığını soruşmuşlar, o da həmin polis əməkdaşlarına özünün Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək, onu Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə dəvət etmişlər. O, ilk olaraq, tutulmaqdan qorxmuş, lakin daha sonra bu işlə məşğul olduğunu və məsuliyyətdən yayına bilməyəcəyini düşündüyü üçün polis əməkdaşlarının təklifini qəbul edərək, polis əməkdaşları ilə birlikdə 10-cu Polis Bölməsinə getmişdir. Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğu bildirilmiş, hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün dəvət edilmiş Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili X9 ona təqdim edilmişdir. Bundan sonra həmin gün saat 18:50 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməmişdən əvvəl ondan hüquq və vəzifələrinin aydın olub-olmaması, müdafiəçisinə dair hər hansı bir etirazının olub-olmaması və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olub-olmaması soruşulmuşdur. O, hüquq və vəzifələrinin aydın olduğunu, müdafiəçisinə dair hər hansı bir etirazının olmadığını və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməsinə dair hər hansı bir şikayət və ya etirazının olmadığını bildirdikdən sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ilk olaraq, ondan üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, o, könüllü olaraq, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan “kakos” adlanan narkotik vasitə heroini çıxardıb, masanın üzərinə qoyaraq polis əməkdaşlarına əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı siqaretin gümüşü kağızına bükülüdə olan maddənin “kakos” adlanan narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 2020-ci ilin iyul ayının 24-də tanımadığı şəxsdən 15 manata aldığını, həmin narkotik vasitənin bir dəfə istifadə üçün olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kakosa, yəni heroinə oxşar maddə aşkar edilmiş, əlavə baxış zamanı cibində olan tünd bənövşəyi kağıza bükülmüş duza bənzər maddənin işə limon duzu olduğunu bildirmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş hər iki narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq 222 saylı möhürlə möhürlənmiş, daha sonra isə bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və protokola özü və baxışda iştirak edən digər şəxslər birlikdə imzalarla təsdiq etmişlər. Üzərindən aşkar edilmiş 01 ədəd ağ rəngli siqaret qutusu və 2 manat pulu isə özünə qaytarılmışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, bundan sonra Bakı şəhər, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin inzibati binasında otaqların birində polis əməkdaşları tərəfindən döyülmüş və ona əgər CM-nin 234.1-ci maddəsi ilə bir ittiham verilərsə məhkəmə tərəfindən azad olunacağı ehtimalı olduğu bildirilərək, ünvan 6 ünvanında yerləşən fəaliyyət göstərməyən saxlanc yeri olan kafeyə daxil olaraq oradan kondisioner oğurladığını ifadəsində göstərməyini, yəni Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə veriləcək ittihamı qəbul etməyini və boynuna almalı olduğunu bildirmişlər. O, həmin oğurluq cinayətini törətmədiyini və qəbul etməyəcəyini bildirdiyi üçün dörd gün polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmışdır. Bundan sonra o, verilən işgəncədən canını qurtarmaq üçün həmin əməli törətdiyini etiraf etmişdir. Daha sonra şahid qismində dindirilmiş Şahid4 polis əməkdaşları tərəfindən bölməyə gətirilərək həmin oğurlanmış kondisionerin onun tərəfindən satılmaq üçün guya şahidə təqdim etdiyi göstərilmişdir. Vahid şahid kimi ifadə vermək istəməsə də o, artıq işgəncəyə məruz qalmaq istəmədiyi üçün Vahiddən xahiş etmişdir ki, nə deyilsə qəbul etsin və onu bu vəziyyətdən qurtarsın. Bundan sonra Şahid4 ifadə imzalatdırılmışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, o döyülərkən üzündə izlər olmamış, bədənindəki xəsarətlərdə görünmədiyi üçün Bakı İstintaq Təcridxanasına keçirildiyi zaman aparılan yoxlamada xəsarəti olmadığını bildirmişdir. Bundan sonra qorxduğuna görə şikayət etməmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, onu hadisə yerinə aparıb ifadəsinin yerində yoxlanması istintaq hərəkəti zamanı müdafiəçisinin iştirakı təmin edilməmiş, həmçinin müstəntiqə zərərçəkmiş şəxslə görüşmək istədiyini demiş, lakin müstəntiq onların görüşməsinə icazə verməmişdir. İfadəsinin yerində yoxlanması zamanı ona əli ilə necə işarə göstərməli olduğu bildirilmiş və məcbur edilmişdir ki, fotoşəkil çəkiləcəyi üçün dediklərini etsin. O da məcbur qalıb həmin deyilənləri etmişdir. Həmçinin ifadənin yerində yoxlanması zamanı zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş və ümumiyyətlə onunla zərərçəkmiş şəxs heç bir halda qarşılaşdırılmamış və üzləşdirmə istintaq hərəkəti də aparılmamışdır. O, istintaq zamanı ifadə verməmiş, müstəntiq məcburi şəkildə ona imza çəkdirtmişdir. O öz ifadəsində son olaraq narkotik vasitədən bəzi vaxtlar istifadə etdiyini, buna görə də özünü təqsirli bildiyini və əməlində peşman olduğunu bildirərək ona CM-nin 234.1-ci maddəsi ilə yüngül cəza verilməsini, lakin ona verilmiş CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə heç bir cinayət əməli törəmədiyini qeyd edərək həmin maddələrlə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əzab çəkmir. Fərdi əməklə məşğul olur. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. ünvan 7 ünvanında yerləşən kafe əvvəllər yoldaşı X7 məxsus olmuşdur. 2014-cu ildə yoldaşı vəfat etdikdən sonra həmin kafeni işlətməmişdir. Lakin yoxlamaq üçün arada gedib kafeyə nəzarət etmişdir. xx xxxx 2020-ci il tarixdə kafenin yaxınlığında qalan qonşulardan biri ona zəng vuraraq kafenin kondisionerinin yerində olmadığını və onun aparıb-aparmadığını soruşmuşdur. O, kondisioneri aparmadığını bildirmişdir və dərhal kafeyə getmişdir. Orada görmüşdür ki, kafenin qıfılı sındırılıb, çöl tərəfdən kondisionerin mühərriki oğurlanmışdır. Bu barədə dərhal polisə məlumat vermişdir. Polis əməkdaşları ilə kafenin içərisinə girdikdə kondisionerin özünün də oğurlandığını aşkar etmişdir. O, qeyd etmişdir ki, həmin kafe 2014-cü ildən bəri işləmir. Sonuncu dəfə yoxlamaq üçün təxminən hadisədən 3-4 ay əvvəl kafeyə getmişdir. Həmin vaxt kondisioner yerində olmuşdur. Oğurlanmış kondisioner “VESTEL” markalı olmuşdur, həmin kondisioneri 2007-ci ildə 650 manata almışdır. Hazırki qiyməti təxminən 250 manatdır və ona 250 manat maddi ziyan dəymişdir. Başqa heç bir əşya oğurlanmamışdır. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs heç görməmişdir. O polis bölməsində olarkən təqsirləndirilən şəxsi görmək istədiyini bildirsə də buna icazə verilməmişdir. Səbəbinin isə cinayətlərin açılmalı olduğu ilə əlaqələndirmişlər. Bundan sonra təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması istintaq hərəkətinin olacağını ona bildirmişlər və bununla bağlı ona məxsus saxlanc yerinin açarını ondan istəmişlər o, isə təqsirləndirilən şəxsi görmək istədiyini bildirmiş, lakin müstəntiq Rauf Xalıqzadə istintaq hərəkətində onun iştirak etməməli olduğunu və təqsirləndirilən şəxslə ünsiyyətinin olmasının cinayətin açılmasına maneçilik törədəcəyini ona bildirmiş, bundan sonra kafenin açarlarını polis əməkdaşlarına təqdim etmiş və ifadənin yerində yoxlanılması istintaq hrəkətində iştirak etməmişdir. Onu Təqsirləndirilən şəxs ilə üzləşdirməmişlər. Təqsirləndirilən şəxsi ilk dəfə məhkəmə iclasında görmüşdür. O öz ifadəsində daha sonra ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2002-ci ildən, hal-hazırda tutduğu vəzifədə 2018-cu ildən xidmət aparır. xx.xx.2020-ci il tarixdə Lənkəran şəhəri, İ.Babayev küçəsi ev 21 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv, ev 73 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”in qəbulu, daşınması ilə məşğul olması, ara-sıra üzərində narkotik vasitə olan “heroin” saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 Qaradağ RPİ-nin 10cu PB-nin rəisinə raportla müraciət etmişdir və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid3 rəhbərliyi altında o, və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl qrupun rəhbəri Şahid3 tərəfindən əməliyyat qrupunun üzvlərinə davranış xətti izah olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində ünvan 4 ünvanının qarşısında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, ondan adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi və Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1986-cı ildə ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt Şahid3 tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Video çəkilişi 10-cu PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili Şahid2 aparmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyriqanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2020-ci il tarixdə X5 yaxınlığında tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli siqaret qutusu, siqaret qutusunun içərisində bir ədəd alışqan, əlavə olaraq bir ədəd şpris, bir ədəd boş amplua, içərisində ağ rəngli, iysiz toz şəklində duza bənzər kütlə olan tünd bənövşəyi rəngli kağıza bükülmüş büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu, narkotik vasitə istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən iki manat pul aşkar edilmiş və şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm və 01 ədəd tünd bənövşəyi kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, o cümlədən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir oğurluq cinayəti törətməsi ilə bağlı heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2000-ci ildən, hal-hazırda tutduğu vəzifədə 2012-cu ildən xidmət aparır. xx.xx.2020-ci il tarixdə Lənkəran şəhəri, İ.Babayev küçəsi ev 21 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv, ev 73 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”in qəbulu, daşınması ilə məşğul olması, ara-sıra üzərində narkotik vasitə olan “heroin” saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 Qaradağ RPİ-nin 10cu PB-nin rəisinə raportla müraciət etmişdir və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid3 rəhbərliyi altında o, və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl qrupun rəhbəri Şahid3 tərəfindən əməliyyat qrupunun üzvlərinə davranış xətti izah olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində ünvan 4 ünvanının qarşısında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, ondan adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdi və Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1986-cı ildə ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt Şahid3 tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən tərəfindən “Samsung” markalı mobil telefonla video çəkiliş çəkilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2020-ci il tarixdə X5 yaxınlığında tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli siqaret qutusu, siqaret qutusunun içərisində bir ədəd alışqan, əlavə olaraq bir ədəd şpris, bir ədəd boş amplua, içərisində ağ rəngli, iysiz toz şəklində duza bənzər kütlə olan tünd bənövşəyi rəngli kağıza bükülmüş büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu, narkotik vasitə istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən iki manat pul aşkar edilmiş və şəxsə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm və 01 ədəd tünd bənövşəyi kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş, o cümlədən polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir oğurluq cinayəti törətməsi ilə bağlı heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-in CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Rövşən oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2012-ci ildən, hal-hazırda tutduğu vəzifədə isə 2018-cu ilin aprel ayından xidmət aparır. xx.xx.2020-ci il tarixdə Lənkəran şəhəri, İ.Babayev küçəsi ev 21 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 5-ci massiv, ev 73 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”in qəbulu, daşınması ilə məşğul olması, arasıra üzərində narkotik vasitə olan “heroin” saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PB-nin rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra rəhbərliyi altında Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı iştirakçılara davranış xətti izah olunmuşdur. Bundan sonra əməliyyat qrupuna daxil olan Şahid1 və Şahid2 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 18:20 radələrində ünvan 4 ünvanının qarşısında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, ondan adını, soyadını və atasının adını soruşmuşlar. O, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1986-cı ildə ünvan 8 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt onun tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-nin rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş büküm çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, iysiz, toz şəklində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” olduğunu, xx.xx.2020-ci il tarixdə X5 yaxınlığında tanımadığı şəxsdən 15 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli siqaret qutusu, Siqaret qutusunun içərisində bir ədəd alışqan, əlavə olaraq bir ədəd şpris, bir ədəd boş amplua, içərisində ağ rəngli, iysiz toz şəklində duza bənzər kütlə olan tünd bənövşəyi rəngli kağıza bükülmüş büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu, narkotik vasitə istifadə etmək üçün aldğını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən iki manat pul aşkar edilmiş və özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm və 01 ədəd tünd bənövşəyi kağıza bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. O, bundan başqa Təqsirləndirilən şəxs izahat verərkən, xx xxxx 2020-ci il tarixdə Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən kafedən 01 ədəd “Vestel” markalı kondisioneri oğurladığını etiraf etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs özü kondisioneri oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs heç bir işgəncə və ya zorakılıq hərəkətləri törədilməmişdir. Müdafiəçi də Təqsirləndirilən şəxs istintaq hərəkətləri zamanı bildirmişdir ki, “sənə təzyiq olunubsa de”, amma özü bildirmişdir ki, təzyiq olunmayıb. Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı bir oğurluq cinayəti törətməsi ilə bağlı heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, ruhi-əsəb xəstəliyindən əzab çəkmir, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs qonşuluqda kirayədə qaldığına görə tanımışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, Təqsirləndirilən şəxslə aralarında kondisionerlə bağlı heç bir danışıq olmamış və eləcə də Elvin ona heç bir kondisioner təklif etməmişdir. İstintaqdakı ifadəsini Elvinin razılığı ilə polis əməkdaşlarının təkidinə görə vermişdir. Elvin ona bildirmişdir ki, imzala, o da eləmişdir. Təqsirləndirilən şəxs özü ona polis bölməsində bildirmişdir ki, “imza çək canım qurtarsın”. Məhkəmə iclasında dövlət ittihamçısının şifahi vəsatəti əsasında şahid qismində dindirilmiş Qaradağ Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis baş leytenantı X10 öz ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı vəzifəsində işləyir. Cinayət işinin başlanılmasına əsas və səbəb Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,254 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ RPİnin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 18:20 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılıb, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilərək həmin gün saat 18:50 radələrində üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilərkən əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş ümumi təmiz çəkisi 0,254 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar edilib, sənədləşdirilərək götürülməsi ilə bağlı toplanmış ilkin materiallar olmuşdur. xx xxxx 2020-ci il tarixdə cinayət əməlini törətmiş Əzimov X11 RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis baş leytenantı Orxan Ocaqov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3-cü və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx xxxx 2020-ci il tarixdə tərəfindən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələri ilə ittiham edilərək, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Qaradağ rayon məhkəməsi tərəfindən barəsində 03 ay həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə tərəfindən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə oğurluq cinayəti törətdiyinə görə Bakı şəhəri, Xətai rayon məhkəməsi tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkəmə istntaqı aparılan Təqsirləndirilən şəxs 21 iyul gecə saatlarında Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi ev 12 ünvanında yerləşən fəaliyyət görtərməyən saxlanc yeri olan kafeyə qapısının kilidi sındırmaq yolu ilə qanunsuz daxil olaraq kafenin içərisində olan X3 məxsus 1 ədəd “Vestel” markalı kondisioneri gizli yolla talayaraq, zərərçəkmiş şəxs Tatyana Məmmədovaya 250 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs döyülməyib, əgər döyülmüş olsaydı videoçəkiliş zamanı bunu bildirərdi. Habelə döyülmüş olsaydı Bakı İstintaq Təcridxanasına keçirilərkən yoxlanış zamanı onda xəsarət aşkar olunardı. Oğurluq hadisəsini törətdiyi yeri təqsirləndirilən şəxs özü göstərmişdir. Maddi sübutun müəyyən olunmasıyla bağlı əməliyyat tapşırığı vermiş və 10-cu PB-dən ona cavab gəlmişdir ki, Təqsirləndirilən şəxs oğurladığı kondisioneri Şahid4 adlı şəxsə təklif etmişdir. Şahid4 təqsirləndirilən şəxsin qonşusudur. Ola bilər ki, ifadəsini məhkəmə iclasında qorxduğu üçün verib. İfadənin yerində yoxlanması zamanı zərərçəkmiş şəxsə ehtiyac yox idi. Videoçəkilişin görüntüsündə oğurluq etdiyini deməmişdir, lakin təhqiqatçıya ifadə verərkən oğurluq etdiyini özü etiraf etmişdir. Konflikt yarana biləcəyi ehtimalına görə zərərçəkmiş şəxsi ifadənin yerinə yoxlanılması zamanı dəvət etməmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/1383 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddə...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,254 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,080 qram olan ağ rəngli maddə-limon turşusudur. Limon turşusu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na və “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Qeyd: heroinin təmiz çəkisi-0.254qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,204 qram. Limon turşusunun təmiz çəkisi-0,080 qr., tədqiqata sərf edildi-0,010 qram, qalıq-0,070 qram. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli 2323 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.254 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin və təmiz çəkisi 0,080 qram 01 ədəd bükümdə limon turşusu iş üzrə maddi sübut kimi tanınmalı və həmin heroinin tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,204 qram 01 ədəd bükümdə olan hissəsi və limon turşusunun tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,070 qram 01 ədəd bükümdə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan bir ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında dəvət olunmuş müdafiəçinin iştirakı və video çəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızından olan bükümü çıxaraq içərisində narkotik vasitə olan kokos, yəni heroin olduğunu bildirir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd ağ rəngli siqaret qutusu, siqaret qutusunun içərisində bir ədəd alışqan, əlavə olaraq bir ədəd şpris, bir ədəd boş ampula, içərisində ağ rəngli, toz şəklində duza bənzər kütlə olan tünd bənövşəyi rəngli kağıza bükülmüş büküm aşkar olunmuşdur. İş materiallarında olan tələbnamə, hökmün və qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və cəzasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsində göstərilir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsində göstərilir ki,cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı şifahi vəsatət verərək Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.2-ci maddəsinin tərkibi olmadığına görə həmin hissədə ittihamdan imtina etdiyini və ittihamın müdafiəsinin CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə davam etdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 84.6 və 84.6.9-cu maddələrinə görə bu Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsində göstərilir ki, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.1-ci maddəsinin tələbindən aydın olur ki, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina edildiyi üçün həmin hissədə cinayət təqibinə xitam verilməlidir Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs “xx.xx.2019-cu il tarixdə oğurluq cinayəti törətdiyinə görə Bakı şəhəri, Xətai rayon məhkəməsi tərəfindən barəsində Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə məhkəmə istintaqı aparılan Təqsirləndirilən şəxs 21 iyul gecə saatlarında Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi ev 12 ünvanında yerləşən fəaliyyət görtərməyən saxlanc yeri olan kafeyə qapısının kilidi sındırmaq yolu ilə qanunsuz daxil olaraq kafenin içərisində olan X3 məxsus 1 ədəd “Vestel” markalı kondisioneri gizli yolla talayaraq, zərərçəkmiş şəxs Tatyana Məmmədovaya 250 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etməsinə” dair ittiham verilsə də istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm təhqiqat, həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm təhqiqat, həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğurluq cinayət hadisəsi ilə əlaqəsi olmamışdır. Belə ki, yuxarıda qeyd olunan epizod üzrə yeganə sübut növü kimi Şahid4 ifadəsi əsas götürülsə də, məhkəmə iclasında Şahid4 istintaq zamanı həmin ifadəni vermədiyini, təqsirləndirilən şəxslə aralarında kondisionerlə bağlı heç bir danışıq olmadığını və sadəcə təqsirləndirilən şəxsin xahişi və polis əməkdaşlarının təkidinə əsasən qeyd olunan ifadəni imzaladığını bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı zərərçəkmiş şəxsin iştirakı təmin edilməmiş, ifadənin yerində yoxlanılması zamanı hər hansı bir audio və ya video çəkiliş və yazıdan istifadə edilməmiş, ifadənin yerində yoxlanılmasından əvvəl təqsirləndirilən şəxsin hadisə yerini zərərçəkmiş şəxsin iştirakı ilə düzgün təsvir etməsinə dair ətraflı ifadəsi alınmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılarkən təəqsirləndirilən şəxs sadəcə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdiyini etiraf etmiş və bundan başqa hər hansı bir əməli törətdiyini bildirməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 21 iyul gecə saatlarında Qaradağ rayonu, Puta qəsəbəsi, Sovet küçəsi ev 12 ünvanında yerləşən fəaliyyət görtərməyən saxlanc yeri olan kafedə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerindən heç bir əl-barmaq izləri götürülməmiş və oğurlanmış əşyanın, yəni maddi sübutun taleyi ümumiyyətlə araşdırılmamış və bu istiqamətdə hər hansı bir istintaq hərəkətləri də həyata keçirilməmişdir. Baxmayaraq ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs guya həmin oğurlanmış kondisioneri Şahid4 təklif edib sonradan isə Vahidin maşını ilə kondisioneri Lökbatan dairəsinə aparıb, oradan keçən 1 manatlıq taksilərdən biri ilə Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən bazarın yaxınlığına aparıb, orada tanımadığı şəxslə 120 manata razılaşaraq satdığını bildirmişdir. Həqiqətdə bu ifadə real olsaydı, təqsirləndirilən şəxs oğurladığı əşyanın hansı formada, necə və kimə satması barədə istintaqa daha ətraflı ifadə verməklə onun taleyi barədə müəyyən aydınlıq gətirərdi. Bundan sonra isə əşyanın tapılması istiqamətində real əməliyyat-axtarış tədbirləri həyata keçirilərdi. Göründüyü kimi həmin ifadə real olaraq alınmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki, CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, Təqsirləndirilən şəxs oğurluq etməsini təsdiq edən sübutların kifayət etmədiyi və ona qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə, hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. CPM-in 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; CPM-in 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan təmiz çəkisi – 0,204 qram olan heroin və 0,070 qram limon turşusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 65 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 35 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 390 (üç yüz doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın, ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan təmiz çəkisi – 0,204 qram olan heroin və 0,070 qram limon turşusu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 390 (üç yüz doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-35/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-35/2021
05.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver