Məhkəmə qərarları › İş №1(002)-353/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-353/2023

07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-353/2023 07.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 X1 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi 8 X1 “Cəzaçəkmə müəssisələrinin X3” ilə qadağan olunmuş əşya olan, işlək vəziyyətdə, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan 01 ədəd “Samsung Galaxy A3” markalı, “SM-A320F” modelli, “**********65354, **********65352” İmei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində müəssisənin yaşayış binasının 2-ci mərtəbəsində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı, orada yerləşən əşya anbarının giriş qapısının yuxarı hissəsində xüsusi üsulla gizlədilmiş, həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317- 2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin may ayında səhər saatlarında cəza çəkdiyi 8 X1 qaldığı otağa müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış zamanı orada yerləşən əşya anbarının giriş qapısının yuxarı hissəsində gizlətdiyi içərisində nömrə olan 01 ədəd “Samsung Galaxy A3” markalı, mobil telefon aparatını aşkar olunaraq götürülmüşdürü.Həmin mobil telefon aparatını bir müddət öncə döşəmənin altından tapmışdır. Həmin mobil telefon aparatı ilə müxtəlif vaxtlarda tanışları ilə danışmışdır.Əməlindən peşmandır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 X1 nəzarətçi vəzifəsində işləyən Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində onun və müəssisənin digər əməkdaşlarının iştirakı ilə yaşayış binasının 2-ci mərtəbəsində keçirilmiş axtarış-baxış zamanı, orada yerləşən əşya anbarının giriş qapısının yuxarı hissəsində xüsusi üsulla gizlədilmiş, işlək vəziyyətdə, daxilində "xxxx" MMC-nə məxsus danışıq kartı olan 01 ədəd “Samsung Galaxy A3” markalı, mobil telefon aparatı aşkar edilərək götürülmüşdür.Sonradan məlum olmuşdur ki, qeyd edilən mobil telefon aparatından Təqsirləndirilən şəxs istifadə edərək tanışlarına zəng edib danışmışdır. İş üzrə şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 X2 Əməliyyat bölməsinin rəisi Şahid1 mhkəməyə teleqram ünvanlayarq ibtidai istintaqa verdiyi ifadəni təsdiq etdiyini, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materillarında olan kompyuter-texniki ekspertizasının 26 may 2023-cü il tarixli, 5/683 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Samsung Galaxy A3” markalı, “SM-A320F” modelli, “**********65354, **********65352” İmei kodlu mobil telefon aparatı hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X3” na 11-ci əlavədən görünür ki, mobil telefon aparatının məhkumlara saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyadır. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefon vasitəsilə Şahid4 istifadəsində olan 055.863-24-71 nömrəli mobil nömrə, həmçinin Şahid5 istifadəsində olan 055.568-68-68 nömrəli mobil nömrə ilə müxtəlif vaxtlarda danışıqlar aparmışdır. İş materillarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinib, 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə maddi sübut kimi tanınmış daxilində "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı olan 1 ədəd “Samsung Galaxy A3” markalı, “SM-A320F” modelli, “**********65354, **********65352” İmei kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (otuz beş) saat görə 150 (bir yüz əlli) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 07 (yeddi) il 11 (on bir) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli hökm elan edildiyi tarixdən, yəni 07 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış daxilində "xxxx" MMC-nə məxsus ***-***-**-** nömrəli danışıq kartı olan 1 ədəd “Samsung Galaxy A3” markalı, “SM-A320F” modelli, “**********65354, **********65352” İmei kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilsin. İş üzrə 80 (səksən) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 25 (otuz beş) saat görə 150 (bir yüz əlli) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar