Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-36/2023 09.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında kirayədə yaşayan və barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə kart hesabına qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:55 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsində yerləşən "Oba" marketin qarşısında yerləşdirilmiş "xxxx" ASC-yə məxsus bankomatın qarşısında pul çıxarmaq üçün gözləyərkən, həmin vaxt orada olan Şahid1 əri Zərərçəkmiş şəxs məxsus 5167 5111 0738 2172 nömrəli plastik kartı ona taqdim edərək təqaüd olaraq köçürülmüş pulu nağdlaşdırmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs plastik kartı bankomata daxil edib Şahid1 hesabda 280 manat məbləğində pulun olduğunu bildirmişdir. Lakin sonuncu pulun çıxarılması fikrindən daşınaraq plastik kartın geri qaytarılmasını istədikdə Təqsirləndirilən şəxs həmin kart hesabındakı pulu ələ keçirmək qərarına gəlmiş və kartı yenidən bankomata daxil edərək Zərərçəkmiş şəxs məxsus 280 manat məbləğində pulu nağdlaşdırıb gizli olaraq ələ keçirərək elektron məlumat daşıyıcısı hesab edilən plastik kartdan istifadə etməklə oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, hadisənin törədildiyi vaxt yoluxduğu koronovirus (COVİD 19) xəstəliyindən yeni sağaldığı üçün həmin vaxt yaddaşı ilə bağlı müəyyən problemləri olmuşdur. Təxminən 1 ildən artıq müddətdə Şahid2 ilə birlikdə Qaradağ rayonunda yerləşən "N" saylı hərbi hissənin yeməkxanasında işləmişdir. Lakin 2022-ci ilin yanvar ayında hərbi hissədən öz arzusu ilə çıxmışdır. Hazırda fərdi qaydada dayəliklə məşğul olur. O, Validə adlı qadını əvvəllər tanımamışdır. 26 oktyabr 2021-ci il tarixdə, saat 11:00 radələrində o, Ağabacı və Sevinc adlı qadınlarla birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Kingsmart” adlanan marketin qarşısında düşmüşlər. Ağabacı ona Sevinclə plastik kartından pul çıxartmaq üçün getmələrini bildirdikdə o, da onlarla bərabər eyni yerə gedə biləcəyini soruşmuşdur. Ağabacı onun getməsinə heç bir narazılıq etmədiyi üçün onlarla birlikdə bankomata getmişdir. Sevinc öz kartından pul çıxarandan sonra Ağabacı üçün də Ağabacının kartından pul çıxartmışdır. Həmin vaxt onlar növbədə dayanmışlar. Əvvəllər tanımadığı adının sonradan Validə olduğunu bildiyi qadın onlara yaxınlaşmış, Sevincdən onun üçün də pul çıxarmasını xahiş etmişdir. X4 əlavə vaxtının olmadığını qeyd edərək, ondan sonuncuya kömək etməsini xahiş etmişdir. O, da Validə adlı qadından plastik kartını alaraq bankomata daxil etmişdir. Validə kartın şifrəsini demiş, şifrəni daxil etdikdən sonra plastik kartın balansında 280 manat olmasına dair məlumat ekranda əks olunmuşdur. Sonuncudan qeyd olunan məbləğin çıxarıb-çıxarmaması barədə fikrini öyrəndikdə onun həmin məbləği plastik kartın balansında saxlamaq istədiyini öyrənmiş və kartı ona geri qaytarmışdır. Daha sonra o, özünə məxsus bank kartından 190 manat pulunu nəğdləşdirərək evinə getmişdir. O, Şahid1 kartından pul oğurlamadığını, onun yalan dediyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmənin 09 yanvar 2023-cü il tarixli iclasında özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu qeyd etmişdir. Daha sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ibtidai istintaq dövründə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində dörd övladının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, maddi sübut və işin digər halları ilə tam sübuta yetirilmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs 14 dekabr 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, sağlamlığı ilə bağlı problemlər səbəbindən məhkəmə iclaslarında iştirak edə bilmir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, o, gəzmə məhdudiyyətli İ qrup əlilliyi olan şəxsdir, təqaüd alır. 5167 5111 0738 2172 nömrəli "xxxx" ASC-yə məxsus plastik kart təqaüdün köçürülməsi üçün ona verilmişdir. Həmin plastik kart arvadı Şahid1 olur. Plastik karta köçürülmüş təqaüdü Validə bankomatda nəğdləşdirir. 26 oktyabr 2021-ci il tarixdə saat 11:00 radələrində arvadı Validə həmin kartı Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Oba" marketin qarşısında olan zaman Güzdək qəsəbəsindən tanışı olan Ağabacı adlı qadının yanında olan Almaz adlı qadına vermişdir ki, həmin karta köçürülmüş təqaüdü nağdlaşdırsın. Almaz da plastik kartı bankomata daxil edərək, hesabda 280 manat pulun olduğunu bildirdikdə Validə pulun nəğdləşdirilməsini istəməmiş, Almaz da kartı bankomatdan çıxarıb Validəyə qaytarmışdır. Təxminən 2 gün sonra o, Validədən kartda olan pulun nəğdləşdirilməsini istədikdə Validə Lökbatan qəsəbəsi ərazisində yerləşən bankomatların birinə kartı daxil etmiş, şifrəni yığmış, kartda balansın "0" olduğunu öyrənmişdir. Daha sonra onlar "xxxx" ASC ilə əlaqə saxlamışlar, əlaqə nömrəsinə cavab verən xanım Zərərçəkmiş şəxs adına olan hesabdan 26 oktyabr 2021-ci il tarixdə 280 manat nağd pulun götürüldüyünü bildirmişdir. Daha sonra Validə də “102” zəng mərkəzinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 2005-ci ildən Qaradağ rayonu MKİS-də süpürgəçi vəzifəsində çalışır. Həyat yoldaşı Zərərçəkmiş şəxs yerimə məhdudiyyətli İ qrup əlilliyi olan şəxsdir, 280 manat təqaüd alır. Əri Yaquba aid 5167 5111 0738 2172 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartına köçürülmüş təqaüdünü hər ay o, müvafiq banka məxsus bankomatda nəğdləşdirir. 26 oktyabr 2021-ci il tarixdə saat 11:00 radələrində o, həmin kartı Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Oba" marketin qarşısında olan zaman Güzdək qəsəbəsindən tanışı Ağabacı adlı qadının yanında olan Almaz adlı qadına vermişdir ki, kartda olan pulu bankomatdan çıxarmasında ona köməklik etsin. Almaz adlı qadın da plastik kartı bankomata daxil etmiş, o, kartın şifrəsini demiş, Almaz ona hesabda 280 manat pulun olmasını, həmin pulu çıxarmağa zərurət olub-olmadığını soruşmuşdur. O da cavabında evində təmir işləri aparıldığı üçün pulu plastik kart hesabdan çıxarmadan kartın geri qaytarılmasını istəmişdir. Almaz da kartı bankomatdan çıxarıb ona qaytarmışdır. Ertəsi gün əri İlqar ondan plastik kartda olan pulu çıxarmasını istəmişdir. O, da Lökbatan qəsəbəsi ərazisində yerləşən bankomatların birinə yaxınlaşaraq orada olan tanımadığı şəxslərdən plastik kartda olan pulun nəğdləşdirilməsində ona köməklik göstərilməsini istəmiş, həmin tanımadığı şəxs kartı daxil etmiş, şifrəni yığmış, kartda balansın sıfır olması barədə ona məlumat vermişdir. Daha sonra o, "xxxx" ASC ilə əlaqə saxlamış, həmin bankın əməkdaşı tərəfindən ona kartında olan pulun 21 oktyabr 2021-ci il tarixdə çıxarılması barədə məlumat vermişdir. Tanışı Ağabacıya da zəng edərək 280 manat pulun onun plastik kartından Almaz tərəfindən oğurlanması barədə məlumat verdikdə Ağabacı ona Almazın əlaqə nömrələrini vermişdir. Almaza zəng edərək götürdüyü pulu qaytarmasını tələb etmiş, lakin Almaz həmin pulu götürmədiyini ona bildirmişdir. Daha sonra o, “102” zəng mərkəzinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus kartdan 280 manat pul oğurlanmış, həmin pulu da Almaz adlı qadın götürmüş və onlara geri qaytarmışdır. Əvvəllər Sevinc və Almaz adlı qadınları tanımadığını, Ağabacı adlı xanımla isə əvvəldən tanışlıqlığının olduğunu qeyd etmişdir. Bu səbəbdən o, əri İlqara məxsus plastik kartdan pulun çıxarılması ilə bağlı Ağabacıya müraciət etmiş, Ağabacı da onun kimi bankomatdan istifadə edə bilmədiyi üçün həmin kartı adını sonradan dəqiq bildiyi Almaz adlı qadına vermişdir. İlkin ərizə və izahatında kartı verdiyi şəxsin dəqiq adını bilməmiş, həmin qadınların adını Ağabacıdan eşitmişdir. Məhkəmə iclasında Şahid1 əlavə olaraq bildirmişdir ki, Almaz tərəfindən əri Zərərçəkmiş şəxs vurulmuş zərər, yəni 280 manat ibtidai istintaq dövründə ödənildiyi üçün əri ondan şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 5 ildir ki, Qaradağ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə aşbaz vəzifəsində çalışır. Şahid1 ilə qohumluq əlaqələri mövcuddur. Onun əmək haqqı müvafiq bank tərəfindən verilmiş plastik kart hesabına köçürülür. O, plastik kartına köçürülmüş pulu nağdlaşdırmaqda çətinlik çəkdiyi üçün hər dəfə tanışlarının köməyindən istifadə etmişdir. 26 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində isə işdən evə qayıdarkən Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Oba" marketin qarşısında olan bankomat vasitəsilə ərinin təqaüd kartında olan 130 manat pulun nəğdləşdirilməsində Almaz ona köməklik etmişdir. Almaz həmin məbləği ona təqdim etdikdən sonra o, qeyd olunan ünvandan ayrılaraq evinə getmişdir. Cinayət işinin 54-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 177.2.3- 1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 69-71-ci vərəqələrində olan qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 87-90-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd CD disk sübut kimi tanınmışdır. Cinayət işində olan Qaradağ Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci il təvəllüdlü İbrahim adlı, xx.xx.1999-cu il təvəllüdlü Turan adlı və xx.xx.2003-cü il təvəllüdlü İsmayıl adlı övladları vardır. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs İ.M.Yaqublunun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, "Bankomat 1904 xx.xx.2021 - 280" adlı qovluqda 15 ədəd bankomatdan çəkilmiş şəkillər və 01 ədəd .txt formatlı fayl mövcuddur. Təqsirləndirilən şəxs ilk 09 ədəd şəkildəki görüntülərin ona məxsus olduğunu bildirdi. 01 ədəd .txt formatlı faylda ingilis dilində Zərərçəkmiş şəxs məxsus plastik kartdan xx.xx.2021-ci il tarixdə 1 günlük çıxarış qeyd olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş 5167 5111 0738 2172 nömrəli kart əməliyyatları üzrə məlumatdan görünür ki, 26 oktyabr 2021-ci il tarixdə saat 10:55:08-də 280 manat nağd pul götürülmüşdür. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxsin ərizəsindən və ifadəsindən görünür ki, dəymiş zərər tamamilə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi cinayəti özünün etirafedici ifadəsi və hərəkəti (280 manat pulu zərərçəkmiş şəxsə ödəməsi), zərərçəkmiş şəxs və şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində övladlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə hökmü ilə təyin edilməsi nəzərdə tutulan cinayət-hüquqi xarakterli tədbir cəzanın məqsədini təmin edir. Həmçinin maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-36/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-36/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver