Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-354/2022 20.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Tofiq qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Şamaxı rayonu, Nüydü kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Nüydü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 9-cu küçədə fərdi yaşayış evində yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 08 avqust 2022 il tarixlərdə saat 09 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 9-cu küçədə yerləşən fərdi yaşayış evində şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı arvadı Zərərçəkmiş şəxs sağ qulaq nahiyəsinə bir neçə dəfə sillə və yumruq zərbələri, sağ bud nahiyəsinə isə təpik zərbələri ilə qəsdən vuraraq zərərçəkmişə sağ qulaq pərdəsinin perforiyası ilə müşayiət olunan sağ qulaq seyvanının bütünlüklə qançır-şişkinliyi, sağ bud nahiyəsinin qançırı ilə nəticələnən bədən xəsarətləri yetirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs səhhətinin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Hal-hazırda “166 Yük Daşıma” şirkətində fəhlə kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs ilə 2015-ci ildə evlənmişdir və birgə nikahdan 2 oğlan övladı var. Onlardan birinin 6, digərinin 5 yaşı var. Evli olduqları müddətdə ara-sıra həyat yoldaşı ilə aralarında ailədaxili məsələlərlə bağlı münaqişələr baş vermişdir. xx.xx.2022-ci il tarixdə sifariş çox olduğundan gecəni işləməli olmuş, ertəsi günü xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində Müşfiqabadda yaşayan atasıgilə getmişdir. Atasıgili onlara yaxın qaldığı üçün Vüsalə də uşaqları götürüb ora gəlmişdir. Vüsalə orada 2 gündür evə gəlmədiyini əsas gətirərək onunla mübahisə etməyə başlamışdır. O, həmin vaxt əsəbləşib özünə məxsus telefonu yerə çırparaq sındırmışdır. Saat təxminən 22 radələrində Vüsalə və uşaqlarla birlikdə evə qayıtmışdır. Evdə Vüsalə onunla mübahisə etməyə başladıqda aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı əlləri ilə Vüsaləni döymüşdür. Həmin zaman evdə ikisindən və uşaqlardan başqa heç kim olmamışdır. Bundan sonra o, yatmışdır. Səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 09 radələrində durub işə getməyə hazırlaşmışdır. Vüsalə həmin vaxt ona demişdir ki, işə getməsin. O, işə getməli olduğunu deyəndə yenidən aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı o, əlləri ilə Vüsalənin baş nahiyəsindən bir neçə dəfə vurmuşdur. O, Vüsaləni döyəndən sonra geyinib işə getmişdir. Hal-hazırda zərərçəkmiş şəxs, yəni arvadı ilə barışıb.Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Tofiq qızı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 7 ildir ki evlidir, birgə nikahdan 2 oğulları var. Evlənən vaxtdan Ağaşəriflə münasibətləri yaxşı olmamışdır, valideynləri Ağaşərifi ona qarşı öyrətdiyinə görə mütəmadi olaraq ailəsində söz-söhbət yaranmış, dava-dalaş olmuşdur. Həmin münaqişələrə səbəb Ağaşərifin ona və uşaqlara baxmaması, gecələr evə gəlməməsi olmuşdur. Ağaşərif dəfələrlə onu bu söz-söhbətlərə görə döymüşdür. 2022-ci ilin avqust ayının 7-də axşam saatlarında Ağaşərif yaşaqları evdə yenidən onun mübahisə edib onu döymüşdür. Səhərisi günü avqust ayının 8-də səhər saat 09 radələrində yenidən aralarında münaqişə yaranmışdır. O, Ağaşərifə maaşını evə gətirməyini, evdə yemək olmadığını, pulunu içkiyə xərcləməməsini bildirmiş, bu zaman Ağaşərif yumruq və sillə zərbələri ilə mənim başıma və sağ qulağıma, təpik zərbələri ilə ayağına dəfələrlə vurmuşdur. Bundan sonra Ağaşərif onun telefonunu da götürüb getmişdir. Zərərçəkmiş şəxs Tofiq qızı məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsi və məhkumluğu barədə məlumat yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 569 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxsnun bədənində aşkar edilmiş xəsarətlər- sağ qulaq pərdəsinin perforiyası ilə müşayiət olunan sağ qulaq seyvanının bütünlüklə qançırşişkinliyi, sağ bud nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyan ödənildikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən 128, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 43, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddənin tələbindən aydın olur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CM-nin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 (on beş) saata görə 90 (doxsan) manat məbləğində pul X1, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Qərardan elan olunduğu 20 (iyirmi) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-354/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-354/2022
20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver