Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-36/2021 20.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Rafail oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Rusiya Federasiyası Kalujsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, ünvan 2-ci il tarixli qərarına əsasən barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmişdir. Belə ki, o, 31 avqust 2016-cı il tarixdə saat 17 radələrində tanışı X9 ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Lökbatan-Xocahəsən yolunda Lökbatan qəsəbəsinin girəcəyində yerləşən “Araz” X2 yanında yerləşən avtotəmir sexinin yaxınlığında Rəşad Qurbətov tanışı Şahid2 Nəsrulla oğluna məxsus “Kamaz” markalı avtomaşının akkumlyatorunu çıxarıb Rəşad Qurbətovun idarə etdiyi “VAZ 21015” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşına qoyduqdan sonra həmin yerə gəlmiş Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə yaranmış, yaranmış münaqişə zamanı əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə nalayiq söyüşlər söyüb Zərərçəkmiş şəxs sol qolundan bir dəfə yumruqla vuraraq sonuncuya sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən sol saidin sıyrığı xəsarətini, o, isə “VAZ 21015” markalı avtomobildə olan dəmir parçasını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sol çiynindən bir dəfə vuraraq sonuncuya döş qəfəsinin sol yuxarı iç hissəsinin qançırlı hematoması ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddət ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 7 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evdə kirayədə yaşamışdır. X7 qonşuluqdan tanımışdır. 31 avqust 2016-cı il tarixdə saat 12 radələrində Rəşad ona zəng etmiş və telefonda ona Yasamal rayonunda “Azpetrol” yanacaq doldura məntəqəsində olduğunu və onun oraya gəlməsini demişdir. Rəşad özünə məxsus “MAZ” markalı yük qaldıran avtomobillə orada dayanıb müştəri qəbul etmişdir. O, Rəşadın yanına gedib onunla görüşmüş, yaxınlıqdakı kafelərin birində oturub yeyibiçmişlər. Onlar kafedə pivə və araq içmişlər. Onlar yemək yeyən zaman Rəşad ona Lökbatan qəsəbəsində bir tanışı olduğunu, gedib ondan akkumlyator götürmək lazım olduğunu demişdir. O da Rəşadla razılaşaraq, onun idarə etdiyi “VAZ 21015” markalı avtomobilə əyləşib Lökbatan qəsəbəsində yerləşən “Araz” X2 yanına getmişlər. Həmin yerə çatdıqda Rəşad avtomobili yolun kənarında dayanmış yük avtomobilinin yanında saxlamış və həmin yük avtomobilinin onun tanışına məxsus olduğunu ona bildirmişdir. O, Rəşadla yolun kənarında dayanmış yük avtomobilinin üzərində olan akkumlyatoru çıxarıb Rəşadın idarə etdiyi “VAZ 21015” markalı avtomobilə qoymuşdur. Onlar avtomobilə əyləşib getmək istəyən zaman bir nəfər, sonradan adının Natiq olduğunu bildiyi şəxs gəlib onlara yaxınlaşıb nə etdiklərini soruşmuşdur. Rəşad da həmin şəxsə tanışının avtomobilinin üstündə olan akkumlyatoru götürdüyünü demişdir. Lakin Natiq onların oğurluq etdiyini düşünmüşdür. Rəşad yük avtomobilin sahibi Səbuhi adlı şəxs ilə danışmış, lakin o, Səbuhinin Rəşada nə dediyini eşitməmişdir. Həmin vaxt Natiq ilə Rəşad arasında sözlə mübahisə yaranmış və mübahisə zamanı Natiq əli ilə onun idarə etdiyi avtomobilin sükanını tutmuş, bundan sonra Rəşad Natiqin hərəkətindən əsəbləşib Natiqi söymüş, daha sonra onun sol qolundan bir dəfə yumruqla vurmuşdur. Lakin, Natiq Rəşaddan əl çəkmədiyindən və o, həmin vaxt spirtli içkinin təsiri altında olduğundan əsəbləşib Rəşadın avtomobilində olan dəmir parçasını götürüb Natiqin sol çiyin nahiyyəsindən bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Natiq yıxılmış, onlar isə oradan getmişlər. Rəşad götürdükləri akkumlayatoru öz idarə etdiyi yük avtomobilinə qoyub işə salmış, daha sonra həmin akkumlyatoru çıxarıb, sahibinə qaytarmaq üçün taksi ilə onu götürdükləri yük avtomobilinin yanına gəlmişdir. O oraya çatdıqda polis əməkdaşlarının orada olmasını görmüşdür. Polis əməkdaşları ondan nə baş verdiyini soruşmuşlar, o da baş verənlər barədə danışmışdır. Daha sonra polis əməkdaşları onu 10-cu polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs sonda törətdi cinayət əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Rafail oğlu ifadəsində göstərdi ki, hadisə baş verən zaman o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocahəsən yolunda yerləşən “Araz” X2 yanında yerləşən avtotəmir emalatxanasında rəngsaz işləmişdir. Adətən səhər saat 10 radələrində işə gedib, axşam saat 18 radələrinə kimi işləmişdir. X1 onun qonşusudur və həmçinin yaxın tanışıdır. Sonuncu adətən özünə məxsus “Kamaz” markalı, **-ZM-*** qeydiyyat nişanlı avtomaşını onun işlədiyi emalatxananın yaxınlığında saxlamışdır. Avtomobili orada saxlamaqda məqsədləri müştəri olduğu halda razılaşma əsasında iş görmək olmuşdur. Bəzi günlər Səbuhi maşını 3-4 gün orada saxlamış, özü isə həmin yerə gəlməmişdir. 31 avqust 2016ci il tarixdə saat 17:40 radələrində “VAZ-21015” markalı avtomobilin tanışı Şahid2 Nəsurulla oğluna məxsus “Kamaz” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxladığını, iki nəfər şəxsin Səbuhinin avtomobilindən akkumlyatoru söküb “VAZ- 21015” markalı avtomobilin yük yerinə qoyduğunu görmüşdür. Hərəkətlərindən həmin şəxslərin Səbuhinin avtomaşınının akkumlyatorunu oğurladıqlarını hiss etmişdir. Ona görə də həmin şəxslərdən akkumlyatoru hara apardıqlarını soruşmuşdur. Onlar əvvəl onu görüb özlərini itirmişlər, lakin sonradan ona elə gəlmişdir ki, adının Rəşad olduğunu bildiyi şəxs yalandan telefonu qulağına tutub guya avtomaşının sahibi ilə danışır. Əslində isə hadisədən sonra Səbuhi ilə görüşüb bu barədə danışmış, Səbuhi ona həmin şəxsin avtomaşından akkumlyatoru götürmək üçün ondan icazə aldığını bildirmişdir. Onun isə bundan xəbəri olmamışdır. Ona görə də Rəşadın onu aldatdığını zənn edib, onu söymüş və maşının sükanına əl ataraq, avtomobili sürməməsini bildirmişdir. Rəşad da onu söymüş və sol qolundan yumruqla vuraraq avtomaşından uzaq durmasını bildirmişdir. Bu zaman Rəşadın yanında olan adını sonradan bildiyi Akif adlı şəxs onun sol çiyin nahiyyəsindən dəmir parçası ilə vurmuş və o, özünü itirmişdir. Onlar da avtomaşını sürüb oradan çıxıb getmişlər. O, həmin şəxslərdən şikayət etmək üçün Qaradağ RPİ-nin 10-cu PB-nə gedib şikayət ərizəsi yazmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə iş yerinə qayıtmışdır. Bu hadisədən 40 dəqiqədən sonra Akif taksi ilə onun işlədiyi həmin yerə gəlmişdir. O, polis əməkdaşlarına həmin şəxsin onu dəmir parçası ilə vuran şəxs olduğunu demişdir. Polis əməkdaşları həmin şəxsi və onu 10-cu PB-nə dəvət etmişlər. Orada onun izahatı alındıqdan sonra məhkəmə tibbi müayinədən keçmişdir. Zərərçəkmiş şəxs sonda Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 31 avqust 2016-cı il tarixdə saat 12-13 radələrində Akif ona zəng edərək harda olması ilə maraqlanmış, o da Akifə Yasamal rayonunda “Azpetrol” X2 yanında olduğunu bildirmişdir. O, adətən orda olmuş və “MAZ” markalı yük qaldıran tipli avtomaşını orada saxlamışdır. Belə ki, orada müştərilər taparaq fərdi razılaşma əsasında iş görmüşdür. O, Akiflə görüşən zaman sonuncuya iş olduğunu, pul qazana biləcəyini, lakin avtomobilinin akkumlyatoru olmadığını bildirmişdir. Bundan sonra Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan tanışı Səbuhinin avtomaşınından bir günlük akkumlyatoru götürmək üçün ona zəng etmiş, Səbuhi də bir günlük akkumlyatoru ona verməyə etiraz etməmişdir. Bundan sonra onun təklifi ilə yaxınlıqda olan kafedə oturub yemək yemiş, pivə və araq içmişlər. Bundan sonra onun təklifi ilə etibarnamə əsasında idarə etdiyi “VAZ-21015” markalı, **-KD-*** qeydiyyat nişanlı avtomaşına oturmuş, həmin avtomaşınla onlar Qaradağ rayonu Lökbatan qəsəbəsinin girəcəyində yerləşən “Araz” X2 yanına gəlmişlər. O, orada Səbuhinin avtomaşını görüb tanımış, Səbuhiyə məxsus “Kamaz” markalı yük avtomaşını yolun kənarında saxlanmış vəziyyətdə olmuşdur. O, Akif ilə birlikdə həmin avtomaşının akkumlyator hissəsinə yaxınlaşmış, onlar birlikdə akkumlyatoru “Kamaz” markalı avtomaşından götürüb onun avtomobilinə qoymuşlar. Bundan sonra o, sükan arxasında Akif isə sərnişin yerində oturmuş və o, avtomaşını işə salmışdır. Avtomobil hərəkət etməyə başlayan zaman adının sonradan Natiq olduğunu bildiyi şəxs onun tərəfdən avtomaşına yaxınlaşaraq nə etdikləri ilə maraqlanmışdır. O, Natiqə tanışının avtomaşınından akkumlyator götürdüyünü bildirmişdir. Natiq cavabında ona həmin avtomaşının onun tanışı Səbuhinin olduğunu, sonuncu bu barədə ona heç bir söz demədiyini bildirmişdir. O, yenidən telefonla Səbuhi ilə danışmış, Səbuhiyə akkumlyatoru götürdüyünü, öz avtomaşınını işə salıb, sonra qaytaracağını bildirmiş və Səbuhi ona heç bir söz deməmişdir. Bu zaman onunla Natiqin arasında sözlə mübahisə yaranmış, o, Natiqi söyməyə başlamış və onun sol qoluna bir dəfə yumruq zərbəsi vurmuşdur. Natiq isə bir əli isə sükanı tutmuş, digər əli ilə avtomaşının işə salma açarını çıxarmaq istəmişdir. Bu zaman Akif avtomaşının salonunda olan dəmir parçasını götürərək Natiqin sinəsindən bir dəfə vurmuşdur. Bundan sonra Natiq onlardan uzaqlaşmış və o, avtomaşını sürərək oradan çıxıb getmişdir. Onlar Yasamal rayonuna gələrək onun idarə etdiyi “MAZ” markalı avtomaşını işə salmışlar. Daha sonra akkumlyatoru yerinə qaytarması üçün Akifi yaxınlıqda olan tanımadığı taksi ilə akkumlyatoru götürdüyü avtomobilin olduğu yerə göndərmişdir. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onlardan şikayətçi olmuşdur və polis əməkdaşları Akifi 10-cu PB-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 31.08.2016-cı il tarixdə təxminən saat 08 radələrində idarə etdiyi “Kamaz” markalı yük avtomobilini Qaradağ rayonu Lökbatan qəsəbəsinin girəcəyində yerləşən “Araz” X2 yanında saxlayıb, şəxsi işlərinin arxası ilə getmişdir. Həmin gün saat 17 radələrində Yasamal rayonundan tanıdığı “Maz” markalı yük qaldıran avtomaşın sürən Rəşad adlı şəxs ona zəng edib, avtomobilini işə salması üçün ona məxsus avtomobilin akkumlyatorunu açıb götürməsini xahiş etmiş və həmin gün qaytaracağını bildirmişdir. O, adətən tanışlarından kimsə ondan akkumlyator istəyən zaman vermiş, ancaq həmin zaman o da avtomobilinin yanında olmuşdur. O, uzaqda olduğundan Rəşada heç bir söz deməmiş, həmçinin dostu Natiqə də bu barədə bildirmək yadından çıxmışdır. Sonra o, Quba rayonuna getmişdir. Rəşad təxminən 20 dəqiqə sonra yenə ona zəng edərək, avtomobildən akkumlyatoru götürüb, öz avtomobilini işə salıb yarım saata qaytaracağını bildirmişdir. O da razılıq verərək, telefonu söndürmüşdür. 03 sentyabr 2017-ci il tarixdə dostu Natiq özünə məxsus mobil telefonla onun mobil telefonuna zəng edərək iki nəfər şəxsin onun avtomobilinə yaxınlaşıb akkumlyatoru sökərək öz avtomobillərinə qoyan zaman onlara mane olduğunu, həmin şəxslərin isə onu vuraraq xəsarət yetirdiklərini bildirmişdir. O da Natiqə həmin şəxslərin ondan akkumlyator götürmək üçün zəng edib icazə aldıqlarını, lakin onun bu barədə ona xəbər verməsinin yadından çıxdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işindən ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 24 may 2017-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Rəşad Qurbətovla qrup şəxs halında cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barədə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə ayrıca “188” vərəqədən ibarət ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul olunub istintaqının aparılması qərara alınmışdır. (i.v. 1-2) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə 1/3053 saylı, 31 avqust 2016-cı il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilir. (i.v. 18) Şübhəli şəxsin tutulması barədə qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2016-cı il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20, 30-31) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin 678 saylı, 02 sentyabr 2016-cı il tarixli canlı şəxsin məhkəmətibbi müayinəsi aktından görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Rafail oğlunun məhkəmə-tibbi müayinəsi zamanı almış olduğu xəsarətlər – döş qəfəsinin sol yuxarı iç hissəsinin qançırlı hematoması nisbətən bərk kənarlı küt əşya, sol saidin sıyrığı isə hər hansı küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri müayinədən 1 (bir) günə qədər əvvəl olmaqla zərərçəkənin göstərdiyi 31.08.2016-cı il tarixə uyğun gəlirlər və dərəcələrinə görə döş qəfəsinin sol yuxarı iç hissəsinin qançırlı hematoması səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya, sol saidin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (i.v. 71-72) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-283/2016 saylı, 02 sentyabr 2016cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. (i.v. 102-103) Qətimkan tədbiri seçilməsi barədə 02 sentyabr 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.104-105) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 05 oktyabr 2016-cı il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur (i.v. 109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin 01/678 saylı, 10 yanvar 2017-ci il tarixli canlı şəxsin məhkəmətibbi müayinəsi rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Rafail oğlunun adına tərtib olunmuş 02.09.2016-cı il tarixli, 678 saylı məhkəmə-tibbi müayinə aktına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında qeyd olunanları nəzərə alaraq, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yuxarı iç hissəsinin qançırlı hematoması nisbətən bərk kənarlı küt əşya, sol saidin sıyrığı isə hər hansı küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri müayinədən 1 (bir) günə qədər əvvəl olmaqla zərərçəkənin göstərdiyi 31.08.2016-cı il tarixdə kənar şəxs (şəxslər) uyğun gəlirlər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yuxarı iç hissəsinin qançırlı hematoması dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya, sol saidin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (i.v. 166-167) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 mart 2017-ci il tarixli, 4336 nömrəli rəyinin surətindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istehsal ilinə, istehsal yerinə dair heç bir məlumat olmayan üzərində “Powerful İSO AP”yazıları olan 190 amperlik olan akkumulyatorun 31.08.2016-cı il tarixöə orta bazar qiyməti təxminən 150,0 (yüz əlli) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 20 manat təşkil edir. (i.v. 169-170) Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 22 may 2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs barədə hazırki cinayət işindən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. X6 və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177, 180 və 181-ci maddələrinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 184-190) Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 24 iyul 2017-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə cinayət təqibi dayandırılmışdır. (i.v. 192) Cinayət işinin icraatın təzələnərək qəbul edilməsi haqqında 29 avqust 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı aparılması qərara alınmışdır. (i.v. 197) İttiham elan etmək üçün şəxsin tutulması haqqında 29 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2020-ci il tarixdə ittiham elan olunması üçün tutulmuşdur. (i.v. 203) Cinayət əməlinin tövsif edilməsi barədə 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələrindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmişdir. (i.v. 204) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 206) Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 221-222) Təqsirləndirilən şəxsin MSY-dən həbsdən azad edilməsi haqqında 31 avqust 2020-ci il tarixli qərarından görünür ki, Əliyev X10 RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 224) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-01/2018 saylı, 30 mart 2018-ci il tarixli hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən X6 üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 11 ay 27 gün müddətə islah işləri cəzası saxlanılmış, iş üzrə 20 manat məbləğində ekspertiza xərci X3 tutularaq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. (i.v. 226-227) Sübutların qiymətləndirilməsi haqqında 19 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş 31.08.2020-ci il tarixli ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X6 barəsində çıxarılmış Qaradağ Rayon Məhkəməsinin 30.03.2018-ci il tarixlu hökmü iş üzrə sübut kimi tanınmışdır. ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş X9 hazırki cinayət işində şahid qismində tanınmış və ********* nömrəli cinayət işi üzrə vermiş olduğu ifadəsi ilə kifayətlənilmişdir. (i.v. 230-238) ünvan 2-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməsi, axtarış elan edilməklə tutulması, tutulduqdan sonra isə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. 03 mart 2021-ci il tarixli tutma protokolundan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 1(002)-285/2020 saylı qərarı əsasında barəsində 30 noyabr 2020-ci il tarixli 30913 saylı axtarış işi olan Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PBnə gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 05 aprel 2021-ci il tarixli, 17/2097 saylı məktubundan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən tutularaq 05.03.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 avqust 2014-cü il təvəllüdlü Hüseyn və 28 iyun 2016-cı il təvəllüdlü Həsən adlı iki azyaşlı övladı vardır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Rafail oğlunun məhkəməyə təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2.-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanın fərdiləşdirilməsi prinsipini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməli, ibtidai istintaq dövründə 01 sentyabr 2016-cı il tarixdən 02 sentyabr 2016-cı il tarixədək, 29 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək tutma altında saxlanıldığı 03 gün müddət nəzərə alınaraq, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 03 mart 2021-ci tarixindən hesablanmalı (CM-nin 69.3, CPM-158.2.1.,158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi manat) pulun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-01/2018 saylı, 30 mart 2018-ci il tarixli hökmünə əsasən digər təqsirləndirilən şəxs X3 tutularaq dövlət büdcəsinə keçirilməsinin hökm edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X8 işə qoşularaq ibtidai istintaq dövründə 80 (səksən) iş saatı cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 480 (dörd yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 sentyabr 2016-cı il tarixdən 02 sentyabr 2016-cı il tarixədək, 29 avqust 2020-ci il tarixdən 31 avqust 2020-ci il tarixədək tutma altında saxlanıldığı 03 (üç) gün müddət nəzərə alınsın və ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı 03 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 20 (iyirmi manat) pulun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-01/2018 saylı, 30 mart 2018-ci il tarixli hökmünə əsasən digər təqsirləndirilən şəxs X3 tutularaq dövlət büdcəsinə keçirilməsinin hökm edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 80 (səksən) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 480 (dörd yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmi nmüddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-36/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-36/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver