Məhkəmə qərarları › İş №1(002)-35/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-35/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-35/2022 26.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxx 1981-ci ildə Cəlilabad rayonu, Ləkin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay (himayəsində dörd azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxx 1999-ci ildə Goranboy rayonu, Veyisli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonu, Ağdaban ərazi dairəsi, Bağırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.10.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Gülbaxt” daş karxanasının ərazisindəki daş kəsən kombaynın üzərindən Zərərçəkmiş şəxs məxsus içərisindən 3 ədəd müxtəlif rəngli izoliyasiyalı 3x10 mm diametrli mis tərkibli naqil keçən, ümumi diametri 33 mm qara rəngli izoliyasiyalı 1 metrinin dəyəri 20 manat olan 65 metr uzunluğunda, ümumilikdə 1300 manat dəyərində naqili özləri ilə gətirdikləri bıçaq ilə kəsərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07.10.2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Gülbaxt” daş karxanasının ərazisindəki daş kəsən kombaynın üzərindən Zərərçəkmiş şəxs məxsus içərisindən 3 ədəd müxtəlif rəngli izoliyasiyalı 3x10 mm diametrli mis tərkibli naqil keçən, ümumi diametri 33 mm qara rəngli izoliyasiyalı 1 metrinin dəyəri 20 manat olan 65 metr uzunluğunda, ümumilikdə 1300 manat dəyərində naqili özləri ilə gətirdikləri bıçaq ilə kəsərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1300 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatdadır, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə kirayədə yaşamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, o, 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən Təbriz müəllimə məxsus Gülbaxt daş karxanasında 4 gün müddətinə həm kombaynçı, həmdə fəhlə kimi işləmişdir. Həmin daş karxanasında 2 gün iş dayandığı üçün onun maddi ehtiyacı yaranmışdır. Buna görə o, qərara almışdır ki, həmin daş karxanasında olan daş kəsən kombaynın 3 çıxışlı elektrik naqilini oğurlayıb qazanc əldə etsin. Buna görə də o, 07.10.2021-ci il tarixdə onunla eyni həyətdə kirayədə yaşayan Nüsrət adlı şəxsə bildirmişdir ki, fəhlə işlədiyi Gülbaxt daş karxanasında daş kəsən kombayının üzərində olan elektrik naqilini oğurlayacaqdır. O, Nüsrətə təklif etmişdir ki, onunla birlikdə həmin daş karxanasına getsin, ona oğurluq etməkdə köməklik etsin, elektrik naqilini oğurlayıb sataraq qazancı yarı bölsünlər. Nüsrət də onunla razılaşmışdır. 07.10.2021-ci il tarixdə təxminən saat 16 radələrində o, Nüsrətlə birlikdə Qızıldaş qəsəbəsi ərazisində yerləşən bir neçə daş karxanasına gedib fəhlə kimi iş axtarmış, lakin iş tapa bilməmişlər. Daha sonra isə Nüsrətlə birlikdə Qızıldaş qəsəbəsində kirayədə yaşadıqları evlərinə qayıtmışlar. Buna görə də dəqiq qərara gəlmişlər ki, Təbriz adlı şəxsin Gülbaxt adlanan daş karxanasından elektrik naqilini oğurlasınlar. 07.10.2021-ci il tarixdə təxminən saat 18 radələrində o, Nüsrətlə birlikdə Qızıldaş qəsəbəsində kirayədə yaşadıqları evlərindən çıxıb Təbriz müəllimə məxsus Gülbaxt daş karxanasına getmişlər. Daş karxanasına çatanda təxminən saat 20 radələri olarmış. O, daş kəsən kombaynın üzərindən 3 çıxışlı elektrik naqilini özü ilə birlikdə apardığı bıçaqla kəsmişdir. Daha sonra isə həmin elektrik naqili ağır olduğu üçün 3 yerə bölmüş, daha sonra elektrik naqilərini Nüsrətlə köməkləşib bir yerə yığmışlar. Ağır olduğu üçün Nüsrətlə köməkləşib həmin elektrik naqillərinin topasını yaxınlıqdakı qayanın arasına aparıb yığmışlar ki, ara sakitləşdikdən sonra oradan götürüb aparıb satarlar. Elektrik naqillərini qayanın arasında gizlədib qurtardıqda artıq saat 22 radələri olarmış. Daha sonra daş karxanasının ərazisindən çıxıb kirayədə yaşdıqları ev istiqamətində getməyə başlamışlar. 08.10.2021-ci il tarixdə təxminən saat 02 radələrində Qızıldaş qəsəbəsinin dairəsində Post Patrul avtomobili onların yanında dayanıb onlarla sorğu sual etməyə başlamışdır. Həmin polislər demişlər ki, daş karxanasından elektrik naqili oğurlanmışdır. Onlar əvvəlcə etdikləri oğurluğu etiraf etməmişlər. Lakin sonra polis əməkdaşlarının onları ciddi sorğu sual etdiklərini görüb məcbur olaraq etdikləri oğurluğu etiraf etmişlər. Bundan sonra polis əməkdaşları onları avtopatrul avtomobilinə əyləşdirib elektrik naqillərini gizlətdikləri qayanın yanına aparmışlar. Həmin eklektrik naqillərini gizlətdikləri yerdən çıxardıb avtopatrul avtomobilinin yük yerinə qoymuşlar. Daha sonra polis əməkdaşları onları Qaradağ RPİ-nin 38-ci PB-nə aparmışlar. O, öz ifadəsində daha sonra göstərmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq cinayəti törətmişdir.İfadəsində göstərdiyi oğurluq cinayətindən başqa cinayət əməli törətməmişdir. O, 07.10.2021-ci il tarixdə Nüsrət ilə bilrikdə elektrik naqilini oğurlayarkən onları heç kim görməmişdir. O, həbs olunmaqdan qorxduğu üçün istintadan yayınmışdır. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, halhazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində dörd azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Kəlbəcər rayonu, Ağdaban ərazi dairəsi, Bağırlı kəndində qeydiyyatdadır, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində nömrəsiz fərdi yayış evində Vasif ilə eyni həyətdə yerləşən fərdi yaşayış evində kirayədə yaşamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 07.10.2021-ci il tarixdə onunla eyni həyətdə kirayədə yaşayan Vasif ona bildirmişdir ki, fəhlə işlədiyi Gülbaxt daş karxanasında daş kəsən kombayının üzərində olan elektrik naqilini oğurlayacaqdır. Vasif ona təklif etmişdir ki, onunla birlikdə həmin daş karxanasına getsin, ona oğurluq etməkdə köməklik edsin, elektrik naqilini oğurlayıb sataraq qazancını yarı bölsünlər. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün Vasiflə razılaşmışdır. 07.10.2021-ci il tarixdə təxminən saat 16 radələrində o, Vasiflə birlikdə Qızıldaş qəsəbəsi ərazisində yerləşən bir neçə daş karxanasına gedib fəhlə kimi iş axtarmış, lakin iş tapa bilməmişlər. Daha sonra isə Vasiflə birlikdə Qızıldaş qəsəbəsində kirayədə yaşadıqları evlərinə qayıtmışlar. Buna görə də dəqiq qərara gəlmişlər ki, Təbriz adlı şəxsin Gülbaxt adlanan daş karxanasından elektrik naqilini oğurlasınlar. 07.10.2021-ci il tarixdə təxminən saat 18 radələrində O, Vasiflə birlikdə Qızıldaş qəsəbəsində kirayədə yaşadıqları evdən çıxıb Təbriz müəllimə məxsus Gülbaxt daş karxanasına getmişlər. Daş karxanasına çatanda təxminən saat 20 radələri olarmış. Vasif daş kəsən kombaynın üzərindən 3 çıxışlı elektrik naqilini özü ilə birlikdə gətirdiyi bıçaqla kəsmişdir. Daha sonra isə həmin elektrik naqili ağır olduğu üçün 3 yerə bölmüşdür. Daha sonra elektrik naqilərini Vasiflə köməkləşib bir yerə yığmışdır. Ağır olduğu üçün Vasiflə köməkləşib həmin elektrik naqillərinin topasını yaxınlıqdakı qayanın arasına aparıb yığmışlar ki, ara sakitləşdikdən sonra oradan götürüb aparıb satarlar. Elektrik naqillərini qayanın arasında gizlədib qurtardıqda artıq saat 22 radələri olarmış. Daha sonra daş karxanasının ərazisindən çıxıb kirayədə yaşadıqları ev istiqamətində getməyə başlamışlar. 08.10.2021-ci il tarixdə təxminən saat 02 radələrində Qızıldaş qəsəbəsinin dairəsində Post Patrul avtomobili onların yanında dayanıb onlarla sorğu sual etməyə başlamışdır. Həmin polislər onlara demişlər ki, daş karxanasından elektrik naqili oğurlanmışdır. Onlar əvvəlcə etdikləri oğurluğu etiraf etməmişlər. Lakin sonra polis əməkdaşlarının onları ciddi sorğu sual etdiklərini görüb məcbur olaraq etdikləri oğurluğu etiraf etmişlər. Bundan sonra polis əməkdaşları onları avtopatrul avtomobilinə əyləşdirib elektrik naqillərini gizlətdikləri qayanın yanına aparmışlar. Onlar həmin eklektrik naqillərini gizlətdikləri yerdən çıxardıb avtopatrul avtomobilinin yük yerinə qoymuşlar. Daha sonra polis əməkdaşları onları Qaradağ RPİ-nin 38-ci PB-nə aparmışlar. O, öz ifadəsində daha sonra göstərmişdir ki, onun maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq cinayəti törətmişdir. İfadəsində göstərdiyi oğurluq cinayətindən başqa cinayət əməli törətməmişdir. O, 07.10.2021-ci il tarixdə Vasif ilə bilrikdə elektrik naqillərini oğurlayarkən onları heç kim görməmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi olmamadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, bir il olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Gülbaxt” daş karxanasını icarəyə götürüb işlədir. İcarəyə götürüb işlətdiyi daş karxanasında mişar daşının istehsalı ilə məşğul olur. Vasif adlı Cəlilabad rayonundan olan şəxs 2021-ci ilin oktyabr ayının əvvəlində ona yaxınlaşıb iş axtardığını bildirdiyi üçün ona etiraz etməyib onu daş karxanasına kombaynçı kimi işə götürmüşdür. 07.10.2021-ci il tarixdə təxminən saat 21 radələrində karxanada işləyən Ramiz adlı işçi onun istifadəsində olan mobil telefonuna zəng vurub bildirmişdir ki, daş karxanasındakı daş kəsən kombaynın elektrik naqili oğurlanmışdır. O da buna görə yaşadığı evdən çıxıb idarə etdiyi avtomobilə əyləşib icarəyə götürüb işlətdiyi daş karxanasına yola düşmüşdür. Qızıldaş qəsəbəsi ərazisində olarkən Post Patrul avtomobilini görüb onlara yaxınlaşıb bildirmişdir ki, icarə əsasında işlətdiyi “Gülbaxt” daş karxanasının daş kəsən kombaynının elektrik naqili naməlum şəxs tərəfindən axşam vaxtı oğurlanmışdır. Həmin polis əməkdaşları onun mobil nömrəsini də özlərində qeyd etmişlər. O, icarə əsasında işlətdiyi “Gülbaxt” daş karxanasına getmiş və görmüşdür ki, daş karxanasının daş kəsən kombaynının uzunluğunu dəqiq bilmədiyi, təxminən 70 metr uzunluğunda 35 mm-lik, 3 çıxışlı elektrik naqili oğurlanmışdır. 08.10.2021-ci il tarixdə gecə vaxtı onun mobil telefonuna zəng gəlmişdir. Danışan şəxs polis əməkdaşı olduğunu və daş karxanasından elektrik naqillərini oğurlayan şəxslərin saxlanıldığını bildirmişdir. O da buna görə Qaradağ RPİ-nin 38-ci PB-nə getmiş və ona məlum olmuşdur ki, onun daş karxanasından elektrik naqillərini Vasif və onun tanışı Nüsrət adlı şəxs oğurlamışdır. O da oğurluq hadisəsi barədə şikayət ərizəsi yazmışdır. Onun icarəyə işlətdiyi daş karxanasından oğurlanmış elektrik naqilinin 1 metrini 5 ay bundan əvvəl 18 manata almışdır. İndi isə bilmişdir ki, 38-ci PB-də elektrik naqilinin uzunluğu ölçülmüş və elektrik naqili 65 metr olmuşdur. Ona məxsus oğurlanmış elektrik naqilinin uzunluğu 65 metr olduqda bir metrini 18 manatdan hesablayanda ona dəymiş madi ziyan 1170 manat təşkil edir. O, 38-ci PB-də izahat verərkən elektrik naqilinin uzunluğu ölçülməmiş, təxminən maddi ziyan dəyərini göstərmişdir. İndi isə bilir ki, ona məxsus oğurlanmış naqilin uzunluğu 65 metrdir. Onun icarə əsasında işlətdiyi daş karxanasından oğurlanmış elektrik naqili özünə məxsusdur və maddi ziyan ona dəymişdir. O, 08.10.2021-ci il tarixdə Qaradağ RPİnin İŞ-də verdiyi ifadəsində göstərdiyi özünə məxsus elektrik naqilini təxminən 1 il bundan əvvəl almışdır. Lakin həmin vaxtdan 1 il müddət keçdiyi üçün qiymətlər qalxmışdır. Bundan başqa ekspert ixtisaslı mütəxəsisdir, ona görə də o, ekspertizanın rəyində göstərildiyi qiymətlərlə razıdır. Belə olan halda baş vermiş oğurluq hadisəsinə görə ona dəymiş maddi ziyan ümumilikdə 1300 manat təşkil edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2016-cı ildən DİO-da, eləcə də tutduğu vəzifədə xidmət edir, rütbəsi polis serjantıdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 07.10.2021-ci il tarixdə saat 20:00-da Fiat Doblo markalı ** AP *** nömrəli avtopatrul avtomobilində sürücü kimi xidmətə başlamış, xidməti post yoldaşı Ramil Abıyev olmuşdur. Onların xidməti ərazisi Qızıldaş qəsəbəsi olmuşdur. 08.10.2021-ci il tarixdə təxminən saat 01:30 radələrində xidməti post yoldaşı Ramil Abıyev ilə xidmətdə olarkən Qızıldaş qəsəbəsinin mərkəzində olduqları zaman üzdən tanıdığı Təbriz adlı daş karxanası müdiri onlara yaxınlaşıb bildirmişdir ki, onun icarəyə işlətdiyi daş karxanasından təxminən 70-80 metr uzunluğunda elektrik naqili oğurlanmışdır. Təbrizin oğurluq məlumatı verməsindən sonra onlar xidməti daha da ayıq-sayıq təşkil etmişlər, təxminən 40-45 dəqiqə sonra Qızıldaş qəsəbəsində Qızıldaş dairəsi adlanan yerdə iki nəfər kişi cinsli şəxsin daş karxanası istiqamətindən gəldiyini görüb avtopatrul avtomobilini onların yanına sürüb gecə vaxtı haradan gəldiklərini sorğu-sual etmişlər. Sorğu-sual zamanı Vasif adlı şəxs bildirmişdir ki, Təbriz adlı şəxsin daş karxanasından elektrik naqili oğurlamış və həmin elektrik naqillərini qayanın arasında gizlətmişlər. Vasifin yanında olan şəxs cavan oğlan olmuşdur. O, post yoldaşı Ramil Abıyevlə həmin şəxsləri avtopatrul avtomobilinə əyləşdirmişlər. Vasif elektrik naqillərini gizlətdiyi yeri göstərmiş, onlar həmin elektrik naqillərini avtomobilə qoyub həmin şəxslərlə birlikdə Qaradağ RPİ-nin 38-ci PB-nə gedib həmin şəxsləri və elektrik naqillərini 38-ci PB-nin növbətçi hissəsinə təhvil verib bu barədə raport yazmışlar. Onlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qızıldaş dairəsi deyilən yerdə şübhəli şəxs qismində saxlayarkən həmin şəxslər onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişlər. Şahid Qaradağ RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin PPXB-nin digər əməkdaşı Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli 3/1712 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, sonradan təyinatını dəyişən düzəliş edilməmişdir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 oktyabr 2021-ci il tarixli 9/7333 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında içərisindən 3 ədəd müxtəlif rəngli izoliyasiyalı 3x10 mm diametrli mis tərkibli naqil keçən, ümumi diametri 33 mm qara rəngli izoliyasiyalı naqilin istifadədə olması nəzərə alınmaqla 65 metrinin 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1300,00 (65x20 manat) manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 08.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş Zərərçəkmiş şəxs məxsus 65 metr uzunuğunda elektrik naqili 02.11.2021-ci il tarixli “maddi sübutun tanınması haqqında” qərarla maddi sübut kimi tanınaraq sahibinə qaytarılmışdır. 08.10.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd bıçaq 09.12.2021ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla maddi sübut kimi tanınıb Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 13 iyul 2007-ci il tarixdə doğulmuş X6, 25 noyabr 2008-ci il tarixdə doğulmuş X7, 11 avqust 2010-cu il tarixdə doğulmuş X3 və 05 iyul 2012-ci i tarixli X2 ataları Təqsirləndirilən şəxs1dur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində dörd azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimaitəhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 08 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 09 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, bundan sonra ona yenidən ittiham elan edilməsi üçün 02 noyabr 2021-ci il tarixdə axtarış elan edilmiş və o, 22 noyabr 2021-ci il tarixdə tutulmuş, Qaradağ rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 08 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 09 oktyabr 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, bundan sonra ona yenidən ittiham elan edilməsi üçün 02 noyabr 2021-ci il tarixdə axtarış elan edilmiş və o, 26 noyabr 2021-ci il tarixdə tutulmuş, Qaradağ rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsində imtina edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hallar Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalıdır. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 65 metr uzunuğunda elektrik naqilinin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X8 və X9 tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 420 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 420 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 08 oktyabr 2021-ci il tarixdən 09 oktyabr 2021-ci il tarixədək tutulduğu bir gün və 22 noyabr 2021-ci il tarixdən həbsdə qaldığı 02 (iki) ay 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı Cəlilabad rayonu, Ləkin kəndində yerləşən yaşayış evini hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Cəlilabad rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Goranboy rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Goranboy rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 65 metr uzunuğunda elektrik naqilinin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4, 420 (dörd yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar